41
Hərbi uçotdan çıxarkən hərbi komissarlıqda mənim ehtiyat zabiti olduğumu təsdiq edən
hərbi biletimi alıb, ertəsi gün mənə sıravi əsgər bileti verdilər. Başqa sözlə, qanunsuz olaraq
məni zabit rütbəsindən əsgər səviyyəsinə endirmişdilər. Hərbi komissarlığın işçiləri mənim
etirazlarıma cavab olaraq Bağırovun “çaldığı havaya oynayan” respublika hərbi komissarı Xavər
Vəliyevin sərəncamını əsas göstərdilər. Mənə əsgər bileti verən III hissənin rəisi Şişkin bildirdi
ki, Türkmənistanda mən dərhal ehtiyat zabiti bileti alacağam, çünki mənə əsər bileti verməklə
onlar qanunu pozublar, ancaq yuxarıların əmrindən çıxa bilməyiblər.
Həqiqətən də Türkmənistanda mən ehtiyat zabiti bileti aldım.
Bağırov hətta məni pul vəsaitini mənimsəməkdə də günahlandırmaq istəyirdi, axırda
məlum oldu ki, bu, iftira, böhtan imiş. Əksinə, aydınlaşdırıldı ki, mənə çatası pullardan da imtina
etmişəm, bellə ki, 1) Azerneftdə ixtiralarımın tətbiqi nəticəsində edilmiş qənaətə görə 43:0 manat
almalı idim. Mən həmin ixtiralara görə Stalin mükafatı aldığıma görə həmin puldan imtina
etmişdim. Bu barədə Azərneftin müvafiq sənədi var. 2) Azərbaycan Elmlər Akademiyasında
regional geologiya şöbəsinə rəhbərlik etdiyimə görə ayda 1700 manat maaş təyin olunmuşdu.
Ancaq mən 3 il yarım müddətində həmin pulu almaqdan imtina etmişdim. Mənə akademik kimi
verilən 3.500 manatı kifayət hesab etmişdim.
1948-ci il avqustun ikinci yarısında, mənə 25 il müddətinə icarəyə verilmiş bağımda
yataqda ikən, bir dəstə adam bağa hücum çəkib, Bağırovun göstərişi əsas tutaraq, yubanmadan
burdan çıxıb getməyi tələb etdilər. Iki gündən sonra mən şəhərə köçməyə məcbur oldum. Bağı
isə o vaxtlar komsomolun MK-nin katibi, hazırda isə sosial təminat naziri olan Züleyxa
Seyidməmmədovaya verdilər.
Mən Türkmənistana gedəndən sonra da ailəm üzərində işgəncələr davam edirdi.
Arvadımın qohumu, Ordubad şəhər məktəbində işləyən, respublikanın əməkdar müəllimi
Suriyyə Tağıyeva 1949-cu ildə bizə qonaq gəlir. Öz bağının məhsulu olan meyvələri (barədə
onun arayışı var imiş) kolxoz bazarında satır. Əldə etdiyi pula iki cüt sırğa alır. Geri dönən
zaman onu vaqondan düşürüb həbs edirlər və qızıl alveri etməkdə günahlandırırdılar.
Tağıyeva “möhtəkirliyə görə” 7 il azadlıqdan məhrum edildi. Bu barədə yerli qəzetlər
geniş məlumat verdi. Tağıyevanın mənim arvadımın qohumu olması isə xüsusi qeyd olundu.
Qəzetdəki məqalələr hay-küy qaldıran bir tonda yazılmışdı və Əli Əşrəf Əlizadənin
evinin qızıl alverinə xidmət etdiyini nəzərə çatdırmaq məqsədi güdürdü. Bunun üçün DTN
agenti, “Bakinski raboçi” qəzetinin müxbiri Fidlerdən istifadə etmişdilər.
Bütün bunlar məni tamamilə gözdən salmaq, ləkələmək üçün nəzərdə tutulmuşdu. Çünki
Bağırov həddindən artıq kinli idi və qurbanına aman verməzdi.
Tağıyeva amnistiya nəticəsində azad edildi. Hazırda Ordubadda yaşayır və orada da dərs
deyir.
1947-ci ilin sonunda arvadım, Bağırovun adına ərizə yazıb, nikahımızı saxlamağı,
boşanma işini ləğv etməyi xahiş edir.
Bu ərizəni alan kimi Bağırov Teymur Quliyevə arvadımı çağırıb, ondan öz anası və
qohumları ilə hər cür əlaqəni kəsməsi barədə iltizam almağı əmr edir. Əgər o həmin iltizamı
verərsə, boşanma məsələsini ləğv etməyə söz verir.
Arvadım Azərbaycan SSR Nazirlə Sovetinə, T.Quliyevin yanına çağırılır.
Yemelyanovun, Sumbatovun və b. yanında o, tələb olunan iltizamnamən verməyə məcbur olur.
Bundan sonra Quliyev mənə öz evimə, ailəmin yanına getməyə icazə verdi. Buna qədər mən 15
gün müddətində Azərneftin növbətçi otağında qalırdım. Çünki Bağırov məni hədələmişdi ki,
mən ailəmlə əlaqəyə girməyə cürət etsəm, partiyadan xaric ediləcəyəm. Bütün bu müddət
ərzində mən nəinki arvadımla, hətta kiçik yaşlı uşaqlarımla da görüşdən məhrum edilmişdim.
Altı uşaqlı balamla görüşməyim partiyadan xaric olunmağıma səbəb ola bilərdi.
Bağırov Türkmənistan KP MK-nə, universitet rəhbərliyinə mənim barəmdə böhtan, iftira
dolu məktublar göndərir, oradan da məni dinc qoymurdu. EA-nın rəhbərləri Məmmədəliyevi,
Qaşqayı və Bayramovu da böhtançı məktublar yazmağa məcbur edirdi.
42
Mənim ucbatımdan qardaşlarım da əzab çəkdilər. 1948-ci ildə Bağırov EA-nın prezidenti
Məmmədəliyevi yanına çağırıb dedi: “Əlizadənin qardaşını nə üçün saxlayırsan? Nə yolla
olursa-olsun, onu başından rədd elə”.
Böyük qardaşım Ağa Səməd texnika elmləri doktoru, professor idi. O vaxtlar
Akademiyada yeganə azərbaycanlı energetik olan qardaşım mənə görə işdən çıxarıldı, onun
laboratoriyası isə guya aktual məzmunlu işlərlə məşğul olmadığına görə ləğv edldi.
Kiçik qardaşım Firudin Ağayev Stalin mükafatı laureatı, Sumqayıt kimya zavodunun
direktoru idi. Ona da divan tutmağa cəhd edirmişlər. Ancaq təsadüf nəticəsində xilas ola bilib.
1949-cu ildə Yemelyanov təxribat düzəldib, zavod fəhlələrinin zəhərlənməsi barədə
hay0küy qaldırır, ancaq fəhlələrin göndərildiyi xəstəxanada məlum olur ki, onlar heç də
zəhərlənməyiblər. Həmin fəhlələr özləri bu iş mat-məəttəl qalmışdılar ki, tam sağlam adamları
zəhərlənmişlər kimi niyə xəstəxanaya göndəriblər.
Qardaşım yalnız ona görə xilas ola bilmişdi ki, xəstəxanadan bu hadisə ilə bağlı arayış
alan kimi dərhal təyyarə ilə Moskvaya uçub, Bağırovun və Yemelyanovun təhriki ilə DTN
orqanlarının hazırladığı təxribatı orada ifşa etmişdi.
Bağırov mənim ailəmi yaşadığı mənzildən köçürmək istəmiş, bu barədə Azərbaycan
Geologiya idarəsinin müdiri Rəşid Abdulllayevə göstəriş vermişdi. M.C.Bağırovun və
T.Quliyevin bu göstərişi barədə Abdullayev özü arvadıma danışmışdı. Bu məsələ ilə bağlı
məhkəmədə iddia aldırılmış, lakin mənim ailəmin köçürülməsi barədəki iddianı məhkəmə rədd
etmişdi.
Bağırov Azərbaycan EA-na mənim əsərlərimin çapını dayandırmaq, EA-nın çap
materiallarında mənim əsərlərimdən sitat gətirilməsinə yol verməmək barədə göstəriş vermişdi.
Bağırov haqqında bir kəlmə tənqidi söz demək üstündə, özüm, yaxın və uzaq
qohumlarım 6 il ərzində bitməz-tükənməz məşəqqətlərə, əzab və işgəncələrə məruz qaldı.
Qeyd etməliyəm ki, neft sənayesi sahəsində iyirmi il çalışmış bir mütəxəssis kimi,
Bağırovun neft sənayesinə rəhbərliyini Azərbaycanın neft sərvətini tükətməyə və aşağı neft
qatından şüurlu şəkildə istifadə etməməyə yönəldilmiş düşmənçilik kimi qiymətləndirirəm
məsələn, əgər buruq aşağı qatdan hər gün 15 ton neft verirdisə, Bağırovun göstərişi ilə neft
çıxarılması yuxarı qatlara keçirilirdi. Bu da aşağı qatların sonrakı istismarını həmişəlik
dayandırırdı. Orada qalan neftin isə çıxarılmasına imkan qalmırdı.
Bağırov neft hasilatının yerinə yetirilməsi barədə düzgün məlumat verməyi qadağan
edirdi. Odur ki, neftçilər gözdən pərdə asmaq məcburiyyətində qalırdılar. Bağırov qeyri-real,
yerinə yetirilməsi mümkün olmayan planlar təyin edirdi. Neftin Bağırovun təhrikilə acgözlüklə
çıxarılması dövlətə böyük ziyan vurdu.
Şahid – Mustafayeva Firuzə Selim qızı
“Ərim – həkim Cavadov Əlicavad Məmməd oğlu Bağırovun hakimiyyəti dövründə
Azərbaycanda törədilən özbaşınalıqlar barədə bir neçə ərizə yazdığına görə bütün ailəmiz
görünməmiş işgəncələrə məruz qaldı. Ərim, anam və mən həbsxanaya salındıq, böhtançı kimi
ittiham olunduq, ərim həbs düşərgəsində həlak oldu.
Böyük Vətən müharibəsi illərində mən və ərim Sovet Ordusunda xidmət edirdik. 1942-
44-cü illərdə Kutaisi şəhərinin qospitalında işləyirdik: ərim – qospital rəisinin müavini, mən isə
cərrahiyyə şöbəsinin müdiri. Sonra bizi Gəncə qospitalına köçürdülər, 1945-ci ilin sonunadək
ərimlə orada işlədik. 1946-cı ilin əvvəllərində ordudan təxris olunandan sonra Bakıya döndük.
Ərim beş ay işsiz qaldı. Sonra onu Əzizbəyov rayon səhiyyə şöbəsinə müdir qoydular.
1946-cı ilin oktyabr-noyabr aylarında ərim Azərbaycandakı qanun pozğunluqları barədə
Moskvaya yazdığı ərizənin üzünü köçürməyi məndən xahiş etdi. O, intiqamdan qorxurdu, çünki
həmin ərizədə respublikanın rəhbər işçiləri, Bağırovun yaxın əlaltıları ifşa olunurdu. Ona görə də
ərim ərizəni imzasız yazmağı qərara almışdı, xəttini tanımasınlar deyə, o məndən ərizənin üzünü
köçürməyi xahiş etdi. O dedi ki, “Mən nə bilirəmsə, onu da yazıram. Bu, özünütənqiddir”. Mən