1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

 

39 


 

hökümətinə qarşı mübarizəni dayandırmadıqlarına baxmayaraq, 1931-ci ildə yenidən üzə 

çıxarıldılar və onlara silah verildi. Ikinci dəfə üzə  çıxarılmış Patavalı Hüseyn və  Mədət siyasi 

idarənin Nuxa rayon Şöbəsinin zərbəçi dəstəsinə qəbul edildilər. Siyasi idarənin orqanlarına heç 

bir xeyir vermədikləri üçün axırda güllələndilər.  

1928-ci ilin sonuda Bağırovun göstərişi ilə qatı cinayətkar Qara Aslan və onun iki yaxın 

əlaltısı – Ələkbər və Cəmil üzə çıxarıldı, onlara silah verildi. Qara Aslan, Bağırov tərəfindən üzə 

çıxarılmasında istifadə edərək, cinayətkar dəstə ilə əlaqəni davam etdirir və Şamxor bandasının 

başçısı  Əbdüləlini ona qarşı siyasi idarədə hazırlanan  əməliyyatdan xəbərdar edirdi. Bu xəbəri 

alan Əbdüləli pusqu qurub siyasi idarənin Gəncə vilayət şöbəsinin rəisi Əlövsət Məmmədovu və 

milis rəisi Rüstəm  Əliyevi öldürdü. Yalnız 1931-ci ildə, Bağırov Azərbaycan SSR Baş siyasi 

idarəsinin sədri vəzifəsindən çıxarılandan sonra Qara Aslan öz dəstəsi ilə həbs edilib güllələndi. 

Qara Aslanla birlikdə üzə  çıxarılmamış, bundan sonra da sovet hökümətinə qarşı 

vuruşmaqdan  əl çəkməmiş bandit Mir Həsən Seyidov, Qara Aslanın həbsindən sonra gizlicə 

Türkiyəyə qaçdı, həm də özü ilə müsavat hökümətinin üzvü, Gəncə qubernatorunun oğlu Kamil 

Rəfibəyovu da apardı. 

1945-ci ildə  mən  İranda olduğum vaxt agent “Gülzar” mənə  xəbər verdi ki, Kamil 

Rəfibəyov türk kəşfiyyatında çalışır. 

 

Şahid - Əli Əşrəf Əlizadə 

(Geologiya-minerologiya elmləri doktoru, professor. Iki dəfə Stalin mükafatı laureatı, 

Azərbaycan KP MK-nın keçmiş 2-ci katibi, hazırda Türkmənistan dövlət universitetinin 

geologiya kafedrasının müdiri) 

 

Mir Cəfər Bağırov öz işi və  fəaliyyəti barədə kiçik bir tənqidə  də dözmürdü, onun 

haqqında öz şəxsi fikrini bildirməyə  cəsarət edənləri hər cür təqib edirdi. Onu tənqid edənlərə 

qarşı kinli və amansız olan Bağırov “ganah işlədənləri” “yerində oturtmağa” çalışırdı.  

Bağırov qurbanlarından biri də mən oldum. Buna səbəb o oldu ki, Azərbaycan KP MK-

nın ikinci katibi olduğum zaman öz mühakimələrimdə bir qədər müstəqillik göstərib, Bağırovun  

nöqteyi-nəzərilə ziddiyət təşkil etsə belə, öz fikrimi bildirməyə cəsarət etmişdim. 

Bu, təbii ki, Bağırova xoş  gəlmədi və onun təşəbbüsü ilə, (Azərbaycan rəhbərliyini 

möhkəmlətməyin zəruriliyi bəhanəsi ilə) mən Azərneftin rəisi vəzifəsinə keçirildim. 

Bağırov barədə öz evimdə olan söhbət onun mənə və ailəmə amansız divan tutması üçün 

girəvə oldu. 

U hadisə 1947-ci ildə baş verdi. Arvadım Qəmər, onun ögey qardaşı Mustafayev (o 

vaxtlar dövlət təhlükəsizlik nazirinin müavini işləyirdi) və Mustafayevin arvadı Zina mənim 

mənzilimdə oturub söhbət edirdik. Otaqda kənar adam yox idi. Hətta qulluqçu da evdə deyildi. 

Söhbət Bağırovun Zuqulbadakı bağından düşdü. Mən dedim ki, Bağırov sadə yaşamaq barədə 

özgələrinə ağıl öyrədir, özü isə ölkənin müharibədən çıxdığı indiki şəraitdə nəhəng, çoxlu vəsait 

tələb edən hovuzlar tikdirir. Neft sənayesi işçilərininsə istirahət evi yoxdur. Bu hovuzların 

tikintisinə neft sənayesinin materialları  sərf olunur. Həmin tikintidə yüzlərlə  əsgər tər tökür. 

Yaxşı olardı ki, onlar Bağırovun bağında hovuz əvəzinə neftçi fəhlələr üçün istirahət evi 

tikəydilər. 

Mustafayev də mənimlə razı olduğunu bildirdi. 

Ertəsi gün Mustafayev dövlət təhlükəsizlik naziri Yemelyanovun yanına çağrıldı. 

Yemelyanov ona bildirdi ki, mənimlə olan söhbət ona məlumdur. Mustafayevin dediyinə görə o 

hətta sözbəsöz həmin söhbəti təkrar edib. Biz başa düşdük ki, söhbətimizə hansı vasitəyləsə 

gizlicə qulaq asıblar. 

Yemelyanov söhbətimizin tam mətni yazılmış hansısa sənədi Mustafayevə  təqdim edir. 

Mustafayevsə, bunun ciddi repressiyalarla nəticələnəcəyini duyaraq, Bağırov barədə söhbəti 

qətiyyətlə boynundan atır. 




 

40 


 

Yemelyanovla söhbətdən dərhal sonra Mustafayev dövlət təhükəsizlik nazirinin müavini 

vəzifəsindən azad olunur, sonra isə partiyadan xaric edilir. 

Bundan sonra Bağırov mənə Moskvadan zəng vurub “vicdanı  ləkəli olan” Mustfayevlə 

hər cür əlaqəni kəsməyi və onu evimə buraxmamağı tapşırdı. 

Elə həmin 1947-ci ildə həkim Cavadov Moskvaya imzasız məktub yazaraq, Bağırov və 

Teymur Quliyev barədə bəzi məlumatlar verirdi. Əsasən onu göstərirdi ki, onlar dəbdəbəli həyat 

sürür, bağ meyvələrinin alveri ilə məşğul olur və s. 

Cavadovun imzasız məktubları Moskvadan Bakıya Bağırovun üstünə göndərildi. Bağırov 

da həmin məktub müəlliflərini müəyyənləşdirməyi Yemelyanova tapşırdı. Müəyyən olundu ki, 

həmin imzasız məktubları arvadı Firuzənin (Firuzə mənim arvadım Qəmərin ögey bacısıdır) və 

qaynanası Xavər Rəşidzadənin iştirakı ilə həkim Cavadov yazıb. 

Bağırovun göstərişi ilə hər üçü: Cavadov, arvadı və qaynanası Xavər həbs edildi. Həm də 

Xavər qabaqcadan düzülüb-qoşulmuş plan əsasında mənim mənzilimdə, qızı Qəməri yoluxmağa 

gələrkən həbs edildi. 

Qaynanam Xavərin bu şəkildə həbs edilməsi bir daha göstərirdi ki, onun mənzilimdə həbs 

olunması ilə mənə ləkə almaq istəyirmişlər. 

Bundan sonra mən Azərbaycan KP MK-nın büro yığıncağına çağırıldım. Burada məlumat 

verən Atakişiyev mənə böhtan ataraq bildirdi ki, bütün imzasız məktublar mənim rəhbərliyim 

altında yazılırmış  və  mən buna görə  cəzalanmalıyam. Mən imzasız məktublardan xəbərsiz 

olduğumu qətiyyətlə bildirdim. 

Mən izahat verən vaxt Sumbatov mənim üçün çox təhqirli, məsələyə dəxli olmayan, necə 

deyərlər göydəndüşmə bir sual verdi: “Bizə deyin görək, siz hansı  kəşfiyyata işləyirsiniz – 

Amerika, ya türk kəşfiyyatına?” 

Mənim məsələmə büroda baxılması onunla nəticələndi ki, Bağırov mənə dedi: “Partiya 

Sizə arvadınızı boşamağı təklif edir”. 

Mən arvadımı boşamaq barədə  ərizə verməyə  məcbur oldum, bir neçə gündən sonra 

boşanma haqqında qazetlərdə elan çıxdı. Bu da mənə bir zərbə oldu. 

Bağırovun təşəbbüsü ilə Azərbaycan KP MK-nın bürosu “Partiya qarşısında qeyri-

səmimiliyə görə” mənə töhmət elan etdi. 

Basğırovun sərəncamı ilə mən bir sıra cəzalara da layiq görüldüm. 1947-ci ilin sonunda 

vəzifəmi kiçildərək “Azərneftkəşfiyyat” birliyinə  rəis qoydular. Sonra 1948-ci ilin iyulunda 

yatalaq xəstəliyinə tutulduğum günlərdə “rəhbərliyi təmin etmədiyimə görə” həmin vəzifədən də 

xaric edildim. 

Tezliklə Bakı  qəzetlərindən “rəhbər partiya orqanlarının etimadını doğrultmadığıma 

görə” mənim Bakı şəhər partiya komitəsi bürosunun tərkibindən çıxarılmağım barədə məlumat 

dərc edildi. Sonra xəstə vəziyyətdə Ali Sovetlə gəlib deputat mandatını və deputat nişanını təhvil 

verməyi tələb etdilər. Bunun üçün Ali sovetin işçiləri evimə  gəlib, məni yataqdan qaldırdılar, 

qoluma girib üçüncü mərtəbədən düşürtdülər, maşına mindirib apardılar. 

Ali Sovetdə  məni Rəyasət heyətinin sədri Mirbəşir Qasımov və katib Səftər Cəfərov 

qarşıladılar və bildirdilər ki, “siyasi cəhətdən etimad doğurmayan” bir adam kimi Ali Sovet 

deputatlarının tərkibindən geri çağırıldım. Beləliklə də mandatımı və nişanımı da əlimdən aldılar. 

Məni Azərbaycan Elmlər Akademiyasının həqiqi akademikləri sırasından da çıxartdılar. Elmlər 

akademiyasının prezidenti Məmməd Əliyev mənə anlatdı ki, bütün bunları Bağırovun göstərişi 

ilə edirlər. Bağırov onu yanına çağırıb, məni akademiklər sırasından çıxarmağı, lakin bunun üçün 

MK-nın, daha doğrusu, Bağırovun göstərişini yox, hər hansı bir başqa şeyi səbəb göstərməyi əmr 

edib. Məni Azərbaycandan qovdular. 

Neft sənayesi naziri Baybakov Dağıstana, y da Türkmənistana getməyə razılıq verməyi 

məsləhət gördü. Mən razılıq verməyə  məcbur oldum, çünki Baybakovun “məsləhətində” də 

Bağırovun əli olduğunu bilirdim. 

O vaxtdan mən Türkmənistanda yaşayıram. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə