1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   2   3   4   5   6   7   8   9   ...   27

 

 



“Həmin sənədlər mənə tanışdır. Əgər bu materiallar Beriyadan çıxmışsa, deməli, onları 

mən ona vermişəm. Ancaq hansı şəraitdə vermişən, xatirəmdə deyil.” 

 

Beriya və onun yaxın əlaltılarından işi barədə istintaq keçmişdə sübut olunmuşdur ki, öz 



müsavatçı keçmişinin aşkara çıxarılacağından təlaşa düşən Beriya o vaxtlar köməkçisi olan 

Merkulovu Beriyanın müsavat əkskəşfiyyatında xidmətini təsdiq edən bütün arxiv sənədlərini 

yığmaq üçün xüsusi olaraq Bakıya göndərir. 

Bağırov həmin sənədlərin axtarılması  və arxivlərdən oğurlanmasında Merkulova fəal 

yardım göstərmişdir. 

Merkulov bu barədə deyirdi: 



 

“Hələ Tblisidə olarkən Beriya məni yanına çağırdı  və dedi ki, onun düşmənləri 

belə bir şayiə yayırlar ki, guya o, müsavat əkskəşfiyyatında xidmət edib. Əslində isə o, 

bolşeviklərə ruhən yaxın olan “hümmət” Bakı  təşkilatının üzvü olub. Hafizəm məni 

aldatmırsa, müsavat əkskəşfiyyatındakı xidmətini Beriya tamamilə danırdı.  

Beriya Bakıya uçmağı  və partiya arxivində ona bəraətverici sənədləri axtarıb 

tapmağı xahiş etdi. Düşmənlərinin həmin sənədləri ələ keçiricəyindən qorxurdu. 

Mən Bakıya uçdum, Bağırovun yanına gedib Beriyanın tapşırığını ona çatdırıram. 

Xatirimdədir ki, Bağırov partiya tarixi arxivinə  zəng vurub mənə kömək göstərilməsini 

tapşırdı. Mən arxivdən iki sənədlər qovluğu tapdım. Bu sənədlərin məzmununu mən 

dumanlı şəkildə xatırlayıram. Sənədlərin mənə verilməsi barədə Beriyadan rəsmi məktub 

gətirməmişdim, ancaq sənədləri götürən zaman hardasa imza qoymağım yadıma gəlmir. 

Tiflisə qayıtdıqdan sonra, mən Bakıdan gətirdiyim sənədləri Beriyaya verdim. O, 

sənədlərə baxıb razı qaldığını bildirdi və onları öz seyfində gizlətdi.” 

 

“Beriya həbs olunarkən evində aparılan axtarış zamanı onun müsavat əksinqilabında 

xidmətin təsdiq edən, Merkulov və Bağırov tərəfindən partiya tarixi arxivindən oğurlanmış 

sənədlər aşkara çıxarıldı. 

Istintaq Bağırovun Beriyanın xəyanətkar keçmişini ört-basdır etməklə  fəal iştirakçı 

olması barədə digər faktlar da aşkara çıxardı. Şahid A.İ.Tahirov deyirdi: 



 

Bağırovu mən 1921-ci ildən tanıyırdım, sonrakı illər  ərzində onunla iş prosesində 

qarşılaşırdım. Bizim münasibətlərimiz yaxşı idi, odur ki, bir-birimizin evində də olurduq. 

1923-cü ildə bir axşamçağı Bağırov və o vaxt Azərbalıq idarəsinin sədri Baba Əliyev 

bizim bağa yığışmışdılar. Biz şam etdik və bir qədər də içdik. Söhbət  əsnasında Baba 

Əliyev Bağırovdan soruşdu ki, nə üçün o, Beriyanın müsavat zamanı ingilis 

əkskəşfiyyatındakı xidmətindən xəbərdar ola-ola onu işə götürüb və gündən-günə  də 

vəzifəsini yüksəldir. Bağırov cavab verdi ki, Beriya əkskəşfiyyata gizli partiya təşkilatının 

tapşırığı ilə göndərilib. Baba Əliyev buna etiraz etdi və dedi ki, o, gizli təşkilatda 

çalışanların hamsını tanıyır. Beriya onların arasında olmayıb, o, əsl əkskəşfiyyatçıdır.” 

 

Nəticədə baba Əliyev Bağırovun göstərişi ilə həbs edildi və saxtalaşdırılmış məhkəmə işi 

əsasında güllələndi. 

 Müəyyənləşdirilmişdir ki, Bağırov Beriyanın müsavat əkskəşfiyyatında xidmətindən 

xəbəri olan və ona siyasi inamsızlıqla yanaşı bir çox köhnə kommunistlərə divan tutmuşdur. 

 

“1932-ci ildə Ulyanov, Pleşşakov və mən Bakıdakı klublardan birində olarkən eşitdik ki

Beriya Zaqafqaziya vilayət partiya komitəsinin katibi təyin olunub. 

Beriyanı şəxsən tanıdığımız üçün narazılığımızı bildirdik və belə hesab etdik ki, keçmiş 

müsavat polisində xidmət etdiyi üçün Beriyaya bu cür məsul vəzifəni tuta bilməz. 

Bizimlə bir yerdə olan Terequlov söhbətlərimizi Bağırova çatdırmışdı.  



 

10 


 

Məlumdur ki, 1935-ci ildə Beriyanın müəllifi olduğu “Zaqafqaziyada bolşevik təşkilatının 

tarixindən” adlı kitab çıxmışdı.  Şəxsən mənə neft mədənlərində keçirilən iki partiya 

yığıncağında həmin kitabın öyrədilməsini təşkil etmək tapşırılmışdı. Mən müxtəlif 

bəhanələrlə bu işdən imtina etdim. Bağırov məni yanına çağırıb üstümə çığırdı, dedi ki, 

siz köhnə partiyaçılar başınızdan böyük işlər görürsünüz. Beriya və mənim barəmdə çox 

çərənləyirsiniz, dilinizi dinc qoymasanız, başınıza bəla olacaq. 

Bir qədər sonra həmin adamlar həbs edildi və güllələndi.” 

 

Azərbaycan Xalq Komissarları Soveti yanında baş arbitr vəzifəsində  işləyən Dövlətov 

İsay  İvanoviç 1937-ci il iyunun 12-də Sumbatov tərəfindən Bağırova qarşı terrorçuluq aktının 

nəzəriyyəsini hazırlayan “fəal trotskiçi-terroru”kimi həbs olundu. Dövlətovun həbs olunmasının 

əsas səbəbi isə onun Beriyanı müsavat əkskəşfiyyatının agent-təxribatçısı kimi tanıması 

olmuşdur. Bu barədə M.Manuçarovun şahid ifadəsindən: 



 

“Qrupumuzun üzvü Novikov müsavat polisi tərəfindən yaxalanmış, bir qədər 

sonra isə dar ağacından asılmışdı, biz isə gizlənə bilmişdik. 

Bu hadisədən bir qədər əvvəl müsavat axtarış polisi tərəfindən gizli təşkilatın bir 

üzvü guya “erməni taciri” olması barədə  sənədi olan Aleksandr Baqdasarov həbs 

olunmuşdu. 

Gizli təşkilat üzvlərindən biri olan Novikov “rus taciri” kimi axtarış polisi 

əməkdaşlarından biri ilə dil tapa bilmiş, onun vasitəsilə  də Baqdasarovla görüşə 

bilmişdi. Baqdasarovla görüşdən sonra Novikov bizə danışdı ki, Saşa bizi ehtiyatlı 

olmağa çağırır və xəbərdarlıq edir ki, axtarış polisində xidmət edən bir gürcü bizi məhv 

edə bilər. 

Baqdasarovun  əlində “erməni taciri”nə  məxsus sənəd olduğundan rüşvət verib 

onu məhbəsdən qurtardıq, həbsdən çıxandan sonra Baqdasarov bizə danışırdı ki, 

polisdəki gürcü onun yanına gəlib o vaxtlar Vilayət partiya komitəsinin katibi olan 

Dövlətov İsayın rabitəçisi olduğunu söyləyirmiş. Baqdasarov həmin gürcünün təxribatına 

uymayıb və Dövlətovla tanışlığımı danıb.  

Sonralar Bakıda sovet hakimiyyəti qurulandan sonra həmin gürcü əvvəl inqilab 

komitəsində, sonra isə FK-da işləməyə başladı. Onun adı Lavrenti Pavloviç Beriya idi. 

Bax, Beriyanın müsavat polisində xidməti ona görə bizə məlumdur.” 

 

Istintaq zamanı Bağırovun göstərişi ilə Dövlətov möhkəm  əzişdirilirdi, bunu keçmiş 

“NKVD” əməkdaşları da təsdiq edirlər. Məsələn, şahid Klimençiçin dediklərindən: 

 

“Bağırov müstəntiq Qabrielyana əmr etdi ki, Dövlətovu döysün. Qabrielyan da 

Bağırovun yanında Dövlətovu döyməyə başladı. 

Işgəncələrə dözə bilməyən Dövlətov nəticədə özünə və yoldaşlarına böhtan atılan istintaq 

protokollarını imzaladı. Məhkəmə zamanı isə verdiyi ifadələrdən imtina etdi. 

1938-ci il aprelin 21-də saxtalaşdırılmış istintaq materiallarıma  əsasən Dövlətov 

güllələndi.” 

 

Bağırov Beriyanın müsavatçı keçmişindən xəbərdar olaraq cinayətlərini ört-basdır etmək 

üçün arxiv sənədlərini oğurlayıb. Beriyaya  göndərməkdən, namuslu adamların həyatına qəsd 

etməkdən belə çəkinmirdisə, Beriya da öz növbəsində borclu qalmırdı, Bağırovun əməllərini ört-

basdır edirdi. 

Beriyanın şəxsi arxivində axtarış zamanı 19 may 1937-ci il tarixdə Bakıdan SSRİ XDİK-

na göndərilmiş anonim məktub aşkara çıxaırlmışdır. Həmin məktubda Bağırovun bir sıra 

cinayətləri, xüsusilə Azərbaycanın sovetləşməsi həyata keçirilən dövrdəki cinayətkar fəaliyyəti 

öz əksini tapıb. Məktubda göstərilirdi: 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə