1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   2   3   4   5   6   7   8   9   ...   27

 

 



Əfəndiyevin hansı “silah”la açıq-aşkar “vuruşmağının”  və bu “vuruşmaq” cəhtinin nədən 

ibarət olduğu Bağırovun çıxışının stenoqramından aydın olur. O, Əfəndiyevin müraciətlə 

bildirirdi: 

 

“Siz bizim Azərbaycan K (B) PMK rəhbərlərinin əleyhinə yazılmış ərizələri dırnaqarası 

qohumlarınızla Moskvaya göndərmisiniz.”  

 

Bağırov  Əfəndiyevi Bakıda 1937-ci ilin 24 iyununda, yəni Azərbaycan KP XIII 



qurultayından dərhal sonra Sumbatovun əli ilə  həbs etdirmişdir. Istintaq zamanı  Əfəndiyev 

əksinqilabi milli təşkilat mərkəzinin üzvü kimi ittiham edilib təqsirləndirildi. Bir sıra istintaq 

protokollarında  Əfəndiyevin günahkar olduğunu boynuna alırdı, məhkəmə zamanı isə bu 

ifadələrdən imtina edirdi.  

Azərbaycan XDİK  əməkdaşlarının tərtib etdiyi aktlardan aydın görünür ki, Əfəndiyev 

yalan ifadələr verməyə  məcbur olmuşdur. Məsələn, 1937-ci ilin avqustun 16-sında Daxili işlər 

komissarlığının əməkdaşı Tsinman tərəfindən tərtib olunmuş aktda göstərilir: 

 

“İstintaqa çağırılmış müttəhim Sultan Məcid Əfəndiyev bildirdi ki, əksinqilabi fəaliyyətdə 

iştirak etməsə də, hazırkı siyasi vəziyyəti nəzərə alaraq, Azərbaycandakı milli əksinqilabi 

təşkilatda iştirakı barədə ifadə verməyə hazırdır.” 

 

S.M.Əfəndiyevin və daxili işlər komissarlığının əməkdaşı Qvozdevin imzaladığı 1937-ci 



il 25 sentyabr tarixli aktda məhbus Əfəndiyevin “Heç vaxt əksinqilabi təşkilatın üzvü olmadığına 

baxmayaraq, onun həmin təşkilatın üzvü olması barədə qondarma ifadə verməyə məcbur olduğu, 

bunun üçün bir neçə günlük töhmət verilməsini xahiş etməsi barədə” ərizəsi öz əksini tapıb.  

Həqiqətən də 1937-ci ilin 5 və 6 oktyabrlarında daxili işlər komissarlığının əməkdaşları 

Qvozdevdə Sonkinin apardığı istintaqlarda tərtib olunmuş istintaq protokollarını imzalayan 

Əfəndiyev  əksinqilabi təşkilat üzvü olmaqda özünü müqəssir hesab edir, Ruhulla Axundov və 

başqaları ilə birgə  təxribatçılıq fəaliyyətləri barədə  ətraflı izahat verirdi. Qabaqcadan tərtib 

olunmuş bu istintaq protokollarını Əfəndiyev məruz qaldığı amansız işgəncə və cəzalardan sonra 

imzalanmışdır. Bunu daxili işlər komissarlığının keçmiş  əməkdaşları Vozniçuk, Dudiyev, 

Xaldıbanov, Ananyev, Əliyev, Zahid Bağırov və başqalarının  şahidlik ifadələri də  təsdiq edir. 

Məsələn, keçmiş baş  həbsxana nəzarətçisi D.P.Vozniçuk 1954-cü il mayın 21-ndə istintaq 

zamanı bildirmişdi: 



 

“MİK sədri  Əfəndiyev, keçmiş orqan işçisi Pavlov amansız cəzalara məruz qalırdılar. 

Əfəndiyevi elə möhkəm döyürdülər ki, istintaqdan sonra onu yerdən qaldırmaq mümkün 

olmurdu.”  

 

Şahid - B.L.Dudiyevin ifadəsindən: 

 

“Bir dəfə  mən Sonkinin kabinetinə daxil oldum... Otaqda əməliyyat müvəkkili Nikolay 

Musatov (boksçu), Tsinman, xalq komissarı Sumbatov və bir də işçilərdən kimsə var idi. 

Dusdaqlardan yalnız Sultan Məcid  Əfəndiyev otaqda idi. O, döyülüb-əzilmiş, köynəyi 

cırıq-cırıq olmuş halda döşəməyə çökmüşdü. Müstəntiqlərdən kimsə onun üstünə su 

tökərək, özünə gətirməyə çalışırdı, o biri isə “ifadə ver” – deyə dümsükləyirdi.” 

 

Şahid - X.P.Xaldıbanovun dediklərindən: 

 

“Şəxsən mən Tsinmanın və  əməliyyat müvəkkili Kolya Musatovun Azərbaycan Ali 

Sovetinin sədri S.M.Əfəndiyevi necə istintaq etdiklərini, döyüb, əzab verdiklərini öz 

gözümlə görmüşəm. Tsinman onu istehza ilə “prezident” adlandırıb ələ salırdı.” 


 

 



 

Şahidlər - T.E.Ananyev və Zahid Bağırov da bu deyilənləri təsdiq etdilər. 

 

Ananyev bir də onu dedi ki, Əfəndiyev müstəntiqlərin onu ələ salması barədə Sumbatova 



şikayətlənəndə, Sumbatov onun üzünə bir yumruq vurub getdi, müstəntiqlər isə döymə 

əməliyyatlarına davam etdilər. 

Əfəndiyevin müqəssir olduğuna “sübut” kimi Ruhulla Axundovun saxtalaşdırılmış 

istintaq, digər buna bənzər “sənədlər” işə əlavə olunub. Bu saxtalaşdırılmış materiallar əsasında 

Sultan Məcid Əfəndiyev 1938-ci ildə güllələnib. 

SSRİ Ali məhkəməsinin qərarı ilə Əfəndiyevin işinə xitam verilib və o, ölümündən sonra 

tam bəraət alıb... 

Istintaq müəyyənləşdirdi ki, Beriyanın köməkliyi ilə Azərbaycanda rəhbər vəzifələrə 

yüksəlmiş Bağırov Beriyanın Gürcüstanda etdiyi kimi, daxili işlər nazirliyi və dövlət 

təhlükəsizlik orqanlarında rəhbər işləyən qabaqlar törətdiyi cinayət əməlləri ilə onunla sıx bağlı 

olan ünsürləri təyin edirdi. Bağırov məhbuslardan yalan ifadələr almaq məqsədi ilə verilən 

işgəncə və cəzalarda bilavasitə iştirak edirdi. 

Eləcə də müəyyən olunur ki, Bağırov öz əlaltılarına günahsız adamlar barədə məhkəmə 

işlərinin kütləvi  şəkildə saxtalaşdırılması barədə birbaşa göstəriş verirmiş. Bağırovun bu 

cinayətkar göstərişlərini yerinə yetirməklə onun əlaltıları yalançı ittiham dəlilləri yaratmağa nail 

olurdular. Kolxozçuları  hər-hansı  əksinqilabi fəaliyyətdə ittiham etmək məqsədi ilə Bağırovun 

əlaltıları bu şəxslərin həyətinə, evlərinə gizlicə silah qoyurdular, beləliklə  də  həmin 

kolxozçuların üsyançı təşkilatlarda iştirakını sübut etmiş olurdular. Həmin kolxozçuların evində 

axtarış aparılır, silah “aşkara çıxarılır”bu da adamların həbs olunması üçün əsas olurdu. Sonra 

həbs olunanlar döyülür, onlara işgəncə verilir, nəticədə onlardan əksinqilabi təşkilatda iştirakları 

barədə yalan ifadələr alınır. Bu cür cinayətkar metodlarla Şamaxı,  Əli Bayramlı,  İsmayıllı, 

Salyan və Azərbaycanın digər rayonlarının yüzlərlə sakini barədə cinayət işləri saxtalaşdırılmış, 

həbs edilənlərin böyük hissəsi güllələnmişdi. 

Bağırov və alaltıları  tərəfindən neft mədənlərində, Xəzər gəmiçiliyində, Azərbaycanın 

kənd rayonlarında namuslu insanlara kütləvi şəkildə divan tutulurdu.  

Eyni zamanda Bağırov və Beriya əsl  əksinqilabçıları, o cümlədən xarici kəşfiyyatın 

agentlərini məsuliyyətdən uzaqlaşdırırdılar.  

 

MÜTTƏHIM BAĞIROVUN CINAYƏTKAR KEÇMIŞI BARƏDƏ 

 

Istintaq müəyyənləşdirib ki, Bağırovun cinayətkar  əksinqilabi fəaliyyəti hələ 1917-ci il 



fevral inqilabından dərhal sonra Qubada yaşadığı illərdə başlanıb. 

Bağırov bu cinayətkar fəaliyyətini cidd-cəhdlə ört-basdır eləməyə çalışaraq özünü 1917-

ci ilin martından partiyanın üzvü. Qubada Sovet hakimiyyəti qurulmasında fəal iştirakçı, 1917-

1921-ci illərdə əksinqilaba qarşı fəal mübariz kimi qələmə vermişdir. 

Lakin müəyyən edilmişdir ki,Ş Bağırov 1917-ci ildə partiyanın üzvü olmamışdır. 

Bağırovun anket, tərcümeyi-hal və digər sənədlərində partiya sıralarına daxil olmaq üçün 

ona zəmanət verənlər kimi göstərilən N.A.Abramova, A.A.İnozemtseva, V.S.Narçemaşvili 

bildirdilər ki, Bağırov 1917-ci ildən partiyanın üzvü olmamışdır, onlar da ona zəmanət 

verməmişlər. 6 №-li xüsusi şöbənin kommunist özəyinin və 1 atıcı diviziyanın inqilabi 

tribunalının ümumi yığıncağının 1921-ci il 16 noyabr tarixli protokolunda Bağırovun dilindən 

yazılıb ki, o, partiyaya Bakı şəhərində, 1918-ci ilin iyununda daxil olub. Bütün digər sənədlərdə 

isə partiyaya daxil olma tarixi 1917-ci ilin martı, yeri isə Quba şəhəri göstərilir.  

Bu məsələ ilə bağlı sorğuya müttəhim Bağırov bir-biri ilə düz gəlməyən dolaşıq bir ifadə 

verib bildirdi ki, heç özüm də bilmirəm, necə olub ki, mən sənədlərdə 1917-ci ildən partiyanın 

üzvü kimi qeyd olunmuşam. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə