1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   19   20   21   22   23   24   25   26   27

 

43 


 

ərimlə mübahisə edib, onu bu işdən çəkindirməyə çalışdım. Bunun nə ilə nəticələnə biləcəyini 

gözümün qabağına gətirdim. Ancaq ərim məni dilə tutdu və mən bir məktubun üzünü köçürdüm. 

Ərimin sözlərindən bilirdim ki, orada göstərilən dəlillər hamısı doğru, düzgündür. 

Bu hadisədən 5-6 ay sonra ərimi həbs etdilər. Çox yaxşı xatırlayıram, onu 1947-ci il 

mayın 20-də iş yerində həbs etmişdilər. Bir müddətdən sonra iş yerimə mülki palatada naməlum 

adamlar gəldi, maşına minməyə  məcbur edib, məni DTN-nə apardılar. Anam və azyaşlı 

uşaqlarım da oraya gətirilmişdi. O vaxt Xalidənin 13, Zülfiyyənin 11 yaşı vardı. Məni və uşaqları 

səhərə qədər istintaq otağında saxladılar. Məndən imzasız məktubun kim tərəfindən yazıldığını 

soruşurdular. Mən bizimlə bu cür amansız rəftar olunduğunu görüb, məktubun yazılmasında 

iştirakımı dandım, qorxdum ki, bizə divan tutarlar. 

Ertəsi gün məni yenidən istintaqa çağırdılar. Uşaqlarımı da Bakının 40-45 kilometrliyində 

yerləşən pioner düşərgəsindən götürüb gətirmişdilər. Beləliklə, üç ay müddətində məni, anamı və 

uşaqlarımı istintaqa çağırdılar. Bir dəfə istintaq zamanı müstəntiq  Yusifzadə  məni hər  şeyi 

boynuma almağa təhrik edərək, yumruğu ilə gicgahımdan vurdu. Mən yıxılıb huşumu itirdim. 

Gözümü aşanda başımın üstündə hakim Bağırov (Mir Cəfər Bağırovun qardaşı oğlu) durmuşdur. 

Bir dəfə məni dövlət təhlükəsizlik naziri Yemelyanov oturan böyük otağa gətirdilər. Atakişiyev, 

Padarov və başqaları da orada stolun ətrafında oturmuşdular. Ərim də otaqda idi. Məndən yenə 

də məktublar barədə soruşanda, yenə də ərimin Moskvaya məktub göndərməsi faktını dandım. 

Ərim üstümə  çığırıb dedi: “Firuzə, sən niyə bunlardan qorxursan? Boynuna al ki, mən 



yazmışam, sənsə üzünü köçürmüsən. Mən həqiqəti yazmışam. Bizə heç bir şey ola bilməz. 

Boynuna al!” 

 

Bundan sonra mən məsələni yerli-yataqlı danışdım. 

Nəticədə Azərbaycanın Ali məhkəməsi ərim Cavadov 3 il müddətinə azadlıqdan məhrum etdi. 

67 yaşlı anam Xavər Rəşidzadəni də eyni müddətə məhkum etdilər. Məni 2 il müddətinə həbs 

etdilər. 

Gözətçinin icazəsi ilə mən ərimlə danışa bilirdim. Ərim mənə danışdı ki, istintaq zamanı 

onu ələ salıb gülüblər, əzab, işgəncə veriblər, iş o dərəcəyə çatıb ki, o özünü öldürmək istəyib, 

ancaq onu xilas ediblər, uzun müddət xəstaxanada yatmalı olub. O deyirdi: “Mən cəhənnəm 



əzabı verirlər, bədənim döyülməkdən gömgöy, tuluq-tuluqdur. Eybi yoxdur, mən həyatda olması 

da, həqiqət bir gün üzə  çıxacaq”.  Ərim həbs düşərgəsində  işgəncələrə dözməyərək canını 

tapşırdı.  

Məhkəmədən sonra məni iki dəfə həbs etdilər. Birinci dəfə 1948-ci ilin yanvarında həbs 

olundum, mayadək Keşlə türməsində saxlandım. SSRİ Ali məhkəməsi mənim barəmdəki qərarı 

ləğv edəndən sonra həbsdən azad olundum. Lakin bundan sonra SSRİ Ali məhkəməsinin 

plenumu işimizə yenidən baxıb, məhkəmənin qərarını təsdiq etdi. Məni 1948-ci ilin oktyabrında 

ikinci dəfə  həbs etdilər.  Əvvəlcə Ermənikənddəki qadın koloniyasına göndərildim, sonra 

“Kaqanoviçneft”ə köçürüldüm və oradakı türmə  xəxtəxanasının vərəm  şöbəsində  həkim 

işləməyə başladım. Lakin düşmənlərimiz bundan xəbər tutub, məni Sumqayıta adi işə keçirdilər, 

xəstə olmağıma baxmayaraq, daxmada, zirzəmidə yerləşirdilər. 1950-ci ilin iyulunda azad 

olundum və mənə Bakıda yaşamağa icazə verdilər.  

Lakin sonra fikirlərin dəyişib, mənə Bakıda yaşamağa icazə vermədilər. DTN Bakı şəhər 

şöbəsinin rəisi Qribkov məni bir neçə dəfə yanına çağırıb, dərhal şəhərdən çıxmağı təklif etdi. 

Bakıdan çıxacağım barədə məndən iltizam aldı. Bakını tərk etməyi Bakı şəhər pasport qeydiyyatı 

idarəsinin rəisi Abdullayev də  tələb edirdi. Mən Qutqaşenə getməyə  məcbur oldum. Bir 

müddətdən sonra orada da məni işdən çıxartdılar və  mən Mirbəşir rayonuna getmək 

məcburiyyətində qaldım. Bakıya, öz evimə mən yalnız Bağırov işdən çıxarılandan sonra qayıda 

bildim. 


 

 

 

 


 

44 


 

Şahid – Əlizadə Qəmər Süleyman qızı 

 

1945-ci ildə  ərim  Ələşrəf  Əlizadə Azərbaycan KP MK-nın ikinci katibi olan vaxt bizə 

Zuqulbadakı bağlardan birinə köçmək təklif olundu. Ərim də, mən də imtina etdik, çünki orada – 

M.C.Bağırovun qonşuluğunda özümüzü sərbəst hiss edə bilməyəcəkdik. Elə bu vaxt mühafizə 

rəisi  Şərif Babayev zəng vurub dedi: “Cəfər (yəni Bağırov)  əmr etdi ki, dərhal Zuqulbaya 

köçəsiniz. Əks halda dalınızca milis göndərəcək”. Biz iki yay – 1945 –46-cı illərdə Zuqulbaya 

köçməyə  məcbur olduq. Orada biz Bağırovla rastlaşırdıq. O, bir neçə  dəfə  eşitdirmişdi ki, 

məndən məndən xoşu gəlir, mən isə özümü eşitməzliyə vurub, əhəmiyyət verməmişdim. 

Bağırov mənim kurorta getdiyimi biləndə narazı qalır və  ərimə  tənə edirdi: “Sən kişi 



deyilsən, niyə arvadını  tək buraxırsan?”  axırda mən Bağırovun özünü niyə belə arapmasının 

səbəbini anladım. 1949-cu ilə  ərimin Türkmənistanda olmasından istifadə edən Bağırov,  şəxsi 

həkimi Karl Borisoviç Krınskini yanıma göndərib, məni Zuqulbadakı bağına aparmağı tapşırdı. 

Krınski mənə dedi: “Bilirsən, Qəmər, Cəfər səni görmək istəyir”. Mən fürsətdən istifadə edib, 

həbsdə olan anamın azad olunması, ərimin Bakıya qayıtması barədə xahiş edəcəyimi düşünüb, 

sevindim. Ona gör. Də Krınskiyə dedim: “Lap yaxşı oldu. Mən Bağırovdan qrimi qaytarmağı, 



anamı həbsdən azad etməyi xahiş edərəm”. Ancaq Krınski başını bulayıb izah etdi: “Yox, qızım, 

o səni başqa cür görmək istəyir. O mənə tapşırıb ki, səni Zuqulbadakı bağına aparmağa razı 

salım. Söz verib ki, əgər sən razı olsan, sənin üçün hər şey edəcək”. 

Bu alçaq təklifin arxasında nələr gizləndiyini anlayıb, qətiyyətlə  rədd cavabı verdim. 

Krınski bildirdi ki, mənim namuslu qadın olduğuma və  məhz belə cavab verəcəyimə  şübhə 

etmirmiş. Bundan sonra Krınski bir dəfə də yanıma gəldi və bildirdi ki, Bağırov əl çəkmir, səni 

bağına aparmağı israrla tələb edir və hədələyir ki, əgər mən inad etsəm, uşaqlarımı əlimdən alıb, 

özümü həbs etdirəcək, ərimi isə tamam məhv edəcək. Ancaq mən bu dəfə də Bağırovun iyrnc 

təklifinə  qəti etirazımı bildirdim. Bundan sonra Bağırovun mənə qarşı bir neçə il davam edən 

işgəncələri başladı. O, müxtəlif vasitələrlə məni incitməyə başladı. 

Hələ 1946-cı ildə  ərim  Ələşrəf  Əlizadə  və qardaşım  Ələkbər Mustafayev öz aralarında 

Bağırovu tənqid etmişdilər. Bunun üstündə onların ikisini də  işdən və partiyadan çıxartdılar. 

Anamı  və bacım Firuzəni  əri həkim Cavadovla birlikdə Moskvaya şikayət məktubu yazmaq 

üstündə  həbs etdilər. Həmin məktubda göstərilirdi ki, M.C.Bağırov öz ətrafına Quliyev, 

Həsənov, Seyidov kimi gərəksiz və  ağılsız adamları  yığıb, onlar da özbaşınalıqla,  şəxsi var-

dövlət yığmaqla məşğul olurlar. 

Bundan sonra məni də DTN-dəki istintaqlara çağırmağa başladılar. Məni səhərlər 

çağırırdılar. Gecə yarıyadək südəmər körpə ilə aç-susuz istintaq olunurdum. Bu, bir ayadək 

davam etdi. Sorğu-sual ona yönəldilirdi ki, mən ərim Ə.Əlizadənin anamı öyrətməsi, Cavadovu 

Bağırov əleyhinə imzasız məktub yazmağa təhrik etməsi barədə ifadə verim. 

Bir dəfə müstəntiq Pivovarov mürəkkəbqabını götürüb, başıma çırpaq istədi. Ikinci dəfə 

məni hədələdi ki, uşağını güllələyərəm. 

Bu günlər  ərim  Əlizadə evə  gəlmir, Azneftdəki xidməti otağında gecələyirdi. Sonralar 

bildim ki, Bağırov ona məni boşamağı təklif edibmiş. Boşanma haqqında məlumatı mənə ərim 

yox, müstəntiq Hüseynzadə bildirdi. O, ərimin məni boşaması barədə  xəbərin dərc olunduğu 

qəzeti göstərib dedi: “Bax,  ərin səni atıb başqasını alır. Indi də  ərinin bu işdə  iştirakını 



danacaqsan?”. Mən cavab verdim ki, ərim haqqında heç bir pi şey deyə bilmərəm.  

Bundan sonra mən və ərim Bağırovu adına ərizə yazıb, ailəmizi dağıtmamağı xahiş etdik. 

Ərizəmdə göstərmişdim ki, əks təqdirdə özümü öldürəcəyəm. Bağırov məni qəbul etmədi, 

ərizəmə  də cavab vermədi.  Ərimin xahişindən sonra Bağırov “ürəyiyumşaqlıq” edib, ailə 

həyatımızı davam etdirməyə icazə verdi. Həmin vaxt boşanma haqqında məhkəmə  işi xalq 

məhkəməsindən vilayət məhkəməsinə verilmişdi. 

Bir gün Teymur Quliyev mənə əng vurub, anına gəlməyi təklif etdi. Mən onun otağına 

daxil olanda Yemelyanov, Malyutin və Sumbatovu da orada gördüm. Quliyev mənə dedi: “Sənin 

ərin əvəzsiz neftçi-alim olduğundan Cəfər (Bağırov – red.) sənə hörmət edir. Al bu kağız, yaz ki, 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə