1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

 

31 


 

1942-43-cü illərdə  şöbə müdiri Nikolay Xovayev mənə Bağırovun göstərişi ilə tutulub 

saxlanılmış dustağı təhvil verdi. Həmin adamın familiyası indi xatirimdə deyil. 

Həmin adam ya Rostovun, ya da Taqanroqun partiya işçisi idi, Bakıdan keçib Orta 

Asiyaya yollanırdı. 

Azərbaycan KP MK-ya müraciətlə maddi yardım göstərilməsini xahiş etmək istəyirdi. 

Maşınla oradan keçən Bağırov həmin adamı MK-nın binası qarşısında görüb, nədənsə onu 

şübhəli adam hesab etdi və araşdırmadan onu həbs edib istintaq aparmaq barədə sərəncam verdi. 

Həmin adamı tutub, heç bir sanksiya və qərar olmadan, tamamilə əsassız olaraq iki gün ərzində 

nəzarət altında saxladılar.  

Səhv etmirəmsə, 1943-cü ildə “NKVD”-nin 2-ci xüsusi şöbəsinin fəaliyyətini yoxlamaq 

üçün SSRİ “NKVD”-sinin şöbə müdiri, Ali Sovetin deputatı Qusev Bakıya gəlmişdi. O, 

yoxladığı şöbənin işində çoxlu özbaşınalıq və pozuntu olduğunu üzə çıxartdı. 

Həmin şöbənin işçisi Pyotor Karoen mənə danışdı ki, Yemelyanov və 2-ci xüsusi şöbənin 

müdiri Qriqori Lartsev Qusevə ləkə atmaq qərarına gəliblər. 

Qusev “İnturist” mehmanxanasında, qabaqcadan əməliyyat texnikası ilə təchiz olunmuş 

nömrədə yerləşdirildi. Orqan işçisi Belova öyrədilib onun yanına göndərildi. Qusevlə intim 

əlaqəsi zamanı onun gizlicə  şəkli çəkildi. Qusev Moskvaya gedəndən sonra Belovanın onunla 

yaxınlığından bəhs edən məktubun surəti çıxarıldı.  

Nəticədə Qusev Bakıdan göndərilən ifşaedici materiallara əsasən orqanlardan xaric 

edildi. 

Mənə məlumdur ki, Bağırovun göstərişi ilə Yemelyanov respublikanın rəhbər işçilərinə 

ləkə atmaqla məşğul olur, bunun üçün onların otaqlarına xüsusi əməliyyat texnikası yerləşdirirdi. 

Məsələn, mənə məlumdur ki, keçmiş MK katibləri Həsənov, Əlizadə, BK katibi Qindin və bir 

çox nazirlərə bu yolla nəzarət edilirdi. 

Bakıda və Dağıstanda DİN orqanlarında işləmiş, hal-hazırda təqaüddə olan, Bakıda 

Myasnikov küçəsi, ev 4-də yaşayan Hüseyn Rzayev danışırdı ki, o, bir vaxtlar Bağırovla eyni 

adaya xidmət edirmiş, həştərxanada olan zaman Bağırov  İran təbəələri ilə ünsiyyətə girirmiş. 

Iran təbəəsi, hazırda  İranda yaşayan tacir Zeynalabdinin mənzilində qalırmış. Onun mənzilinə 

İranlı qumarbazlar yaşayırmış, Bağırova da uduşun bir hissəsindən pay verirmişlər. O vaxtlar 

Bağırov alay komandiri Qəzənfərovun arvadı ilə gəzirmiş. Sonralar Qəzənfərov əleyhinə iş açır. 

Nəticədə Qəzənfərovu güllələdilər, arvadını isə Bağırov aldı. 

Bundan  əlavə, Rzayev mənə danışırdı ki, Bağırov Azərbaycan KP MK-da öz otağında 

qospitalda müalicə olunan, bundan istifadə edərək bir günlüyə yaxın rayonlardan birinə 

qohumlarını görməyə gedən Sovet Ordusu zabitini şəxsən özü döyürmüş. Zabiti döyən zaman 

Yaqubov və şəhərin keçmiş komendantı Hüseynov da onun yanındaymış. 

 

SUAL: DT naziri Ququçiyanın məhkəmə  işlərini saxtalaşdırması barədə sizə  nə 



məlumdur? 

 

CAVAB: 1947-50-ci illərdə  mən Dağıstan muxtar respublikasının DİN-də banditizmlə 



mübarizə şöbəsində baş əməliyyat müvəkkili işləyirdim. 

1948-ci ildə Ququçiya Dağıstan DİN-nə nazir təyin olundu. Onun öz sözlərindən belə 

məlum olurdu ki, o, Beriya ilə çox yaxın  münasibətdə imiş. Ququçiya Dağıstanda öz işinə “İran 

şpionajı” adlanan uydurma bir cinayət işi ilə başladı. Bu iş üzrə böyük bir qrup çəkmətəmizləyən 

həbs olundu. Onları döyüb, düşmənçilik fəaliyyəti barədə ifadə verməyi tələb edirdilər. 

Yadımdadır ki, axırda bu işə bir prokuror qarışdı və müəyyənləşdirdi ki, bu iş üzrə istintaq qeyri-

qanuni üsullarla aparılıb. Bu işin nə ilə nəticələndiyindən xəbərim yoxdur. 

DİN-də  işlədiyim zaman hələ 1951-ci ildə  mən Yemelyanovun adına raport təqdim 

edərək, orada 1 şöbənin işində olan əyər-əskiklər, agentura üzrə  işlərin yarıtmaz vəziyyətdə 

olması  və digər ciddi məsələlərdən bəhs etmişdim. Lakin Yemelyanov məndən narazı olduğu 

üçün iş onunla nəticələndi ki, məni orqanlardan xaric etdilər. 



 

32 


 

Mənim Yemelyanovdan Bağırova yazdığım şikayətlər Yemelyanovun özünə qayıdırdı. 



 

Şahid - Nəsirov Qulam Abbas oğlu  

 

1940-cı ildə  mən  əkinçilik üzrə xalq komissarının müavini işləyirdim. Sonra orduya 

çağırıldım və diviziya partiya komitəsinin katibi oldum. Yatalaq xəstəliyinə tutulduğumdan 

sağalandan sonra qospitalın komissarı təyin olundum və Bakıda qaldım. 

1942-ci ilin 31 yanvarında “NKVD” orqanları  tərəfindən həbs edildim və daxili 

həbsxanada nəzarət altına alındım. Mənim işim üzrə istintaqı xalq komissarı Yaqubovun və onun 

müavini Yemelyanovun rəhbərliyi ilə Əliyev, Məmmədov və Xoren Qriqoryan aparırdı. 

Istintaq prosesində  məni sistematik olaraq döyürdülər, özümə  və başqalarına böhtan 

atdırmağa nail olmaq istəyirdilər. Hər üç müstəntiq məni kötəkləyirdi.  Şəxsən Yaqubov özü 

məni 4-5 dəfə, Yemelyanov 8-10 dəfə dindirmişdi. Mən Yaqubovdan xahiş etdim ki, məni 

döyməsinlər, axı mən dözməyib özüm və başqaları barədə olmayan bir şey deyə bilərəm, böhtan 

ata bilərəm. Ancaq onlara da elə bu lazım imiş, mən bunu sonra başa düşdüm.  

Yemelyanov məndən sistematik şəkildə  tələb edirdi ki, mən  əkinçilik üzrə xalq 

komissarlığında gizli əksinqilabi təşkilat olması, birinci müavini Yegizarovun həmin təşkilatın 

üzvü olması barədə ifadə verim. Yemelyanov mənə belə deyirdi: “Sizin komissarlıqda düşmən 

təşkilat var. Həmin təşkilat barədə danış. Sənin və Yegizarovun düşməmnçilik fəaliyyətiniz artıq 

bizə məlumdur”. 

Müstəntiq Məmmədov isə deyirdi: “Böyük Leninin qəbrinə and olsun, Stalinə and olsun, 



sizin təşkilatınızı darmadağın edəcəyik”. 

Sistematik işgəncələrə tab gətirməyərək, mən özüm, Yegizarov və başqaları haqda yalan, 

böhtan dolu ifadə verməyə məcbur oldum. 

Əslində isə, nə  mən, nə Yegizarov, nə  də verdiyim ifadədə adı  çəkilən  şəxslər heç bir 

əksinqilabi fəaliyyətlə məşğul olmurdular. 

Mənim cinayət işim xüsusi komissiyaya göndərildi. Oradan da yenidən araşdırılmaq üçün 

geri qaytarıldı. Onda mən 1943-cü ildə verdiyim ilkin ifadədən imtina etdim və onu işgəncələr 

nəticəsində verdiyimi söylədim. Bundan sonra məni prokuror Seliverstov dindirdi. O mənə 

bildirdi ki, “Sən səfehsən, nə üçün hər şey boynuna almısan”. 

Danışdığından məlum oldu ki, məni mühakimə etmək üçün ona da təsyiq göstərilib. 

Ifadələrimdən imtina etdikdən sonra Yemelyanov mənə bildirdi: “Mən sizi qəsdən mühakimə 

edəcəyəm”. 

Iş geri qayıdandan sonra Yaqubov məni yanına çağırıb söz verdi ki, 7-9 gündən sonra 

azad olunacaqsan, çünki sənin məsələn prokurorluqdan Azərbaycan KP MK-ya keçirilib. Lakin 

bundan sonra mən tam bir il də həbsdə qaldım və mənim məsələm ikinci dəfə xüsusi yığıncağa 

göndərildi və  həmin yığıncaq mənim azad olunmağım barədə  qərar çıxardı. Mən sonralar 

öyrəndim ki, mən bir il həbsdə ona görə qalmışam ki, Bağırov mənim azad olunmağıma razılıq 

vermirmiş.  

Imtina etdiyim ilkin ifadələrdən və  mənimlə düşmən münasibətdə olan Şabanbəyovun 

ifadələrindən başqa mənim  əleyhimə heç bir dəlil-sübüt olmamasına baxmayaraq, mən 

əksinqilabi fəaliyyətdə günahlandırıldım və indiyədək də həmin günah üstümdən götürülməyib. 

Mən həbsxanada olarkən ilkin istintaq zamanı Cəmil Mirzəyevin Azərbaycan KP MK-nın 

birinci katibi, yəni Bağırov haqqında iyrənc böhtanlar, hədyan danışdığını bildirəndə  mən 

Mirzəyevin mənə söylədiyi aşağıdakı faktları nəzərdə tuturdum: 

Bir dəfə Mirzəyev mənə danışdı ki, Bağırov MK-nın xüsusi bölməsinin müdiri Novikova 

ilə yaşayır. Daha sonra bildirdi ki, Bağırov o vaxtlar Azərbaycan dövlət nəzarəti üzrə xalq xalq 

komissarı olan Zəhra Əlizadə ilə intim münasibətdə imiş. 

Mirzəyev axırda mənə dedi ki, məni Bağırovun Zəhra  Əlizadə ilə intim münasibtdə 

olduğunu danışdığım üçün həbs etmişlər. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə