1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

 

37 


 

Şahid – Qasımov Eyyub Mikayıl oğlu 

(Fərəcovun işini aparan müstəntiq) 

 

 “NKVD” 



orqanlarında 1926-cı ildən işləyirəm. Sovet Ordusunun İrana girməsi ilə bizim 

orqanların  İranda kəşfiyyat və  əkskəşfiyyat fəaliyyəti təşkil etməsi üçün geniş imkanlar 

yaranırdı. Xarici kəşfiyyat orqanlarının gizli əlaqə kanallarını aşkara çıxarmaq üçün İranda bizim 

agenturanı və rezidenturanı yerləşdirmək müxtəlif vaxtlarda İranda olan keçmiş nazir müavinləri 

Markaryana, Atakişiyevə  və Quliyevə tapşırılmışdı. Lakin onlar kəşfiyyatçılardan 

məqsədəuyğun şəkildə istifadə etmədilər, əksinə, onları demokratik rejim yaratmaq işinə kömək 

adı altında  İran demokratik hakimiyyətinin müxtəlif təşkilatlarına göndərdilər. Bizim 

kəşfiyyatçıların Ziran demokratları ilə birgə açıq-aşkar fəaliyyət göstərməkləri İrandakı kəşfiyyat 

orqanlarımızın aşkara çıxarılması ilə birgə nəticələndi. 

Kəşfiyyatçılar kimi agentlər də  İrana məqsədəuyğun  şəkildə  işlədilmirdi. Ixtisaslı 

agentlərdən biri olan “Motor”, Atakişiyevin icazəsi ilə demokratların Təbrz polisinin rəisi 

vəzifəsinə  təyin olunmuşdu. Agentlərin rəsmi vəzifələrə  təyin olunmasında buna bənzər hallar 

dəfələrlə baş vermişdi. Iranda agentura və əməliyyat işinin bu cür təşkili nəticəsində “NKVD”-

nin və DTN-nin 2-ci şöbəsi xarici kəşfiyyat agentlərinin SSRİ ərazisinə göndərilməsi barədə heç 

bir ciddi məlumat ala bilmirdi. Qeyd etməliyik ki, həmin dövrdə xarici kəşfiyyat orqanları SSRİ-

yə qarşı fəaliyyətlərini gücləndirmişdilər. Bunu İran kəşfiyyatının Zaqafqaziya hərbi dairəsinin 

qərargahından alınmış şifrəli teleqramı sübut edirdi. Yemelyanovun nazir olduğu vaxtlarda əməli 

yığıncaqlarda DTN əməkdaşları  İrandakı  kəşfiyyat işinin yarıtmazlığı barədə  məsələ 

qaldırırdılar. Lakin bundan sonra da Atakişiyevin rəhbərlik etdiyi kəşfiyyatın işində dönüş 

yaratmaq üçün heç bir tədbir görülmürdü. Atakişiyev İranda kəşfiyyatımızın təşkilindən başqa, 

nə ilə desən, məşğul olurdu. Eşitdiyimə görə, Atakişiyev və arvadı sistematik olaraq İrandan 

çoxlu qiymətli şeylər daşıyırmışlar. Bir dəfə mən Atakişiyevin mənzilində İrandan gətirilmiş, hər 

birinin qiyməti azı 40-50 min manat olan üç böyük xalça gördüm. 

“Qubadı” ləqəbli agent Atakişiyevin  İrandakı  kəşfiyyat işini iflasa uğratması barədə 

ətraflı məlumat verirdi. Həmin məlumatı mən Yemelyanova təqdim etdim. Ona qarşı nə tədbir 

görüldüyündən xəbərim olmadı. 

Mənə məlumdur ki, M.C.Bağırov və S,F,Yemelyanov DTN-nin əkskəşfiyyat şöbəsindən 

Bağırovun xoşu gəlmədiyi adamlardan haqq-hesab çəkmək, onları izləmək, tora salmaq

ləkləmək kimi məkrli məqsədlər üçün istifadə edirdilər. 

Yemelyanovun  şəxsi agenti “Uralski” ləqəbli  Əbdülcanov Qazis Abdumqoviç idi. O 

əvvəllər gizlicə Çinə keçməyə  cəhd edərək sərhədi pozmuş  və bunun üçün dörd dəfə DTN 

orqanları tərəfindən həbs olunmuşdu. Onun casusluqda şübhə doğuran, eləcə də casusluq üstündə 

məhkum olunan adamalrla əlaqəsi barədə çoxlu material var idi. Lakin mənə aydın olmayan 

səbəblərlərə görə “Uralski” barədəki bu materiallar araşdırılmırdı. Haqqında danışdığım 

materiallar “Uralski”-nin şəxsi işindədir. “Uralski”dən 2-ci şöbə xətti ilə heç bir məlumat daxil 

olmurdu. 

Təqribən 1944-46-cı illərdə  mən ona rast gəldim. Söhbət  əsnasında o mənə bildirdi ki, 

Yemelyanovun Azərbaycan KP MK-nə verdiyi vəsatətə əsasən onu partiya sıralarına qəbul edib

ona partiya bileti verilər. 1952-ci ildə “Uralski” DTN orqanları üçün əhəmiyyət kəsb etmədiyi 

üçün agentura şəbəkəsindən xaric edildi. 

1952-ci ildə Yemelyanovun və onun milis üzrə müavini Cavadovun göstərişi ilə milis 

işçilərdindən ibarət briqada Nuxa, Qax, Zaqatala və Balakən rayonlarına göndərildi ki, 

Dağıstandan gəlmiş  ləzgiləri Dağıstana köçürsünlər. Ləzgi kəndlilərinin köçürülməsi üçün heç 

bir  əsas yox idi. Bir ay ərzində 1500 nəfər sürgün edildi. Bütün bunları  mənə DTN Gəncə 

şöbəsinin rəisi Baxşıyev danışmışdı. O dedi ki, köçürülən adamlar etiraz edir, qohum-qardaşdan 

ayrı düşdükləri üçün narazılıqlarını bildirrirdilər.  

 

SUAL: Deyin görək agent “İbrahimov”un məlumatı haradadır? 




 

38 


 

 

CAVAB: Elə  həmin gün mən məlumatı Atakişiyevə verdim, həmin sənəd daha mənə 



qayıtmadı. Məncə, Atakişiyev onu aradan götürüb.  

 

Şahid - Mehdiyev Məmməd Əbdüləzim oğlu 



 

Azərbaycan Baş siyasi idarəsi, “NKVD” və dövlət təhlükəsizlik nazirliyi orqanlarında 

1930-cu ildən 1952-ci ilədək işləmişəm. 

Gəncənin yerli, əsilli=köklü sakini, 1930-cu ilədək partiya orqanlarının, 1930-cu ildən isə 

siyasi idarə orqanlarının işçisi kimi mənə  məlumdur ki, Azərbaycanın bir sıra rayonlarında – 

Samux,  Şamxor, Tovuz, Ağdam, Zaqatala və b. siyasi cinayətkar dəstələr fəaliyyət göstərirdi. 

Həmin dəstələr uzun illər  ərzində  cəzasız fəaliyyət göstərmiş,  əhalini qarət etməklə

soyğunçuluqla. Kasıb-kusubu qətlə yetirməklə məşğul olmuşlar. O vaxtlar Bağırovun rəhbərlik 

etdiyi Azərbaycan fövqəladə komissarlığı  və siyasi idarə orqanları  həmin dəstələrin ləğv 

edilməsi üçün heç bir ciddi tədbir görmürdü, odur ki, bəzi dəstələr əhaliyə uzun müddət – on ilə 

yaxın bir vaxt ərzində işgəncə vermişdir. 

Dəstəfur rayonunun Qabaqtəpə kəndində Pirverdinin dəstəsi 1920-ci ildən 1930-cu ilədək 

tuğyan eləyib. Samur rayonundan Məmməd Qasımın dəstəsi 1924-cü ildən 1930-cu ilədək 

banditizimlə  məşğul olub, 1930-cu ilin əvvəlində  Məmməd Qasım Samur siyasi idarəsinin 

müvəkkili Süleymanovu öldürdü, ancaq Məmməd Qasım Qarabaqqal kəndində yaşamaqda 

davam eləsə də, heç bir yerə getməsə də, ona qarşı bir tədbir görülmədi. 1931-ci ildə o, gizlicə 

Türkiyəyə qaçdı. 

Şəxsən mənə məlumdur ki, M.C.Bağırov 1928 və 1929-cu illərdə Samux rayonunda olub, 

həmin vaxtlarda Məmməd Qasımın bandası cinayətlər törədirdi. Ancaq hansı  səbəbdənsə 

Bağırov həmin dəstənin ləğv edilməsi üçün heç bir tədbir görməyib. 

Şamxor rayonunun Qara Çəmilli kəndindən olan Rüstəm Ramazanovun dəstəsi 1920-ci 

ildən 1931-ci ilədək  əhalini qarət etməklə  məşğul olurdu. Ramazanov kəndlilərdən öz xeyrinə 

vergi alırdı. Bandit Ramazanovun harada məskən salması hamıya məlum olsa da, onun həbs 

olunması üçün heç bir tədbir görülmürdü. Bundan əlavə, onun qeyri-qanuni işlətdiyi gəmi-bərə 

də əlindən alınmamışdı. 

Başqa cinayətkar dəstələr də neçə illər ərzində geniş əl-qol açaraq, hər bir cəzadan uzaq 

olaraq cinayət törətməkdə davam edirdilər. Mən belə hesab edirəm ki, banditizm ona görə 1930-

cu ilədək ləğv olunmamışdı ki, Azərbaycan SSR siyasi idarəsi orqanları  tərəfindən banditizmə 

qarşı  fəal mübarizə aparılmamışdı. Mən bu nəticəyə ona görə  gəlirəm ki, 1930-31-ci illərdən 

sonra həmin cinayətkar dəstələr cəmi bir neçə ayın ərzində ləğv olundu, - siyasi idarənin 1930-

31-ci illərə qədər də mövcud olan qüvvəsi ilə. 

Əgər 1930-31-ci illərədək cinayətkar qrupların ləğv edilməsi üçün heç bir tədbir 

görülmürdüsə, 1930-31-ci illərdə həmin dəstələrin üzə çıxarılması təcrübəsi geniş yayıldı. Bu da 

çox hallarda Sovet hökümətinin ziyanına oldu. Üzə çıxarılan, bir növ qanuniləşdirilən banditlər 

əhalini daha gizli yox, açıq-aşkar qarət etməyə  və öldürməyə başladılar, siyasi idarənin onlara 

heç bir qadağa qoymamasından, nəzarət etməməsindən istifadə etdilər. 

Banditlərin üzə  çıxarılması yalnız Bağırovun göstərişi, icazəsi və sanksiyası  əsasında 

həyata keçirilirdi. 

Üzə çıxarılan dəstələrə silah, hərbi sursat, onların siyasi idarənin zərbəçi dəstəsinə aidliyi 

barədə  sənəd verilirdi. Bu sənədlərdən istifadə edən banditlər respublikanın bütün ərazisində 

sərbəst hərəkət edirdilər. Üzə çıxmış banditlərin çoxusu banditizmə qarşı mübarizədə siyasi idarə 

orqanlarına heç bir yardım etmirdilər, əksinə, açıq-aşkar qətl və qarətlə məşğul olurdular. Belə 

ki, Pirverdinin dəstəsindən bandit Patavalı Hüseyn və  Mədət üzə  çıxarılmışdı. Onlar 1930-cu 

ildən sonra da adam öldürməklə  məşğul olmaqda davam edirdilər. Xaçbulaq kəndində onlar 

kəndlilərdən Seyid Muradı  və Rüstəmi qətlə yetirdilər, bunun üçün heç bir cəza almadılar, 

nəticədə yenidən bandaya qaytardılar. Həmin banditlər bir dəfə üzə  çıxarıldıqlarına və sovet 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə