1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

 

33 


 

Mən həbs olunandan sonra sarsıntıya, gərginliyə dözməyən arvadım vəfat etdi, bacımı 

iflic vurdu. Özüm işgəncələrə  məruz qaldım, partiyadan xaric olundum, hələ  də  bərpa 

olunmamışam. 

Istintaq prosesində  işgəncələrə dözməyərək Bağırov Qəmbər Bağır oğluna böhtan 

atmışam. Demişəm ki, Qəmbər Bağırov Mir Cəfər Bağırova böhtan atır, deyir ki, o, Azərbaycanı 

hədə-qorxu, həbslər və güllələnmə ilə idarə edir. Nəticədə mayor rütbəsində hərbi xidmətçi olan 

Qəmbər yatalaq xəstəliyindən xəstə yatan zaman həbs olundu. 

Hal-hazırda Qəmbər Bağırov hansı rayondasa avtor-traktor məktəbinin direktorudur. 

 

SUAL: Mirzəyevin M.C.Bağırov barədə nə dediyini bizə ətraflı danışın. 



 

CAVAB: Mirzəyev mənə danışmışdım ki, 1923, ya da 1924-cü illərdə o, gəmi ilə 

Lənkərana gedərkən Bağırovun dəstəsində imiş. Novikova da həmin dəstənin tərkibində gəmidə 

imiş. Mirzəyev Novikovaya yaxınlıq etmək istəyib, bu da Bağırovun qəzəbinə səbəb olub, çünki 

Novikova onun oynaşı imiş. Bax elə bu söhbət Birinci katibə qarşı atılmış böhtan və iftira kimi 

qəbul edilmişdi. 

 

Şahid - Səfərov Əliağa Məşədi Əli oğlu 

 

Mən 1936-cı ilin 5 avqustunda “NKVD” orqanları  tərəfindən həbs olunmuşam. Həbs 

olunana qədər Əli Bayramlı rayonu Şıxsalahlı kənd sovetinin Qaraturqay kəndində kolxoz sədri 

vəzifəsində  işləyirdim. Məni antisovet, əksinqilabi müsavat təşkilatının üzvü olmaqda və 

Azərbaycanda Sovet hakimiyyətini devirmək üçün silahlı üsyan hazırlamaqda günahlandırırdılar. 

Nə ilkin istintaq, nə də məhkəmə zamanı mən özümü günahkar hesab etməmişəm, çünki heçvaxt 

heç bir əksinqilabi təşkilatın üzvü olmamışam. Mən yoxsulluqla böyümüşəm. Sovet höküməti 

məni fəal işçi kimi irəli çəkib, kolxoza sədr təyin edib. 

Məhkəmə zamanı mənə əksinqilabi təşkilatın üzvü olmaqda taqsırımı boynuma almağım 

barədə barədə altı istintaq protokolu təqdim etdilər. Həmin protokolları istintaq zamanı  mənə 

imazalatmışdılar. Çünki məni huşumu itirənədək döyürdülər, mən özümdə olmayanda isə 

müstəntiqlər mənə qol çəkdirirmişlər. 

Bundan əlavə, istintaq rus dilində aparılır, tərcüməçidən istifadə olunmurdu. Xanlarov və 

Qabrilov azərbaycanlı deyildilər, mən də rus dilini bilmirdim. “Xleb”  və  “voda” sözlərindən 

başqa rus dilində heç bir şey anlamırdım. 

Istintaqı aparan əməliyyat müvəkkili Xanlarov, xüsusi şöbənin rəisi Qavrilov və 

Gerasimov familiyalı bir rəis məni sistematik olaraq döyürdülər. 8 gün məni “stoyka” saxlatdılar. 

Bu o demək idi ki, barmaqların ucunda, əlləri yuxarı qaldırmış  vəziyyətdə uzun müddət 

saxlayırlar. Nəticədə mənim ayaqlarım şişdi və dəhşətli ağrıdan özümü itirib yerə yıxıldım. Mən 

yerə yıxılan kimi, hara gəldi vurmağa, məni təpikləməyə başladılar. Amansızcasına döyüldükdən 

sonra mən iki həftə qan ifraz etdim. 

8 gün ərzində  məni konveyer üsulu ilə istintaq edirdilər, yuxudan məhrum olmuşdum, 

canlı meyidə çevrilmişdim, hərəkət edə bilmirdim. Xanlarovun, Qavrilovun və Gerasimovun 

məni yumruqla döyməsini adi hal hesab edirdim. Artıq buna bir növ öyrəşmişdim. Sutkalarla 

ayaq üstə saxlayaraq mənə siqaret çəkməyə icazə vermirdilər. Su da vermirdilər. Müstəntiq su da 

içirdi, siqaret də çəkirdi. Istintaq zamanı məni qolsuz maykada dindirirdilər. Xanlarov siqaretin 

kötüyünü yanan üçü ilə mənim kürəyimə, boynuma basırdı. 

Məni həbs edərkən üst-başımı axtardılar və Xanlarov o vaxtlar torqsindən aldığım qızıl 

saatımı götürdü. Axtarış protokoluna həmin saat qeyd olunmadı. Mən Xanlarovdan saatı 

arvadıma verməsini xahiş edəndə, o məni möhkəmcə döydü və bildirdi ki, “saat artıq sənə gərək 

olmayacaq, səni onsuz da güllələyəcəklər”. 

Həbs olunduğumun 5-ci ayında gecə  məni Qavrilov dindirirdi. Etiraf ifadəsi verməyə 

məcbur edən Qavrilov əvvəlcə məni yumruqlamağa başladı, sonra naqanını çıxarıb güclü zərbə 



 

34 


 

ilə  ağzımın üstündən vurdu. Üç dişim birdən düşdü. Naqanın lüləsi ilə yuxarı dodağımı  cırdı, 

məni qan apardı, bundan sonra məni həbsxana xəstəxanasına göndərib dodağımı tikdilər, həmin 

tikişin izi indi də qalmaqdadır. Qavrilovun zərbəsi üst çənəmi zədələdi, o biri dişlərim də 

tökülməyə başladı. Yuxarı çənəm üçün protez düzəltdilər. 

Bu işgəncədən sonra mən dözməyib “NKVD” rəisi Sumbatova ərizə yazdım və  məni 

qəbula çağırmasını xahiş etdim. Üç gündən sonra rəis müavini Çurnisin qəbuluna çağırıldım. 

Mən ona döyüldüyümü bildirdim. O, Qavrilovu çağırıb, günahımı boynuma almayınca məni 

təkadamlıq kamerada saxlamağı tapşırdı. Mənə isə bildirdi ki, səni heç kim döyməyib, dişlərini 

sındırmısan. 

Ilkin istintaq zamanı familiyasını xatırlamadığım prokurora müraciət edib, döyülüb 

işgəncələrə  məruz qalmağım barədə danışdım və bildirdim ki, dindirilmə zamanı  mən heç bir 

ifadə verməmişəm, ancaq cinayət işində bir neçə istintaq protokolu vardır. Mən prokurora 

bildirdim ki, həmin protokolları düzgün hesab etmirəm. Prokuror mənim yanımda həmin istintaq 

protokollarının saxtalığı barədə akt tərtib etdi və  məni  əmin etdi ki, həmin protokollar ləğv 

ediləcək. Ancaq məhkəmə zamanı prokurorun həmin aktı işin içində yox idi. 

Məhkəmə orqanlarının məni və başqalarını həb etmək üçün işi necə saxtalaşdırdıqlarını 

qeyd etmək yerinə düşər. 

Müstəntiq Xanlarov, Baxşıyev Baxışı, Baxışov Xəlili, Abdullayev Şükürü, Babayev 

Sədullanı otağına çağırırdı. Əlavə etməliyik ki, onların hər biri ayrı-ayrılıqda, tək-tək çağırıldı. 

Müstəntiq məndən soruşurdu ki, onları tanıyıram, ya yox? Həmin adamlar bizim qonşu kənddən 

olduqları üçün mən onları tanıdığımı, bəzən iş üstündə, bəzən də adi həyatda onlarla 

rastlaşdığımı söyləyirdim. Məhkəmə zamanı  mənə aydın oldu ki, həmin  şəxsləri tanıdığımı 

söyləyərkən, bunu “əksinqilabi təşkilatda birgə iştirak ediblər” şəklində qeyd edirmişlər. 

Iş üzrə müqəssir bilinənlərin hamısı  məhkəmə zamanı özlərinin günahsız olduğunu 

bildirdilər, istintaqın qanunsuz yollarla aparılmasından danışdılar,  əzab və  işgəncələrdən sonra 

verdikləri ifadələrdən imtina etdilər, müstəntiqlərin təhrikilə imzaladıqları protokolları etibarsız 

hesab etdiklərini bildirdilər. 



 

Şahid - Fərəcov Əliqulu Səttar oğlu 

 

(Azərbaycan Respublikası EA-nın kənd təsərrüfatının iqtisadiyyatı  şöbəsinin müdiri, 

professor) 

 

 Bütün 



həyatım boyu mən tədris müəssisələrində, elmi idarələrdə çalışmışam. Bu müddət 

ərzində 20-dən artıq elmi əsər yazıb çap etdirmişəm, bütün ömrümü gənc mütəxəssislərin 

tərbiyəsinə  həsr etmişəm. Hələ 1939-cu ildə  mənə iqtisad elmləri namizədi və professor adı 

verilmişdir. Vətən qarşısındakı xidmətlərimə görə hökümət mükafatlarına: “Qızıl Bayraq” 

ordeni, “Qafqazın müdafiəsinə görə”, “1941-45-ci illərdə Böyük Vətən müharibəsində rəşadətli 

əməyə görə” medalları ilə təltif olunmuşam.  

1948-ci ildə  mən Bakı  şəhərində Xalq təsərrüfatı institutunun direktoru vəzifəsində 

işləyirdim. 1948-ci ilin dekabr ayında mənə Azərbaycan SSR Nazirlər Sovetindən özünü oranın 

işçisi kimi təqdim edən bir kişi zəng vurdu. Familiyasını  mənə demədi, bildirdi ki, mən 

respublika Nazirlər Soveti sədri T.Quliyevin sərəncamı ilə  təcili olaraq Naxçıvana gedib. 

Kolxozçular və ziyalılar qarşısında mühazirə oxumalıyam. Bu təklifi mən çox razılıqla, sevinclə 

qarşıladım, çünki zəhmət adamları qarşısında mühazirə oxumağı özümə borc bilirdim, üstəlik də 

bu mənə Nazirlər Soveti sədrinin adından tapşırılırdı. Ertəsi gün mən Nazirlər Sovetinə getdim. 

Orada mənə T.Quliyevin adından Naxçıvana getmək təklifi ilə bağlı  məktub təqdim olundu. 

Bütün zəruri sənədləri və  sərhədyanı rayona getmək üçün buraxılış  vərəqəsini hazırlayib səhər 

tezdən qatarla yola düşdüm. Biləcəri stansiyasında DTN orqanlarının  əməkdaşı kuoeyə daxil 

olub, məndən sənədlərimi göstərməyimi tələb etdi. Bütün sənədlərim və buraxılış  vərəqəsi 

qaydasında idi. Həmin  əməkdaş  məndən hərbi bilet tələb etdi. Mən deyəndə ki, onu özümlə 

götürməmişəm, o məni növbəti dayanacaqda düşürəcəyini bildirdi. Mən DTN əməkdaşının bu 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə