1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə51/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   46   47   48   49   50   51   52   53   54

104 
 
əsgərə komanda edən möhtərəm kəslərin nəsihətləri, ruh verən təĢviqatı sayəsində 
islam  əsgərlərinin  ara-sıra  ziyan  dəymiĢ  mənəvi  qüvvələri  gücləndirilib  anbaan 
düĢmən qarĢısına irəli aparılırdı. Böyük və dəhĢətli hadisə əsnasında müsəlmanlar 
ətraf  köylərə  kömək  üçün  adamlar  göndərsələr  də,  bütün  keçidlər  erməni  əlində 
olduğundan bir nəfər də olsa, kömək üçün hərəkət edə bilməmiĢdir. O səbəbdəndir 
ki,  Oxçu islamları tək-tənha  dörd gün tam  müqavimətlə  müharibə  etdikdən sonra 
ermənilər  məğlub  olub  o  ətrafda  yerləĢən  Gicəlan  adlı  erməni  köyünə  çəkilib 
istehkam  qurmaqla  hərbə  giriĢirlər.  Müsəlmanlar    ermənilərin  qaçdıqlarını  duyub 
təqib halında Gicəlan kəndində qanlı bir müharibə baĢlanır. Bir gün axĢama qədər 
qanlı müharibədə ermənilər məğlub edilib hərb meydanı - Gicəlan kəndi dağıdılır. 
Oxçunun  aqibəti,  yaxud  islamların  məğlubiyyəti.  14  avqust  1906-cı  il. 
1906-cı il avqustun 13-də xitam bulmuĢ Gicəlan  müharibəsində ermənilər çox pis 
vəziyyətə düĢmüĢdülər. Erməni komandanları müharibənin ikinci günü, yəni həmin 
ayın  11-də  təhlükəni  görüncə,  Qatarda  buraxılmıĢ  ehtiyat  əsgərlərini  hərb 
meydanına  apararaq,  bunlardan  əlavə  ətraf  erməni  köylərinə  adamlar  göndərib 
imkan  olduğu  qədər  könüllü  əsgər  tələb  etməkdə  idilər.  Buna  görə  ayın  on 
dördündə  adları  aĢağıda  qeyd  edilmiĢ  köylərdən  ermənilərə  kömək  gəlməkdə  idi. 
Ləyc,  TəĢtin,  Vəng,  Karlur,  Mehri,  Əsədazur,  Qırçıvan,  Əkərək,  Bəhrvar, 
Ucanabus,  Qurasən  hamısı  beĢinci  sahədən.  Dördüncü  sahədən  dəxi  Karavat, 
Barabatum,  Çəkədək,  Kudkum,  Bağabürc,  Çəmən,  Bux  köylərindən.  Üçüncü 
sahədən - Oxadüz, Raxdaxana, NoraĢen, Xotanan, Üsərəng, Sahadur, Çin, Mələk, 
Çit köylərindən. Ermənilərin bu toplu qüvvəsi ayın on dördündə Panuslu, Girdəkan 
və  bir  də  Gicəlan  köyünün  ətrafında  mövqe  tutaraq  gecə  ikən  Oxçu-ġəbadək 
dağlarını iĢğal edirlər. Dörd gün ərzində baĢ verən döyüĢlərdə son dərəcədə yorğun 
düĢən  islam  könüllüləri  Molla  Həsən  Əfəndinin  evinə  yığılıb  hərbi,  yaxud  hərbə 
baĢlamamıĢ geri çəkilməni müzakirəyə qoydular. Camaat tərəfindən bir çox nitqlər 
söyləndi.  Hətta  övrət  tayfalarından pərdə  dalında  oturmuĢ  olduqları  halda  bir çox 
yanğılı  sözlər  deyilirdi.  Bir  çox  adamlar  hərbə  üstünlük  verib,  bir  çox  adamlar 
müharibəsiz  geri  çəkilməni  məsləhət  sanırdılar.  Ən  axırda  kəndlərin  imamı  olan 
Ģəhidi-səid Molla Həsən Əfəndi əsasına söykənərək bu nitqi söylədi. Biz isə həmən 
nitqi islahən tariximizin üslubuna müvafiq bir dilə çevirdik. 
-  Camaat!  Dörd  tərəfimizdə  vaqe  olan  yüksək  qayalara  on  dörd  gecəlik 
nurlu ayın ən sevimli, ən dilrüba ziyası sərilmiĢdir. 
Bu ziyaların qarĢısında meĢələrimizin ağacları kimi titrək və hərəkətdə olan 
qaraltıların  hamısı  ermənilərin  müdafiə  təpəsinə  sancılmıĢ  hərbi  bayraqlarıdır. 
Diqqət ilə baxınız! 
Ətrafımızdan çəkilmıĢ, evlərimizi niĢana da almıĢ o hasara bənzəyən qaraltı  
erməni dəstələri  və Hayıstan vəhĢiləridir ki, sabah bu vaxtda bizim evlərimizə od 
vuracaqlar.  Oğlanlarım,  müharibəni  tərk  etsək  də,  hərbə  giriĢsək  də  yenə 
həlakətimiz  dəqiqdir.  Bizim  övrətlərimizin,  çocuqlarımızın  barəsində  ermənilərin    
qəlbində  zərrə  qədər  də  mərhəmət  yoxdur,  zənnindəyəm.  Bu  gecə  köylərin  


105 
 
mühafizəsinə  diqqət  ediniz.  Sabah  olcaq  ermənilər  hücum  edəcəklər.  Siz  isə 
hücuma  qadir  deyilsiniz,  ancaq  müdafiə  halında  qalarsınız.  Son  dərəcəyə  qədər 
çalıĢınız,  məğlubiyyəti  hiss  edincə  hamınız  birdən  qaçmayasınız.  Zira,  o  halda 
düĢmən sizi təqib edər. Bir çox tələfat verdirər. Əlbəttə, qaçıĢ zamanı iĢə yaraĢan 
və bacarıqlı cavanlardan bir dəstə dümdar
*
   buraxaraq arxadan ailələrinizi götürüb 
meĢəyə - dağ ətəklərinə pənah apararsınız. 
Molla  Həsən  Əfəndinin  müraciəti  bu  yerə  yetiĢəndə  camaat  arasından  və 
övrətlər içindən yanıqlı bir fəqan naləsi ucaldı. Yenə Molla Həsən Əfəndi sözünə 
davam etdi: 
- Camaat! Ağlamaq, övrətlər ilə səs-səsə verib növhə və zarı baĢlamaq heç 
bir fayda verməz. Ancaq kiĢinin mənəvi qüvvəsini tükədib düĢmənin qabağına əl-
qolu  qurumuĢ  bir  süstlük  içində  qoyar.  Ġndi  götürünüz  silahlarınızı,  nəzərdən 
keçiriniz!  -  deyib  fatihə  çəkib  yenə  Quran  oxumağa  məĢğul  oldu.  Bu  sözlərdən 
sonra camaat tüfənglərini sayıb bir neçə berdanka tüfəng və kifayət qədər olmayan 
bir neçə  yüz  də  patron qalmıĢdı.  Yerdə  qalan tüfənglərin  çoxu dörd gün fasiləsiz 
davam  edən  atıĢmada  sıradan  çıxmıĢdı.  Tədarükün  tükəndiyini  görən  camaatın 
mənəvi qüvvələri bütünlüklə xarab olur, övladının əlindən tutan Purdavud kəndinin 
yuxarı  səmtində  qiblə  ilə qarĢı  olan Saqqarsuya  daĢınırlar.  Saqqarsuyun ətrafında   
daĢların arxasını sığınacaq  edirlər.  AğlaĢma  səsi  daĢların  təpəsindən ermənilərin 
sığınacaqlarında  -  səngərlərində  əks-səda  verirdi.  Molla  Həsən  Əfəndi  də  öz 
ailəsilə  Saqqarsuya  çəkilir.  Kəndlərin  içində  qalan  ancaq  dünya  malına  həris 
olanlar, bir də qaçmağa halı olmayan və sahibləri evdə olmayıb, yaxud  qocalıqdan 
gözləri  iĢıqdan  məhrum  olan  qadın  tayfaları  idilər  ki,  sübh  olacaq  hamısı  qətl 
olunub, kənd içində bir-birinin üstünə tökülmüĢdülər. 
Ağrılı  Saqqarsu  hadisələri.  Saqqarsuda  sığınaq  etmiĢ  müsəlman 
camaatının  baĢı  üstündən  sübh  çağı  bir  dəstə  -  "ya  Əli,  ya  Əli!"  -  fəryadlarıyla 
müsəlmanlara  sarı  gəldiyindən,  avam  və  çaĢmıĢ  müsəlmanlar  -  "Bu  gələn  qoĢun 
islam  qoĢunudur,"  -  deyə  güman  edib  ağlaya-ağlaya  onların  qarĢısına  çıxırlar. 
Gələn dəstə isə ermənilər imiĢ, müsəlmanları qırıb kəsməyə baĢlayırlar. Bu vaxtda   
dörd   islam köyündə də qırğın baĢ verdiyindən Saqqarsuyun baĢına qədər fəryad, 
nalə  sədasının  müsibətli  Ģəkildə  əks  etdiyini  Ordubada  qaçıb  gəlmiĢ  kənd  əhli 
olduğu  kimi  nağıl  edirdi.  Saqqarsuda  sığınaq  etmiĢ  camaat  qırılıb,  qaçıb 
qurtardıqdan sonra Molla Həsən Əfəndinin baĢında, yanında bir çox övrət, Quran 
əlində  ermənilərin  qabağına  çıxıb,  Quran  xatiri  üçün  rəhm  istəyib  ağlasalar  da, 
Quranı,  bəlkə  Ġncili-mübarəki  də  tanımayan  qansızlar  hamısını  vəhĢiliklə 
                                                           
*
 Mərhum Molla Həsən Əfəndinin nitqində diqqətəlayiq bir çox sözlər olduğu kimi, dümdar kəlməsi də 
mərhumun bir qüvvəli və bir çox müharibələrdə olmuĢ bir komandan olduğunu bildirir. Zira, dümdar 
təbir  olunan  kəlmə  ordu  komandanlıqlarında  olan  hərb  elminin  ən  xeyirli  bir  nöqtəsidir.  Bir  ordu 
qaçmağa məcbur olursa qaçma vaxtı dümdar buraxır ki, düĢməni məĢğul edib düĢmənə heç bir qənimət 
qoymayıb ordunu geri çəkə bilsin. Ordu geri çəkiləndən sonra dümdar dəxi birdən çəkilib düĢməni ona 
xeyirli təqibdən məhrum qoyar. 
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə