1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   19   20   21   22   23   24   25   26   27

 

49 


 

şöbəsinin müdirinə  xəbərdarlıq etdi ki, heç kim Pişəvərinin həlak olmasından xəbər 

tutmamalıdır. Ancaq 2-3 gün sonra İran radiosu bu xəbəri yaydı.  

Əvvələr Yemelyanovun mənə münasibəti çox yaxşı idi. O hətta məni nazirliyin IV 

şöbəsinə müdir qoymağın vaxtı çatdığını da söyləmişdi. Ancaq qəzadan sonra onun mənə 

münasibəti kəskin  şəkildə  dəyişdi. Yemelyanov Yevlağa gələndə  mən ondan soruşdum ki, 

Pişəvərinin həlak olma səbəblərini araşdıran istintaqın nəticələri necədir? Yemelyanov çox 

acıqlandı və dedi: “Respublikanın sahibi kimdir? Mən və Bağırov, ya sən?”. 

Söhbət əsnasında mən bildirdim ki, nümayəndələrimizin İrandakı fəaliyyətlərinin düzgün 

olmaması oradakı inqilabi 20 il ləngitdi. Bu, Yemelyanovu daha çox acıqlandırdı. 

Bundan sonra təqiblər başladı  və onunla nəticələndi ki, məni DTN orqanlarından xaric 

etdilər. Mən Azərbaycan KP MK-ya gəlib Yemelyanovun qanunsuz hərəkətlərindən Bağırova 

şikayət etmək istədim. 

Bu barədə Novikovaya danışdım, o isə məni Bağırovun yanına buraxmadı. 

Pişəvərinin həlak olma səbəblərini araşdırmaq üçün Moskvadan SSRİ DTN əməkdaşları 

Bakıya gəldilər. Yemelyanov, Yaqubv və Quliyev işi elə qurdular ki, qəzadan sonra Pişəvərinin 

özü ilə danışdığıma baxmayaraq, məni dindirməyə çağırmadılar və  məndən heç bir şey 

soruşmadılar. Mən buradan belə  nəticə  çıxarıram ki, mənim bu iş barədə öz fikirlərimi, 

şübhələrimi Moskvadan gələnlərə danışmağım Bağırova və Yemelyanova sərfəli deyilmiş. 

Bir fakt da nəzəri cəlb edir ki, Pişəvəri mühafizə olunmurdu. Ondan əlavə Pişəvəri qəza 

yerindən 70 kilometr aralıda, Kirovabad şəhərində olan oğlunu gətirməyi xahiş etmişdi. Oğlu ən 

uzağı bir saat ərzində atasına çatdırıla bilərdi. Ancaq Pişəvərinin bu xahişi yerinə yetirilmədi. 

Oğlunun o vaxt 20 yaşı vardı. Pişəvəri bir sutkaya qədər sağ qaldı və bütün bu müddət ərzində 

huşu özündə idi. Görünür, ehtiyat ediblər ki, Pişəvəri qəzanın təsadüfi olmadığını oğluna danışa 

bilər. 

Çox qəribədir ki, Pişəvərinin işi üzrə nə Sarkisov, nə də Fərəcov dindirilib. 



Mən belə hesab edirəm ki, Pişəvəri öldürülüb, ancaq kim öldürüb, bu barədə  mənim 

əlimdə  əsaslı  dəlil yoxdur. Hər halda mən  əminəm ki, Pişəvərinin ölümündə Bağırovun, 

Yemelyanovun, Yaqubovun və Quliyevin əli var. Həmin qəza vaxtı onların özlərini çox şübhəli 

aparması mənim bu fikrə gəlməyimə əsas verir. 

 

Şahid__–_Qoryayev_Fyodor_Yakovleviç'>Şahid – Qoryayev Fyodor Yakovleviç 

 

1936-cı ilədək mən Azərbaycan “NKVD”-sinin sərhəd qoşunlarında çalışırdım və DTN-

lə heç bir əlaqəm yox idi. 

1937-ci ildə respublikada kütləvi həbslərə başlananda məni “NKVD”-nin əməliyyat 

müvəkkili vəzifəsinə təyin etdilər. 

Elə xidmətə başladığım ilk gündən dustaqların döyülməsi, onlara əzab-əziyyət, işgəncə 

verilməsi halları ilə üzləşmir. Dustaqların istintaq zamanı döyülməsi kütləvi xarakter daşıyırdı. 

Özünü günahkar saymayan, heç bir əksinqilabi təşkilata üzv olmadığını israrla bildirən hər bir 

dustaq döyülürdü. Dustağın düz danışıb-danışmamağı nəzərə alınmırdı. 

Qəddarcasına rəftar və amansız repressiyalar nəticəsində dustaqların çoxusu döyülür, 

işgəncəyə tab gətirməyərək, müstəntiqlərin tərtib etdiyi protokollara qol çəkir,  əksinqilabi 

təşkilatın üzvü olduqlarını “boyunlarına alırdılar”. 

Bəzi müttəhimlər özlərini məcburiyyət qarşısında günahkar saydıqdan sonra guya 

təşkilatın üzvü olan daha 40-50 adamın adını da verirdilər. 

Şöbədə bir müddət işləyəndən sonra mən əmin oldum ki, istintaq protokollarına antisovet 

təşkilatın üzvləri kimi qeyd olunan adamların adları müstəqil  şəkildə müstəntiqlər tərəfindən 

daxil edilir, ya da müttəhimə məcburən dedirtdirilirdi. 

Azərbaycan K(b)P MK-nın məsul işçiləri Lazarev və  Məryəm Mirqədimovanın 

istintaqını yaxşı xatırlayıram. 



 

50 


 

Istintaq zamanı Lazarevi Kudin və Qriqoryan Mirqədirovanı isə Kudin və XV şöbənin 

əməliyyat müvəkkili Jeltenkova döyürdü. Lazarevi o günə salmışdılar ki, “istintaq”dan sonra onu 

bir neçə gün Kudinin otağında saxladılar, kameraya – dustaqların arasına buraxmaqdan 

çəkindilər. Nəticədə Lazarevdən “etiraf” ifadəsi ala bildilər. Kudin otaq-otaq gəzib, Lazarevi 

“kaspar”ın böyük rəhbərləri barədə ifadə verməyə  məcbur etdiyini lovğalıqla söyləyirdi, 

Lazarevin sonrakı taleyindən xəbərim yoxdur.  

Mirqədirova isə möhkəm döyüləndən sonra da heç nəyi boynuna almadı. Bundan sonra 

Kudin onu “stoyka” durmağa məcbur etdi. Bir neçə gün üstə saxlandıqdan sonra dustaqların 

ayaqları  şişir, aşağı  ətraflara qanın çox axması  nəticəsində, beyinin qanla təminatı pozulur, üç 

sutkadan sonra dustaqlar huşunu itirir, onları qara basır, döşəməyə yıxılırdılar. Şəxsən mən onun 

yanında 2-3 dəfə gecə 11-12-dən səhər saat 8-9-a qədər “növbətçi” qalmışam. Onunla danışmaq 

qadağan olunmuşdu.  Əgər “etiraf” ifadəsi verməyə razı olarsa, ona yalnız mürəkkəb və kağız 

verə bilərdim. Ancaq Mirqədirova bütün işgəncələrə dözdü, heç bir ifadə vermədi. 

Mirqədirovanın və Lazarevin ittihamı üzrə  iş xalq komissarı Rayevin və MK katibi 

Bağırovun xüsusi uçotunda idi. Onlar dəfələrlə Rayevin otağına, Bağırovun istintaqına 

gətirilirdilər.  

 

Şahid - Jeltenkova Yevdokiya Alekseyevnanın dediklərindən: 



 

Belə demək doğru olar ki, XI şöbənin bütün müstəntiqləri dustaqları döyürdülər. Onları 

xüsusilə axşamlar və gecə vaxtı daha çox döyürdülər, bütün otaqlardan döyülənlərin ürək 

parçalayan bağırtı və hıçqırıqları eşidilirdi. 

XI  şöbənin müdrik Qriqoryan idi. Dustaqlar döyülən zaman bizim – texniki işçilərin 

otaqlara daxil olmasına icazə verilmirdi. 

Bir dəfə, deyəsən, 1938-ci ilin yayında 2-ci şöbənin rəisi Kudin məni otağına çağırdı. 

Mən onun otağına daxil olarkən  əməliyyat müvəkkili Kruçenkov və Bakı partiya komitəsinin 

keçmiş işçisi, dustaq Mirqədirova da orada idi. 

Kudin Mirqədirovaya divana uzanmağı  əmr etdi, mənə isə  işarə etdi ki, onun paltarını 

qaldırım. Bundan sonra Kudin onun kürəklərinə, sağrılarına rezin dəyənəklə vurmağa başladı. 

Elə ilk zərbədən sonra Mirqədirovanın kürəyinə  və sağrılarında qancıqlar, yaralar əmələ  gəldi. 

Mirqədirova çağırır, ağlayırdı. Kudin isə  əl saxlamırdı. 10-15 dəqiqə dayanmadan döyüləndən 

sonra Mirqədirova huşunu itirdi. Onun üzünə su çiləyib özünə  gətirdilər. Kudin onu yenidən 

döyməyə başladı. 

 

SUAL: Kudinin işi ilə bağlı Kryuçenkov 1939-cu ildə istintaq zamanı verdiyi ifadədə 



göstərirdi ki, Mirqədirova döyülən zaman onun əllərini tutan, dəsmalı  ağzına tıxayan siz 

olmusunuz. 

 

CAVAB:  Əgər Kryuçenkov hələ 1939-cu ildə belə deyibsə, deməli elə  də olub. Ancaq 



şəxsən mən bu detalı xatırlamıram. Mirqədirova döyülən zaman otaqda olduğum yaxşı 

yadımdadır, ancaq onun ağzını dəsmalla tıxayıb əllərini tutmağım yadıma gəlmir. 

Dustaqları döymək üçün Kudinin xüsusi rezin dəyənəyi və bambuk ağacından çubuğu var 

idi. 


 Mən belə bir hadisəni xatırlayıram ki, XI şöbənin müstəntiqi tərəfindən döyülən bir 

dustaq işgəncələrə dözməyib ölmüşdü. Həmin dustağın familiyası yadımda deyil, onu bilirəm ki, 

o, Xəzər gəmiciliyi idarəsinin işçisi idi. 

 

Qoryayev Fyodor Yakovleviç 

 

SUAL: Dustaqları özü və başqaları barədə böhtançı ifadələr verməyə məcbur etmək üçün 



hansı işgəncə üsulundan istifadə edirdilər? 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə