1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə44/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   40   41   42   43   44   45   46   47   ...   54

90 
 
- Əvvəla, bu il köçəri əhalinin köçməsinə mane olmasınlar. Və ikincisi, iki 
məclis təĢkil edib, birincisi, bu ilki köç məsələsini, digəri gələcək üçün bu məsələni 
müzakirə etsin. Bu qərar ilə ki, köçəri camaat yavaĢ-yavaĢ oturaq həyata keçsinlər. 
Məclis burada sona yetib müsəlmanların köç məsələsinə mane olmağa daha 
imkan qalmayır. 
Erməni-müsəlman sülhünün caniĢin sarayında 28 fevrala təsadüf edən 
6-cı  yığıncağı.  Bu  məclis  general  Malamanın  sədrliyi  ilə  baĢlanır.  Ən  əvvəl  köç 
məsələsinin  həlli  xüsusunda  bir  çox  söhbətlər  olsa  da,  sonra  müsəlman 
proqramının  yeddinci  maddəsinin  müzakirəsinə  keçilir.  Həmən  maddə  budur: 
"Gərək  elə  Ģərait  yaradılsın  ki,  qulluqçu  öz  vəzifəsini  ifa  edərkən  heç  kəsdən 
qorxmayıb rahatlıqla iĢ görsün". 
General Malama: - Kim istəyir bu barədə danıĢsın?! 
Bir  neçə  dəqiqədən  sonra  sakit  olmuĢ  camaatın  arasından  cənab  Əhməd 
bəy Ağayev ayağa qalxıb aĢağıdakı nitqi söyləyir: 
- Budur neçə ildir ki, biz Qafqaz camaatı bir qəribə vəziyyətə düĢmüĢük ki, 
bir dəstə hamını qorxu altında saxlayıb. Heç kəsə fürsət vermirlər ki, nə öz fikrini, 
nə  də  öz  iĢlərini,  necə  ki,  lazımdır  izhar  etsinlər.  Camaat  iĢinə  müdaxilə  edən 
Ģəxslər  və  qulluqçular  həmiĢə  qorxu  içərisindədirlər.  Əgər  bir  kəs  cürət  edib  öz 
fikrini  açıq-açığa  danıĢsa  və  yainki  bir  qulluqçu  cürət  edib  öz  insafına  görə  iĢ 
görsə,  həmən  saat  möhürlü  kağızlar  gəlib,  qətl  fərmanı  yetiĢər.  Belə  dolanmaq 
olmaz!  Buna  bir  axır  qoymaq  gərəkdir.  Qulluqçulardan  və  sahib-mənsəblərdən 
bəziləri o qədər alçaq, o qədər rəzil oldular ki, bu qorxu kağızlarından vahimə edib 
insaflarından  və  ixtiyarlarından  keçirlər.  Və  qorxu  kağızlarını  mülahizə  edib 
kağızları  göndərən  tərəfə  meyl  edib,  müqabil  tərəfə  bilə-bilə  ədalətsizlik  və 
amansızlıq  edirlər.  Əgər  iĢlər  belə  gedərsə,  əsla  dolanmaq  olmaz.  Bu  hərəkətlərə 
terror  deyib,  beləcə  təmizə  çıxarırlar.  Lakin  terrora  müəyyən  dərəcəyə  qədər 
dözmək olar. Bir dövlətdə ki, danıĢmağa və yazmağa izn vermirlər, insanları zülm 
və zorakılıqdan azad edib, insaniyyətə xidmət etmək qəsdilə qəddarlar və zalımlar 
əleyhinə  terror  mümkündür.  Lakin  terror  bu  dərəcəyə  keçdikdə  səbir  ediləsi  və 
dözüləsi deyil. 
Bir adamı, bir qulluqçunu öz millətinə xidmət etməyə və ya insafına görə iĢ 
görməkdən qorxudub  vicdansızlığa, ədalətsizliyə  dəvət  edən terror davam edərsə, 
bizim  vilayətdə  nə  azadlıq,  nə  hürriyyət,  nə  ədalət,  nə  də  bərabərlik  əmələ  gələ 
bilər. Hal-hazırda  qulluqçuların çoxu, bəlkə  hamısı boyunlarını alçaqcasına  terror 
dəstələrinin  qabağında  əyib,  ancaq  onlara  xoĢ  gələn  iĢlər  tutub  bu  tərəfə  hər  cür 
cövr, zülm, sitəm, sonsuz cəfa etməkdədir. 
Biz müsəlmanlar bu halətdə davam etməyəcəyik və aĢkar deyirik ki, hərgah 
iĢlər elə gedərsə, nə qədər Qafqazda bir belə terror dəstələri hökm edərsə, asayiĢ və 
təhlükəsizlik  bərpa  olunmayacaqdır.  Biz  heç  kəsin  barəsində  Ģeytançılıq  etmərik. 
Ancaq sülhün xatirəsi üçün məclisin diqqətini bu nöqtəyə cəlb edərik və deyərik ki, 
Qafqazda  olan  mənsəb  sahibləri  və  hakimlərin  çoxu  erməni  terrorundan  qorxub 


91 
 
ədalət və insaf ilə iĢ görmürlər. AsayiĢ və dinclik olması üçün hər nə təĢəbbüs və 
tədbir görülsə, bu qulluqçular qorxularından bir əlac etməyib ancaq bir tərəfə zülm 
və cəbr edəcəklər və buna görə də heç vaxt asayiĢ olmayacaqdır. 
CaniĢin dəftərxanasının  müdiri Peterson:  - Ġndi belə sözlərin yeri deyil. 
Burada gərək bu məsələ əsla müzakirə olunmasın (ermənilər Ģiddətlə əl çalırlar). 
Əhməd  bəy  Ağayev:  -  Cənab  Peterson  əfv  etsin.  Bu  məclis  elə  bu  cür 
sözlərin yeridir. 
Bizi bura  çağırıblar ki,  öz  dərdlərimizi,  mülahizələrimizi  açıq-açığa  deyib, 
saf-sadiqanə danıĢaq, bəlkə bu, bəzilərinə xoĢ gəlmir. Bu xoĢ gəlməməyin bizə əsla 
dəxli yoxdur və bizim məsələni müzakirə etməkdən əsas qəsdimiz odur ki, həmən 
o mənsəb sahibləri ki, öz adlarını, öz insaf və vicdanlarını, mərdanəliklərini yaddan 
çıxarıb, qorxu  kağızının  vahiməsindən baĢlarını itaət  astanasına  qoyublar, onların 
əməllərini, rəzalətlərini, alçaqlıqlarını bütün Rusiyaya məlum və aĢkar edək. Bəlkə 
bundan sonra qulluqçular özlərinə gəlib kiĢiliklərini aĢkar etsinlər. 
Kərbəlayı  Ġsrafil  Hacıyev:  -  Bilmirəm  bu  nə  istisnalardır  ki,  erməni 
millətinə məxsusdur?! Xristian olub rus ilə həmmillət olmaları, mədəni və dövlətli 
olmaqları bəs deyil, gərək bir terrorları da olsun!! Bizim də terrorlarımız ola bilər. 
Biz  də  mauzer  tüfəngləri  saxlayıb,  bomba  ata  bilərik,  biz  də  ermənilərdən  yaxĢı 
mənsəb sahiblərini, qubernatorlar da öldürə bilərik. Lakin biz bunların heç birisini 
etmirik, çünki bu bir rəzil və alçaq, səltənətə layiq olmayan iĢlərdir. 
Bu məsələni müzakirə etməkdən qəsdimiz ancaq hökuməti vadar etməkdir 
ki,  öz  vəzifəsini,  öz  iĢini,  öz  ədalətini  qorxusuz,  vahiməsiz,  layiqincə  yerinə 
yetirsin. Əgər elə etməsə biz də terrora keçməyə məcbur olarıq. 
Bu  danıĢıqlarda  iĢtirak  edən  Əhməd  bəy  Ağayevin,  Kərbəlayı  Ġsrafil 
Hacıyevin terror, yəni camaat iĢində vəzifədar olan adamları, dövlət qulluqçularını 
və  mənsəb  sahiblərini  nəhayət  dərəcədə  ölüm  kağızları  ilə  vahiməyə  salmaq 
büsatından  danıĢdıqları  camaata  çox  təsir  etdi.  Erməni  vəkilləri  də  həm-həmə 
etməyə baĢladılar. 
"Nurdar"  qəzetinin  müdiri  Ġspandaryan:  -  Biz  ermənilər  gedirik,  biz 
burada qalıb belə danoslara qulaq asa bilmərik!... 
Kərbəlayı Ġsrafil Hacıyev: - Gedirsiniz, gedin! Sizə yalvaran yoxdur. 
Tağıyanosov:  -  Xeyr!  Xeyr!  Mən  yoldaĢım  Ġspandaryanla  razı  deyiləm. 
Gərək biz burada qalıb müsəlman yoldaĢlarımızın dediklərini eĢidək. Biz də onlar 
kimi  istəmirik  ki,  bizim  vilayətdə  terror  olsun  və  hökumət  kiĢiləri  bu  terrorun 
qorxusundan  ədalət  və  insafdan  keçib  bir  kəsə  və  ya  bir  tərəfə  cəza  və  zülm 
etsinlər. Lakin təvəqqe edirəm ki, müsəlmanlar sözü elə desinlər ki, biz anlayaq. 
ġahmalıyev:  - Siz ermənilər görürsünüz ki, biz buraya hökumətə mədh və 
tərif  demək  üçün  gəlməmiĢik,  biz  açıq  deməyə  gəlmiĢik  ki,  dövlət  adamları 
terrordan  qorxub  erməni  tərəfini  müdafiə  edirlər.  Belə  vəziyyətə  səbir  və  davam 
etmək olmaz. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə