1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

 

17 


 

Triniçin işinə 1937-ci ilin iyununa qədər baxılmadı, sonra isə Azərbaycan XDİK-nin 

tələbi ilə yenidən ora qaytarıldı. Triniçin sonrakı taleyi məlum deyil. Bağırovun dediyinə görə

Sumbatov Triniçin kamerada özünü asaraq öldürülməsi barədə məlumat vermişdir. 

Keçmiş Bakı neft milyonçusu Əsədullayevin oğlu, keçmiş milyoner Tağıyevin kürəkəni, 

çar ordusunun poruçiki, fevral inqilabından sonra Bakıda “vəhşi diviziya” təşkil edən, 1918-ci 

ildə sovet ordusuna qarşı mübarizə aparan Əli Əsədullayev 1921-ci ilin dekabrında Gürcüstanda 

həbs olundu. 

Beriyanın imzaladığı 15 dekabr 1921-ci il tarixli məktuba  əsasən  Əsədullayevi 

Azərbaycan FK tələb etdi. Ə.Əsədullayev Beriyanın imzaladığı 30 dekabr 1921-ci il tarixli 

orderlə  həbsdən azad edilib. Bağırovun sərəncamına göndərildi. Iş üzrə heç bir təhqiqat 

aparılmayıb. 

Sonralar  Əli  Əsədullayev Bakı çadır meydanında işləyirmiş, daha sonra isə arvadı ilə 

birlikdə İrana qaçıb. 

Müttəhim Bağırov bu barədə istintaq zamanı bildirdi ki, Əsədullayevin nə üçün istintaqa 

cəlb olunmaması və həbs edilməsindən xəbəri yoxdur. 

Şahidlər Qasımov  Əyyub Mikayıl oğlu, Mehdiyev Əliqulu Kür oğlu göstərdilər ki, 

Bağırovun Əli Əsədullayevlə münasibətləri çox yaxın imiş. 

 Beləliklə, müəyyən olunub ki, Bağırov və onun əlaltıları Sovet hökümətinə  və 

kommunist partiyasına sadiq kadrlara divan tutmaqla bərabər, fəal  əksinqilabçıları 

məsuliyyətdən uzaqlaşdırıb, onlara himayədarlıq etmişlər. 

 

* * * 



 

Azərbaycan K(b)P MK-nın ikinci katibi, neft sənayesi sahəsində görkəmli mütəxəssis 

olan  Əşrəf  Əlizadə  sərbəst düşüncəli. Hər hansı  məsələyə münasibətini açıq-aydın bildirməyi 

sevən adam idi. Onun fikirləri bəzən Bağırovun fikirləri ilə daban-dabana zidd olurdu. Bu da 

Əşrəf  Əlizadənin. Eləcə  də onun qohumlarının  şübhəlilər siyahısına salınması üçün kifayət 

edirdi. Bağırov Yemelyanova göstəriş verdi ki, Əşrəf Əlizadəni siyasi cəhətcə səbatsız bir şəxs 

kimi nəzarətə alsın. 

1946-cı ilin sonralarında Əşrəf Əlizadə öz evində, qaynı – o vaxtlar Azərbaycan dövlət 

təhlükəsizlik nazirinin müavini olan Ələkbər Mustafayevin yanında Bağırov barədə bəzi sözlər 

söylədi. O dedi ki .Bağırov hamını  qənaətçil olmağa, sadə  həyat sürməyə çağırır, özü isə ölkə 

müharibədən çıxdığı bir vaxtda, iqtisadi çətinlik içində olduğu bir vaxtda Zuğulbadakı bağında 

yüzlərlə əsgərin zəhməti hesabına bahalı və nəhəng hovuzlar tikdirir. Bağının meyvəsini bazar 

qiymətləri ilə satdırır və s. Daha sonra Əlizadə deyib ki, yaxşı olardı ki, xərclənən vəsait 

hesabına neftçilər üçün istirahət evi tikiləydi. 

Mustafayev də Əlizadənin dedikləri ilə razılaşdı.  

Ertəsi gün Mustafayev nazir Yemelyanovun qəbuluna çağırıldı. Yemelyanov ona bildirdi 

ki, onun Əlizadə ilə Bağırov barədəki söhbətindən xəbərdardır və Əlizadənin Bağırov barədəki 

söhbətini səbəbsiz təkrar etdi. 

Çox keçmədən Mustafayev işdən azad edildi, sonra isə partiyadan xaric olundu. 

Əlizadə və Mustafayevin hər hərəkəti izlənilməyə başladı. 



 

Şahid Şabanbəyov Həmzə Musabəyoviçin bu barədə ifadəsi var: 

 

“Qəmər  Əlizadə  və onun qardaşı  Ələkbər Mustafayevin ifşa olunması barədə 

tapşırığı  mən aşağıdakı  şəraitdə aldım: “1948-ci ilin payız günlərindən birində 

mən evimə getdiyim yerdə hiss elədim ki, kimsə məni güdür, çekist-kəşfiyyatçılar 

məni qarabaqara izləyir. Mən öz mənzilimə yaxınlaşanda mülki geyimdə olan üç 

nəfər məni əhatəyə alıb bildirdi ki, məni nazir Yemelyanov yanına çağırır. Məni 

maşına mindirib, Azərbaycan DTN-nə,  şöbə müdirinin müavini Kəmərskinin 


 

18 


 

otağına gətirdilər. Orada mən gecə saat 1-dək gözlədim. Sonra məni 

Yemelyanovun otağına apardılar. Yemelyanov əvvəlcə  məni söyməyə, təhqir 

etməyə başladı: “Sən ikiüzlüsən. Sən dövlət xainisən”. Sonra isə  əsas məsələyə 

keçdi... 

Kəmərski mənə  təklif etdi: “Sən müəyyənləşdirməlisən görək

Mustafayevin Rəşidzadə ilə  əlaqəsi var, ya yox. Sən öyrən gör, onlar Bağırov 

əleyhinə nə fikirləşirlər. Sən Moskvaya gedib Mustafayevi ifşa etməlisən”. 

Azərbaycan Respublikası  ədliyyə nazirliyi adından məni Moskvaya 

göndərdilər. Moskvada Mustafayevlə ünsiyyət zamanı  mənə aydın oldu ki, onun 

türk kəşfiyyatı ilə  əlaqədə olması barədə cinayət işi qaldırmaq üçün bir 

bəhanədir. 

Kəmərski mənə Mustafayevi “qonaq etmək” üçün pul vermişdir. 

Moskvada olarkən Kəmərski mənə min manat pul göndərmişdir. Mən həmin 

pulları Mustafayevin aclıq çəkən balaları üçün xərclədim. 

Qayıdandan sonra mən Kəmərskiyə məlumat verdim ki, Mustafayevin türk 

kəşfiyyatı il heç bir əlaqəsini müəyyənləşdirə bilməmişəm. O mənə bildirdi ki, bu 

barədə “general”a, yəni Yemelyanova məlumat verəcək. Sonra isə mənə bildirdi 

ki, “general” məndən çox narazı qalıb. 

Bundan sonra mənə  Qəmər  Əlizadə ilə  əlaqə saxlamaq tapşırığı verildi: 

“qadının hulqumu zəif olar”, bəlkə ondan bir şey öyrəndin. Bu tapşırığı  mənə 

Kəmərski verib dedi ki, “Bağırov bizə rahatlıq vermir, deyir ki, bu ailəni 

darmadağın etmək lazımdır”. 

Kəmərskinin tapşırığı ilə  mən Qəmər  Əlizadə ilə görüşdüm, ancaq onun 

söhbətlərinin hamısı Bağırovu söyməklə başa çatırdı. 

Mən Kəmərskiyə bildirdim ki, heç bir casusluq fəaliyyəti aşkara 

çıxarmamışam. Məndən Mustafayev və  Əlizadə barədə yalançı  məlumat almaq 

istədiklərini görüb, Kəmərskiyə bildirdim: “Siz məndən uydurma məlumat 

qoparmaq istəyirsinizsə, mən onu verə bilməyəcəyəm”. Bundan sonra Yemelyanov 

məni iki dəfə yanına çağırdı və üstümə çağırdı: “Mən sənə göstərərəm, alçaq! Sən 

çox  şeyi gizlədirsən. Sən  əclafsan. Ancaq başına elə oyun açacaq ki, bizi uzun 

müddət xatırlayacaqsan. Rədd ol burdan”, - deyib otağından qovdu. 

10 gündən sonra Azərbaycan SSR ədliyyə naziri Əli Məmmədov mənim 

hüquq sistemindən qovulmağım barədə  əmr verdi. Mən başa düşdüm ki, bütün 

bunları Bağırov və Yemelyanov ediblər”. 

 

Əşrəf  Əlizadə Azərbaycan K(b)P MK büro iclasına mağırıldı, Atakişiyev onun 



“cinayətkar fəaliyyəti” barədə  məruzə etdi. Büro iclasında iştirak edən Sumbatov – Tonuridze 

Əlizadəyə belə bir sualla müraciət etdi: “Siz hansı kəşfiyyata xidmət edirsiniz – Amerika, ya türk 



kəşfiyyatına?” 

 

Bağırov öz çıxışında Əlizadəyə bildirdi: 



“Partiya sizə öz arvadınızı boşamağı təklif edir”. Əşrəf Əlizadə formal da olsa arvadını 

boşamaq barədə  ərizə yazmağa məcbur oldu. Ancaq o, Bağırovdan gizli olaraq arvadı ilə 

Stavropol vilayətndə, Kislovodsk, Tessentuki və digər  şəhərlərdə görüşürdü. Sonra Əlizadənin 

vəzifəsi kiçildildi, o, “Azərneftkəşfiyyatı” birliyinə rəis təyin olundu. O vəzifədən də “rəhbərliyi 

təmin etmədiyinə görə” azad edildi. Əlizadə Azərbaycanı  tərk etmək məcburiyyətində qalıb, 

daimi yaşamaq üçün Türkmənistana getdi. 

Bağırova xoş  gəlsin deyə,  Əşrəf  Əlizadəyə, onun arvadı  Qəmər  Əlizadəyə  və qaynı 

Ələkbər Mustafayevə cinayət işi açmaq və onları  həbs etmək üçün Yemelyanov bir sıra 

təxribatlara əl atmışdı. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə