25
1933-cü ildə sovet vətəndaşlığını qəbul edib pasport almışam. 1937-38-ci illərdə böyük
qardaşım Nurəli digər İran təbəələri ilə birlikdə İrana sürgün olundu. Mənim qardaşım heç bir
cinayət törətməmişdir, o vaxt İran təbəələri kütləvi şəkildə sürgün olunduqları üçün o da sürgün
olunmuşdu.
1938-ci ildə hüquq fakultəsini bitirib, vəkil işləməyə başladım. Həbs olunana qədər vəkil
işləyirdim.
Həbs olunmağım 1948-ci ilin 25 avqustunda, mənim üçün gözlənilməz bir şəraitdə baş
verdi. Indiyədək nə qədər fikirləşirəmsə, həbs olunmağımın səbəbini aydınlaşdıra bilmirəm.
Guman edirəm ki, Azərbaycan KP MK-nın ikinci katibi Əşrəf Əlizadənin arvadı Qəmər Əlizadə
ilə tanış olduğum üçün həbs olunmuşam.
1947-ci ildə Qəmərin anası Rəşidzadə həbs olunmuşdu. Əşrəf Əlizadənin arvadı Qəmər
mənə bir vəkil kimi müraciət edib, anasına kömək etməyi xahiş etdi. Qəmərin söhbətindən mənə
məlum oldu ki, anası, MK-nın və Nazirlər Sovetinin bəzi rəhbər işçilərinin nalayiq hərəkətləri
barədə Respublika partiya MK-nə məktub yazıb. Həmin məktubda yalnız həqiqəti yazmasına
baxmayaraq, M.C.Bağırovun göstərişi ilə həbs olunub.
Bağırovun Qəmər Əlizadəyə münasibətinə gəlincə, Qəmər mənə danışdı ki, Bağırovun
ailəsinə onların ailəsi bağda birgə yaşadığı vaxt, Bağırov onunla cinsi əlaqəyə girməyi tələb edib.
Lakin Qəmər onun təklifini rədd edib.
Rəşidzadənin işini müdafiə edə bilməzdim. Həbs olunmamışdan bir gün qabaq Qəmər
Əlizadəylə Stalin prospekti ilə gedirdik. Bu vaxt Bağırov maşınla yanımızdan keçirdi. O, maşını
yanımızda saxlayıb, bir mənə, bir də Qəmərə baxdı və yoluna davam etdi. Qəmər Bağırovu
görüb çox qorxdu və dedi ki, o, bu işi belə qoymayacaq, başımıza oyun açacaq.
Mən isə buna heç bir əhəmiyyət vermədim. Lakin bu hadisənin ertəsi günü keçəylə
gedərkən DTN işçisi Kalinin məni saxlayıb, maşına dəvət etdi və DTN-nin daxili zindanına
gətirdi. Məni iki gün kamerada saxladılar. Sonra məni Atakişiyevin otağına gətirdilər. Atakişiyev
bildirdi ki, mənimlə şəxsən Yemelyanov özü məşğul olacaq. Atakişiyev onu da dedi ki, mən
siyasi dustağam və Yemelyanovun dediklərinə diqqətlə qulaq asıb, onun təkliflərini yerinə
yetirməliyəm. Mənimlə söhbətinin sonunda Atakişiyev dedi ki, onun məsləhətlərinə əməl etsəm,
hər şey qaydasında olacaq.
Bir neçə gündən sonra mən Yemelyanovun otağına gətirildim. Yemelyanov məndən
Qəmər Əlizadə barədə nə bildiyimi soruşdu və dedi ki, Əşrəf Əlizadənin ailəsi cinayətkar ailədir.
Mən Yemelyanova dedim ki, həmin ailənin cinayətkarlığı barədə heç bir şey bilmirəm, Qəmər
mənə bir vəkil kimi anasının işindən ötrü müraciət edib. Həmin iş barədə də mənim məlumatım
yoxdur. Onda Yemelyanov mənə bildirdi ki, səni dindirəcəklər və kameraya yolladı. Ilk vaxtlar
kamerada yaxşı şəraitdə saxlanılırdım. Bir müddət sonra müstəntiq Kalinin məni yanına çağırdı.
O, tərcümeyi-halımı dinləmək istədiyini bildirdi. Mən tərcümeyi-halım haqqında geniş məlumat
verdim, onu da qeyd elədim ki, qardaşım Nurəli 1938-ci ildə İrana sürgün olunub, indi də orada
yaşayır. 1946-cı ildə təsadüfən o vaxtlar deyəsən maarif naziri olan Mirzə İbrahimova və
Həmkarlar İttifaqının işçisi Ağadadaş Axundova rast gəldiyimdən də danışdım. Onların İrandan
məzuniyyətdən qayıtdıqlarını, orada qardaşımı gördüklərini və onun salam söylədiyini bildirdim.
Mirzə İbrahimov və Axundov onu da söylədilər ki, qardaşım sovet quruculuğu əhvalındadır və
SSRİ-yə keçmək istəyir. Axundovla bir yerdə böyümüşdük, Mirzə İbrahimovla isə ötəri
tanışlığımız var idi.
Mən Kalininə bunları danışandan sonra, o, istintaqı dayandırıb, məni kameraya göndərdi.
Ertəsi gün mən Yemelyanovun və Kalininin yanına gətirildim. Mən içəri girən kimi
Yemelyanov Kalinindən otaqdan çıxmağı xahiş etdi. Yemelyanov məndən Mirzə İbrahimovun
və Axundovun dövlət sirri səviyyəsində hansı məlumatlar verdiklərini bildirməyi tələb etdi. Mən
cavab verdim ki, heç bir şey bilmirəm.
Yemelyanov mənə qalxmağı əmr etdi. Mən ayağa qalxanda o, yumruğu ilə üzümə güclü
zərbə endirdi və alt çənəmin sağ tərəfindəki iki dişimi sındırdı. Sonra qapını açıb, tanımadığım
26
bir leytenanta məni aparmağı əmr etdi. Familiyasını bilmədiyim nəzarətçi gəlib məni kameraya
apardı.
Həbs edilməyim barədə qərar olmadan iyirmi günədək həbsxanada saxlanıldım. Qərarda
prokurorun sanksiyası vardı, ancaq nə qərarın məzmununu, nə sanksiya verən prokurorun adını
xatırlayıram. Bircə o yadımdadır ki, qərarda mənim Mehmandarovu döyməyim göstərildi və mən
xuliqanlıqda və bədən xəsarəti yetirməkdə günahlandırılırdım.
Bundan sonra məni Kalinin və istintaq şöbəsinin rəisi Padarov dindirirdi. Bəzən istintaq
vaxtı Yemelyanov da gəlirdi. Məni, demək olar ki, hər dəfə kalinin və Padarov məni möhkəmcə
əzişdirirdilər. Onlar məni Kalininin otağında çox vaxt rezin dəyənəklə döyürdülər. Onlar rezin
dəyənəyi bəzən yazı stolunun siyirməsindən, bəzən də dolabdan çıxarırdılar. Padarov və Kalinin
məni yerə yıxır, şalvarımı siyirib, növbə ilə kötəkləyirdilər. Biri döyüb yorulanda, o biri
başlayırdı.
Bundan əlavə Padarov məni o vaxta qədər yumruqlayıb təpikləyirdi ki, mən ayaq üstə
dayana bilmirdim, çox vaxt ağzımdan qan gəlirdi. Padarov fiziki cəhətdən çox qüvvətli idi. Bir
dəfə o, Kalininə dustaqları bədəndə iz qaladan əməlli-başlı döyməyi öyrədəcəyini söylədi.
Padarov məni qolları üstünə alıb var qüvvəsi ilə döşəməyə çırpdı. Mən uzun müddət yerimdən
qalxa bilmədim.
Bir dəfə kalinin və Padarov məni təyyarə amortizatoru ilə döydülər. Amortizatorun içində
rezin vardı, üstündən isə nazik sim dolanmışdı. Əllərimdə, ayaqlarımda bu günədək cəlladların –
Yemelyanovun, Padarovun və Kalininin kötəklərinin izi qalıb. Məni daha rahatlıqla əzişdirmək
üçün bəzən qollarıma qandal vururdular. Yemelyanovun məni ilk dəfə döyməsindən ay yarım
sonra o, yenidən məni döydü. O, Kalininin otağına gəldi. Padarov bu zaman məni rezin
dəyənəklə döyürdü. Yemelyanov isə başımın üstündə dayanıb deyirdi: “Qəmərin sənə nə
dediyini deyəcəksən, ya yox?” Mən cavab verdim ki, heç bir şüy bilmirəm. Yemelyanov
yumruğu ilə peysərimə zərbə endirdi. Özü də döşəməyə sərildi. Mən gördüm ki, o, həddindən
artıq sərxoş vəziyyətdədir. Padarov onu yerdən qaldırdı. Yemelyanov çıxıb getdi, məni isə
kameraya qaytardılar.
Mənim döyüldüyümü Atakişiyev də bilirdi. O, məni yanına çağırıb deyirdi: “Əgər Mirzə
İbrahimov, Axundov və Əlizadə Qəmər barədə yalan ifadə verməsən, səni burada – DTN-də
öldürəcəklər, ailəni də sürgün edəcəklər”. Yemelyanov kimi Atakişiyev də məni Bağırovun
göstərişi ilə həbs etdiklərini söyləyirdi. Odur ki, qarşımda iki iki yol var: ya göstərilən adamlar
barədə tələb olunan ifadəni verməlisən, ya da ölməlisən. Mən bildirdim ki, heç kimə böhtan
atmayacağam.
Daxili həbsxanada mən təkadamlıq kamerada, bəzən də adları xatırımda qalmayan
dustaqlarla qalırdım.
Istintaq zamanı Kalinin və Padarov casus olmağım, casuslarla – İran təbəələri, İran
konsulluğunun rəsmi əməkdaşı Mansur Şirvani, Şaban Rəcəbi və onun oğlu Hüseynağa ilə
əlaqələrim barədə ifadə verməyi tələb edirdilər. Mən bildirirdim ki, heç bir casusu – İran
təbəəsini tanımıram, Şirvaninin İran konsulluğunun rəsmi əməkdaşı olmasından da xəbərim
yoxdur. Onu bilirəm ki, M.Şirvaninin şəxsi maşınını almaq fikrinə düşdüm və ondan ev
telefonunun nömrəsini aldım. Telefon nömrəsi indi mənim xatirimdə deyil. Maşını ondan ala
bilmədim, çünki həbs olunmuşam. Şirvani isə bu günədək həbs olunmayıb, sirkdə işləyir.
Şirvaninin harada yaşadığını isə mən bilmirəm.
Şaban Rəcəbi və onun oğlu anamın uzaq qohumlarıdır. 1948-ci ildə onlar mənim
mənzilimə gəlib İran demokratları ilə birlikdə sərhədi keçdiklərini bildirdilər və SSRİ-də
yaşamaq üçün rəsmi icazə almaq məqsədilə hara müraciət barədə məsləhət istərdilər. Onlar ikisi
də - ata da, bala da savadsız idilər. Onlar mənim mənzilimə gələn vaxt qonşum Vera Polivanova
və qulluqçu Aleksandra Davıdova da bizdə idi. Polivanova hal-hazırda 9 yanvar küçəsindəki 23
№-li evdə yaşayır, Davıdova da haradasa. Bakıda yaşayır. Həmin qadınlar Azərbaycan dilini çox
yaxşı bilirdilər və Rəcəbi ilə söhbətim zamanı əvvəldən axıradək mənim yanımda olublar.
Onların yanında Rəcəbi mənə söylədi ki, onun İran demokratı olması barədə sənədi var. O mənə