1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

 

19 


 

1948-ci ilin sonralarında Qəmər  Əlizadə iki azyaşlı  uşağı ilə birlikdə Türkmənistana - 

ərinin yanına yollandı. Bundan istifadə edən Yemelyanov təxribata  əl atdı. Krasnovodskda 

Qəmər gəmidən düşərkən Azərbaycan DTN-nin gizli agenti olan bir qadın qışqırıb-bağırmağa 

başladı:  “Oğrunu tutun, oğrunu tutun. O, pullarımı  oğurladı”.  Qəmər  Əlizadə  uşaqları ilə 

birlikdə DTN-nin şöbəsinə gətirildi, onun özü və əşyaları yoxlanıldı. Yalnız 5 saatdan sonra onu 

azad etdilər. 

Bu hadisəni Azərbaycan SSR dövlət təhlükəsizlik nazirinin müavini Atakişiyevin 

Türkmənistanın dövlət təhlükəsizliyi naziri Qalkinə göndərdiyi məktub və ondan aldığı cavab bir 

daha təsdiq edir. 

1948-ci ilin iyulunda Qəmər  Əlizadənin  əmisi qızı, müəllimə Surayə Ztağıyeva 

Ordubaddan Bakıya gəldi. O, bağından yığdığı 100 kq meyvəni gətirib bazarda satmışdı. Həmin 

meyvənin puluna iki cüt sırğa və  bəzi digər  şeylər almışdı.  Əlizadəni nüfuzdan salmaq üçün 

Tağıyeva tutulub alverçi kimi məsuliyyətə cəlb olunmuşdur. 

Yerli qəzetlərdə belə bir yazı verildi ki, Əşrəf Əlizadənin evində alverçi yuva salıbmış. 

Əşrəf Əlizadəni, arvadı Qəməri və qaynı Ələkbər Mustafayevi gözdən salan ifadələr əldə 

etmək üçün Yemelyanov 1948-ci ilin 18 noyabrında “Əliqulu Səttar oğlu Fərəcovun türk 

kəşfiyyat orqanları il əlaqəsini aşkara çıxarmaq və həbs etmək məqsədilə gizlicə aradan götürmə 

tədbirləri”ni təsdiq etdi.  

Bu plana əsasən xalq təsərrüfatı institutunun direktoru Əliqulu Fərəcov Naxçıvan 

şəhərinə ezamiyyətə göndərildi, ancaq yolda stansiyaların birində qatardan düşürülüb 

avtomaşında Bakıya gətirildi və Azərbaycan DTN-nin daxili həbsxanasında təkadamlıq 

kameraya salındı. 

Bir neçə gün ərzində Yemelyanov, Qasımov və Atakişiyev Fərəcova işgəncə verməklə 

ondan  Əşrəf  Əlizadənin, Qəmərin və Mustafayevin türk kəşfiyyatı ilə  əlaqədar olması barədə 

yalançı məlumatlar almaq istəmişlər. 

Fərəcov özü bu barədə deyirdi: 

“Məndən yalan ifadə ala bilməyən Kəmərski səhərə yaxın məni həmin təkadamlıq 

kameraya göndərdi. Ertəsi gün mən Kəmərskinin və Qasımovun yanına istintaqa çağırıldım. 

Istintaq zamanı keçmiş nazir Yemelyanov iki dəfə otağa daxil oldu. 

İstintaq zamanı mənə Azərbaycan KP MK-nın keçmiş ikinci katibi Əlizadəni və keçmiş 

DTN nazir müavini Mustafayevi ləkələyən hər hansı bir hadisə danışmaq təklif olunurdu. 

Kəmərski və Qasımov açıq-aşkar Əlizadənin və Mustafayevin türk kəşfiyyatı ilə əlaqəsi barədə 

yalan ifadə verməyi təklif edirdilər. 

Mən sovet hökümətinə qarşı heç bir cinayət törətmiş adamlara böhtan atmayacağımı 

bildirəndə  Kəmərski və Qasımov məni hədələməyə başladılar və dedilər ki, sənin vəziyyətin 

pisləşə bilər. Istintaq gedən otağa Yemelyanov da gəlib, yumruğunu stola vurdu, mənim 

ünvanıma nalayiq sözlər dedi və bildirdi ki, əgər mən  Əlizadə, Mustafayev və Ömər Faiq 

(Mustafayevin atalığı) barədə ifadə verməsəm, məni zirzəmidə çürüdəcək, bir daha işıq üzü 

görməyəcəyəm, gün işığına həsrət qalacağam. 

Mənim istintaqım protokolla rəsmiləşdirilmirdi. Mən yenidən təkadamlıq kameraya 

salındım. Gecə  məni Qasımovun, oradan da Yemelyanovun yanına apardılar. Yemelyanov 

Qasımovu yanında mənim üstümə çığırmağa, nalayiq sözlər deməyə başladı. Mən ona namuslu 

adam olduğumu və namuslu adamlara böhtan atmayacağımı bildirdəndə, Yemelyanov məni 

karserə salmağı əmr etdi. Karserin şüşələri sınıq olduğundan çox soyuq idi. Mənə elə gəlir ki

şüşələr karserə salınan dustaqlara daha çox işgəncə vermək üçün qəsdən sındırılmışdı. Məni 

karserdə bir sutka saxladılar, nə yemək, nə su verdilər. Karserdəki temperatur küçədəkinə 

bərabər olduğu üçün mən bu müddət ərzində tamam donmuşdum. Həmin il qış çox sərt keçirdi. 

Soyuqdan məni titrətmə tutmuşdur, mənə tibbi yardım göstərilməsini xahiş etdim. Mən başa 

düşdüm ki, burada ölsəm də, kimsənin bundan xəbəri olmayacaq... 




 

20 


 

Bədənimə  işləyən soyuqdan, yuxsuzluq və aclıqdan üzülmüş  vəziyyətdə, Qasımova 

istədiyi ifadəni verməyə razı olduğumu bildirdim. Qasımov mənə kağız-qələm verib, öz əlimlə 

yalan yazmağa məcbur etdi. 

Əlizadə  Qəmərin vəkil Mirzə Hüseynovla tanışlığı barədə  məlumat alan Yemelyanov 

həmin vəkili tutub daxili həbsxanaya salmağı əmr etdi. 

1948-ci ilin 25 avqustunda Mirzə Hüseynov həbs olundu və bir neçə gündən sonra 

Yemelyanovun otağına gətirildi. Hüseynov istintaq zamanı Yemelyanov tərəfindən döyülürdü”. 

 

Hüseynovun ifadəsindən: 



 

“Yemelyanov mənə qalxmağı  əmr etdi. Mən ayağa qalxdım, bu zaman o, yumruğu ilə 

üzümə güclü zərbə endirib alt çənəmi sağ tərəfindəki iki dişimi sındırdı. 

Məni daha rahatlıqla döymək üçün qollarımı qandallayırdılar. Yemelyanov ay yarım 

sonra məni yenidən döydü. O, Kalininin otağına gəldi. Bu vaxt Padarov məni rezin 

dəyənəklə döyürdü. Yemelyanov isə başımın üstündə dayanıb soruşurdu: “Qəmərin sənə 

nə dediyini söyləyəcəksən, ya yox?” Mən cavab verdim ki, heç bir şey bilmirəm. Elə bu 

vaxt Yemelyanov boynumun ardından bir yumruq vurdu və özü də yerə  sərildi. Mən 

gördüm ki, o, bərk sərxoşdur. 

Həm Yemelyanov, həm də Atakişiyev bildirdilər ki, mən Bağırovun göstərişi ilə  həbs 

edilmişəm. Odur ki, iki yoldan birini seçməliyəm: ya onların tələb etdiyi ifadəni 

verməliyəm, y da ölməliyəm. Mən bildirdim ki, heç kimə böhtan atmayacağam”. 

 

Saxtalaşdırılmış materiallara əsasən Hüseynov SSRİ DTN yanında xüsusi 



yığıncağın qərarı ilə il müddətinə islah-əmək düşərgəsinə göndərildi. 

 

İSTİNTAQ MATERİALLARINDAN 



 

Şahid - Padarov Hacı Məmməd İbrahim oğlu 

 

Azərbaycan SSR Baş Siyasi İdarə, “NKVD”, DTN orqanlarında mən 1931-ci ildən 1954-

cü ilədək işləmişəm. Balakən, Qutqaşen, Qax, Vartaşen,  Şamaxı, Göyçay, Kürdəmir 

rayonlarında müvəkkildən tutmuş Azərbaycan SSR dövlət təhlükəsizlik nazirinin müavininə 

kimi müxtəlif vəzifələrdə çıalışmışam. 1952-ci ilin oktyabrından 1953-cü ilin yanvarınadək ürək 

xəstəliyindən müalicə olunmaq üçün xəstəxanada yatdım. Xəstəxanadan çıxan kimi vilayət 

partiya komitəsinə. Büro yığıncağına çağırıldım və orada qaynım Məmməd Məmmədov Sovet 

ordusundan qaçdığı çün mənə partiyaya yaraşmayan hərəkətimə görə töhmət verildi. 1954-cü 

ildə isə ştatların ixtisarı ilə əlaqədar DTN orqalarından azad edildim. 

 

SUAL: 1952-ci ildə Zəngilan rayon partiya konfransı keçirilən zaman həmin konfransın 



nümayəndələri Talıbovu, Quliyevi, Həsənovu və Babayevi hansı əsasla həbs etmisiniz? 

 

CAVAB: Zəngilan rayon partiya konfransının nümayəndələri Talıbov, Quliyev, Həsənəv 



və Babayevi qeyri-qanuni olaraq, Bağırovun v Yemelyanovun göstərişinə  əsasən həbs edib, 

məsuliyyətə cəlb etmişəm.  

Həmin hadisə belə baş verib: DTN idarəsinin Bakı üzrə  rəisi işlədiyim zaman vilayət 

partiya komitəsindən Zəngilan partiya konfransının seçki bülletenləri mənə göndərilmişdir. 

Vilayət partiya komitəsinin həmin bülletenlərlə birgə göndərdiyi məktubda bülletenlərdə düzəliş 

etmiş şəxsləri müəyyənləşdirmək üçün xətlərin qrafik ekspertizasını keçirmək xahiş olunurdu. 

Ekspertiza zamanı məlum oldu ki, rayon partiya konfransının hesablama komissiyasının 

üzvü olan Talıbov, Quliyev, Həsənov və Babayevə 56 bülletendə raykom plenumu heyətinə 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə