1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 

27 


 

bir kağız göstərdi, orada onların həqiqətən də İran demokratları olması göstərilirdi. Mən həmin 

dəqiqə Padarova zəng vurub, nə eləmək lazım gəldiyini soruşdum. O mənə dedi ki, Rəcəbiləri 

DTN-nə göndər. Mən də ata-oğul Rəcəbiləri DTN-ə yola saldım. Mən Padarova ona görə zəng 

çaldım ki, onunla çoxdan tanış idim. Rəcəbilərin sonrakı aqibətindən xəbərim yoxdur. Mənim 

Padarovla və  Rəcəbilərlə  nə danışdığımı Polivanova və Davıdova, eləcə  də Bakıda haradasa 

yaşayan ata Rəcəbi də təsdiq edə bilər. 

1948-ci ildən sonra mən Rəcəbini görmədiyim üçün onun harada yaşadığını  dəqiq 

bilmirəm. Eşitmişəm ki, oğlu ölüb.1948-cil ildə onun 16 yaşı var idi. 

Mən həbsxanada cəmisi 11 aydan bir qədər çox qaldım. Sonra mənə elan elədilər ki

SSRİ DTN yanında xüsusi yığıncağının qərarı ilə 5 il müddətinə həbs düşərgəsinə göndərilirəm. 

DTN daxili həbsxanasında olduğum zaman istintaqda döyüləndən sonra türmənin tibb 

işçiləri mənə kompres-təpitmə qoyub, yaralarıma yod vururdular. Mənə tibbi yardım göstərənin 

adını təəssüf ki, bilmirəm. Bir dəfə bərk əzişdiriləndən sonra kamerada uzanmışdım, ayağa qalxa 

bilmirdim. Nəzarətçi bunu həbsxana rəisinə - podpolkovnikə bildirdi. Rəis kameraya gələndə 

mən istintaq zamanı döyüldüyümü ona bildirdim. O, əmr etdi ki. Mənə su versinlər. 

Mənə istintaqın başa çatması barədə protokol təqdim edəndə, işi məhkəməyə 

göndərəcəklərini bildirdilər. Istintaq işi qovluğa tikilməmiş və nömrələnməmişdi. Mən istintaqın 

başa çatması barədə protokolu imzaladım, məhkəmə zamanı günahsızlığımı sübut edəcəyimə 

ümid etdim. 

Azərbaycan cinayət prosessual məcəlləsinin 204-cü maddəsinin tələblərini yerinə 

yetirərkən hərbi prokuror Kostanyan iştirak edirdi. Ona Yemelyanovun, Padarovun və Kalininin 

məni amansızcasına kötəklərindən danışdım. Kostanyan mənə inanmadı  və qulaq asmaq belə 

istəmədi. Ondan başqa mən türmədə və DTN binasında prokuror görmədim. 

Mən Maqadan şəhərindəki düşərgənin 18-ci bölməsində saxlanılırdım. Cəza müddətində 

heç bir qanun pozuntusuna yol vermədiyim üçün 1952-ci ilin 17 sentyabrında düşərgədən azad 

edildim. Lakin mənə Maqadandan kənara çıxmaq qadağan edildi və  mən ayda iki dəfə xüsusi 

komendaturaya gedib qeyd olunmalı idim. 1954-cü ilin 28 martında Maqadan şəhəri DTN 

İdarəsinin xüsusi komendaturası məni sürgündən azad etdi və mən Bakı şəhərinə gəldim. 

Hələ istintaq altında olduğum vaxt Kalinin mənə bildirdi ki, Şahmərdanovu döymək və 

xuliqanlıq etmək üstündə  mənə açılan işə xitam verilib. Çünki orada cinayət tərkibi yox imiş. 

Beləliklə, mən xuliqanlığa görə  həbs olunmamışam, rəsmi sənədlərdə isə tutulmağımın səbəbi 

kimi yalnız xuliqanlıq göstərilib. Istintaq zamanı  məni casusluqda taqsırlandırdılar və 5 il 

müddətinə xüsusi təhlükəli ünsür kimi düşərgəyə göndərdilər.  

Mən indi bir daha bildirirəm ki, mənim heç bir taqsırım yox idi. Xahiş edirəm, Bağırovun 

göstərişi ilə mənə verdikləri vəhşicəsinə işgəncələrə görə Yemelyanov, Padarov və Kalinin kimi 

cəlladlar ən ciddi cəzaya layiq görülsünlər. 

 

 



Şahid - Çuraşov Vasili İvanoviç 

 

(1932-ci ildən 1954-cü ilədək Azərbaycan Baş Siyasi İdarə, “NKVD”, DTN və  DİN 



orqanlarında işləyib) 

 

SUAL: Məhkəmə  işlərinin saxtalaşdırılması  və Azərbaycan DİN orqanlarında qeyri-



qanuni istintaq metodları, üsulları barədə nə bilirsiniz? 

 

CAVAB: 1936-38-ci illərdə  mən “NKVD”-də  əməliyyat müvəkkili işlədiyim vaxtlarda 



kütləvi həbslər həyata keçirilirdi. Bu həbslər müvafiq şəkildə yoxlanılmış materiallar əsasında 

yox, əksinə, dustaqların yoxlanılmamış ifadələri əsasında aparılırdı. 

Azərbaycan SSR “NKVD”-sində qabaqlar həbs olunmuş  şəxslərin yoxlanılmamış 

ifadələri  əsasında aparılan kütləvi həbslərlə yanaşı, istintaq zamanı dustaqların amansızcasına 

döyülməsi və qanunla qadağan edilmiş digər üsullar tətbiq edilirdi. Dustaqlara çox vaxt “stoyka” 



 

28 


 

üsulu, yəni onları bir neçə sutka boyu dindirmək və həmin müddətdə oturmağa qoymamaq tətbiq 

olunurdu. Bu üsulla dindirilən dustaqların qan dövranı pozulur, ayaqları şişib kündəyə dönürdü. 

Bu işgəncəyə çox az adam tab gətirirdi, çoxu huşunu itirib yıxılırdı. Müstəntiqlər bu qanunsuz 

üsulları tətbiq etməklə dustaqlardan özlərinə sərfəli olan yalan ifadələr almağa nail olur, sonra da 

bu yalan ifadələrdən günahsız adamların həbs olunması üçün istifadə edirdilər.  

Istintaq zamanı dustaqların hələ azadlıqda olan şəxslərin antisovet təşkilatının üzvü olması 

barədə ifadə verməsinə nail ola bilməyən müstəntiqlər pis işçi hesab olunurdu. 

“NKVD” işçilərinin bir yığıncağı yadıma düşür. Həmin yığıncaqda xalq komissarı 

Sumbatov az adam tutan işçilər barədə böyük bir nitqlə  çıxış etdi. Sumbatov hansı üsulla 

alınmasından və həqiqətə nə qədər uyğun olub-olmamasından asılı olmayaraq dustaqlardan hələ 

azadlıqda olanlar barədə yalan ifadə almağı tələb edirdi. 

Dustaqların istintaqı barədə isə Sumbatov deyirdi ki, “NKVD” orqanları tərəfindən həbs 

edilmiş bütün dustaqlar xalq düşmənidirlər, onlardan cinayətkar  əlaqələri barədə ifadəni hər 

hansı üsulla, istər qanuni, istərsə də qanunsuz yolla almaq zəruridir. 

1938-ci ilin əvvəllərində  mən işdən gecə saat ikidə  çıxdım. Adətən  əməliyyat işçiləri 

işdən səhərə yaxın çıxır və gündüz istirahət edirdilər. Mənim işdən “vaxtsız” getməyimdən xəbər 

tutan xalq komissarının müavini Borşev məni yanında çağırdı, layiqsiz sözlərlə  təhqir edib 

bildirdi ki, mən  şübhəli adama oxşayıram, çünki dustaqları gecə vaxtı dindirmirəm. Sonra 

Borşev dedi: “Gərək dustağı gecə flan-flan eləyəsən”. 

Mən Borşevin göstərişini o vaxt belə başa düşdüm ki, gecələr dustaqları sistematik 

şəkildə dindirməklə onları norma yuxudan məhrum eləməliyik. 

O vaxtlar həbslər bu qaydada rəsmiləşdirilirdi:  əməliyyat işçisi dustqğın hələ azadlıqda 

olan şəxsin cinayətkar fəaliyyəti barədə ifadə verməsinə nail olandan sonra arayış tərtib edirdi. 

Həmin arayış barədə  şöbə  rəisinə  məlumat verilirdi, o da həbs olunma barədə göstəriş verirdi. 

Alınmış ifadələrin doğru olub-olmaması yoxlanılırdı. Bundan sonra arayışa həbs barədə qərar da 

əlavə olunurdu. Şöbə müdiri həmin sənədləri mütləq xalq komissarına təqdim etməli idi. O da 

həbs barədə qərarı təsdiq edib orderi imzalayırdı. 

Kütləvi həbslər keçirilməsi barədə bu cür cinayətkar təcrübə Sumbatovun, Rayevin və 

Markaryanın xalq komissarı olduqları dövrdə geniş yayılmışdı. 

 

Şahid - Ziyalov Andrey Sionoviç 

(NKVD-də istintaq şöbəsinin müdiri işləyib) 

 

SUAL: 1944-cü ildə Azərbaycan CM-nin 72-ci maddəsinin 2-ci bəndi ilə müqəssir bilinib 



həbs olunan Nəsirov Qulam Abasoviçin istintaq işi sizə məlumdumu? 

 

CAVAB: Bəli, həmin işin təfərrüatı mənə məlumdur. O vaxtlar mən “NKVD”-də istintaq 



şöbəsinin müdiri idim. Nəsirovun işini aparan müstəntiqin adı isə yadımda deyil. 

 

SUAL: Nəsirov nə ilə əlaqədar həbs olunmuşdu? 



 

CAVAB: Qulmaq Nəsirov dilinin bəlasına düşmüşdü. O deyirmiş ki, Mir Cəfər Bağırov 

özünü pis aparır, arvadlarla gəzir, işçiləri döyür. 

 

SUAL: Nəsirovun Azərbaycan SSR CM-nin 72-ci maddəsi ilə həbs edilməsinə əsas var 



idimi? 

 

CAVAB: Mən belə hesab edirəm ki, Nəsirovu həbs etməyə  əsas yox idi və bu barədə 



Yemelyanova da məlumat vermişdim. Ancaq yemelyanov etiraz edib dedi: “Ona bir qədər  əl 

gəzdirmək lazımdır”. Nəsirov öz ilkin ifadələrindən imtina edəndən sonra Yemelyanov mənim 

yanımda onu otağına çağırdı. (Dindirilmə protokollaşdırılmırdı). Yemelyanov Nəsirovdan tələb 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə