1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə27/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   19   20   21   22   23   24   25   26   27

 

53 


 

Bir müddətdən sonra o, bizə Bəbirin sərhəddi Astaradan 30 km qərb istiqamətdə keçmək 

istədiyini bildirdi. Sədrin sözlərindən məlum oldu ki, o bu məlumatı “öz adamları”ndan alıb. 

 

SUAL: Bəbir Hüseynovun işi barədə Pankratovun imzaladığı  məktub qarşınızdadır. 



Həmin məktubun aşağı sol küncündə Suxanova ünvanlanmış dərkənar kimindir? 

 

CAVAB: Həmin məktubun məzmunundan belə  məlum olur ki, Bəbir Hüseynovun 



İrandan Azərbaycana gəlməsi “ÇK”-nın razılığı ilə olub. Bu barədə  Bəbir  Ənzəlidəki rezident 

vasitəsilə “ÇK” orqanları tərəfindən xəbərdar olunubmuş. Bu, doğrudur? 

 

CAVAB: Bəli, doğrudur. 



 

SUAL: Bundan əvvəlki istintaqda siz Bəbir Hüseynovun rezident vasitəsilə “ÇK” 

orqanları ilə əlaqəsindən xəbərsiz olduğunu söyləmişdiniz. Lakin məktubdakı dərkənarınız Bəbir 

Hüseynov “ÇK” orqanları ilə əlaqəsindən xəbərdar olduğunuzu sübut edir. 

 

CAVAB: Bəli, sənəddən görünür ki, mənim bu işdən xəbərim var imiş. Ancaq indi mən 



onu xatırlamıram. 

 

SUAL: Sizə Azərbaycan “ÇK”-sına Mokilyovski, Beriya, Lordkipanidze və Qulbisin 



imzaladığı məktub təqdim olunur: 

 

Məlumat və müvafiq tədbirlər görmək üçün 

bildiririk ki, 24 sentyabrda Ənzəlidən rezidentimiz 

vasitəsilə Azərbaycana sizə  məlum olan Hüseynov 

Bəbir istintaq üçün göndərilir. O, gizli gəlir, 

rezidentimizin göstərişinə müvafiq olaraq Lənkəran 

qəzasının Razqov kəndindən keçəcək, lazım gələrsə, 

Sekan Rəhimova müraciət edəcək. 

Bəbirlə birgə bir türk casusu və bir bandit də 

gəlir. Onları  Bəbir məxfi yolla “ÇK”-ya təhvil 

verməlidir”. 

 

 

Bəbir Hüseynov sizə türk casusunu və banditi təhvil verdi? 



 

CAVAB: Yox, Bəbir Hüseynov bizə yalnız türk casusunu təhvil verdi. Məktubda 

göstərilən banditi isə gətirib çıxarmamışdı. Səbəbini bilmirəm. Həmin türk casusu barədə mənim 

heç bir məlumatım yox idi. 

 

SUAL: Bəbirovun cinayət işində onun həbsdən azad edilməsi barədə prokurorun 1923-cü 



il iyun tarixli göstərişi var. 

Deyin görək, niyə bu göstərişə  əməl olunmayıb və  Bəbir Hüseynov türmədə saxlanılmaqda 

davam edib? 

 

CAVAB: Mən bunu bilmirəm. 



 

SUAL: Bəbir Hüseynovun güllələnməsinin zəruri olduğu barədə sizin, Bağırovun və 

Azərbaycan “ÇK”-sının digər  əməkdaşlarının imzaladığı  qərarda deyilirdi: “Müttəhim Bəbir 

Hüseynovun xidməti cinayətlərdə günahkar olduğunu müəyyənləşdirmək mümkün olmadı. 

Çünki məhkəmə orqanları  tərəfindən bu iş üzrə istintaq müttəhim həbsdən qaçdığı üçün 

dayandırılmışdır. 




 

54 


 

Bəbirin həbsdən qaçması və eləcə də banditizmlə məşğul olması istintaq tərəfindən sübut olunub. 

Bəbir Hüseynovsa şəxsən özünün heç bir cinayətdə  əli olmadığını, bütün bunların yoldaşları 

tərəfindən törədildiyini bildirir. 

Yuxarıdakıları  nəzərə alaraq belə hesab edirəm ki, Bəbir Hüseynovun günahı istintaq 

tərəfindən sübut olunub. Odur ki, güman edirəm, vətəndaş Hüseynov Bəbir ən yüksək cəzaya – 

güllələnməyə məhkum edilməlidir”. 

Deyin görək bu qərar nə vaxt və kim tərəfindən tərtib olunub? 

CAVAB: Bu qərar Bağırovun göstərişi ilə  Bəbir Hüseynov FK binasında öldürüləndən 

sonra əvvəlki tarixlə tərtib olunmuşdu. Mən qərarı tərtib etsəm də, işlə tanış olmamışam. Bəbir 

Hüseynov konkret olaraq nədə günahlandırıldığı, onun əleyhinə hansı  dəlil-sübut toplanılmışdı 

və onun günahı sübut olunub-olunmamışdı, mənim bunlardan xəbərim yoxdur. 

 

SUAL: Bəbir Hüseynov İrana necə gedib çıxmışdı? 



 

CAVAB: Bunu mən dəqiq bilmirəm. Eşitdiyimə görə o, Azərbaycanda türmədə, y da 

milisdə işləyərkən çoxlu miqdarda dövlət əmlakını mənimsəyib İrana qaçıbmış. 

 

SUAL: Bəbir Hüseynovun “NKVD” üçün işlədiyindən xəbəriniz var idimi? 



 

CAVAB: Xeyr. Xaricdəki agentlərdən mənim xəbərim yoxdur. Mənə əmr verilmişdi ki, 

Astaraya gedib, sərhədi keçəcək  İranda yaşayan Bəbir Hüseynovu tutub saxlayam. Bəbir 

Hüseynov barədə heç bir məlumatım yox idi. Mən  əmri yerinə yetirdim. Bəbir Hüseynovu və 

onunla birgə  sərhəddi keçən türk casusunu Lənkəran türməsinə saldırdım. Bu barədə Bakıya 

məlumat verəndə  mənə bildirdilər ki, türk casusunu Bakıya göndərim, Bəbir Hüsyenovu da 

həbsdən azad edim. Ancaq bunun üçün hiylə işlətməli idim. Mən Bəbiri yanıma çağırıb ona yol 

üçün pul verdim, Bakıya necə getmək yollarını göstərdim və azad etdim. Lənkəran  şöbəsi 

əməkdaşlarına isə  məlumat verdim ki, Bəbir Hüseynov həbsxanadan qaçıb, inandırıcı olsun 

deyə, havaya bir-iki güllə də atdım. 

Raykom katibi məndən Bağırova  şikayət yazdı  və göstərdi ki, mən rüşvət alıb Bəbir 

Hüseynovu buraxmışam. 

Bakıya qayıdıb keçirdiyim əməliyyat barədə Bağırovun özünə məlumat verdim. 

Bağırov mənə heç bir sual vermədi, görünür, bütün bu əməliyyat qabaqcadan onunla 

razılaşdırılıbmış. Məni dinləyəndən sonra Bağırov Nikolayevin yanında belə bir göstəriş verdi: 

Bəbir Hüseynovdan orqanlardan gizlənən Aslanın ələ keçirilməsi üçün istifadə etməliyik. Buna 

görə  Bəbiri başqa bir quldurla – Qazanpapaqla çalışdırmaq və onlara Aslanı yerin tərkində  də 

olsa tapmağı tapşırmaq lazımdır.  

Quldur Aslan öz dəstəsi ilə birgə Bakı ətrafında fəaliyyət göstərirmiş. Sonralar Aslanın 

dəstəsi darmadağın edilib, özü isə İrana qaçıbmış.  

Bir müddətdən sonra Aslan İrandan qayıdıb yenidən Bakıda gizlənirmiş. 

Onu ələ keçirmək üçün Bəbir Hüseynov, Qazanpapaq və onların iki yoldaşı geyim, silah 

və pulla təmin edildi. Bir aya qədər onlar axtarış adıyla müxtəlif yerlərə getdilər, ancaq bir nəticə 

əldə edilmədi. Mən bu barədə Nikolayevin yanında Bağırova məlumat verdim və bu əməliyyatın 

əhəmiyyətsizliyi, Qazanpapaqla Bəbir Hüseynovdan Aslanı ələ keçirmək üçün istifadənin heç bir 

nəticə verməyəcəyi barədə öz rəyimi bildirdim. O vaxt Bağırov dedi ki, Qazanpapağı və Bəbir 

Hüseynovu aradan götürmək, yəni məhv etmək lazımdır. Bağırovun, onları nə üçün istintaqsız-

məhkəməsiz öldürmək qərarına gəldiyini bilmədim. Bağırov onu da bildirdi ki, həmin hadisəni, 

onların guya “üçlüyün” qərarı ilə güllələnməsi kimi sənədləşdirmək lazımdır. 

Bundan sonra axşam mən Azərbaycan FK-sına gələn zaman orqanların birində  Bəbir 

Hüseynova rast gəldim. O mənə bildirdi ki, Qazanpapaq və iki yoldaşı Bakıda “Təbriz” 

mehmanxanasındadır və onların pulu tükənmək üzrədir. 




 

55 


 

Nikolayevlə  məsləhətləşib Bəbir Hüseynovu və Qazanpapağı elə  həmin axşam FK-nın 

binasında öldürməyi qərara aldıq. 

Yadımdadır ki, Bəbir Hüseynovu ikinci mərtəbədəki otaqların birində yerləşdirdim. 

Sonra “Təbriz” mehmanxanasına gedib Qazanpapağı da gətirdim və onu da başqa bir otağa 

saldım. 


Qazanpapağı  və  Bəbir Hüseynovu öldürmək üçün adamlar ayrılmışdı: Vasili Suxanov, 

Qavrilov, Avlaseviç, Şahverdiyan. Bütün “əməliyyata” Nikolayev rəhbərlik edirdi. Biz 

Qazanpapağın olduğu otağa hücum edib onun başını daşla  əzdik. Elə  həmin vaxt o biri dəstə 

Bəbir Hüseynovu boğub öldürdülər. 

Onları öldürəndən sonra biz mehmanxanaya gedib Qazanpapağın o biri iki yoldaşını da 

götürdük, şəhərdən kənar bir yerdə güllələdik. 

Qazanpapaq, Bəbir Hüseynov və onların iki yoldaşı “üçlüyün” qərarı ilə güllələnmiş kimi 

qeydə alındılar. 

Bundan təqribən 2 ay sonra malotaran kəndlilər “ÇK”-ya xəbər verdilər ki, quldur Aslan 

Bakı ətrafındakı dağlarda peyda olub. Onu da “ÇK” əməkdaşları aradan götürdülər. 

 

SUAL: Bağırovun ən yaxın adamları kimlər idi? 



 

CAVAB: Bağırovun ən yaxın adamlarından biri 1920-ci ildən yanında gəzdirdiyi Ələkbər 

Rəhmanov idi. Xarakterik cəhətdir ki, Bağırov 1926-cı  və 1930-cu illərdə  işdən azad ediləndə 

Rəhmanov da xidmətdən uzaqlaşdırılmışdır. Bağırov hər dəfə öz işinə qayıdan kimi onu yenidən 

məsul vəzifələrə qoyurdu. Son vaxtlar Rəhmanov Azərbaycan SSR DİN I Xüsusi şöbəsində 

işləyirdi. Məncə Bağırov onu bu vəzifəyə ona görə qoymuşdur ki, o, xüsusi şöbəni gələcəkdə 

onu ifşa edəcək materiallardan təmizləsin. 

Rəhmanov Bağırovun  şəxsi rezidenti idi. O, Bağırova xüsusi tapşırıqlar verirdi. Məhz 

Rəhmanov Bağırovun göstərişi ilə respublikanın rəhbər və  məsul işçiləri barədə arayışlar 

hazırlayırdı. 

Bağırovun yaxın və inanılmış adamlarından biri də Borşev idi. O da Bağırovun xüsusi 

himayəsi altında idi. 

 

Şahid – Xentov Pavel Vladimiroviç 

 

DİN və DTN orqanlarının kəşfiyyat işinə Bağırov özü rəhbərlik edirdi. O, özünü misli-

bərabəri olmayan çekist hesab edirdi. Hətta MK-ya keçəndən sonra da kəşfiyyat işinə o rəhbərlik 

edirdi. 


Bununla  əlaqədar qeyd etməliyəm ki, xarici-gizli işə göndərilənlər, Bağırovun yanında 

müsahibədən keçməli idilər. Belə ki, 1943-cü ildə müharibə vaxtı  həbs olunmuş, “ÇK”-da 

güllələnmiş müsavat xadiminin oğlu agent Gəncinski mənimlə söhbət zamanı danışırdı ki, İrana 

göndərilməzdən qabaq o, MK-da Bağırovun yanında müsahibədən keçib. “Babək” ləqəbli 

agentin İrana göndərilməsində də Bağırovla məsləhətləşiblər.  

Keçmiş daxili işlər naziri Yemelyanov Bağırova yaranmaq üçün əldən-ayaqdan gedirdi. 

Yaltaqları  ətrafına yığaraq, Bağırova pərəstiş ovqatı yaratmışdı. Nazirlik aparatının ixtisaslı 

çekistləri casusları  aşkara çıxarmaqla yox, respublikanın məsul işçilərinin qadınlarla  əlaqəsi 

barədə məlumatlar toplamaqla, intim xarakterli sensasiyalar yaratmaqla məşğul olurdular. O cür 

xəbərlər əsil agent məlumatından daha çox qiymətləndirilirdi. 

DİN orqanları telefon danışıqlarına qulaq asmaqla, MK .Nazirlər soveti işçiləri, onların 

arvadları barədə hər cür məişət xəbərləri toplamaqla məşğul olurdular. 

Bütün bunlar Bağırovun birbaşa göstərişi ilə törədilmişdi. O bütün məsul işçilər barədə

xüsusilə də onu təmin eləməyənlər barədə ifşaedici məlumatlar almağı özünə borc bilirdi. 

Əlimizə düşən, Azərbaycan üçün maraq kəsb edən xarici casuslar təcili olaraq Moskvaya 

göndərilirdi, bununla da onların üzərində bütün iş bitirdi. 




 

56 


 

Məsələn, beynəlxalq dərəcəli cinayətkar casus, 1913-cü ildən alman kəşfiyyatının zabiti 

Qakkelberq  əlimizə düşmüşdü. Zaqafqaziyadakı  işlər üzrə qraf Şulenburqun məsləhətçisi idi. 

Faşist höküməti tərəfindən Azərbaycana göndəriləcək konkret namizədlər də onunla 

razılaşdırılırdı. 

Mənim yanımda Qakkelberq danışdı ki, I Dünya savaşından sonra o, Zaqafqaziyada 

məskən salıb. Alman konsulu ilə  əlaqədar Tbilisidə  işləyib, 1925-27-ci illərdə Beriya onu öz 

tərəfinə çəkib, bundan sonra məşuqəsi ilə gizlicə Türkiyəyə qaçıb, oradan da Tehrana keçib və 

ifşa olunana qədər orada iş aparıbmış.  

Qakkelberq xarici kəşfiyyatın Zaqafqaziyadakı konkret əlaqələri barədə qiymətli 

məlumat verə bilərdi. Ancaq Beriyanın və Bağırovun göstərişi ilə o, Moskvaya göndərildi və 

guya türmədə öldü. 

 

*** 


Ilkin istintaqda RSFSR CM-nin 58-1 “b”, 58-8 və 58-11-ci maddələrində  nəzərdə 

tutulmuş cinayətlərdə müqəssir bilinərək dindirilən Bağırov Mir Cəfə Abbasoviç, barəsində irəli 

sürülən ittihama heç bir dəlil-sübut gətirmədən etiraz edərək yalnız ayrı-ayrı cinayət faktlarını 

boynuna almağa məcbur olmuşdur. Bağırov etiraf etdi ki, Beriya ilə  sıx  əlaqədə olub, onun 

haqqında kəskin danışan adamlara şəxsən özü divan tutub. 

 

Bağırov deyirdi: 



 

“Mənim ən böyük səhvim ifşa olunmuş xalq 

düşməni Beriya ilə bağlı siyasi sayıqlığımı tam 

itirməyim olub.  

Bu səhvim, Beriya haqqında mənə  məlum 

olanların və olub keçənlərin işığında nəzər salanda 

partiya və Sovet hökümətinə münasibətdə cinayət 

həddinə çatır. Mən Beriya ilə dostluq etmişəm, 

onun yaramazlığının və  əclaflığının  şahidi ola-ola 

onu müdafiə etmişəm”. 

 

Beriyanın  şəxsi arxivindən tapılmış, onun müsavat əkskəşfiyyatındakı xidmətini sübut 



edən, Bağırov vasitəsilə  əldə olunmuş  və ona göndərilmiş  sənədləri Mir Cəfərə göstərəndə o 

dedi: 


“Həmin sənədləri mənə göstərdilər. Mən 

onları Beriyaya göndərmişəmsə, deməli, bu 

doğrudan da belədir. Ancaq bunun hansı  şəraitdə 

baş verdiyi yadımda deyil. 

Bu mənim cinayətə  bərabər bağışlanmaz 

səhvimdir”. 

 

 Bağırov bildirdi ki, o, Azərbaycanda özünə qarşı terrorçuluq aktları hazırlandığına heç 



vaxt inanmayıb. Lakin Bağırov bu cür cinayət işlərinin saxtalaşdırılması barədə başqalarına şəxsi 

sərəncam verdiyini danırdı. O elan etdi ki, həmin işlərin saxtalaşdırılması digər müttəhimlərin 

“alçaq” düşmənçilik fəaliyyətidir”. 

Bağırov etiraf edirdi ki, müttəhimlər günahsız adamların, o cümlədən partiya – sovet 

fəallarının cinayət işi üzrə çoxlu saxtalaşdırmalara yol veriblər. Lakin Bağırov həmin cinayətkar 

halların şəxsən onun sərəncamı üzrə həyata keçirildiyini danır, özünü bu işdə səhlənkarlığa görə 

günahlandırırdı. 

Bu barədə Bağırov göstərirdi: 




 

57 


 

“O illərdə Azərbaycan XDİK orqanları 

tərəfindən həbs olunmuş partiya – sovet fəallarının 

sayının bu qədər çox olması mənə indi aydın olur. 

O vaxtlar mən bunu o qədər də hiss etmir, buna 

nəzarət etmir. XDİK-nın işini yoxlamırdım. Bu da 

kökündən səhv və yolverilməzdir. Ancaq bu, məhz 

belə olub. Mənim bu səhlənkarlığım ciddi tənbehə 

və cəzaya layiqdir”. 

 

Bağırov həm də qeyd edirdi ki: 



 

“Mənim əsas səhvim odur ki, Beriyaya və 

onunla bağlı olan və onun düşmən mövqeyini 

müdafiə edən, orqanlarda birgə  iş üzrə onunla 

uzun illər boyu əlaqədə olan Sumbatov, Borşev, 

Qriqoryan, Markaryana və b. göz yummuşam, 

onların iç üzünü tanımamışam. 

Mən onlara inanaraq XDİK orqanlarını 

onlara etibar etmişəm. Bu işdə xalqın qarşısında 

günahlarım o qədər böyükdür ki, məni 

güllələmək azdır, asmaq azdır, məni şaqqalamaq, 

parça-parça eləmək lazımdır”. 

 

Bağırovun müqəssir olması müttəhimlərdən Sumbatov – Topuridze, Atakişiyev, 

Qriqoryan, Markaryan. Borşev, Yemelyanovun, şahidlərdən Manuçarov, Qasımov, Orucov, 

Əlixanov, Boqdasarov, Meleşkin, Musayev, Ağayev,  İbrahimov, Nuriyev, Zaykin, Əliyev, 

Krotkov, Naneyşvili, Mojniv. Sevoyan, Nəsirov, Novruzov, levkopulo, Kapustin, Rəhmanov, 

Saakyan, Qasparyan, Yegizarov, Abdullabəyov, Lazarev, Abramova, İnozemtseva, Paşın, Əliyev 

və bir çox başqalarının ifadələri, eləcə  də  işə  əlavə olunan bir sıra sənədlərin  əsli ilə sübut 

olunur. 


 

İTTİHAM FORMULASI 

 

Istintaq müəyyən edib ki, müttəhim Bağırov xalq düşməni Beriyanın  ən yaxın 

əlaltılarından biri olmaqla xəyanətkar planların həyata keçirilməsində müttəhim Sumbatov – 

Topuridzeni, Atakişiyevi, Qriqoryanı, Markaryanı, Borşevi, Yemelyanovu cinayətkar fəaliyyətə 

təhrik etmişdir. Beriyanın köməkliyi ilə Azərbaycan SSR-də bir sıra məsul vəzifələrə çatan 

Bağırov öz əlaltılarının Azərbaycan SSR FK-BSİ-XDİK-DTN orqanlarında məsul vəzifələrə 

təyin olunmasına nail olmuşdur. Öz vəzifələrində düşmənçilik məqsədi ilə istifadə edən Bağırov, 

Atakişiyev, Qriqoryan, Markaryan, Borşev, Yemelyanov bir sıra ağır dövlət cinayətləri 

törətmişlər. 

1.

 

Bağırov Beriyanın müsavat əkskəşfiyyatındakı 

fəaliyyətindən xəbərdar ola-ola. Ona cinayətkar keçmişi 

gizlətməyə  hər cür kömək etmiş, bu yolda onu ifşa edəcək 

adamları aradan götürməkdən, məhv etməkdən, sənədləri 

arxivlərdən oğurlamaqdan belə çəkinməmişdir.  

 

2.

 

Müttəhimlər Bağırov ,Atakişiyev, Qriqoryan, Markaryan, 

Borşey və Yemelyanov günahsız adamları qanunsuz həbs 

etmiş, onları dövlət cinayətləri törətməkdə, Bağırova qarşı 

terrorçuluq aktı hazırlamaqda günahlandırmışlar. 



 

58 


 

 

3.

 

Döymək, fiziki işgəncələr vermək yolu ilə dustaqlardan 

özlərinə  sərfəli yalançı ifadələr almaqla, cinayət işlərini 

saxtalaşdırmış, günahsız insanlara divan tutmaqda 

onlardan istifadə etmişlər. 

4.

 

SSRİ XDİK-nın xüsusi yığıncağından və Azərbaycan SSR 

XDİK-nın xüsusi “üçlüy”ündən öz cinayətkar məqsədləri 

üçün istifadə edən Bağırov, Atakişiyev, Markaryan, Borşev, 

Qriqoryan və Yemelyanov minlərlə günahsız insanların 

güllələnməsinə  və ya uzun müddət azadlıqdan məhrum 

edilməsinə nail olmuşlar. 

 

D e y i l ə n l ə r ə   ə s a s l a n a r a q: 

 

1.

 

Azərbaycan SSR Quba şəhər sakini, 1896-cı ildə anadan olmuş BAĞIROV 

MİR CƏFƏR ABBAS OĞLU, RSFSR CM-nin 58-1 “b”; 58-8; 58-11  

m a d d ə l ə r i l ə; 

 

2.

 

Bakı  şəhər sakini, 1903-cü ildə anadan olmuş ATAKİŞİYEV AĞASƏLİM 

İBRAHİM OĞLU, RSFSR CM-nin 58-1 “b”; 58-8; 58-11  

m a d d ə l ə r i l ə; 

 

3.



 

Ermənistan SSR Qafan rayonu Sevakar kənd sakini, 1902-ci ildə anadan 

olmuş QRİQORYAN XOREN İVANOVİÇ; RSFSR CM-nin 58-1 “b”; 58-8; 

58-11 m a d d ə l ə r i l ə; 

 

4.



 

Azərbaycan SSR Şuşa  şəhər sakini, 1896-cı ildə anadan olmuş 

MARKARYAN RUBEN AMBARSUMOVİÇ;  RSFSR CM-nin 58-1 “b”; 

58-8; 58-11 m a d d ə l ə r i l ə; 

 

5.



 

Azərbaycan SSR Qusar rayon sakini, 1901-ci ildə anadan olmuş BORŞEV 

TİMOFEY MİXAYLOVİÇ; RSFSR CM-nin 58-1 “b”; 58-8; 58-11  

m a d d ə l ə r i l ə; 

 

6.



 

Tatarıstan MSSR, Takanış rayonu Taşliyar kəndinin sakini, 1902-ci ildə 

anadan olmuş YEMELYANOV STEPAN FYODOROVİÇ; RSFSR CM-nin 

58-1 “b”; 58-8; 58-11 m a d d ə l ə r i l ə; 

 

 



M Ü Q Ə S S İ R  B İ L İ N Ə N L Ə R. 

  

Ittihamnamə 2 mart 1956-cı ildə Moskva şəhərində tərtib olunub. 

 

SSRİ BAŞ PROKURORU 

 

Həqiqi dövlət ədliyyə  



müşaviri 

 

R.RUDENKO. 

 

 




 

59 


 

A R A Y I Ş 

 

Müttəhim Sumbatov-Topuridze Yuvelian Davidoviç xəstə olduğu üçün onun 

üzərində istintaq işi dayandırılmışdır. 

 

 

 

 

 

 

 

 

 

R.RUDENKO 

 

 



Azərbaycan SSr CPM-nin 316-317-ci maddələrini  əldə  rəhbər tutaraq SSRİ Ali 

Məhkəməsinin hərbi kollegiyası 

 

BAĞIROV MİR CƏFƏR ABBAS OĞLUNU, 



BORŞEV TİMOFEY MİXAYLOVİÇİ, 

MARKARYAN RUBEN AMBARSUMOVİÇİ, 

QİQORYAN XOREN İVANOVİÇ, 

 

ən yüksək cinayət cəzasına – hər birinin bütün əmlakı  



müsadirə olunmaqla G Ü L L Ə L Ə M Ə Y Ə 

 

 

ATAKIŞIYEV AĞASƏLIM IBRAHIM OĞLUNU 

YEMELYANOV STEPAN FYODOROVIÇI, 

 

hər birinin bütün əmlakı müsadirə olunmaqla cəzasını islah-əmək düşərgələrində 



çəkməklə, iyirmi beş il müddətinə azadlıqdan məhrum edir. 

 

Məhkəmə xərcləri müttəhimlərin hesabına ödənilməlidir. Hökm qətidir və kassasiya 

şikayəti qəbul edilmir. 

 

 

 

 

 

 



 

 

 



 

 

 

 



 

 

 



 

 

 



 

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə