1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə48/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   44   45   46   47   48   49   50   51   ...   54

98 
 
olduqlarından  həmən  gün  ermənilərə  sığınacaqlardan  çıxmağa  əsla  meydan 
verilmədi. 
Qatar  müharibəsi.  Avqust  ayının  1-də  saat  12  radələrində  ermənilər  hər 
tərəfdən Qatar kəndini mühasirəyə alıb atəĢə tutdular. Bu halda mirovoy posrednik 
pristav  Saxarov  və  bir  neçə  strajnik  kənd  içində  hazır  imiĢlər.  AtıĢma  hər  saat 
Ģiddət edirdi. ġiddətli atəĢ vaxtı pristavın yanında olan Cəlil adlı bir ləzgi strajniki - 
"Cənab  pristav,  sizdə  heç  rəhm-mürüvvət  yoxdurmu?  Siz  baxırsınız,  islamları 
gülləbaran  edirlər.  Olmazmı  ki,  kəndin  kənarında  olan  kazaklara  buyurasan, 
islamları  mühafizə  etsinlər?"  -  dedikdə,  -  "Mən  müsəlmanları  mühafizə
*
  edə 
bilmərəm. Görmürsən ermənilər necə  canalıcı güllə atırlar,"  -  cavabını  vermiĢdir. 
Ermənilər  hər  tərəfdən  kəndi  müharibə  ilə  viran  etmək  istəsələr  də  islamların 
qüvvəsindən  xəbərdar  olmadıqlarından  cürət  edib  kəndə  yaxınlaĢa  bilmirdilər.  O 
səbəbdən  pristav  Saxarov  ilə  götür-qoy  edib  müsəlmanların  qüvvəsini  öyrənmək 
üçün
**
 Saxarovun razılıq və məsləhəti ilə 50 nəfər kazak və bir uryadnik göndərilir. 
Kazaklar  kənd  içinə  varıb  islamları  əksəriyyətlə  silahlı  görüb  -  "Siz  evlərinizdə 
rahat  oturunuz,  ermənilərin  güllələrinə  qətiyyən  cavab  verməyiniz.  Əlbəttə, 
hökumət  özü  sonradan  onları  tənbih  edib  cəzalandıracaqdır,"  -  deməklə  onları 
aldatmıĢdılar.  Kazak  əsgərləri  kəndin  hər  tərəfinə  yayılıb,  islamların  qüvvəsini 
öyrəndikdən  sonra  Saxarovun  yanına  qayıtdılar.  Kazaklar  gedən  vaxt  Qatar 
kəndinə  dolmuĢ  bəzi  köçəri  qəbilələrin  rəisi  Qatardan  hökumət  mühafizəsi  ilə  öz 
tayfasını götürüb qaçmasını Saxarova sifariĢ etsə də, nəzərə alınmayıb. Saxarovun 
əqidəsincə,  Qatarda  qalıb  qətl  olmaları  məqsədə  müvafiq  görünür.  Kazaklar 
kənddə  olan  hazırlığı  ermənilərə  xəbər  verəndən  sonra,  hər  tərəfdən  Ģiddətli 
hücuma  baĢlanır.  Bu  hücumlarda  pristav  Saxarov  mirovoy  posredniki  götürüb 
kazak  dəstələrilə  Barabatum  adlanan  erməni  kəndinə  çəkilir.  Pristav  kəndin  bir 
yüksək təpəsinə çıxıb durbinlə hərb meydanını  gözdən keçirən zaman  - "Pəh, pəh 
ermənilər  nə  gözəl  yürüĢlər  edirlər,"  –  söylədiyi  yanında  olan  süvaridən 
                                                           
*
  1904-cü  ildən indiyə  qədər  nəĢr  olunan  islam qəzetlərinin  hər  guĢəsinə  baxdıqda kəndli islamlar  hər 
tərəfdə pristavlar və uyezd naçalnikləri əlindən dad-fəryad etməkdədirlər. Belə ki, Qatar islamlarının da 
məğlubiyyətinə ümdə səbəb pristav Saxarov olmuĢdur. Ümid ki, Saxarovun yuxarıda zikr etdiyi - "Mən 
müsəlmanları  hifz  edə  bilmərəm,  görmürsən  ermənilər  necə  canalıcı  güllə  atırlar."  -  kəlmələri 
müsəlmanların xəyalından qiyamətə qədər çıxmayacaqdır. 
**
  Müharibə  zamanında  düĢmən  ordusuna  qarĢı  duran  bir  əsgəri  qüvvə  nə  qədər  güclü,  nə  qədər 
tədarüklü olursa olsun, bu qüvvəni bilincəyə qədər xəfif tüfəng atəĢinə baĢlar. DüĢmənin qarĢısında bir 
gün axĢama qədər müharibə edib axĢamlar rahat olan bir qüvvədən gecə olanda kəĢf qolları çıxarırlar. 
Yəni hər tərəfə ordunun qüvvəsinə baxmıĢ əlli, ya artıq-əskik süvari dəstələri göndərirlər ki, düĢmənin 
hər  tərəfini  gəzib  qüvvələrini  yoxlasınlar.  Bu  tövr  ilə  düĢmənin  qüvvəsini  bilərlər.  Yaxud  libasların 
dəyiĢmiĢ  casuslar  və  yainki  əsir  düĢmüĢ  əsgərlər  vasitəsilə  düĢmənin  ətraf  sipərlərdə  olan  qüvvəsini 
dəqiq  öyrənib baĢ komandana teleqram,  yainki,  məktublar  vasitəsilə  xəbər  verirlər.  Böyük  komandan 
isə düĢmənin  bu qüvvəsinə  üstün  gələcək qədər də  əsgər  göndərib düĢmənin  qüvvəli  olan  sipərlərinə 
qarĢı yürüĢ icra edər və həmçinin düĢmənin qüvvəsiz sipərləri qarĢısında olan artıq əsgərləri də lazımi 
mövqelərə göndərib müxtəsər firqə komandanına bir vəchlə lazımi göstəriĢlər verər. Qatar ermənilərinin 
də fikirləri bu qəbildən imiĢ. 
 


99 
 
eĢidilmiĢdir.  Əvvəlinci  hücumlarda  müsəlmanlar  belə  dəhĢətli  müharibələri 
görmədiklərindən  müdafiəyə  az-az  iqdam  etdilər.  Digər  tərəfdən  erməni 
dəstələrində olan say "çoxluğu" müsəlmanları hər halda dəhĢətə və qorxuya salırdı. 
Digər tərəfdən Qatarın hər səmti erməni kəndləri olduğundan hər tüfəngini götürən 
erməni  könüllüsü  10  dəqiqədə  hərb  meydanına  çata  bilərdi.  Həqiqətən,  Qatarın 
coğrafi mövqeyinə baxılsa bu kənd islamlarının Ģücaət və igidlikləri tərifə layiqdir. 
Qatar  kəndi  hər  tərəfdən  erməni  köylərilə  əhatə  olunduğundan  bir  tərəfə 
çıxmaq,  yaxud  yardım  etmək  yolu  kəsilmiĢdi.  Digər  tərəfdən  Mədən  bazarında 
olan poçt kontorundan müsəlmanlara kömək olasıdır ki, onu da müharibədən qabaq 
pristav Saxarovun razılığı ilə yığıĢdırıb Barabatum adlı erməni kəndinə aparmıĢlar. 
Bundan  məlum  olur  ki,  Qatar  camaatının  hər  tərəfdən  ümidləri  kəsilib  mühasirə 
halında  qalmıĢdılar.  Qatar  kəndində  9  gün  bu  növ  ilə  Ģiddətli  atıĢma  oldusa  da, 
müsəlmanların rəĢadət və Ģücaətləri sayəsində ermənilər kəndin iĢğalına müvəffəq 
ola  bilmədilər.  Qatar  kəndinə  hücum  edən  ermənilərin  sayı  (8000)  səkkiz  min 
nəfərə  qədər  olduğu  axırıncı  günlərdə  müsəlmanlara  yəqin  olduğundan  məzlum 
camaatın  ümidləri  büsbütün  kəsilib  məzlum  qəlbləri  də  əksəriyyətilə  parçalandı. 
Bu  halı  mülahizə  edən  camaat  bir  parça  kağız  yazdırıb  qasidə  iyirmi  beĢ  rubl 
verməklə  Zəngilanın  nücəba  və  bəylərindən  yardım  istəsələr  də,
*
  -  "Bizdən  sizə 
kömək  olmaz,  baĢınıza  çarə  qılınız"  -  kimi  boĢ  cavabını  alınca  islamların  ruh 
düĢkünlüyü bir az da artır. 
Bunu da söyləməliyik ki, Qatar müharibəsində müsəlmanlara ümdə zərbələr 
Məlik  Azaryansın  mis  mədənində  iĢləyən  iranlı  müsəlman  iĢçilərdən  toxunurdu. 
Bu rəhmsizlər arxalarında neft, dinamit daĢıyıb "ya Əli" qıĢqıra-qıĢqıra kənd içinə 
girdikdə  müsəlmanlar  "bizə  sursat  daĢıyırlar,"  deyə  düĢünüb  onları  kəndə 
buraxırdılar.  Mürüvvətsiz  iranlılar  həmən  nefti  damlara  vurub  yandırdıqları  kimi, 
dinamiti daĢ binalara taxıb havaya uçurdardılar. 
Ayın doqquzuncu gecəsi, səkkizinci günün saat 12 radələrində ermənilər hər 
tərəfdən  kəndə  yaxınlaĢıb  iĢğal  etmək  istədikdə  müsəlman  könüllüləri  də 
sığınacaqlardan  çıxıb  düĢmən  üzərinə  atıldılar.  Müsəlmanlar  yəqin  etmiĢdilər  ki, 
kəndin iĢini bitirmək istəyirlər. Ona görə də ölümlərini yəqin edən islam cavanları 
-  "Sipər  dalında  ölüncə,  düĢmən  qabağında  ölmək  yaxĢıdır,"  -  deyib  ürəkdən 
müharibəyə qoĢulur, hər dəqiqə sığınacaqdan çıxıb erməniləri püskürdürdülər. Bu 
halət  ilə  axĢama  qədər  müharibə  davam  etdi.  AxĢam  alaqaranlıqda  onlar  hər 
tərəfdən mühafizə dəstələri buraxmaqla sığınacaqlarına və ordugahlarına çəkildilər. 
Bu vaxtda  islamların dönük taleləri  yavaĢ-yavaĢ özünü  göstərib islam könüllüləri 
arasında, nədənsə, bir soyuqluq, bir ittifaqsızlıq peyda olundu. Olub da həmən gecə 
                                                           
*
  Möhtərəm  müxbirin  dediyi  kimi,  Zəngilan  tərəfdən  heç  olmazsa  20  süvari  gəlib  Barabatum  adlı 
erməni kəndini daĢdan gülləbaran edib, erməniləri o tərəfə məĢğul etsəydi, o halda Qatar müsəlmanları 
əl-ayağını yığıĢdırıb müharibə xəttini yarar, o tərəfə, bu tərəfə hücuma keçib bəlanı dəf edərdi. Nə fayda 
ki, onlarda bir qeyrət görünmədi. 
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə