1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 

29 


 

edirdi: “Sən hər şeyi boynuna almalısan”. Yemelyanov bir də onun üstündə möhkəm dururdu ki

Nəsirov Yegizarovun və  Cəmil Mirzəyevin antisovet fəaliyyəti və onlarla söhbət zamanı 

Bağırovun nalayiq hərəkətləri barədə verdiyi ilkin ifadəni təsdiq etsin. Nəsirov cavab verdi ki, 

onun heç bir günahı yoxdur. Yemelyanov bilə-bilə ki, Nəsirov əleyhinə əlində heç bir dəlil-sübut 

yoxdur, yenə də onu söyür, üstünə qışqırıb hədələyirdi: “Səni şil-küt edib güllələyəcəyəm”.  

Qeyd etməliyəm ki, Bağırov və Yemelyanov Yegizarovla daim maraqlanırdı. 

 

SUAL:  İstintaq zamanı müstəntiqlər Nəsirovu döyürdülər. Sizin bundan xəbəriniz var 



idimi? 

 

CAVAB: Nəsirovun döyülüb-döyülməməsi mənə məlum deyildi. 



 

SUAL: Bu işə daha nə əlavə edə bilərsiniz? 

 

CAVAB: Belə bir faktı xatırlayıram ki, 1942-ci. Y da 1943-cü illərdə  mənə  Əhmədov 



familiyalı bir dustaq düşmüşdü. O öz arvadını Azərbaycan Xalq komissarları sovetinin sədri 

T.Quliyevin mənzilində tutmuşdu. Elə onun üstündə  də  həbs olunmuşdu. O vaxtlat mən 

“NKVD”-də istintaq şöbəsi müdirinin müavini idim. Yaqubov dustağı mənə təhvil verəndə dedi: 

“Onunla  əməli-başlı  məşğul olmaq lazımdır”.  Mən  Əhmədovun istintaqına başladım, o dedi: 

“Bizi cəbhəyə göndərirsiniz, özünüz isə arvadlarımızı yoldan çıxarırsınız”. Sonra isə o danışdı 

ki, arvadının pis yola düşməsindən çoxdan şübhələnirmiş, çünki cəbhədən gələndən sonra onun 

çox yüksək  şəraitdə yaşadığını görübmüş. O, arvadını güdüb, onun T.Quliyevin mənzilinə 

getdiyini görür və onları görüş vaxtı bir yerdə tutur. Əhmədov T.Quliyevin üzərinə atılıb 

boğazından yapışır, Quliyevin mənzilini qoruyan milis nəfəri özünü yetirir.  

Mən  Əhmədovu dindirəndən sonra bütün təfərrüatı yazıb qeyd etdim. Sonra dustaq 

Əhmədovu Yaqubovun yanına apardılar. Istintaq protokolunu da məndən aldılar. 

Əhmədovun aqibətindən xəbərim olmadı, sonralar onun Kommunist küç 

Sindəki barın müdiri vəzifəsində işlədiyini öyrəndim. 

 

Şahid – Məmməd Mehdiyevin dediklərindən 

 

 Respublikanın və rayonların rəhbər işçilərinin həbsi o vaxtlar Sumbatovun təqdim etdiyi 



siyahı üzrə Bağırovun göstərişi və sanksiyası ilə  həyata keçirilirdi. Şəxsən mən Bağırovun 

dərkənarı olan həmin siyahıları 1938-39-cü illərdə Markaryanda görmüşəm. 

 

Mən  İranda olduğum zaman. Sıravi kəşfiyyatçı kimi, konspirasiya məqsədilə 



Atakişiyevin rezidenturasında görünə bilməzdim, ona görə də onun İranda özünü necə aparması 

barədə məlumatım yox idi. Irandakı agentura ilə aparılan işin vəziyyətindən də xəbərim yox idi. 

Ancaq mənə məlumdur ki, Atakişiyev və Quliyev İranda olduqları vaxt onlar bizim kəşfiyyatda 

elə  rəhbərlik etmişdilər ki, SSRİ  ərazisinə göndərilməsi güman edilən xarici kəşfiyyat 

agentlərinin biri də aşkara çıxarılmamışdı. Eləcə də xarici kəşfiyyatın SSRİ ərazisinə göndərdiyi 

agentlərlə əlaqə kanalları da müəyyənləşdirilməmişdi. 

1946-cı ildə  Təbrizdə xidməti ezamiyyətim zamanı  mən Atakişiyevin mənzilinə gedəsi 

oldum. Və  mənə  məlum oldu ki, Atakişiyev və onun arvadı  İranda  şəxsi varlanma ilə  məşğul 

olurmuş. Atakişiyevin mənzilində mən müxtəlif qiymətli əşyalara rast gəldim: ona qədər bahalı 

xalça, çoxlu müxtəlif şal və ipək parçalar, hazır paltar və ayaqqabı, gümüş qab-qacaq və başqa 

şeylər Atakişiyev böyük məbləğdə  əmək haqqı alsa da, bu qədər  şeyi halal zəhmətlə qazana 

bilməzdi. Bütün bu şeyləri Atakişiyev gömrük nəzarətindən keçmədən və dövlət rüsumu 

ödəmələri özüylə Bakıya gətirdi. Sürücülər: Rizvan Quliyev, Fadin və başqaları bütün gecəni 

Atakişiyevin gətirdiyi şeylərin vaqondan maşınlara, oradan da Atakişiyevin mənzilinə daşımalı 

oldular.  

 

 




 

30 


 

Şahid - Xentov Pavel Vladimiroviç 

 

 

SUAL: Vətəndaşlarin  əsassız olaraq məsuliyyətə  cəlb olunması  və cinayət işlərinin 

saxtalaşdırılması barədə Sizə nə məlumdur? 

 

 



CAVAB: 1942-ci ildə keçmiş nazir Yaqubov köhnə  işçiləri yanına çağırıb dedi ki, 

Bağırovun göstərişi ilə 1937-38-ci illərdə  həbs olunmuş  bəzi  şəxslərin istintaq protokollarını 

çıxarıb, həmin ifadələr üzrə vaxtında aşkara çıxarılmamış silahları müsadirə edib, Bakını orada 

adı çəkilən şəxslərdən təmizləmək lazımdır. 

Şəxsən mənə Zaqzfqaziyada məşhur olan rəhbər işçi Musabəyovun istintaq protokolu 

tapşırılmışdı. Musabəyovun ifadələri açıq-aşkar saxtalaşdırılmışdı, ondan əlavə, oraya Serqo 

Orconikidze barədə böhtançı uydurmalar əlavə olunmuşdu. 

 Protkollarla 

tanış olandan sonra mən onların məzmunu barədə  şübhələrimi  şöbə müdiri 

Sosninə bildirib, protokolları I xüsusi şöbəyə qaytardım. 

1937-38-ci illərdə mən xidməti işçi əlaqədar Borşevin otağında olarkən rəhbər işçi Dadaş 

Bünyadzadə ilə üzləşdim.  Şöbənin işçiləri mənə bildirdilər ki, möhkəm döyüləndən sonra 

Bünyadzadə  əksinqilabi təşkilatın üzvü olması, həmin təşkilatın digər “üzvləri”  əksinqilabi 

təşkilatın külli miqdarda silahı olması barədə ifadə vermişdir. Ancaq həmin silahı heç kim 

görməyib və heç yerdə də aşkara çıxarılmayıb. 

 

 



 SUAL: 

Dustaqları konkret olaraq kim döyürdü? 

 

 CAVAB: 


Dustaqları çox adam döyürdü. Bu təcrübə “NKVD” orqanlarının iş sisteminə 

daxil olmuşdu. Istintaq şöbəsinin müdiri Rayev də, müstəntiq, böyük fiziki qüvvəyə malik olan 

Qvozdev də dustaqları döyürdü. Dustaqlara işgəncə verənlər arasında zalımlığı ilə xüsusilə 

seçilən Borisov-Pavlov, Tsinman, Xoren Qriqoryan və  b. göstərə bilərəm. 

 

 SUAL: 


Sadaladığınız şəxslər konkret olaraq kimləri döyürdülər? 

 

 CAVAB: 



Yadımdadır ki, mənim yanımda Tsinman Azərbaycan MİK-nin sədri 

Əfəndiyevi, Borisov-Pavlov isə Eyyub Qasımovu döymüşdü.  

1937-ci ildə inandırıcı olmayan ifadələrə görə Oleq Pavlov həbs olunmuşdu. Iş üzrə 

istintaq zamanı onu elə amansızlıqla döymüşdülər ki, sağrılarından  ət parçaları qopub düşdü. 

Işgəncələrə baxmayaraq Pavlov heç bir ifadə verməmişdi. Odur ki, azad olunmalı idi. Lakin 

Sumbatov və Rayev buna razılıq vermədilər. Çünki Pavlov möhkəm  əzişdirilmişdi və o, bu 

vəziyyətdə azad olunarsa, onların istintaq aparmaq metodları barədə söz-söhbət olmasa da, 5 il 

müddətinə azadlıqdan məhrum edildi. 

Beləliklə, dustaqları döyə-döyə onlardan özləri və başqaları barədə yalan ifadələr almaq 

metodu DT idarəsinin rəhbəri Sumbatov, ondan sonra isə Rayev tərəfindən qoyulmuşdu. Bütün 

bu cinayətkar istintaq aparma metodlarının təşkilatçısı isə Bağırov özü idi. 

Dustaqları çox vaxt Bağırov özü dindirirmiş, əgər onlar döyüldükləri üçün öz ifadələrini 

dəyişdirilərsə və ya ifadə verməkdən tamam imtina edirdilərsə, onda Bağırov deyirmiş: “Deməli, 

sizi az döyüblər”.  

Mənə  məlumdur ki, 1937-38-ci illərdə Bağırovun sanksiyası ilə Azərbaycanın istedadlı 

şairi Səməd Vurğun həbs edilibmiş. Xarakterikdir ki, istintaqın gedişində ondan heç bir şüy əldə 

edə bilmədikdə Bağırov  “allah tərəfindən göndərilmiş xilaskar” rolunda çıxış etdi və onu 

həbsdən özü azad etdi. Ancaq onun əleyhinə material toplamağa özü icazə verdi. Yemelyanov 

1952-ci ilədək bu işlə məşğul olurdu. 

Bağırovun adi adamların həbs edilməsinə necə laqeyidliklə  və soyuqqanlılıqla 

yanaşdığını sübut edən bir hadisəni də danışmaq istəyirəm: 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə