1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 

13 


 

sənədə  əsasən sən Azərbaycanın harasında istəsən yaşaya bilərsən. Nə  qədər ki, mən 

burada – FK-da işləyirəm, sən heç bir şey üçün narahat olma”. 

Doğurdan da, bütün sonrakı illər ərzində Əlibəy Zizikski ailəsi ilə birlikdə Bakıda 

yaşadı”. 

 

Müəyyənləşdirilmişdir ki, üzə  çıxandan sonra Zizikski uzun illər  ərzində Bakıda Aşağı 



qəbiristanlıq küçəsi, 73 №-li evdə yerləşən şəxsi mülkündə yaşamağı və həmin evin kirayə pulu 

ilə dolanmışdır. 



 

Şahid - Qasımov Qəni Hüseyn oğlu  göstərir ki, 1924-cü ildə o, Zizikskini Bağırovun 

evində görüb, Zizikski orada saat yarıma qədər olub. Onun Bağıroun yanına gəlməsinin səbəbi 

isə ona məlum deyil. 

Beləliklə. Məlum olmuşdur ki .Zizikski üzə  çıxandan sonra Bağırov onunla əlaqələrini 

üzməmişdir. Bağırov cəzadan yaxa qurtara bilmişdir. 

 

1926-cı ildə Azərbaycan BSİ-nə Zizikskinin fəal əksinqilabi fəaliyyəti barədə məlumatlar 



daxil olmağa bağladı. 1928-ci ilin 6 avqustunda (yəni Bağırov Azərbaycanda işləmədiyi vaxt) 

Zizikski Azərbaycan BSİ-nin kolleksiyasının qərarı ilə güllələnməyə  məhkum edildi. Evi isə 

müsadirə edildi. 

Müttəhim Bağırov ilk əvvəl bildirdi ki, Əlibəy Zizikski ona görə üzə çıxarılıb ki, sonra 

repressiyaya uğradılsın. Bağırov sonra elan edib ki, Zizikskinin repressiya olunmaq əvəzinə üzə 

çıxarılması səhv olub və guya Zizikskinin hansı şəraitdə üzə çıxarılmasını xatırlamır. 

Yuxarıda göstərilən dəlillərdən,  Ş.M.Musaxanovun,  Ş.Məçdovun, A.İ.Mileşkinin, 

S.K.Qafarlının,  İ.D.Ağayevin, Q.Ağaxanovun ifadələrindən, eləcə  də müttəhim Borşevin 

ifadələrindən tamamilə müəyyən edilmişdir ki, Bağırov Əlibəy Zizikskiyə himayədarlıq etmişdir. 

Göründüyü kimi, Əlibəy Zizikski Bağırovun iştirakı olmadan məsuliyyətə  cəlb olunub və 

cəzalandırılıb, Zizikskinin qohumları – keçmiş Quba mülkədarı,  Şıxlarski bəylərinin qohumu 

Bəybala bəy Alpanski, eləcə  də Quba alverçisi və  Əlibəy Zizikskinn ögey qardaşı Hacıbala 

Məmmədyarov heç bir repressiyaya uğradılmamışdır.  Şahidlərdən A.N.Orucovun, 

Q.X.Ağaxanovun və H.Şahverdiyevin ifadələrində Alpanski və  Məmmədyarov Bağırovun 

dostları kimi göstərilir. 

Bu barədə istintaq olunan Bağırov Alpanski və  Məmmədyarovla tanış olduğunu, ancaq 

həmin  əksinqilabçıların nə üçün repressiya olunmadığını heç cür ağlına sığışdıra bilmədiyini 

söylədi. 

Biz artıq göstərmişik ki, 1917-ci ildə Qubada Əlibəy Zizikskinin Bağırovdan başqa 

köməkçisi iri mülkədar ailəsindən olan əksinqilabçı, müsavat parlamentinin üzvü Qazı  Əhməd 

bəy Məhəmmədbəyov idi. 

Azərbaycan sovetləşəndən sonra Məhəmmədbəyov heç bir repressiyaya uğramayıb, 

Mahaçqala şəhərində yaşayıb, hüquq məsləhətçisi işləyirmiş, Bağırov bundan xəbərdar olmaya 

bilməzdi. Çünki 1936-cı ilin fevralında Məhəmmədbəyov Triniçin işi üzrə  şəhid sifətilə 

dindirilmiş. O vaxt öz ifadələrində  Məhəmmədbəyov göstərirdi ki, Bağırovla birlikdə o, qəza 

komissarı Əlibəy Zizikskinin müavini vəzifəsində çalışırmış. Ancaq Bağırov Zizikskinin birinci 

müavini olduğundan o, Əhməd  Əfəndinin (Triniçin) 1918-19-cu illərdə Qubadakı  fəaliyyəti 

barədə daha ətraflı  məlumat verə bilər. Bağırov Məhəmmədbəyovun bu ifadələrindən xəbərsiz 

ola bilməzdi. 

Əlində həmin şəxsləri cinayətkar kimi xarakterizə edən kifayət qədər material olmasına 

baxmayaraq, Bağırov uzun illər boyu qolçomaq Camal Mirzəyevə, onun oğulları  Cəmil və 

Şamilə himayədarlıq etmişdir. 

Bağırovun antisovet ünsürləri qorumağına və onlara himayədarlıq etməsinə daha bir 

nümunə keçmiş müsavat pristavı və siyasi bandit, çar zamanı xidmət etmiş Qiyas bəy cahandar 




 

14 


 

bəy oğlu Şıxlinskinin üzə çıxarılmasıdır. Bağırov onu nəinki üzə çıxartdı, hətta Qazax qəzasında 

milis rəisi vəzifəsinə də təyin etdi. 

O illərdə Azərbaycan VSİ  işçiləri arasında  Şıxlinski daima Bağırovla yaxınlığını qeyd 

edirdi. 

1930-cu ildə Şıxlinski öz qohumları ilə birgə Türkiyəyə qaçdı, orada türk kəşfiyyatı ilə 

əlaqə yaradıb, SSRİ ərazisinə silahlı basqınlar etdi. 

Istintaq zamanı Bağırov təsdiq etdi ki, Şıxlinskini o, üzə çıxarıb. Ancaq ona himayədarlıq 

etmək və müdafiə etmək faktını dandı. Bağırovun bu ifadələrini 1954-cü ilin 28 avqustunda 

dindirilmiş şahidlərdən Əliyev Zeynal Mehrəli oğlu təkzib etdi: 



 

“Bağırov çox vaxt keçmiş müsavat fəallarını öz tərəfinə  çəkir və  məsul vəzifələrə  təyin 

edirdi. Belə ki, Bağırovun Qazax qəzasında milis rəisi vəzifəsinə keçmiş müsavat pristavı 

Qiyas bəy Şıxlinskini təyin etməsi mənim yaxşı yadımdadır. Milis rəisi işləyərkən Şıxlinski 

sovet hökümətinə heç bir yardım göstərməyib və heç bir xeyirli iş görməyib. 

Bağırov Şıxlinskiyə hər cür himayədarlıq göstərirdi. Bundan istifadə edən Şıxlinski yerli 

sovet hakimiyyəti orqanları ilə hesablaşmır, yalnız Bağırova tabe olduğunu bildirirdi. 

Təqribən 1930-cu ildə yerli hökümət cinayətkar fəaliyyətini ifşa etməyə başlayanda 

Şıxlinski silahlı dəstə ilə Türkiyəyə qaçdı”. 

 

Bu ifadələri istintaq zamani müttəhim Borşev də təsdiq etdi: 



 

“Şıxlinskinin sözlərindən mənə aydın oldu ki, Bağırov onu yaxşı tanıyır. O vaxtlar 

Şıxlinski bununla fəxr edirdi. 

Indi yadıma düşür ki, o illərdə Şıxlinski Azərbaycan Baş Siyasi İdarəsinin rəhbər işçiləri 

arasında dəfələrlə Bağırovla yaxın münasibətindən danışırdı”. 

 

Bağırovun Şıxlinskiyə himayədarlıq etməsi sənədlərlə də sübut olunur. 

Gəncə vilayət şöbəsi rəisi Şıxlinskinin ağır cinayətlərdə iştirakı ilə bağlı məlumat versə o, 

məsuliyyətə cəlb olunmadı. Bundan əlavə, Şıxlinski 1930-cu il mayın 12-də müttəhim Bağırova 

şəxsi məktub yazıb, onu sıxışdırdıqlarından və antisovet fəaliyyətdə  şübhələndiklərindən 

şikayətlənəndə, Bağırov həmin məktuba aşağıdakı dərkənarı qoyur: 



 

“Yoldaş Neverova. Bir daha vilayət  şöbəsi vasitəsilə bu biabırçılıqlara son qoyun. 

Nəticəsi barədə mənə mayın 21-dək məlumat verin”. 

 

Bu məktubdan sonra 1930-cu ilin 29 iyununda həmin  Şıxlinskiyə i vaxtlar Azərbaycan 



BSİ Gəncə vilayət şöbəsinin keçmiş rəisi Quliyevin imzası ilə 1345 №-li arayış verildi. Həmin 

arayışda Şıxlinskinin 7 nəfər silahlı yoldaşı ilə birlikdə Gəncəyə tərəf hərəkət etməsi göstərilir və 

ona heç bir maneçilik göstərilməməsi tövsiyə olunurdu. 

Çox çəkmədi ki, qohumları və həmin silahlı dəstə ilə birlikdə Şıxlinski Türkiyəyə qaçdı. 

Beriya və Bağırovun antisovet elementləri qorumasına bir nümunə  də  Əlipənah bəy 

Şəfibəyovdur. Bəy nəslindən olan Şəfibəyov sovet hökümətinin düşməni idi. Müsavat zamanı 

Qubada müsavat partiyası  qəza komitəsi sədrini müavini idi. Şəfibəyov ilk dəfə 1927-ci ilin 

aprelində  həbs olunmuşdur, lakin Beriyanın təsdiq etdiyi qərara  əsasın, istintaq aparılmadan 

həbsdən azad edilmişdir. Şəfibəyovun hansı sənədlərə əsasən həbs olunması barədə materiallara 

rast gəlmədik. 

Ikinci dəfə Şəfibəyov 1930-cu ildə həbs olunub. Bu dəfə Şəfibəyov antisovet fəaliyyətdə 

ittiham olunurdu. Həbsə alınarkən ondan türk nümunəli tüfəng və ona müvafiq 30 patron 

alınmışdır. 

Lakin cinayət dəlilləri olmasına baxmayaraq Bağırovun sədrliyi ilə 1930-cu ilin 16 

martında keçirilmiş Azərbaycan BSİ-nin kollegiyası Şəfibəyovun işinə xitam verdi. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə