1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə49/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   46   47   48   49   50   51   52   53   54

100 
 
ümumislam  sığınacaqları,  istehkamları  boĢlanıb  kənd  içində  qəflət  yuxusuna 
uydular. Hətta o gecə kəndin ətrafında əvvəlki kimi mühafizə də buraxılmadı. Bu 
səbəbdən ermənilər kəndin əhəmiyyətli mövqelərini gecə ikən aldılar. Bununla da 
Qatar kəndinin taleyi həll olundu. 
Ermənilər  kəndi  elə  əhatə  etmiĢdilər  ki,  heç  bir  tərəfə  doğru  quĢ  uçmağa 
belə boĢ məkan qalmamıĢdı.
*
 
Sübhə bir saat qalmıĢ ermənilər fövqəladə bir Ģəkildə  kəndi atəĢə tutdular. 
Bu müharibədə Barabatumda olan kazak dəstələri də ermənilərə kömək edirmiĢlər. 
Bu  axırıncı  müharibədə  ermənilər  müharibəni  baĢlamaqla  qüvvələrini  dörd  tərəfə 
bölüb yürüĢlər icra etdilər. Hər dəstənin qabağında bir qədər Ġran fəhləsi açıq-açığa 
neft  və  dinamit  daĢıyıb  damlara  od  vurmaq  istəyirdilər.
**
  Bu  müharibədə 
məğlubiyyəti  gözü  qabağına  gətirən  Qatar  camaatı  Ģanlı  zəfərlər  qazandılar.  Belə 
ki,  ermənilərin dəstələri hər saatda  pəriĢan olub arxalarındakı ehtiyat  əsgərləri ilə 
qüvvətləndirilirdi. Bu vaxtda ermənilər tələfatın çoxluğuna baxmayaraq, ayaqüstü 
yürüĢlər  edib  kəndin  qarĢısında  və  içində  olan  müsəlmanlarla  döyüĢə  giriĢirdilər. 
Kəndin içində qanlı müharibə baĢlanıb erməni və müsəlman bir-birlərinin üzərinə 
xəncər və tüfəng iĢlətdilər. Ermənilərin ikrah doğuran sədaları, hərbi alətlərin bir-
birinə  dəyməsindən  yaranan  Ģıqqıltılar,  müsəlman  könüllülərinin  "Ya  Allah!  Ya 
Allah!"  sədaları,  damların  üstündən  müharibəyə  baxan  anaların  fəğanı  bir-birinə 
qarıĢıb kənddə bir qiyamət qoparmıĢdı,  gəl görəsən. Tüfənglərdən səmaya qalxan 
tüstülər, atların və piyada əsgərlərin yürüĢündən əmələ gələn qanlı toz, yandırılan 
evlərin dumanları zavallı kəndin üstündə bəla buludları kimi mücəssəm durmuĢdu. 
Bu  buludların  altında  birisi  milli  istəyinə  çatmaq  hərisliyi  ilə  gözü  qızmıĢ,  digəri 
isə əziz canından keçmiĢ millətlər bir-birinə qarıĢıb bahar yağmurunun yerə çırpıb 
                                                           
*
 Xələc kəndində pünhan olub avqustun 9-cu gecəsi Qatara daxil olmaq istəmiĢ bir məzlum müsəlmanın 
mülahizəsi:  Mədən  bazarından  keçib  Qatar  kəndinə  çatdıqda  mənə  bir  qəribə  aləm  nümayan  oldu. 
Kəndin üstü bir duman, bir tüstü mücəssəm durmuĢdu. Əsla bir tərəfdə çıraq iĢığı, ya od və yainki kibrit 
parıltısı  da  görünmürdü.  O  halda  heyvanatın,  həĢəratın,  hətta  insanların  da  sədası  kəsilib  kəndi  o 
qaranlıq,  o  zülmanı  gecədə  müdhiĢ  bir  sükunət  qaplamıĢdı.  Ara-sıra  qaranlığın  içindən  südəmər 
çocuqların ağlamasına oxĢar bir səda eĢidilib kənd əhlinin əsasən oyaq olduğunu anladırdı. Gahdan bir 
ağlaĢma,  vidabazlıq,  cigərsuz  ağlama  sədaları  gəlib  məni  özümdən  bixəbər  qoyurdu.  Bu  ağlamağın 
faciəli sədaları qaranlıq gecədə vaqe olan təbii bir sükunətdən hasil olan səs-küyə qarıĢıb dağlara qədər 
küdurət  əks-sədası  olurdu.  Kəndin  ətrafında  yerləĢən  silsilə  dağlar  bir  yas  məclisi  kimi  guya  hər 
bucaqda minlərcə oğlu ölmüĢ validələr dizlərini qucub beylə nalə qılırdılar. Çox qulaq verdim isə də, 
sabahın  əsarətini  hal-hazırda  nəzərdə  mücəssəm  qılıb  ağlaĢan  anaların  ürək  ağrıdan  sədaları  məni 
çaĢdırıb qoydu. Mən daha da artıq bir təəccüb və heyrət içində qorxu və dəhĢətin keĢməkeĢilə biixtiyar 
gedirdim. Nərələrə? Bilmədim! Ancaq mən gedirdimsə də, qorxu və hürkü məni könlümə qədər təqib 
edirdi.  Nagah,  mühafizəsiz  buraxılmıĢ  olan  müsəlman  istehkamlarına  təsadüf  etdim.  Ġndi  də  boĢ  su 
qabları, boĢ patron qabları bir-biri üstə tökülmüĢdü. Bu halda, səngərin daĢlarından çıxan barıt qoxuları 
dimağımı  alıĢdırıb  qoyurdu.  Uzaqdan  ermənilərin  kəndi  iĢğal  üçün  hücumlarını  görüncə  dağlar  ilə 
Kəllədağ kəndinə qaçmağa baĢladım. 
**
 Qəribə gələsi bir söz var isə o da  Ġran fəhlələrinin hər yerdə erməni əlində qətl olub yenə hər yerdə 
ermənilərə  kömək  etməsidir.  Bəli!  "DüĢməne-dana  beh  əz  duste-nadan"  söyləyən  Ģairin  ruhu  Ģad! 
(Tərcüməsi: "Ağıllı düĢmən, ağdsız dostdan yaxĢıdır" - Ə.B.)
 


101 
 
yerdən  qaldırdığı,  bir-birilə  baĢ-ayaq  qalxıb  düĢən  qətrələri  kimi  bir-biri  ilə 
çaıpıĢmada  idilər. Sübhdən axĢama  kimi qanlı  savaĢ oldu. Erməni-müsəlman bir-
birinə  qarıĢıb  müharibə  etdilər.  Kənd  büsbütün  yanıb  qurtarsa  da,  müsəlmanlar 
kənddən  çıxmadılar.  "Hər  halda  çıxıb  səhralarda  çıl-çıplaq  avara  gəzincə,  baba 
yurdunda  ölüb  qalmaq  səadətdir,"  -  deyib  müharibə  edirdilər.  Ermənilər  axĢama 
yaxın bomba atmağa baĢlayıb müsəlmanları qorxutdularsa da, dam-daĢlara xəsarət 
verib, əhalini kənddən çıxarıb qovmağa müvəffəq olmadılar. AxĢam alaqaranlıqda 
ermənilər  gedəndən  sonra  kənddə  qalmağın  qeyri-mümkün  olduğunu  qət  edən 
camaat əhli-əyalını götürüb Kəllədağ kəndinə yollandılar. 
Hadisələrin icmalı. Bu
 
Qatar müharibəsini təĢkil edən erməni baĢçısı Aram 
bəy  olub  müsəlmana  bir  çox  zərərlər  vurdular.  Müharibə  1906-cı  il  29  iyulda 
baĢlayıb avqust ayının 9-da xitam bulmuĢdu. Bu müharibədə ermənilərə açıq-açığa 
Ġran  fəhlələri  yardım  edirdilər.  Ġran  fəhləsinin  rəisi  Qaradağ  ölkəsində  Astamal 
kəndinin  sakini  Süleyman  adlı  bir  nəfər  ermənilərə  çox  kömək  etmiĢdir.  Kənd 
büsbütün yandısa da, müsəlmanlar kənddən çıxmadılar. Ermənilər kənd dağılandan 
sonra qayıdıb Oxçu-ġəbadək müharibəsinə baĢladılar. 
 
ZƏNGƏZURDA OXÇU-ġƏBADƏK, YAXUD QAFAN DƏRƏSĠ 
HADĠSƏLƏRĠNƏ DAĠR 
 
Erməni  xəfiyyə  cəmiyyətlərinin  Gəncə  quberniyasındakı  siyasət  meydanı 
ancaq  ġuĢa  Ģəhəri  ola  bilərdi.  Erməni  xəfiyyə  cəmiyyətləri  ġuĢa  Ģəhərində 
müsəlmanlara  müxtəlif  zülmlər  edərək  əziyyət  verir,  islam  köylülərinə 
görünməmiĢ  cəfalar,  insaniyyətə  yaraĢmayan  vəhĢiliklərlə  əzablar  yağdırmaqda 
idilər.  Belə-belə  hərəkətlər  çox  baĢ  veribdir.  Ġnsaniyyətin  ən  əvvəlinci  Ģərti  səbir 
olduğunu  düĢünən  islamlar  belə  iĢlərə  qonĢuluğun  məhəbbətli  münasibətinin 
pozulmaması nöqteyi nəzərindən baxmaqda idilər. Ermənilər iĢə  - "Böyük Rusiya 
inqilabı  söndü,  biz  iĢləri  sona  çatdıra  bilmədik,"  -  deyərək  ġuĢada  necə  olursa 
olsun islamları hərbə çağırırdılar. 
Ġslam  camaatı  ermənilərin  əyri  xəyalda  olub  Ģəhərin  bir  sıra  nöqtələrində 
qovğa qoparacaqlarını görüncə irəliyə çıxdılar. Çıxıb da Ģücaət və igidliyi qanında 
olan ġuĢa camaatı erməniləri cəzalandırmaqdan əsla çəkinmədilər. 
Açıq-açığa ermənilər məğlub oldular. Hər tərəfə gizli bir halda məğlubiyyət 
teleqramları  vuruldu.  Erməni  xəfiyyə  cəmiyyəti  siyasətbazları  da  pəriĢan  bir  hala 
düĢdülər.  ĠĢi  belə  görüb  Zəngəzura  üz  tutub  əsgər  toplamaq  üçün  Hayıstana  - 
Ġrəvan,  Abaran,  Aleksandropol  diyarına  əmrnamələr  göndərildi.  Açıq-açığa 
Zəngəzura  əsgəri  ləvazimat  və  hərbə  dair  planlar  göndərilirdi.  Zəngəzurda 
gözlənilən  müharibələrə  ermənilər  mümkün  qədər  ləvazimat  daĢımaq  üçün  ġuĢa 
Ģəhərini münasib saymırdılar. Çünki, o ətrafda ermənilərin məğlubiyyətindən sonra 
odlu silah göndərmək asan məsələ deyildi. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə