1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə50/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   46   47   48   49   50   51   52   53   54

102 
 
Buna görə Ġrəvandan əsgər və sair ləvazimat göndərmək üçün ermənilər ən 
son nəfəsə qədər çalıĢmaqda idilər. 
Zira, bu vaxtlar Ġrəvandan yol boyunca Zəngəzura qədər erməni nüfuzu bir 
az  icra  olacaq  kimi  idi.  Bunları  mülahizə  edən  erməni  baĢçıları  Ġrəvandan 
Zəngəzura  qədər  yol  üstlərində  yerləĢən  islam  köylərinə  təzyiq  göstərmək  üçün 
erməni  əsgər  komandanlarına  qəti  əmr  verməkdə  idilər.  Bundan  sonra  Ġrəvandan 
Zəngəzura  bir  qalibiyyət  yolu  açmağa  təĢəbbüs  edilib,  yol  üstlərində,  dağ 
keçidlərində olan kəndlərə zülm əli uzanmağa baĢlandı. Bir çox kəndlər dağıdıldı, 
bir çox evlər yıxıldı. 
Xanlıqlar,  Ġtqıranlar  darmadağın  olaraq  Naxçıvan  mahalı,  Cəhri  qəsəbəsi 
faciəsi qəflətən baĢ verdi. Və burada hökumət qoĢunu ilə ermənilərin əlbir olmaları 
aĢkara çıxdı. Digər tərəfdən dağ keçidlərindən Zəngəzura aĢmaq üçün Dirlis, Unus, 
Pəzməri  adlı  islam  köylərini  dağıda  bilməyərək  onları  yalnız  mənəvi  sarsıntıya 
məruz qoydular. 
Yuxarıda adı çəkilən köylərin terrorundan sonra Zəngəzuru bir niĢana almıĢ 
məqamında  duran  Oxçu-ġəbadək,  Purdavud,  Atqız  köyləri  ermənilərin  həyati-
milliyyələrini dəhĢətə salmağa baĢlamıĢ idi. Zira, Oxçu və ətraf köylərin islamları 
ən cəsur, ən Ģücaətli adamlar olduğundan əlavə, bir-birinə bağlı  köylərin camaatı 
islamın ən müqəddəs əsəri olan ittifaq üzrə yaĢamaqda idilər. 
Demək  olar  ki,  bu  köylər  Zəngəzur  ölkəsinin  açarı  sayılırdı.  Bunların   
hamısını   ermənilər   öz   casusları   və   mühəndisləri vasitəsilə müayinə ilə tədqiq 
etdikdən  sonra  bu  köyləri  alıb  dağıdacaq  dərəcədə  hərbi  qüvvə  toplamağa   
giriĢmiĢdilər.  Ermənilərin  Qafan  dərəsində  toplanmıĢ  qüvvəsi  müharibəni 
baĢlamaqla  gediĢi  haqqında  ardıcıl  olaraq  məlumat  verirdi.  Ġrəvandan  açılmıĢ 
erməni  zəfər  yolu  ilə  gətirilmiĢ  könüllülərdən  baĢqa  Aleksandropol,  Ġrəvan, 
Abaran, ġuragül ölkələrinin nizami alayları çağrılıb Ağulis, Kəlaği, Dəmqurt adlı 
erməni köylərində müharibəni intizarən manevralar edilirdi. Digər tərəfdən, ġuĢada 
məğlub  edilib  Ağdam  ətrafında  yığılmıĢ  nizamlı  erməni  əsgərlərinin  hərbi   
ehtiyacları təkmil edilib mənəvi qüvvəsi sarsıdılmıĢ  könüllülər dəyiĢdirilərək  mis  
mədəni  olan  Qatar tərəfə göndərilirdi ki, orada olan islamların hissiyyat və candan 
keçməyə  hazır olan təxəyyülatını cəlb edərək Oxçuya  kömək halından düĢürsün.
*
   
Bu  ġuĢa  əsgərləri  iyul  ayının  20-də  mədən  ətrafına  yığılıb  Aram  bəy  Nehrəmov 
adlı erməni komandanına tapĢırılır. Bunlardan məlum olur ki, erməni əsgərləri iki 
mühüm  nöqtəyə  toplaĢmıĢlar.  Birisi  mis  mədəni  ətrafına,  digəri  Ordubadın  dörd-
beĢ verstliyində yerləĢən Ağulis və ətraf erməni köylərinə. 1906-cı il avqust ayının 
4-də  Ağulis  ordusunun  baĢ  komandanı  olan  AĢota  Ġrəvandan,  olduğu  kəndlərdən 
hərəkət  edərək  Oxçu-ġəbadəkin  qonĢuluğunda  olan  Panuslu,  Girdikan  köylərində 
toplaĢmaq  əmri  məktub  vasitəsilə  verilir.  Həmən  ayın  7-də  Ağulis  ordusu 
Panusluda  toplanır.  Qatarda  mədən  ətrafında  toplaĢmıĢ  ordunun  komandanlığına 
                                                           
*
 Bu əhvalata Qatar hadisələrində geniĢ yer verilmiĢdir. 


103 
 
Panusluda  toplanmaq  əmri  ġuĢa  mərkəzi  komandanlığından  verilsə  də,  Qatar 
müharibəsi təhlükəli hal aldığından Panuslu kəndinə ancaq ayın 8-də çata bilir. Hər 
iki ordu bir yerə toplaĢınca hərbə dair olan əsgəri ehtiyacları təkmil edərək, 1906-cı 
il  avqust  ayının  doqquzunda  adı  çəkilən  dörd  islam  köylərinin  xalqı  bixəbər 
olduqları  halda  köylər  ermənilər  tərəfindən  niĢana  alınaraq  daĢların  təpəsində 
istehkamlar qurulmağa baĢlanır. 
Oxçu-ġəbadək  vuruĢları,  yaxud  hərb  meydanı.  1906-cı  il  avqust  ayının 
9-da  dörd  islam  köyünün  camaatı  öz  kənd  təsərrüfatı  iĢləri  ilə  məĢğul  olduqları 
vaxt dağların təpəsində istehkamlar qurmaqla məĢğul olan əsgərləri görürlər, ancaq 
onların  erməni  olduqlarını  bilmirlər.  Camaat  arasında  cürbəcür  fikirlər 
yarandığından  məsələni  öyrənmək  üçün  bir  neçə  yerə  adamlar  göndərilir. 
Nümayəndələr  qaraltının  qarĢısında  yüksək  təpələr  baĢına  hərbi  bayraqlar 
sancıldığını  görüb  -  "hökumət  qoĢunudur,"  -  deyib,  ehtiyatsız  halda  yollarına 
davam  edirlər.  Bir  güllə  məsafəsinə  yaxınlaĢar-yaxınlaĢmaz  ermənilərin  qabaq 
qurğularından  üstlərinə  atəĢ  açılır.  AtəĢ  əsnasında  istehkam  quranların  erməni 
olduğunu  bilib  hər  kəs  evinə  qaçır,  ən  köhnə  üsuldan  olan  silahlarıyla  silahlanıb 
düĢməni qarĢılamağa çıxırlar. 
Ermənilər isə ən müasir silahlarla silahlandıqlarından, bir də  müsəlmanlar, 
əsasən,  meĢəlikdə  əkinçiliklə  məĢğul  olduğundan,  kəndi  yaxĢı  mühafizəyə  qadir 
deyildilər.  Buna  görə  də  ən  əhəmiyyətli  mövqeləri  düĢmən  tutur.  Az-çox  kənddə 
hazır  olan  kiĢi  tayfalarını  isə  qadınların  nalə  və  fəryadı  çaĢbaĢ  qoyurdu.  Digər 
tərəfdən  heyvan  bağırtısından  baĢqa  bir  səs  eĢitməyən  balalar,  xırda  çocuqlar 
müharibənin ən Ģiddətli vaxtında düĢmən mövqelərindən çalınan Ģeypurların ürək 
parçalayan  sədasından  validələrinin  məməsindən  dartınıb  beĢiklərindən  qiyamət 
gününü xatırladan bir səda ilə aləmi doldururdular. Yağmur kimi hər iki tərəfdən 
açılan  güllələrin  Ģırıltısından,  hərbi  musiqinin  canalan  sədasından  köylərin 
çocuqları  və  heyvanatı  bir-birinə  dəymiĢdi,  sanki  bu  zavallı  köylərdə  Ġsrafil 
Ģeypuru çalınmıĢ kimi insanlar bir-birinə qarıĢmıĢdılar. 
Erməni  mauzerlərindən  çıxan  atəĢlərin  Ģaqqıltısı,  müsəlman  könüllülərinin 
ayaqüstü erməni səngərlərinə qıĢqıra-qıĢqıra hücum etmək sədaları Oxçu-ġəbadək 
dağlar  silsiləsinə  əks  edərək  yüksək  qayaların  zirvələrindən  gurultudan  baĢqa  bir 
səda  eĢidilməzdi.  Bu  halda  ümumerməni  səngərlərindən  aramsız  atəĢ  açılırdı. 
Bundan  əlavə,  müsəlmanlar  tərəfindən  açılan  güllələr  hədəfə  dəymədiyindən 
ermənilər  cürətli  halda  ara-sıra  qurğularından  xüruc
*
  halına  giriĢməkdə  idilər. 
Müsəlman  könüllüləri  isə  ermənilərin  Ģiddətli  atəĢinin  təsirinə  baxmayaraq,  hər 
halda irəliyə yürüĢ etməkdə idilər. 
Ġslamların bu igidlik və mətanətini görüncə erməni səngərlərindən bir neçə 
cəhənnəm makinası buraxılıb dörd köyün müsəlmanlarını son dərəcə sarsıtsalar da 
                                                           
*
  Xüruc  -  müdafiə halında  olan  əsgərlər  münasib bildikdə  sipər,  yəni  səngər  dalından  çıxıb  düĢmənin 
üzərinə atılmasına deyilir. 
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə