1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə53/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   46   47   48   49   50   51   52   53   54

108 
 
göründü. Bələdçinin rəvayətindən, zövc və zövcəsi imiĢ ki, bir yerdə doğranmıĢlar. 
Buradan  keçərək  Molla  Həsən  Əfəndinin  Ģəhadətgahına  yaxınlaĢdıq.  Bədəni, 
canamazı və sair müqəddəs əĢyaları yandırılmıĢdı. Həsən Əfəndinin qətl yerindən 
bir az Ģimala qarĢı bir palaz parçası göründüsə də, camaatı büsbütün ağlatdı. Zira, 
palası kənar etdikdə  15 nəfər üzlərində  çiçək, yəni abilə əlaməti sönməmiĢ körpə 
çocuqların  kəsilmiĢ  baĢları  və  bir  para  bir-birinə  qarıĢmıĢ  bədənləri  göründü. 
Cənub səmtdə həddən artıq övrət-uĢaq bədənləri tökülmüĢdü. Küləyin Ģiddətindən 
yüksək  təpələrdə  olan  qarlar yığılıb  cənazələrin  üstünə  tökülmüĢdü.  Amma,  yenə 
bədənlərində  son  nəfəsi olan  qətl olmuĢ  bacıların qətrələnən  məzlum qanlarından 
qarlar  bahar  lalələri  kimi  qızarıb,  insanı  uzaqdan  özünə  cəlb  edirdi.  Bunları  dəfn 
etmək üçün daĢ torpaq mümkün olmadığından, meĢənin yarpaqları və budaqlar ilə 
dəfn   edildilər. Sığınaqdan aĢağı tərəfə  gedib Purdavud  kəndinə  daxil olduq.  Ən 
əvvəl  Ġmam  Rza  həzrətlərinin  möhtərəm  qardaĢı  Sultan  Davud  həzrətlərinin 
ziyarəti üçün rövzəsinə tərəf yollandıq. Rövzədən yalnız bir quru günbəzdən baĢqa 
heç nə qalmayıb, bütün əĢyası yandırılmıĢdı. Bələdçinin rəvayətinə görə, Quranları 
bir-bir odlayıb pəncərələrdən eĢiyə atırlarmıĢ. Avropaya mədəniyyət dərsi vermək 
iddiasında  olan  ermənilər  burada  bir  sıra  təəssüblər  də  izhar  etmiĢdilər.  Belə  ki, 
Ġstanbuldan  1901-ci  ildə  Molla  Həsən  Əfəndiyə  hədiyyə  göndərilmiĢ  bir  nüsxə, 
dünya  məĢhurlarının  təsviri  ki,  var  imiĢ,  Həsən  Əfəndi  rövzəyə  vəqf  etmiĢ  idi, 
ermənilər  məhz  o  nüsxədə  həzrəti-Məhəmməd  əleyhüssəlam  və  həzrəti-Ömər 
rəziyüllah
11 
xatiri  üçün  həmən  nüsxəni  də  yandırmıĢdılar.  Müxtəsər,  ziyarətdən 
sonra  soyuğun Ģiddətindən Purdavudda  tab gətirə  bilməyib Oxçu kəndinə  keçdik. 
Üzümə  açılan  bu  qəmli  mənzərədən  nə  qədər  yazılsa,  yenə  də  qurtarmaz, 
zənnindəyəm. 
Kəndin  kənarına  baxırdım.  Saya-hesaba  gəlməyən  heyvan  bədənləri  bir-
birinin  üstündə  tökülüb,  birisi  ölmüĢ,  birisi  əl-ayaq  çalır,  birisinin  qarnı  eĢiyə 
tökülüb  insanı  çaĢdırıb  qoyurdu.  Hər  nəzər  baxdıqda  Makedon  müharibə 
meydanı
12
,  Lyaoyan
13 
yaxınlığında  olan  qanlı  təpələr  misalında  hər  ağıl  sahibini 
bihuĢ  qoyurdu.  Yaxud  Türkiyə  ilə  Yunanıstan  arasında,  Velistan  müharibə 
meydanında yunanlıların bir-biri üstünə təpələr kimi qalaqlanmıĢ bədənləri insanın 
nəzərində  canlanırdı.  Bir  tərəfdə  dağlar  ətəyində  üzlərində  abilə  əlamətləri  olan 
balalar, sanki qanlı daĢlar üzərində qırmızı bələkli beĢiyə çəkilmiĢlər. 
Bir  tərəfdə  bir  imarətin  hələ  də  tüstüsü  kəsilməmiĢ  olduğundan  ora  tərəf 
gedib  bir  cavan  bədəni  tapdıq.  Cəsədin  baĢ  tərəfində  parça-parça  olmuĢ  bir  yaĢlı 
qoca  övrət  bədəni  vardı.  Bələdçilərin  dediklərinə  görə,  bu  cavan  oğlan  müharibə 
vaxtı  yaralandığından  anası  qoyub  getməmiĢ,  bu  səbəbdən  də  oğlunun  yanında 
doğranmıĢdır. Biz Oxçu kəndinə varid olduğumuz vaxt ermənilər ölənlərini daĢıyıb 
Panuslu, Girdəkan köylərinə aparmaqda idilər. 
Erməni  cənazələrinin  vaxtında  aparılmayıb  bu  qədər  yubanması  məhz 
soyuğun  Ģiddət  kəsb  etməsindən  imiĢ.  Oxçu  çayının  kənarında  iki  nəfər  erməni 


109 
 
cənazəsi  olduğunu  bizə  xəbər  verdilər.  Həmən  saatda,  hansı  vilayət  camaatı 
olduqlarından bir əlamət bilmək üçün cənazələrə baxmaq üçün o tərəfə getdik. 
Ermənilərin birisi 25-30 yaĢlarında bir cavan olub, o birisi 45-50 yaĢlarında 
idi.  Əvvəlincisindən  bir  parça  qana  bulaĢmıĢ  kağız,  o  birisindən  də  bir  dəstə 
paketsiz kağız tapıldı. O kağızın birisi - baĢı rusca olaraq Mehri kəndində Vaçiyans 
vasitəsilə  Hadrut  DaĢnaksutyun  partiyasında  Stepan  Saakyansa  yetiĢməli  imiĢ. 
Kağızın tərcüməsi bu sözlərdən ibarət idi: 
"Sevgili  oğlum!  Bu  günlərdə  kiçik  qardaĢın  da  Eçmiədzin  üçüncü 
daĢnaksutyun  partiyasına  yazılıb,  osmanlı  daxilindən  göndərildi.  TəlaĢınızı  millət 
uğrunda bir dəqiqə əsirgəməyiniz! Millət uğrunda vurduğunuz qılıncların hər birisi 
bir dəstə gül olub Türkiyədə Ermənistan yolunda can verən mücahidlərin məzarına 
sancılır. Ananız naxoĢ olmuĢdu. Sizin salamat xəbər ... (məktubun burasını qan zay 
etdiyindən  oxunmadı.  Sonra  kağız  bu  kəlmələrlə  oxunmağa  baĢlandı)  ...  Əlbəttə, 
hazırkı  ayın  iyirmisindən  yerbəyer  ediləcəkdir.  Bacınız  Oskuyey  iki  çocuq  birdən 
doğdu. Millətimiz yolunda bunlar da iki əsgər hesab edilməlidir". 
Kağız yazılır Zeytun vilayətindən. Ġmza yerində T.Q.Əzizyan. 
Ġkinci  kağız  Ġranda  Qaradağın  Sərdov  köyündən  yazılmıĢdır.  Hadrutda 
Qarapet Vartanyansa yetiĢəcək imiĢ. Ünvan budur: 
"Bu kağız yazılır Qarapet Vartanyansın məhəbbətlisi Varvar tərəfindən. Bu 
gün Nerses Təbrizdən gəldi. 
Məhəmməd  Əli  Mirzənin  ġah  tərəfindən  aldığı  hökm  üzərinə  ermənilərə 
etdiyi  məhəbbəti  gözəlcə  nağıl  eyləyir.  Ġranın  havası  bu  günlər  ermənilərə  çox 
müsaidəlidir. 
Nersesin  deməyinə  görə,  Ġran  müsəlmanları  Qafqaz  iĢlərindən  bitərəfdir. 
Belə  məlum olur ki,  bu tərəfdə  olan xanların da  qədim xəyalı qalmamıĢdır. Evdə 
azuqəmiz  çox  artıqdır.  Heç  nigaran  qalmayasınız.  Amma  bu  qədər  var  ki,  soyuq 
Ģiddət etməmiĢ qayıdasınız! Əlbəttə, ġuĢa səmtinə getməyəsiniz. 
Bizim  qonĢu  kəndlərin  camaatından  ġuĢada  bir  çox  adamlar  tələf 
olmuĢdur... 
Ġmza: Varvar " 
Oxçu kəndini gəzdikdən sonra ġəbadək, Atqız köylərindən keçdik. Tələfatın 
çoxu Atqız kəndindədir. Camaatı dəfn etmək meĢə yarpaqları ilə mümkün oldu. 
Nədənsə ermənilərdən bizə qarĢı bir əziyyət edilmədi. Mal zərəri bir milyon 
qədərindədir.  Bu  kəndlərin  müharibəsi  1906-cı  il  doqquz  avqustda  baĢlanıb  15 
avqustda baĢa çatmıĢdır. 
Müsəlmanların  tələfatı  200-ə  qədərdir.  Siyahı  dəftərləri  olmadığından 
tələfat dürüst təyin edilmədi. Ġyun ayının əvvəlindən baĢlamıĢ avqust ayının axırına 
qədər  Zəngəzurda  bu  kəndlər  dağılmıĢdır  ki,  burada  olan  hadisələr  haqqında, 
ardıcıllıqla məlumat verilmiĢdir: 
Xələc,  Karxana,  Qatar,  Ġncəvar,  Çöllü,  Yeməzli,  SaldaĢlı,  Mollalar, 
Batuman,  Oxçu,  ġəbadək,  Atqız,  Purdavud,  Zürul,  Güman,  Ġyilli,  Sənalı, 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə