21
namizəd seçilmiş şəxsin adını pozub, konfransda seçilməmiş digər kommunistin adını əlavə
etmişlər.
Bir qədərdən sonra DT naziri Yemelyanov məni öz otağına çağırdı, təcili olaraq Zəngilan
rayonuna gedib, rayon partiya konfransının nümayəndələri Talıbov, Quliyev, Həsənov və
Babayevi həbs etməyi tapşırdı.
Yemelyanov onu da qeyd etdi ki, həmin partiya üzvlərinin həbs olunması barədə göstərişi
şəxsən M.C.Bağırov verib.
Mən DTN idarəsinə gəlib yola hazırlıq görən zaman Bakı vilayət partiya komitəsinin
katibi Teymur Yaqubov da mənə zəng vuraraq bildirdi ki, Zəngilan rayon partiya konfransı
nümayəndələrinin həbs olunması barədə şəxsən M.C,Bağırov əmr vermişdir.
Azərbaycan K(b)P MK-nın şöbə müdiri Əfəndiyevlə birlikdə Zəngilana yola düşdük.
Zəngilanda Əfəndiyev öz partiya işləri ilə məşğul olurdu, mən isə DTN idarəsinin müstəntiqi
Nadirov və familiyasını unutduğum rayon prokuroru ilə birgə Talıbovu, Quliyevi, Həsənovu və
Babayevi həbs etdim.
Həmin şəxslər konfrans qurtarandan dərhal sonra, partiya konfransı keçirilən binadan
çıxarkən həbs olundular. Onlar birbaşa Bakıya göndərdilər və Azərbaycan SSR CM-nin 126-cı
maddəsinin 3-cü bəndi ilə müqəssir bilinib 3 il müddətinə azadlıqdan məhrum edirdilər.
SUAL: Əgər Talıbov, Quliyev, Həsənov və Babayev partiya səhvi buraxmışdılarsa, niyə
Bağırov Yemelyanova DTN orqanlarının partiya konfransının işinə qarışması barədə göstəriş
vermişdi? Buradan belə çıxır ki, Bağırov DTN orqanlarını partiya orqanlarından üstün tutmağa
çalışırdı. Elədirmi?
CAVAB: Bəli, mən bunu təsdiq edirəm. Bağırovun həmin hərəkəti DTN orqanlarının
partiya konfransının işinə nəzarət etməsinə yönəldilmişdir.
Üumumiyyətlə, Bağırov öz fəaliyyətində partiya üzvlərinin iradəsilə hesablaşmırdı,
həmişə öz istəyini diqtə etməyə, yeritməyə çalışırdı. Mənim bu nəticəyə gəlməyimə səbəb odur
ki, Azərbaycan K(b)P MK-nın büro yığıncaqlarında Bağırovun hər hansı məsələdə etiraz etməyə
çalışanları təhqir etməsinin, qorxutmasının, habelə hədələməsinin dəfələrlə şahidi olmuşam.
SUAL: 1948-ci ildə siz Azərbaycan SSR DTN istintaq şöbəsinin rəisi işlədiyiniz dövrdə
Hüseynov Mirzə Hüseyn oğlu həbs olunmuşdu. Onun həbs olunmasına
və DTN-nin daxili
həbsxanasında saxlanmasına səbəb nə idi?
CAVAB: Azərbaycan SSR DTN istintaq şöbəsinin rəisi kimi mənə məlumdur ki,
Hüseynov Mirzə Hüseyn oğlu qeyri-qanuni olaraq Bağırovun və Yemelyanovun şəxsi göstərişi
əsasında həbs olunub. Hüseynov DTN-nin ikinci şöbəsinin əməkdaşları tərəfindən həbs olunub,
Azərbaycan SSR DTN-nin daxili həbsxanasına salınmışdı. Öz tanışı Mehmandarovla savaşması
Hüseynovun həbs edilməsinə səbəb olmuşdu.
Hüseynovun həbs olunması üçün qərar Respublika Prokurorluğunun əməkdaşı tərəfindən
hazırlanmışdır. Hüseynovun hərəkətləri xuliqanlıq kimi təqdim olunmuşdu. (Azərbaycan SSR
CM-nin 103-cü maddəsinin I hissəsi). Yaddaşı məni aldatmırsa, Hüseynov həbs olunandan sonra
həmin qərar prokurorluqdan götürülüb, həmin işə daxil edilmişdi.
Hüseynovun xuliqanlığı ilə bağlı işin təhqiqi prosesində mənə aydın oldu ki, o, qeyri-
qanuni həbs olunub. Zərərçəkən Mehmandarov Hüseynovun xuliqanlığı barədə çox dolaşıq bir
ifadə verib. Şəxsən mən bu işi Mehmandarovun köməyilə DTN əməkdaşlarından kiminsə düzüb-
qoşduğu və Hüseynovun həbsi üçün bəhanə kimi istifadə etdiyi fitnəkarlıq hesab edirəm.
Mənim bu nəticəyə gəlməyimin səbəbi odur ki, Hüseynov həbs olunandan az sonra onun
xuliqanlığı barədə işə (cinayət sübut olunmadığı üçün) xitam verildi. Lakin bundan sonra da
Hüseynov uzun müddət həbsdə qaldı və onu əksinqilabi fəaliyyətdə günahlandırmağa başladılar.
22
SUAL: Hüseynovu əksinqilabi fəaliyyətdə günahlandırmaq üçün sizin əlinizdə hansı
əsaslar var idi?
CAVAB: Heç bir əsasımız yox idi.
SUAL: Bəs onda siz hansı məqsədlə 1948-ci ilin 7 sentyabrında Hüseynovu ittiham edən
qərarı təsdiq etmisiniz? Həmin qərarda deyilir: “Hüseynov Mirzə Hüseyn oğlu SSRİ-yə qarşı
uzunmüddətli casusluq fəaliyyətinə görə taqsırlandırılır”.
CAVAB: Bu cür qərar çıxarmaq üçün heç bir əsas yox idi. Lakin mən bu qərarı təsdiq
etməyə məcbur idim. Çünki Yemelyanov Hüseynovun müqəssir olduğunu sübut etməyi məndən
tələb edirdi. Yemelyanov mənə deyirdi ki, Hüseynovu məsuliyyətə cəlb etmək barədə şəxsən
Bağırov sərəncam verib.
SUAL: Hüseynovun işi üzrə ittihamnamədə göstərilir ki, o, İran konsulluğunun rəsmi
nümayəndəsi Şirvani Mansurla əlaqəyə girib. Bu əlaqə nədən ibarət idi və Şirvani kimdir?
CAVAB: Şirvani Mansur Azərbaycan SSR DTN-nin agenti idi. Həmin Şirvani bir vaxtlar
həqiqətən də İran konsulluğunun təsərrüfat tapşırıqlarını yerinə yetirirmiş. Indi Şirvani sirkdə
illuzionçu-manipulyator işləyir. Onun öz şəxsi minik maşını var, o da pul qazanmaq məqsədilə
istənilən adamlara xidmət göstərirdi. Araşdırma nəticəsində müəyyənləşdirilib ki, Hüseynov
Şirvani ilə tanış imiş və onun maşınına minibmiş. Şirvaninin cinayətkar əlaqəsi barədə mənə heç
bir şey bəlli deyil.
SUAL: İstintaq zamanı hansı əsasla Hüseynovu türk casusunun arvadı ilə əlaqədə
taqsırlandırıldınız?
CAVAB: Hüseynovun casus arvadı ilə əlaqəsi barədə taqsırlandırılması üçün heç bir
əsasımız yox idi. Istintaq zamanı müstəntiq Kalinin Əlizadə Əşrəfin arvadı Qəmər Əlizadəni türk
casusunun arvadı adlandırırdı.
Bütün bunlar Yemelyanovun göstərişi ilə edilirdi. Əşrəf Əlizadə Azərbaycan K(b)P MK-
nın keçmiş ikinci katibi idi. Mənə məlumdur ki, Bağırovun və Yemelyanovun göstərişi ilə heç
bir əsas olmadan Əşrəf Əlizadənin türk casusu olmasını sübut etmək üçün II şöbədə əməliyyat
planı hazırlanırdı.
SUAL: Mirzə Hüseynov Sizə SSRİ ərazisinə keçmiş İran demokratları olan uzaq
qohumları Rəcəbov Şaban və Hüseynlə bağlı nə cür hərəkət etmək barədə zəng vurub. Məsləhət
almışdırmı?
CAVAB: Hüseynovla mən o, həbs olunana qədər tanış idim. Hüseynov qohumlarını –
İran demokratlarının yerləşdirilməsi barədə məsləhət almaq üçün mənə müraciət edə bilərdi.
Ancaq mən indi bunu xatırlamıram.
SUAL: Hüseynov hansı əsasla karserə salınmışdı?
CAVAB: Dustaq Hüseynov Yemelyanvun göstərişi ilə karserə salınmışdı. Bu üsulla
Yemelyanov onun casusluq fəaliyyəti barədə yalan ifadələrə nail olmaq istəyirdi.
SUAL: Nə üçün istintaq zamanı Hüseynova işgəncə verirdilər?
CAVAB: Dustaq Hüseynova işgəncə verilməsi barədə Yemelyanov mənim yanımda
müstəntiq Kalinin göstəriş vermişdir. Bu, Yemelyanovun otağında olmuşdur.