1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   2   3   4   5   6   7   8   9   ...   27

 

 



kommunist Naneyşvili tərəfindən göndərilib və  qırğının, qarət və soyğunçuluğun yalnız passiv 

şahidi olub. Guya o, Amazaspın dəstəsinə bir kommunist kimi vəhşiliklərin nisbətən az 

törədilməsinə çalışmaq üçün göndərilib. Lakin müəyyən olunub ki, bu dövrdə Bağırov heç 

kommunist partiyasının üzvü olmayıb, Amazaspın dəstəsinə də partiya təşkilatının nümayəndəsi 

kimi göndərilə bilməzdi.  

Bununla bərabər, müəyyən olunmuşdur ki, Amazaspn dəstəsinin digər üzvləri ilə birgə 

qətl və qarətlərdə  iştirak etdiklərinə görə Bağırov və onun dörd əlaltısı Azərbaycan KP-nın 

rəhbər işçilərindən biri olan Levon Qoqoberidze tərəfindən həbs olunub türməyə salınmışdır. 

Bağırovun həbsdən hansı şəraitdə azad olunması istintaq tərəfindən aşkara çıxarılmayıb. 

Müttəhim Bağırov Levon Qoqoberidze tərəfindən həbs olunmasaı faktını danmır, lakin bunu 

Qoqoberidze tərəfindən buraxılmış səhv hesab edir və göstərir ki, onu həbsxanadan 1918-ci ilin 

iyulunda Bakıya gələn “ruslardan ibarət rota” azad edib. 

Öz şəxsi sənədlərində Bağırov təsdiq edirdi ki, guya Nuru Paşanın Qarabağda qaldırdığı 

üsyanın yatırılmasında iştirak edib. Guya bunun üçün üsyan edənlərin arxasında qırmızı qiyam 

təşkil edib. Istintaq müəyyən edib ki, Bağırovun bu ifadəsi də tamamilə uydurmadır. 

Şahidlərdən Q.M.İbrahimovun və başqalarının verdiyi işarələrdən aydın olur ki, 1920-ci 

ilin may-iyun aylarında Bağırov həqiqətən Qarabağda,  Şuşada olub. Lakin türk emissarı Nuru 

Paşanın qaldırmağa cəhd göstərdiyi qiyamın yatırılmasında Bağırovun heç bir rolu olmayıb.  

Öz cinayətkar keçmişini gizlədən Bağırov qabaqda hərbi tribunal orqanlarına, sonra isə 

çekist orqanlarına yol tapıb.  

Istintaq materialları arasında Qafqaz diyar komissiyasının partiyanın təmizlənməsi üzrə 1 

– 5 yanvar 1922-ci il tarixli yığıncağının protokolundan arxiv çıxarışı vardır. Həmin yığıncaqda 

Bağırovun məsələsi müzakirə olunub. Qafqaz diyar komissiyasında Bağırova Qubadan olan 

şübhəli elementlərlə  əlaqəyə, məhbusları döyməyə  və digər hərəkətlərinə görə  şiddətli töhmət 

elan edilmişdir. 

MK-nın Serqo Orçonikidzenin sədrliyi ilə keçən bir oktyabr 1929-cu il tarixli 

yığıncağında Bağırovun nəzərinə çatdırılmışdır ki, Baş Siyasi İdarə orqanlarındakı yolverilməz 

cəza metodlarına (məhbusların öldürülməsi, onların guya günahkar olması barədə materialların 

saxtlaşdırılması) qarşı heç bir tədbir görməmişdir, bu hərəkətlərə bir daha yol verilərsə, bütün 

məsuliyyəti özü daşımalı olacaqdır. 

Sov.  İKP MK-nın 1930-cu il qərarı ilə Bağırov Azərbaycan Respublikası Baş siyasi 

idarəsinin sədri vəzifəsindən azad olundu. Sonra Beriyanın köməyi ilə Bağırov yenidən 

Azərbaycanda vəzifəyə qayıtmağa nail oldu. Bu barədə aşağıda ətraflı söhbət açılır. 

 

MÜTTƏHIM BAĞIROVUN BERIYA ILƏ CINAYƏTKAR ƏLAQƏLƏRI 

 

Sübut olunmuşdur ki, Beriyanın müsavat əksinqilabındakı xidmətindən xəbərdar olan 



Bağırov, öz keçmişini gizlətməklə Beriyaya hər cür yardım etmiş, bunun üçün arxivlərdən 

oğurluq etməkdən, ifşa edici sənədləri Beriyaya göndərməkdən, hətta Beriyanın keçmişini üzə 

çıxara biləcək şəxsləri aradan götürməkdən belə çəkinməmişdir. 

Beriya öz işi üzrə  məhkəmə istintaqı zamanı müsavat əkskəşfiyatdakı xidməti barədə 

demişdi: 

 

“...deməliyəm ki, mənim  ən ağır cinayətlərimdən biri mənim müsavat əkskəşfiyatında 

iştirakımdır. Bu günahımı mən tamamilə boynuma alıram.” 

 

Bu barədə istintaq olunan müttəhim Bağırov “Beriyann müsavat əkskəşfiyatında xidməti 



barədə nə vaxt xəbər tutmusan?” sualına ilk dəfə belə cavab verdi: 

 

“Beriya müsavat höküməti əkskəşfiyyatında xidməti barədə mənə heç bir söz deməmişdi. 

O mənə danışmışdı ki, guya bizim bolşevik təşkilatının göstərişi ilə  kəşfiyyat xarakterli 


 

 



tapşırıqları yerinə yetirir. Ancaq bu tapşırıqların mahiyyəti barədə o heç bir şey 

deməmişdi. Beləliklə, Beriyanın müsavat əkskəşfiyyatında xidməti barədə  mənlik dəfə 

1937-ci ildə eşitmişəm.” 

 

Bağırovun bu ifadəsi istintaq işinin bütün materialları ilə  təkzib olunur. 



Müəyyənləşdirilmişdir ki, Bağırovun sərəncamında Beriyanın müsavat əkskəşfiyyatındakı 

fəaliyyəti faktını təsdiq edən əsas arxiv sənədləri var idi. Azərbaycan FK-nın sədri olan Bağırov 

Beriyanın müsavatçıların Azərbaycanda hakimiyyəti dövründə kommunist partiyasının üzvü 

olmaması, beləliklə də müsavat əkskəşfiyyatında işləmək üçün gizli bolşevik təşkilatı tərəfindən 

göndərilə bilməməsini təsdiq edən çoxlu şahid ifadələrinə  və geniş  məlumatlara malik olmaya 

bilməzdi. 

Beriyanın müsavat əkskəşfiyyatındakı  əksinqilabi fəaliyyətinin  şahidləri onu ifşa edən 

məlumatlarla çıxış edəndə Bağırov tərəddüd etmədən Beriyanı  fəal  şəkildə müdafiə edir, 

beləliklə də onun cinayətkar keçmişini ört-basdır edirdi. 

 

Azərbaycan FK-nın keçmiş əməkdaşı, şahid A.F.Milov göstərirdi: 



 

“1992 və ya 1923-cü illərdə Azərbaycan FK-da işləyərkən mən Qolikovun rəis olduğu 

gizli əkskəşfiyyat şöbəsi ilə əlaqəli idim. 

Keçmiş müsavat əkskəşfiyyatının işi ilə tanış olarkən müxtəlif sənədlərlə yanaşı müsavat 

əkskəşfiyyatının rəisi Aleksandr Qoqoberidzenin əmri əlimə keçdi. Bu əmrdə deyilirdi ki, 

L.P.Beriya Abşeron yarımadasının xarici nəzarəti üzrə bir aylıq sınaq müddəti keçməklə 

və aylıq maaşı 800 manat olmaqla əkskəşfiyyatçı vəzifəsinə qəbul olunur. 

Mən həmin  əmri götürüb Bağırovun yanına getdim. Sumbatov da onun yanında idi. 

Sumbatovun yanında mən A.Qoqoberidzenin əmrini aşkara çıxardığımı söylədim və əmri 

Bağırova verdim. Bağırov məni dinlədi, əmri götürdü və istehzayla gülümsəyib dedi: “Biz 

bundan xəbərdarıq. Beriya oraya Bakı gizli partiya təşkilatı tərəfindən göndərilib.” 

 

Məlum olmuşdur ki, Beriyanın müsavat əkskəşfiyyatında xidməti barədə 1921-ci ilin 

dekabrında Azərbaycan FK-da partiya təşkilatının təmizlənməsi zamanı də məsələ qaldırılmışdı. 

Bağırov o zaman da Beriyanı fəal müdafiə etmişdi. 

Bağırov Beriyanın müsavat əkskəşfiyyatındakı xidmətini təsdiq edən arxiv sənədlərini 

müxtəlif yollarla əldə edərək bu sənədləri Beriyaya göndərirmiş. Moskvada Beriyanın  şəxsi 

arxivi araşdırılarkən müsavat höküməti daxili işlər nazirliyinin müsavat müsavat əkskəşfiyyatı 

işçilərinin işə qəbulu və işdən azad edilməsi barədə əmrlərdən ibarət 1919-cu ilin 13 avqustunda 

açılmış, 1920-ci ilin 1 martında sona çatmış arxiv sənədi aşkara çıxarılmışdır. Bu sənədin 19-cu 

səhifəsində  “əksinqilabi mübarizə  təşkilatı” rəisinin 28 dekabr 1919-cu il tarixli, 29 nömrəli 

əmrinin surəti yerləşdirilib. Əmrdə deyilir ki, agent Beriya 1920-ci ilin 1 yanvarından etibarən öz 

ərizəsinə əsasən tutduğu vəzifədən azad olunur. 

Eyni şey 1920-ci il 8 yanvar tarixli əmrdə də (həmin sənədin 21-ci səhifəsində) göstərilir. 

Burada 11 müxtəlif familiyalı  şəxsin arasında Beriyanın da familiyası vardır. Bu ifşaedici 

sənədlərin Beriyanın  əlinə necə keçməsi barədə suala elə  həmin sənədin arasına Beriyanın öz 

dəsti-xətti ilə yazıb qoyduğu kiçicik bir kağız parçası cavab verir. Orada aşağıdakı sözlər yazılıb: 



 

“Yoldaş Bağırov göndərib” 

 tarix: “I-XII-1939-cu il”. 

 

Bu məsələ ilə bağlı istintaq olunan müttəhim Bağırov ilk əvvəl bildirdi ki, müsavat 



əkskəşfiyyatındakı xidməti barədə arxiv sənədlərinin Beriyaya verib-vermədiyini xatırlaya 

bilmir. Həmin sənədlərin fotosurəti göstəriləndən sonra isə bildirdi: 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə