1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   2   3   4   5   6   7   8   9   ...   27

 

 



Bağırov bir sıra  şəxsi sənədlərdə qeyd edirdi ki, 1917-ci ilin payızından ta 1918-ci ilə 

qədər o, Qubada olub, guya orada Qubanın komissarı, görkəmli müsavatçı, car hakimiyyəti 

zamanı keçmiş polis rəisi, iri mülkədar, kapitan Zizikski və digər qubalı irticaçılara qarşı  fəal 

mübarizə aparıb. 

Müəyyən olunub ki, Bağırovun verdiyi bu məlumatların hamısı yalandır. O nəinki 

Zizikskiyə və digər irticaçılara qarşı mübarizə aparmayıb, əksinə, Zizikskinin tam himayədarlığı 

altında işləyərək onun köməkçisi olub. Sonralar o özü Zizikskiyə hərtərəfli havadarlıq və yardım 

göstərərək, onu üzə  çıxmasına, bəraət almasına kömək etmişdir. Bağırovun evində axtarış 

zamanı onun Zizikski ilə birgə xidməti barədə arxiv sənədlərinin surəti aşkara çıaxarıldı.  

Sənədlərlə sübut edilmişdir ki, Bağırov 1917-ci ildə Qubada müəllim işləyərkən, fevral 

inqilabından sonra yəhudi qəsəbəsinin milis rəisi vəzifəsinə təyinat alır, sonra isə qəza komissarı 

Əlibəy Zizikskinin köməkçisi vəzifəsinə  təyin və  təsdiq olunur, 1917-ci il noyabr ayının 

sonunadək bu vəzifədə  işləyir. Zizikskinin digər köməkçisi, Bağırovun göstərdiyi kimi, 

mülkədar, irticaçı, müsəlman ruhaniləri ilə çox bağlı olan Qazi Əhməd bəy Məmmədbəyov idi. 

Sənədlərlə müəyyən olunmuşdur ki, Zizikski Bağırovu hərtərəfli müdafiə edirdi. Bakının 

müvəqqəti qubernatoruna ünvanlanmış 1 iyun 1917-ci il tarixli 878 №-li məktubda Zizikski 

yazırdı: 

 

“Quba şəhərinin 2-ci hissəsinin müvəqqəti komissarı Mir Cəfər Bağırov İcraiyyə 

komitəsinin bu ilin 10 may tarixli qərarı ilə Quba qəza komissarının köməkçisi vəzifəsinin 

icrasına başlamışdır. Bağırov bu təyinata tamamilə uyğun gəldiyi üçün, İcraiyyə 

komitəsinin qəza komissarının köməkçisi vəzifəsinə təsdiq olunmasına xahiş edir.” 

Vaxtilə Bağırovun katibi işləmiş  şahid  Şahverdiyev Hacıağa  İbrahim oğlu 

bildirirdi: 

“1917-ci il inqilabından sonra Qubada Əlibəy Zizikskinin rəhbərlik etdiyi qəza 

komissarlığı yaradıldı. Zizikskinin müavini Bağırov idi. Zizikski varlı Quba mülkədarı və 

köhnə ordunun zabiti idi. Zizikski və Bağırovun başçılıq etdiyi Quba qəza komissarlığı 

yerli mülkədarlar və varlılar tərəfindən yaradılmışdır və  əksinqilabi xarakter daşıyırdı. 

Bu, seçkili orqan deyildi, belə ki, orada işləyənlərin hamısı yerli mülkədar və 

qolçomaqlar tərəfindən təyin olunurdu. Qubada qəza komitəsinin ömrü uzun olmadı. 

Ondan sonra Qubada hakimiyyətsizlik, başsızlıq hökm sürdü, bu da müxtəlif bandaların, 

soyğunçuluq və qarətlərin meydana çıxmasına sənən oldu.” 

 

Beləliklə Bağırov nəyinki Zizikskiyə qarşı mübarizə aparmayıb,  əksinə, cinayətkar 

əməllərinə görə (milli ədavət törətmək, 1917-ci ildə milli qırğın cəhdləri, rus kəndlərinin 

dağıdılmsı və s.) Zizikski ilə birlikdə məsuliyyət daşıyır. 

Bağırov öz tərcümeyi-halında yazırdı ki, Quba qəzasında  əksinqilabçı ünsürlərlə 

mübarizə apararkən o, guya ki, “uçağan” adlanan dəstə yaradıb. Daha sonra Bağırov göstərirdi 

ki,  əksinqilabçılarla mübarizənin o, keçmiş polis idarəsinin silah cəbbəxanasının 

dağıdılmasından başlayıb, sonra isə “uçağan” dəstənin digər üzvləri ilə birgə bəyləri və onların 

tərəfdarlarını məhv etməyə başlayıb.  

Istintaq zamanı Bağırov bu ifadələrdən imtina etdi və göstərdi ki, o heç bir bəy və onun 

əlaltılarını “uçağan” dəstənin digər üzvləri ilə birgə öldürməyib,  əksinqilabçılar üzərinə silahlı 

basqın etməyib, cəbbəxananın, təchizat bazasını da dağıtmayıb.  

İstintaq materialları ilə sübuta yetirilib ki, Bağırovun bir sıra sənədlərdə partizan dəstəsi 

adlandırdığı “uçağan” dəstənin inqilabi fəaliyyətə heç bir dəxli yox idi. Bu bandit qrupuna 

Bağırov başçılıq edirdi. O, Qubada sovet hakimiyyəti qurulan vaxt, sonralar öz şəxsi 

sənədlərində yazdığı kimi, nəinki heç bir inqilabi fəaliyyət göstərməyib, əksinə, bandit qrupuna 

başçılıq edib. 

“Uçağan”  dəstəni, eləcə  də Bağırovun Quba qəzasındakı cinayətkar fəaliyyətini  şahid 

Qasımov Əziz Məcid oğlu belə xarakterizə edirdi: 



 

 



 

“Mən bilirəm ki, Bağırov Xaçmaz rayonunda müəllim idi. 1917-ci ilin fevral inqilabından 

sonra Bağırov birdən-birə  qəza komissarı  Ə.Zizikskinin müavini oldu. Ə.Zizikski 

Bağırovla birgə bütün qəzanı  və Quba şəhərini idarə edirdi. Bağırov Zizikski ilə birgə 

cəbhədən geri dönən əsgərlərin silahlarını əllərindən alırdı, bu da qan tökülməsinə səbəb 

olurdu. Məsələn, 1917-ci ilin payızında Xaçmazda olduğu kimi. Əsgərlərdən alınmış 

silahla onlar qolçomaq ünsürləri və müxtəlif cinayətkar elementləri mülkədar 

hakimiyyətini saxlamaq üçün silahlandırdılar. Zizikski ilə Bağırov nə istəyirdilərsə, onu 

eləyirdilər, onların hər biri öz ətrafına öz adamlarını yığmışdı. Bağırov cinayətkarları və 

bəyləri öz əhatəsinə almışdı.” 

 

 



 

Bağırovun və onunla bağlı  şəxslərin, Bağırovun sözləri ilə desək,  “partizan dəstəsi”nə 

daxil olan şəxslərin fəaliyyətinin xarakteri barədə isə şahid Qasımov deyirdi: 

 

 



“Bu qoçular” və onların başçısı Bağırov soyğunçuluqla məşğul olaraq əhalinin hesabına 

yaşayırdılar.” 

 

 

Istintaq zamanı dindirilən əsli-kökü Qubadan olan və Qubada yaşayan şahid A.N.Orucov 

Bağırovun və əlaltılarının hərəkətləri ilə bağlı aşağıdakıları dedi: 

 

“Dəqiq deyə bilmərəm, hansı ildə, ya 1917, ya da 1918-ci illərdə Qubada 

Bağırova ən yaxın adamlar bunlar idi: 

Mustafa Qulu Bağırov – Bağırovun qohumu, qabaqlar dəmirçi işləyən qoçu 

Əbdurəhman Nəcəfov – Bağırovun ən yaxın adamı, quba üzrə “şəxsi mühafizə”, Tahirov 

Mirzə  Baba  Hüseyn  Qulu  oğlu, Məşədi Musa hacı Imam oğlu və familiyalarını 

unutduğum bir sıra şəxslər. Bütün bu şəxslər dəstə, qrup yaratmışdılar, onlara Mir Cəfər 

Bağırov rəhbərlik edirdi.  

Bağırovun başçılıq etdiyi bu qrup əhalidən silahı alıb, qarət, soyğunçuluq

qətllərlə  məşğul olur, Quba əhalisinə qarşı terrorçuluq edirdilər, nəticədə bütün Quba 

əhalisi onlardan qorxurdu. Bu qrupa daxil olanlardan çoxusu qabaqlar müxtəlif 

cinayətkar əməllərə görə həbs olunmuş şəxslər idi. Ancaq onlardan hansının neçə illiyə 

həbs cəzasına məhkum olunduqlarını dəqiq xatırlamıram. Bu qrup faktiki olaraq heç vaxt 

heç bir siyasi məqsəd güdməyən adi cinayətkar bandit dəstəsi idi. Bir daha təkrar edirəm, 

rəhbəri, başçısı da Mir Cəfər Bağırov idi. 

 

Bağırovun  şəxsi sənədlərində “uçağan partizan dəstəsi” adlandırdığı bandit qrupunun 

cinayətkar fəaliyyəti barədə buna bənzər ifadələri istintaq zamanı  şahid sifəti ilə dindirilən 

Ağaxanov Harun Şahbala oğlu, Şahverdiyev hacı Ağa İbrahim oğlu, Musayeva Q.M., Ağayeva  

İ.D. və başqaları da təsdiq etdilər. 

Istintaq, Bağırovun guya 1917-18-ci illərdə inqilabi fəaliyyətlə  məşğul olması barədə 

məlumatının da yalan olduğunu aşkara çıxartdı. İşlə bağlı sənədlərdən aydın olmuşdu ki, 1918-ci 

ilin martında Qubada Sovet hakimiyyəti qurulmasında Bağırovun heç bir iştirakı olmayıb. 

Şahidlərin ifadələrindən aydın olur ki, Qubada Sovet hakimiyyəti Xaçmaz stansiyasına Sturuanın 

başçılıq etdiyi dəstənin gəlişindən və onun Qubaya getməsindən sonra elan olunub. Bağırova 

gəldikdə isə, onun Qubada Sovet hakimiyyəti qurulması ilə heç bir əlaqəsi yoxdur.  

Eyni zamanda müəyyən olunmuşdur ki, Bağırov və onun “uçağan” dəstədən olan yaxın 

adamları cinayətkar  əksinqilabi “daşnaksutyun” təşkilatının rəhbərlərindən olan, Quba şəhəri 

əhalisinin kütləvi  şəkildə  qırılmasının və orada soyğunçuluq və qarətlərin törədilməsinin 

təşkilatçısı kimi tanınmış Amazaspın daşnak dəstəsinin üzvü olmuşlar. 

Bağırov bu məsələ barədə dindirilərkən boynuna aldı ki, o, dərd yoldaşı ilə birgə 

Amazaspın dəstəsində olub. Lakin Bağırov bu faktı belə izah etdi ki, bu dəstəyə köhnə 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə