1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə52/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   46   47   48   49   50   51   52   53   54

106 
 
öldürürlər.  Molla  Həsən  Əfəndinin  yanından  götürülmüĢ  bir  neçə  müqəddəs 
kitabları  və  Quranları  odlayıb  məĢəl  kimi  süngülər  ucuna  taxmaq  kimi 
bədayinliklər də ermənilərdən alçaq bir surətdə əncama yetmiĢdi. Sağ qalan islam 
və  islamələr  qarlar  içində,  xəstə-xəstə  yolunu  itirmiĢ  qoyun  sürüsü  kimi  çoxluca 
dolandıqdan sonra çır-çıplaq Ordubada  və  mahal  köylərinə  pənah  aparmıĢdılar.  
Ordubad  camaatı  isə  son  dərəcə  qonaqpərvər  olduqlarından,  xüsusən,  baĢları  belə   
müsibət çəkmiĢ bu adamlara xüsusi qayğı göstərdilər. 
Oxçu-ġəbadək  fəlakət  qurbanlarının  Ordubad  Ģəhərindəki  halları. 
Oxçu-ġəbadək  fəlakət  qurbanlarının  Ordubad  Ģəhərinə  ağlaya-ağlaya  pənah 
gətirməsi  Ģəhər  camaatına  çox  qəmli  təsir  göstərdi.  Camaatın  istirahəti  üçün 
məxsusi  yerlər,  məkanlar  ayrılıb,  müsibət  qurbanlarına  qalması  üçün  otaqlar 
verdilər. Ən əvvəl yaralılar üçün cərrah və dəva hazır edib, müalicəsinə baĢlanıldı. 
Onlara imkan daxilində əmanət olaraq evlərdən ev əĢyaları da verilib gündən-günə 
rahatlanmıĢ bir hala təbdil edilirdilər. Bunlardan sonra, onların adından hökumətə 
bir  gündə  yüzə  qədər  ərizə  və  teleqraflar  göndərildi.  Xudavəndi-aləmin 
qüdrətindən  sərvəti və  dövləti bol olan bu  kiçik Ģəhərdə  bir günün  içində  onların 
əsas  ehtiyaclarına  əncam  verilib,  ancaq  sonra  dağlarda  qalan  camaatın  halına 
yetiĢmək,  Ģəhərə  gətirmək  və  yaralıları  dağda  bağlayıb  huĢa  gətirəndən  sonra 
Ģəhərə endirmək, ölənləri dəfn etmək kimi müxtəlif iĢlər üçün təĢəbbüslər görülür, 
Ģəhər  və  mahal  camaatından  mükəmməl  bir  dəstə  təĢkil  edilib  cərrahi  iĢlər  üçün 
kafi  miqdarınca  götürüb,  azuqə  və  yaralı  daĢımaq  üçün  minik  heyvanları  hazır 
edib,  ölənləri  dəfn  etmək  üçün  kəfən  və  sair  ləvazimat  və  bir  neçə  çadır  tədarük 
edib  1906-cı  il  avqust  ayının  16-da  axĢam  zamanı  dəstələr  olduğu  yerlərindən 
məqsədləri istiqamətində hərəkət edirlər. 
Ordubadlıların  Qafan  dərəsinə  əvvəlinci  səfərləri.  Qafan  dərəsi  Oxçu-
ġəbadək hərb meydanına göndərilmək üçün ayın 16-da Nügədi adlı islam köyündə 
gündüz saat səkkizdə cəm olub Ordubaddan səfər ləvazimatı yetiĢənə qədər kənddə 
qalıb  saat  12  radələrində  səfər  ləvazimatı  yetiĢib,  əlahiddə  minik  ilə  Ayı  Çanqılı 
adlı  uca  dağa  göndərilmək  üçün  təhvil  verilir.  Saat  ikidə  səfər  ləvazimatı  lazımi 
yerinə bir dəstə mühafizəçiylə hərəkət etdikdə müsafirlər də bir neçə saat istirahət 
üçün yuxarıda adı çəkilən köydə dayanacaq edirlər. Ġstirahətdən sonra axĢam saat 
səkkizdə  kəĢf  qolları  buraxıb  yola  çıxırlar.  Bu  dəstə  1906-cı  il  17  avqust  gündüz 
saat  dörd  radələrində  Saqqarsuya  yetiĢib,  əvvəlcədən  miniklər  və  bir  dəstə 
mühafizəçiylə göndərilmiĢ çadırları qurulmuĢ və isidilmiĢ görüncə dəstələr razılıq 
ilə  bir  neçə  dəqiqə  istirahətdən  sonra,  daha  aram  tutmayaraq  ətrafı  dolanıb  o 
yaxınlıqda baĢ vermiĢ ümumi qətli mülahizə etməyə baĢladılar. Bu vaxtda axĢama 
saat  yarım  qalmıĢdı.  Hər  tərəfə  baxırdın,  qar  ilə  yağıĢ  bərabərlikdə  yağıb,  hər 
tərəfdən  yeyin  bir  hal  ilə  bir-birinə  toxunan  küləklər  çadırların  mıxlarını  yerdən 


107 
 
qalxızıb  insanların  üzünə  çırpırdı.
*
  Get-gedə  Ģiddətlə  yağan  sulu  qan  peydərpey 
əsən küləklər tüfəng saçması kimi adamın üzünə çırpırdı. 
O elə bir Ģiddətli hal əmələ gətirmiĢdi ki, nə oturmaq, nə də bir yerə getmək 
mümkün deyildi. Qafan dərəsinin Ģiddətli küləkləri ġəbadək dağlarının zirvələrində 
toplar  kimi  guruldayıb  hər  saatda  qarĢımızda  qardan  yüksək  təpələr  ucaldırdı. 
Yarım  saat  içində  hava  dörd-beĢ  rəngə  düĢürdü.  Ordubaddan  uca  dağa  qədər 
yaralıların sayı-hesabı yoxdusa da, yaraları bağlandıqdan sonra Ģəhərə göndərilirdi. 
Havanın  pisliyinə  baxmayaraq,  bir  neçə  bələdçi  götürüb  ətrafı  öyrənmək 
üçün  əzm  edildi.  Saqqarsuyun  ətrafında  bir  qan  çalası    göründüyündən    o  tərəfə  
gedildi.   Soyuğun  Ģiddətindən  qanın  üzü buz  bağlamıĢdı.  Bununla  belə  daĢın bir 
tərəfindən damcı-damcı qan sızırdı. Bu halı gördükdə camaatı böyük bir təəccüb və 
heyrət bürüdü. DaĢın arasında 62 nəfər övrət və uĢaq cənazəsi  bir-biri  üstə qalaq-
qalaq tökülmüĢdü.  Bu halı  görən camaat çox ağlayıb çadırlarda olan camaata da 
xəbər  verdilər.  Camaat  övrətlərin  bu  halını  mülahizə  etmək  üçün  bir  yerə  yığılıb 
çox ağladılar. Az sonra qadın cəsədlərinin arasından bir sızıltı eĢidildi. Çox diqqət 
ilə baxdıqdan sonra iki qıçından yaralanıb bihuĢ düĢmüĢ bir övrətin həyat ilə ölüm 
arasındakı ağır halından nümayan olan bir ah-zarın vücudu meydana çıxdı. Zavallı 
bacı çadırımıza gətiriləndən sonra huĢa gəldi. Ağlar ikən bu sözləri söylədi: 
"Molla  Həsən  Əfəndinin  yanında  olan  biz  övrət  tayfaları  o  mərhumun 
doğrandığını  görüb  qaçaraq  bu  daĢın  arasına  pənah  gətirdik.  Molla  Həsən 
Əfəndinin iĢini qurtarandan sonra bir dəstə erməni yetiĢib bu qətl olmuĢları bu hala 
qoydu. Mənim də bədənimin yarısı eĢikdə qalmıĢdı. Zira, daĢın içində camaat çox 
olduğundan mənim bədənimə yer olmamıĢdı. Ona görə də bir neçə erməni yetiĢib 
mənim  çöldə  qalan  qıçlarımı  doğramağa  baĢladı.  Bu  halda  bir  erməni  sahib-
mənsəbi  əlində  qılınc  yetiĢib  məni  öldürməyə  mane  oldu  və  bu  sözləri  mənə 
söyləyib keçdi: 
-  Bizim  Qafqazda  müsəlmanlarla  müharibəmiz  vardır.  Fəqət,  bu 
müharibələr  sünni  camaatıyla  olmayıb,  Ģiələrlədir.  Ancaq,  siz  sünni  camaatının 
baĢına  gələn  bu  qədər  vəziyyətlər  Osmanlıda  Osmanlı  sultanının  ermənilərin 
baĢına gətirdiyi müsibətlər xatiri üçün əmələ gəlir. Bu qırğının cümləsini Osmanlı 
tərəfindən  bilməlisiniz!  Siz  övrətlərə  nə  qədər  cəfalar  edilsə,  Osmanlıda  Sasun, 
Zeytun, Van diyarlarında hökumət cəfasından islamların əsarəti altına düĢüb islam 
məzhəbini qəbul edən erməni xanımlarının yarı intiqamı da olmayıbdır". 
Məzkur  övrət  yarasının  Ģiddətli  olması  səbəbindən  Ģəhərə  yox,  Pəzməri 
adlanan islam köyünə göndərildi. Həmən gecəni Saqqarsuda sabah eylədik. 
Ayın  18-də  sübh  zamanı  namazdan  sonra  camaatın  sığınaq  etdiyi  meĢəyə 
girdik. Bir az getdikdən sonra 25 yaĢlarında bir övrət, bir də cavan oğlan cənazəsi 
                                                           
*
  Bu  əhvalat  müxbirlərin  dilindən  və  yazısından  eĢidilməyib.  Fəqət  həqiqət  gözü  ilə  baxılıb  təhlil 
edildikdən  sonra  bu  tarixə  yazılmıĢdır.  Oxçu-ġəbadək  hadisələrini  kifayət  qədər  yazmaq  uzun  zaman 
tələb edər və bu tarix qədər həcmə möhtacdır. Buna görə də bu qədər məlumat verməklə kifayətlənirik. 
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə