1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   2   3   4   5   6   7   8   9   ...   27

 

11 


 

 

“Hələ 1918-ci ildə, ağlı başında, kamil bir şəxskən, Bağırov burjuaziyaya xidmət edib. O, 

Quba  şəhərində erməni  əhalisinə divan tutulmasında məşhur olan Əlibəy Zizikskinin 

birinci müavini olub. Onlar əhalini qarət edirdilər... Bağırovun erməni qırğınında iştirakı 

Qubada hamıya məlumdur.” 

 

SSRİ XDİK-na ünvanlanmış bu məktubu Beriya xidməti sənədlər arasından götürmüş və 



öz şəxsi arxivinə qoymuşdur. 

Artıq göstərildiyi kimi, 1921-ci ildən etibarən Bağırovun və Beriyanın bütün cinayətkar 

fəaliyyəti qarşılıqlı yardım və himayədarlıq şəraitində keçirdi. Xatırladığımız kimi, 1921-ci ildə 

partiyanın kənar ünsürlərdən təmizlənməsi zamanı Bağırov Beriyanı, Beriya isə Bağırovu 

müdafiə məqsədilə çıxışlar etmişdi. 

1922-ci ildə Beriya Azərbaycan FK-dan çıxarıldıqda, ümumiyyətlə FK orqanlarında 

işdən uzaqlaşdırıldıqda və ona cəza verildikdə Bağırov ona yaxşı bir xasiyyətnamə verib, 

Beriyanın Gürcüstanın Baş Siyasi İdarəsində işləməsini tövsiyə etdi. 

1927-ci ildə Bağırov cinayətlərinə görə Azərbaycan FK-dan qovulandan sonra, Beriya 

1929-cu ildə onu Azərbaycan BSİ-nin sədri vəzifəsində Azərbaycana qayıtmasına köməklik 

göstərdi. Bunun üçün 1929-cu ilin 15 iyununda, Azərbaycan KP MK-nın keçmiş katibinə 

məktub yazıb, Bağırova  əla xasiyyətnamə verir və onun Azərbaycan BSİ-nin sədri vəzifəsinə 

göndərilməsi məsələsinin həllini tezləşdirməyi xahiş edirdi. 

Beriya Bağırova Azərbaycan KP MK-nın katibi Qarayevə və Azərbaycan K(b)P MK-nın 

digər üzvlərinə qarşı intriqaçı mübarizəsində hərtərəfli yardım edirdi. 

Bağırova himayədarlıq edən Beriya 1928-ci ilin mayında Serqo Orçonikidzenin adına 

xüsusi məktub yollayır, həmin məktubda Zaqafqaziya vilayət komitəsinin katibi Mamiya 

Oraxelaşvilinin və prezidiumun digər üzvlərinin Bağırova qarşı  təxribatçı münasibətini sübut 

etməyə çalışırdı. 

Qeyd etməliyik ki, Beriyanın məktubunda adları çəkilən Zaqafqaziya vilayət komitəsinin 

bütün üzvləri – Oraxelaşvili, Qarayev, Mirzoyan, Rubenov və b. Bağırov və Beriya tərəfindən 

həbs edilmiş, sonra isə güllələnmişlər.  

Beriyanın təşəbbüsü ilə 1933-cü ildə Rubenov Azərbaycan K(b)P MK-nın katibi 

vəzifəsindən azad edildi və onun yerinə Bağırov təyin edildi. 

Bu barədə soruşduqda Bağırov belə cavab verdi: 

 

“Rubenov Azərbaycan K(b)P MK-nın katibi vəzifəsindən azad edilərkən məndə belə bir 

təəsürat yarandı ki, Beriyanın bu işdə böyük rolu var və bu işin əsas təşəbbüsçüsü, heç 

şübhəsiz, o özüdür... 

Xatırımdadır ki, Rubenovun işdən azad edilməsi, onun yerinə  mənim təyin olunmağım 

barədə məsələ müzakirə olunarkən, Serqo Orconikidze Rubenovun azad olunması, bu işə 

mənim təyin olunmağıma etiraz etdi”. 

 

Beriya özü Bağırovun Azərbaycan K(b)P MK-nın katibi vəzifəsinə  təyin olunması 



təfərrüatını belə dəqiqləşdirdi: 

 

“Bəli, o vaxtlar Azərbaycan XKS-nin sədri vəzifəsində  işləyən Bağırovu 

Azərbaycan KP-nın katibi vəzifəsinə mən namizəd göstərmişəm”. 

 

ƏKSINQILABÇI ÜNSÜRLƏRIN MƏSULIYYƏTDƏN KƏNARLAŞDIRILMASI 

 

Bu işin istintaqı gedişində Azərbaycan DİN arxivində  Əzizov  Əziz Məşədi Hüseyn 



oğlunun (Əziz Baba) xitam verilmiş 818 №-li cinayət işi aşkara çıxarıldı. Həmin işi nəzərdən 

keçirərkən məlum oldu ki, Əzizov 1921-ci ilin oktyabrında həbs olunmuş, belə bir ifadə 




 

12 


 

vermişdir ki, 1919-cu ildə müsavat əksinqilabının agenti olub və agent Lavrenti Beriya ilə birgə 

xidmət edib. 

Bağırov və Beriya Əzizovu həbsdən azad etdilər və onun barəsində cinayət işinə xitam 

verdilər. Bu barədə istintaq olunan Bağırova  Əzizovun arxiv sənədini göstərəndən sonra etiraf 

etdi ki, Əzizov fəal müsavat əksinqilabçısı idi və  məhkəməyə verilməli idi. Əgər o, həbs 

olunmayıbsa, yəqin ki, bu işdə Beriyanın əli var. Sonra Bağırov göstərdi ki, o özü Əzizovun işini 

xatırlamır. 

Bağırovun bu ifadələri həqiqətdən uzaqdır. Sənədlərlə müəyyən olunmuşdur ki, 1937-ci 

ildə Əzizov partiyadan xaric edilən zaman, o, Beriyaya və Bağırova kömək üçün müraciət etmiş

onlar da Əzizovun partiyaya bərpa olunmasına nail olmuşlar. Bu faktı Əzizovun 1937-ci ilin 17 

noyabrında Beriyaya ünvanlanmış məktubu sübut edir. Məktubun üzərində Beriyanın dərkənarı 

var: “Azərbaycan K(b)P MK-ya yol. Bağırova göndərilsin. 

Bağırov Azərbaycan FK-da işə  işə düzələndən dərhal sonra, 1921-ci ilin 24 fevralında 

müsavat əksinqilabının digər agenti Məmməd Hacıyev barədə cinayət işinə də xitam verildi və o, 

həbsdən azad edildi. 

1921-ci ilin 20 sentyabrında Bağırov müsavat əksinqilabının keçmiş  rəisinin arvadı 

Şıxzamanova barədə  də cinayət işinə xitam verdi. O da 1920-ci ildə  əri – keçmiş müsavat 

əksinqilab rəisi Şıxzamanovun etdiyi hərəkəti təkrarlayaraq 1922-ci ildə Türkiyəyə qaçdı. 

Bundan qabaq göstərdiyimiz kimi, 1917-ci ildə Bağırov sosial mənşəyi etibarı ilə bəy, iri 

mülkədar olan. Fevral inqilabınadək polis nəzarəti kapitanı  və müsavat parlament üzvü olan 

“Quba qəza komissarı” Əlibəy Zizikskinin müavini olmuşdur. 

Zizikski öz qohumları  Şıxlarski bəylərlə birlikdə Quba şəhərində  və Quba qəzasında 

dəfələrlə erməni qırğını  və qarətlər təşkil edib, öz ətrafına bəyləri və qolçomaqları  yığaraq 

inqilabi hərəkata qarşı  fəal mübarizəaparıb. Azərbaycan sovetləşəndən sonra Əlibəy Zizikski 

İrana qaçdı. 

Bağırov Azərbaycan FK-nın sədri olandan sonra Zizikskinin Azərbaycana qayıtmasına 

icazə verdi və onu üzə çıxartdı. 

 

Əlibəy Zizikskinin üzə çıxması şəraitini şahid Orucov belə göstərirdi: 



 

“1920-ci ildən sonra Bağırov Bakıda Azərbaycan FK-nın sədri idi, onun katibi isə 

mənim dayım oğlu Hacıağa Şahverdiyev idi. Şahverdiyev Bağırovla ən yaxın dost olub. 

Biz üçümüz birlikdə Quba şəhərindəki şəhər məktəbində oxuyurduq. 

1922-ci ildə mən Bakıya getdim və Şahverdiyevin evinə düşdüm. 

Bir dəfə işdən qayıdandan sonra Şahverdiyev mənə dedi ki, Bağırov səni yanına 

çağırır. Ertəsi gün mən Hacıağa Şahverdiyevlə birlikdə Azərbaycan FK-ya – Bağırovun 

yanına getdim. Bağırovla biz köhnə dostlar kimi görüşdük. O məni çox yaxşı qarşıladı. 

Söhbət əsnasında Bağırov məndən soruşdu ki, Əlibəy Zizikskini xatırlayırsanmı? 

Mən cavab verdim ki, çox yaxşı yadımdadır. Söhbətimizdə Hacıağa  Şahverdiyev də 

iştirak edirdi. 

Bir qədərdən sonra Qəni adlı mühafizəçi (familiyasını bilmirəm) bildirdi ki, 

“onlar gəliblər”. Bağırov gələnləri içəri buraxmaq barədə ona göstəriş verdi. Bağırovun 

otağına bir-birinin ardınca keçmiş Quba mülkədarı, Quba bəylərindən  Şıxlarskinin 

qohumu Bəybala bəy Alpanski, Bağırovun qubalı dostlarından,  Əlibəy Zizikskinin 

qohumu tacir Hacıbala Məmmədyarov, eləcə də Əlibəy Zizikski ilə hətta öpüşdü. 

Söhbət zamanı Bağırov  ərklə bildirdi ki, sən nə üçün gizlənirsən, özünü 

alçaldırsan. Bilirsən ki, mən burada işləyirəm. Əlibəy gözləri yaşarmış halda Bağırova 

bildirdi ki, onu həbs etməklə qorxudurmuşlar, ona görə də o, gizlənib.  

Bağırov elə o dəqiqə Əlibəy Zizikskinin üzə çıxarılması üçün sənədlər hazırlamağı 

Hacıağa  Şahverdiyevə tapşırdı. Elə  həmin otaqdaca Şahverdiyev sənədləri hazırladı, 

Bağırov həmin sənədi imzalayıb möhür vurdu. Həmin sənədi Zizikskiyə verib dedi: “Bu 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə