2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə5/46
tarix29.01.2018
ölçüsü4,25 Mb.
#22623
1   2   3   4   5   6   7   8   9   ...   46

5. Pis insanlar və günahkar kimsələrlə bir yerdə olmaq – Saleh insanlarla bir yerdə olmaq və elmilə əməl edən alimlərin həyatlarını öyrənmək. Çox günah etməyin səbəblərindən biri də qulun onu günah etməyə sövq edən insanların içərisində oturması və onlarla dostluq etməsidir. Alimlər də dini qorumaq üçün pis kimsələri tərk etməyi və bununla bərabər saleh kimsələrlə birlikdə olmağı tövsiyə edirlər.
GÜNAHLARIN TƏQDİR EDİLMƏSİNDƏ OLAN HİKMƏT

Bu da Allahın hikmətini müşahidə etməkdir. Bu müşahidə səviyəsinə çıxan qul Allahın onunla günahları baş-başa buraxması, günah yollarını onun üçün hazırlamasındakı hikməti görür. Əgər Allah istəsəydi onu günahlardan qoruyar və onunla günah arasında əngəl olardı. Lakin Allahdan başqa heç bir kimsənin edəməyəcəyi çox böyük hikmətlərdən ötrü onunla günahları baş-başa buraxdı.



1. Allah tövbə edənləri sevir və onların tövbə etmələrindən ötrü xoş olur. Tövbəni sevib xoş olduğu üçün qulun günah etməsini təqdir etmişdir. Günah etdikdən sonra tövbə etməsi təqdir edilir.

2. Qulun Allahın qorumasına möhtac olduğunu, əgər Allah onu qorumazsa, qaçınılmaz olaraq həlak olacağını. Çünki parça-parça etmək üçün şeytanların hər tərəfdən əllərini ona tərəf uzatdıqlarını ona bildirməkdədir.

3. Qulun Ondan yardım istəməsini və düşməniylə nəfsinin şərindən Ona sığınmasını, Ona dua edib yalvarmasını.

4. Qul saleh və istiqamət üzərə olduğunu müşahidə edərsə təkəbbürlənər və doğru yolda olduğunu zənn edər. Allah onu günah etməklə imtahan etdiyi zaman, nəfsi kiçilər, zəlil olar və Allahın onu bağışlamasını umar.

5. Beləcə Allah quluna nəfsinin həqiqətini və onun çox xəta edən cahil olduğunu göstərir. Nəfsində olan elm, saleh əməl və xeyir kimi bütün gözəlliklərin Allahdan ona verildiyini öz nəfsindən gəlmədiyini ona bildirir.

6. Bununla Allah qulunun günahlarını örtməklə nə qədər geniş bir elm və kərəmə sahib olduğunu ortaya qoymuş olur. Çünki əgər Allah diləsəydi günahlardan ötrü həmən qulunu cəzalandırar və qulların arasında onun eyiblərini üzə çıxarar və beləcə onların arasında gözəl bir yaşayışı olmazdı.

7. Qulun zülm və pislik etməsiylə bərabər onun tövbəsini qəbul edib onu bağışlamasıyla Allah ona olan kərəmini və lütfünü göstərmiş olur.

8. Allahın qulun əleyhinə hüccətini qaldırması. Qula qarşı ən üstün hüccət Allahındır. Əgər Allah ona əzab edərsə ədalətiylə və onun üzərində olan haqqıyla ona əzab etmiş olur.

9. Öz əməlləri ilə öyünmək və özünü bəyənmək libasını quldan çıxarmasıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizlər günah etməsəydiniz, sizin haqqınızda bundan da pis bir şeydən qorxardım. Özünü bəyənmək».

10. Padşahlardan başqasına əlverişli olmayan böyüklənmə libasını quldan çıxardıb, zillət libasını ona geyindirməkdir.

11. Bununla Allah qulun qəlbində olan qulluq hislərini qorxu, haşiyə, ağlamaq, titrəmək və peşman olmaq yolarıyla üzə çıxarmaqdadır.

12. Günah və müsibətlərə məruz qalmaqla qul Allahın neməti olan lütfünü, onu qorumasının qiymətini bilir. Çünki daima xoş güzaran içində yaşayan kimsə nə müsibətlərə məruz qalan kimsələrin çəkdikləri əzabları bilə bilir, nə də xoş güzaranın qədrini bilə bilir.

13. Qul tövbə edib Rəbbinə döndüyü zaman Allah onu sevər və mükafatlandırar. Allah onun bu tövbəsi səbəbilə ona olan sevgisini, rizasını və mükafatını artırır. Əgər onun bu tövbəsi olmasaydı bunların heç biri də olmazdı. Hər nə qədər başqa itaətlərlə başqa nəticələr ortaya çıxarsa, ancaq bu xüsusi nəticə sadəcə tövbə ilə ortaya çıxar.

14. Qul etdiyi pislikləri və zülmləri müşahidə etdiyi zaman Allahın ona verdiyi az nemətləri də belə çox görür. Çünki özü kimi pis bir adama bu nemətlərin belə çox olduğunu düşünür. Eyni zamanda etdiyi çox olan əməlləri də az görür. Çünki etmiş olduğu pislik və günahları silmək üçün qat-qat əməlləri çoxaltmaq lazım olduğunu bilir. O, nə qədər çox olursa olsun öz əməllərini az görür. Əgər bundan başqa günahların fayda və hikməti olmasaydı bu yetərli olardı.

15. Artıq qul şeytanın hansı qapıdan ona hücum etdiyini və ona qarşı hansı tədbirlərin görülməsini çox yaxşı bilməyə başlayır. Həm xəstəliyin, həm də onun əlacını dadan həkim kimi.

16. Bəzən qulun qəlbində hiss etmədiyi gizli xəstəliklər də olur ki, Lətif və Xabir olan Allah ona minnət edib, onun çox açıq bir günahı etməsini təqdir edər. Bu günahı edən qul bu xəstəliyin acısını hiss edər və Rəbbinə sığınaraq faydalı olan əlacı içər. Beləcə hiss etmədiyi o, xəstəliklər də gedər.

17. Bəzən Allah günah etməsi səbəbilə qulun Allahdan uzaqlaşması və onunla Rəbbi arasında bir pərdə olmasını ona daddırır ki, qəlbilə Allaha yönəldiyi və Ona itaət etməkdə davam etdiyi zaman ki, nemət kamil olsun, etdiyi günahdan sonra tövbə edib bütün qəlbilə Allaha yönələn bu qulun hiss etdiyi ləzzət – çox susuz olan birinin dadlı və soyuq sudan və ya şiddətli bir şəkildə qorxuya düşmüş birisinin əminliyə düşərkən keçirdiyi hissləri, yaxud da çox uzun bir müddət sevgilisindən uzaq düşmüş birinin sevdiyinə qovuşduğu zaman duyduğu ləzzət kimidir. Şübhəsiz ki, Rəbbinin lütfü, yaxşılığı və ehsanı bütün bunlardan da üstündür və ləzizidir. Rəblərini tanımaqdan və Onu sevməkdən üz çevirənlərə vay olsun!

18. İnsan oğlunun təbiətində şəhvət, qəzəb və arzu duyğusu olmasıdır. Əgər insanda bu hisslər olmasaydı insan deyil mələk olardı. Həmçinin də insanın unutqan olmasıdır. Buna görə də günah etmək insan üçün təqdir edilmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Bütün Adəm övladı xəta edəndir. Xəta edənlərin ən xeyirlisi Allaha tövbə edənlərdir»111. Onların imtahan olunmaları üçün günahların olması labüddür. Yenə də doğrusunu bilən Allahdır.

19. Allah qulun etmiş olduğu yaxşı əməlləri görməsini ona unutdurur. Onu günahlarıyla məşğul edir. Beləcə onun etmiş olduğu günahlar davamlı olaraq gözlərinin önündə olur. Şübhəsiz ki, Allah bir qulu üçün xeyir istədiyi zaman qulun gözəl əməllərini müşahidə etməsini onun qəlbindən və onları söyləməsini dilindən çəkib alar. Onu günahlarını müşahidə etməklə məşğul edər. Beləcə onun etmiş olduğu günahları o, Cənnətə girənə qədər onun gözlərinin önündə edər. Buna görə də Sələflər deyillər ki: «Bəzən qul bir günah edər və ondan ötrü də Cənnətə girər, bəzən də gözəl əməl edər və ondan ötrü də atəşə girər. Bu necə olur? Deyə soruşulduqda dedilər: «Qul bir günah edər və o günahı gözünün önündən heç getməz. Onu xatırladığı zaman peşman olar, Allaha yalvarıb yaxarar, o günahı silmək üçün çapalayar, Rəbbinin qarşısında boyun əyər və bununla da təkəbbürlüyü və özünü bəyənməsi yox olub gedər. Beləcə də Cənnətə girər. Bəzən qul bir yaxşı iş görər, o yaxşılıq da onun gözündən heç bir vaxt getməz. Etdiyi o yaxşılığı görərək Allaha minnət edər, o yaxşılığa arxayın olub təkəbbürlənər. Beləcə də Cəhənnəmə gedər».

20. Qul etmiş olduğu günah və xətalarını müşahidə edər, heç kimsədən üstün olmadığını və heç kimsə üzərində haqqının olmadığını düşünməsinə səbəb olur. Qul öz eyiblərini, günah və xətalarını müşahidə etdikdə Allaha və Axirət gününə iman edən hər hansı bir müsəlmandan daha xeyirli olduğunu düşünməz.

21. Belə bir hal qulu insanların eyiblərini araşdırmaqdan və onların xətalarını düşünməkdən çəkindirir. Öz nəfsi və xətaları ilə məşğul edər. Öz eyiblərini görərək insanların eyiblərini düşünməyənlərə müjdələr olsun. Vay olsun öz eyiblərini unudaraq insanların eyibləriylə məşğul olanlara! Birincisi səadətin əlaməti, ikinci isə bədbəxtliyin əlamətidir. Amr b. As - radıyallahu anhu deyir ki: «Mən o adama təəccüb edirəm ki, qədər ona yetişdiyi halda o, qədərdən qaçar. Qardaşının gözündə çop görür, öz gözündəki kötüyü isə unudur. Qardaşının ürəyində olan nifrəti çıxarmağa çalışır, öz ürəyindəki nifrəti isə unudur…»112.

22. Qulun günahlar ilə baş-başa buraxılması qulun insanlara yaxşılıq etməsi və mömin qardaşlarından xəta edən, günah edənlər üçün Allahdan bağışlanma diləməsinə səbəbdir. Artıq onun dilindən düşməyən bir söz: «Rəbbim! Məni, ana və atamı, müsəlman bacı və qardaşlarımı bağışla». Çünki o, başına gələn müsibətin günah edən qardaşlarının da başına gəldiyini və özü möhtac olduğu kimi onların da ehtiyac duyduğunu bilməkdədir. Müsəlman qardaşlarının onun üçün bağışlanma diləməsini istədiyi kimi özü də müsəlman qardaşları üçün bağışlanma diləyir.

23. Bununla qul geniş bir helm sahibi olmasına, ona pislik edənləri əfv etməsinə və həmən onları cəzalandırmamasına sövq edir. Nəfsinin Rəbbi ilə necə davrandığını görən bir qul, nəfsinin çox pis və xəta edən günahkar biri olmasına baxmayaraq Rəbbinin ona davamlı olaraq yaxşılıq və ehsan etməsini, özünün Ona olan ehtiyacını və bir göz qırpımı belə Ondan nəzarətsiz olmadığını görən bir qul, insanların ona qarşı doğru olmalarını və ona qarşı ehsanda olmalarını necə uma bilər? Halbuki Rəbbinə qarşı o, belə davranmamışdır. Rəbbinin istədiyi hər bir şeydə Ona itaət etməmiş olan bir qul, köləsinin, uşaqlarının, xanımının istədiyi hər bir şeydə ona itaət etmələrini necə gözləyə bilər? Bütün bunları İbn Qeyyim rahmətullahi aleyhi «Tarikul Hicrəteyn» kitabında gətirir.
GÜNAHLARI TƏRK ETMƏYİN FAYDALARI

Kişinin insaniyyət qazanması, irsinin qorunması, məxluqatı sevməsi, qəlbin güclənməsi, nəfsin xoş olması, qəlbin nemətlərlə dolması, könlünün rahatlanması, fasiq və zalımların qorxutmalarından əmin olması, xəstəlik, sıxıntı və kədərin azalması, nəfsin izzətli olması, qəlb nurunun qorunması, fasiq və zalımların zülmünə qarşı bir çıxış yolunun əldə edilməsi, ummadığı yerdən ruzinin verilməsi, itaətlərin yerinə yetrilməsinin asanlaşması, Allaha dua etməyin çoxalması, müsəlmanlara zəfərin verilməsi, fasiq və asilərin çətinləşdirdikləri şeylərə qarşı asanlığın gəlməsi, dualarına həmən cavab verilməsi, mələklərin ona yaxınlaşması, şeytanın və şərli cinlərin ondan uzaqlaşması, insanların ona xidmət etməkdə və ehtiyaclarını ödəməkdə bir-birilərilə yarışmaları, onunla söhbət və yaxınlıq qurmaları, ölümdən qorxmaması, Rəbbinə qovuşması ilə sevinməsi, qəlbində dünyanı kiçik, axirəti isə böyük görməsi, itaətin dadını və imanın ləzzətini alması, ərşi daşıyan və başqa mələklərin dualarına nail olması, qurtuluşa həris olması, Allahın onu sevməsi və s.


CƏNNƏT VƏ CƏHƏNNƏMLİKLƏRİN ƏMƏLLƏRİ

Cənnətliklərin əməlləri: Cənnətliklərin əməli iman və təqvadır. Cəhənnəmliklərin əməli də küfr, fasiqlik və itaətsizlikdir. Cənnətliklərin əməlləri Allaha, mələklərinə, kitablarına, Peyğəmbərlərinə, axirət gününə, qədərə inanmaqdır. Allahdan başqa ibadətə layiq ilah olmadığına və Muhəmmədin Allahın qulu və Rəsulu olduğuna inanmaq, namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq, Kəbəni həcc etmək, Allahı görür kimi ibadət etmək. Biz Onu görməsək də belə o, bizi görür. Danışarkən doğru söyləmək, əmanəti sahiblərinə vermək, söz və anda bağlı qalmaq, valideynlərə yaxşılıq etmək, qohumluq əlaqələrini kəsməmək, qonşuya, yetimə, miskinə, köləyə və heyvanlara qarşı rəhmli olmaq. Allaha qarşı səmimi olmaq, Ona təvəkkül etmək, Onu və Rəsulunu sevmək, Allahdan qorxmaq və ümüd etmək, Ona yönəlmək, hökmünə səbr etmək və nemətlərinə şükr etmək. Quran oxumaq, Allahı zikr etmək (dil və qəlb ilə), Ona dua etmək, Ondan istəmək və Ona sığınmaq, yaxşılığı əmr edib, pislikdən çəkindirmək, kafir və münafiqlərə qarşı Allah yolunda cihad etmək, yaxşılığı kəsənlərlə əlaqə qurmaq, verməyənə vermək, haqsızlıq edənə bağışlamaq. Şübhəsiz ki, Allah Cənnəti müttəqilər üçün hazırlamışdır. Bunlar da gizlində də, açıqda xərcləyənlər, qəzəblərini boğanlar, insanları bağışlayanlardır, Allah yaxşı olan və yaxşılıq edənləri sevər. Bütün işlərdə mömin və kafir arasında fərq qoymadan ədalətli olmaq.

Cəhənnəmliklərin əməlləri isə: Allaha şərik qoşmaq, Peyğəmbəri yalanlamaq, küfr, həsəd, yalan, xainlik, zülm, əxlaqsızlıq, oğurluq, əqraba və möminlərlə əlaqələri kəsmək, cihad etməkdən qaçmaq, simiclik, iki üzlü olmaq, Allahın rəhmətindən ümüd kəsmək, Onun cəzasından arxayın olmaq, öyünmək, təkəbbür, Allahın fərzlərini tərk etmək, Allahın hədlərini aşmaq, qadağalarını etmək, Allahın yerinə qullarından qorxmaq, qullara ümüd bağlamaq, onlara təvəkkül etmək, göstərmək və şöhrət üçün əməl etmək, Quran və Sünnəyə müxalif olmaq, Allaha üsyan edərək qullara itaət etmək, batil üzərə israrlı olmaq, Allahın ayələrini ələ salmaq, haqqı inkar etmək, sehrbazlıq, valideynlərlə pis davranmaq, adam öldürmək, faiz və yetim malını yemək, mömin kişi və qadınlara böhtan atmaq və s.

Ağlı başında olan insan sözündə, işində, əməlində, gizlində və aşkarda, gecədə və gündüzdə, istənilən yerdə və şəraitdə daima Allahdan qorxmalı və Allahın daima nəzarəti altında olduğunu biməlidir. Əbu Zərr - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən sizin görmədiklərinizi görür, eşitmədiklərinizi isə eşidirəm. Göy səs verdi. Guruldadı. Peyğəmbər: «Səmada olan səsləri eşidirsinizmi» deyə buyurdu. Səhabələr: «Xeyr, ya Rəsulullah!» dedilər. Peyğəmbər: «Mən eşidirəm. Göydə elə bir qarış yer yoxdur ki, orada (Qiyamda, rukuda) və səcdədə olan bir mələk olmasın». Vallahi mənim bildiklərimi bilsəydiniz az gülər, çox ağlayardınız. Yataqlarınızda qadınlarınızdan belə zövq almazdınız. Yüksək yerlərə çıxaraq Allaha yalvarıb bağışlanma diləyərdiniz»113. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Cənnət və Cəhənnəm mənə göstərildi. Xeyir və şər baxımından bu günki kimisini görmədim. Əgər mənim bildiklərimi bilsəydiniz az gülər. Çox ağlayardınız»114.



Düşün ki, Cəhənnəm atəşi ciyərlərinə işləmiş, sən imdad – deyə bağırırsan. Lakin acıyan olmur. Ağlayırsan, peşmançılıq hissləri keçirirsən, lakin faydasızdır. Tövbən qəbul olmur. Çağırışına cavab verən yoxdur. Düşün ki, orada uzun bir müddət, bəlkə də əbədi qalmalı olacaqsan. Əzab canına keçəcək, susuzluq ciyərlərini parçalayacaqdır. Dünyadakı içəcəkləri xatırlayacaq, Cəhənnəm atəşi ilə qarşı-qarşıyasan. Sənə əzab verməklə görəvli olan Cəhənnəm qoruyucularının əlindən su qabını alacaqsan, içdiyin şeyi ağzına yaxınlaşdırdığın zaman üzünü qovuracaq, içdiyin ilk qurtum boğazını qoparacaq, qarnına çatdıqda isə bağırsaqlarını parça-parça edəcəkdir. Rahatlıq istəyəcəksən, lakin orada rahatlıq əbədiyyən yoxdur. Kədərin, sıxıntın artıqca Cənnəti xatırlaya-caqsan. Xatırlayacaqsan ki, Allahın əmrlərini yerinə yetirmədin, Ona yaxınlıq qazanmadığına görə qəlbin sanki boğazına tıxanacaqdır. Cənnətin nemətlərini, içəcəklərini, suyunun soyuqluğunu, orada olan yaşayışın gözəlliyini xatırlayacaq, həsrətlə qəlbin yerindən söküləcəkdir. Sonra bəzi yaxınlarını, ananı, atanı, qardaşını. Bacını və digər dostlarını orada olduqlarını xatırlayacaq həzin bir səs, yanıq bir qəlblə onlara nida edərək: Anacan, atacan… Bir qurtum su! – deyəcəksən. Ümidini boşa çıxaran cavablar veriləcəkdir sənə. Allahın qəzəbinə layiq olduğun üçün onların da sənə qarşı duyduqları qəzəbi görməkdən və ümüdünün boşa çıxmasından ötrü qəlbini parçalayacaq qədər kədərlərə dalacaqsan. Dünyada onlar sənə nəsihət etmiş, öyüd vermiş və sənin üçün xeyirli olanı göstərmişlər. Lakin sən öyüd verənləri sevmirdin. Bunun üçün də Allaha yönələrək səni geri dünyaya təkrar döndərməsini xahiş edəcəksən. Sənə uzun müddət cavab verilməyəcəkdir. Çünki Onun qatında sənin dərəcən və yerin yoxdur. Sonra sənin ümidini təmamən boşa çıxaran: «Orada zəlil, məyus vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin!». (əl-Muminun 108). Bu cavabı eşitdikdən sonra qəlbin ağrayacaq, danışmağa taqətin belə qalmayacaqdır, nəfəs belə almayacaqsan. Sonra sənin kədərinin və həsrətinin daha da artmasını istəyərək həm sənin, həm də düşmənlərin üzərinə Cəhənnəm qapıları bağlanacaqdır. Artıq əbədiyyən rahatlıq yox, bitməyən kədər, tükənməyən üzüntülər, sağalmayan xəstəliklər, açılmayan zəncirlər, söndürülməyən susuzluqlar, sakitləş-məyən iztirablar115.
GÜNAHLARIN ZƏRƏRLƏRİ

Günahların olduqca pis, məzəmmət olunan təsiri vardır. Qəlbə, bədənə, insanın dünya və axirətinə zərəri vardır. Günahlar insanda davam etsə onun dünyasını və axirətini korlayır. Günahların qəlbə olan zərərləri zəhərin bədənə olan zərəri kimidir. Dünya və axirətdə hər bir şərin və xəstəliyin günah və asiliklərdən başqa səbəbi varmı? Adəm və Həvva əleyhimussəlam ı ləzzət, nemət, gözəllik və xoşbəxtlik diyarı olan Cənnətdən – ağrılar, acılar və müsibətlər diyarına salan nə idi? İblisin Cəhənnəmə məhkum edilməsinə, lənətlənməsinə səbəb nə idi? Onun yaxınlığını uzaqlıqla, rəhmətini lənətlə, gözəlliyini çirkinliklə, Cənnətini atəşlə, imanını küfrlə, Allaha olan dostluğunu ən böyük düşmənlik və kinlə dəyişən nə idi? Təsbih, Təqdis, Tövhid nidalarını küfr, şirk, yalan, iftira və söymə nidalarıyla, iman paltarını küfr, fasiqlik, üsyan paltarı ilə dəyişən nə idi? Beləcə onu Allah dərgahında ən xor və zəlil hala gətirən, onu rəhmətindən bütünlüklə uzaqlaşdıran, üzərinə qəzəbini nazil edib uçuruma salan, Onun qəzəbi hər bir qəzəbdən böyükdür, beləcə onu məhv edən nə idi? Sonda da hər bir fasiq və mücrimin öndəri edən nə idi? Ey Allahım! Əmrinə müxalif olub qadağanını etməkdən sənə sığınıram. Suyu dağların təpələrinə qədər yüksəldərək Nuh əleyhissəlam ın qövmünü suya qərq edən nə idi? «Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!». (Nuh 26). Ad qövmünə küləyi göndərərək onları içi boş xurma kötükləri kimi məhv edən, yurdlarını, əkinlərini, heyvanlarını və onları Qiyamət gününə qədər insanlara ibrət edən nə idi? «Ad (qövmü) isə uğultulu, çox soyuq və şiddətli bir küləklə tarmar oldu. Allah o küləyi yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Sən onların çürük, içi boş xurma kötükləri kimi yerə sərildiklərini görərdin!». (əl-Haqqə 6-7). Səmud qövmünə tük ürpədici səsin göndərilməsi ilə ən son fərdinə qədər hamısını məhv edən nə idi? «Biz onlara bircə dəhşətli, tükürpədici səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal ağıl düzəldənin istifadə etdiyi quru ota döndülər». (əl-Qəmər 31). Lut əleyhissəlam - qövmünü mələklərin itlərin səslərini belə eşidəcək qədər göyə qaldırılaraq altının üstünə çevirən, başlarına daşlar yağdıran, beləcə heç bir millətə verilməyən əzabın onlara verilməsinə yol açan nə idi? Belə ki, bu əzab onların etdiklərini edənlərə də gələcəkdir. «Əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş, bir-birinə bitişik bərk daşlar yağdırdıq». (Hud 82). Şueyb əleyhissəlam - ın qövmünə kölgə kimi əzab buludlarını göndərərək başlarına od yağdıran nə idi? Firon və qövmünü dənizdə qərq edən, Qarunun evi, malı ilə yerə keçirilməsinə səbəb nə idi? «Nəhayət Qarunu sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək bir cəmaat da yox idi. O, özü də özünə heç bir kömək edə bilmədi». (əl-Qəsəs 81). Nuh əleyhissəlam dan sonra neçə-neçə nəsilləri əzablarla həlak edən və onları yer üzündən silən nə idi? Bəni İsrailin başına gələn müsibətlərə, onların meymunlara və donuzlara çevrilməsinə, Yəsin sahiblərinin məhv olmasına səbəb nə idi?

Heç şübhəsiz ki, bütün bu ümmətlərin məhv olmasına səbəb günahlar olmuşdur. «Biz onların hər birini öz günahı ilə yaxaladıq. Kiminin başı üstünə (qasırğa ilə) qızmar daş yağdırdıq, kimini dəhşətli, tükürpədici səslə yaxaladıq, kimini yerə batırdıq, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər». (əl-Ənkəbut 40). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah insanları həlak etməz o vaxta qədər ki, səbəb onlar tərəfindən olmasın»116. Ummu Sələmə - radıyallahu anuə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Əgər günahlar ümmətə zühur edərsə Allah əzabla onları bürüyər». Sələmə: «Ey Allahın Rəsulu! Onların içərisində saleh kimsələr olmayacaqmı?» deyə soruşdu. Peyğəmbər: «Bəli, olacaqdır» deyə buyurdu. Sələmə: «Onlara nə edəcəkdir» dedi. Peyğəmbər: «Onlara toxunan toxunacaqdır. Bundan sonra Allahın razılığına və məğfirətinə qovuşacaqlar» deyə buyurdu117. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah bir qövmə bəla göndərdikdə bəla o qövmə məxsus olan hər bir kəsə toxunar. Onlar həşr olunduqdan sonra isə hərə öz əməlinə (niyyətinə) görə mükafatlandırılar. «Sizdən zalimlərə toxunmayacaq bəladan qorxun». (əl-Ənfal 25)»118. Həsənul Bəsri rahmətullahi aleyhi deyir ki: «İnsanlar elmli olduqlarını deyib əməli zay edərlərsə (əməl etməzlərsə), dilləri ilə bir-birilərini sevdiklərini deyib qəlbləri ilə nifrət edərlərsə, qohumluq əlaqələrini kəsərlərsə Allah onlara lənət edər, onları kar edər və qəlblərini də kor edər». İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən əvvəlki ümmətlərdən biri günah etdikdə digəri gələrək ona: «Ey insan! Allahdan qorx. Səhəri sanki onu günah edərkən görməmiş kimi onunla birlikdə oturar, yeyər və içər. Allah onların belə etdiklərini gördükdə qəlblərini bir-birinə bənzədər və sonra da onları Peyğəmbərləri Davud və İsa əlehimussəllam ın dili ilə lənətləyər. Bu onların üsyan etmələri və həddi aşmalarına görə idi. Muhəmmədin nəfsi əlində olana and olsun ki, ya siz yaxşılığı əmr edib, pislikdən çəkindirər, zalımı əlindən tutaraq pislikdən çəkindirər, ya da Allah qəlblərinizi bir-birinizə bənzədər, sonra da onları lənətlədiyi kimi sizi də lənətləyər»119. İbn Əbi Dunya İbrahim b. Amr əs-Sənani deyir ki, Allah, Yuşa b. Nuna: «Mən qövmünün ən xeyirlilərindən 40 min, ən şərlilərindən 60 min nəfəri həlak edəcəyəm» deyə vəhy etdi. O: «Ya Rəbbim! Bunlar pislərdir, bəs yaxşılar nə üçün?». Allah: «Onlar mənim qəzəb etdiklərimə qəzəblənmir, pislərlə birlikdə yeyib-içirlər» deyə buyurdu. Əbu Ömər b. AbdulBərr, Əbu İmrandan rəvayət edir ki, Allah bir mələyi bir qəsəbəni əhalisi ilə birlikdə həlak etmək üçün göndərdi. Mələk o qəsəbədə məsciddə bir namaz qılan gördü və: «Ya Rəbbim! Bu qəsəbədə sənin namaz qılan bir qulun vardır» dedi. Allah: «O qəsəbəni də, onu da onlarla birlikdə həlak edin (Başqa rəvayətdə: İlk öncə ondan başlayın). Çünki onun üzü mənim rizam üçün bir dəfə də qızmamışdır». İbn Əbi Dunya, Vəhb b. Munəbbih rəvayət edir ki: «Davud - əleyhissəlam - xəta etdikdə: Ya Rəbbim! Məni bağışla» dedi. Allah: «Səni bağışladım, o xətanın ayıbını da İsrail oğullarına yüklədim» deyə buyurdu. Davud: «Ya Rəbbim! Sən heç kimsəyə zülm etməyən adil bir Hakimsən, bu necə ola bilər?» dedi. Allah: «Sən xətanı etdikdə onlar bu xətanı düzəltmədilər». Məlik b. Dinar rahmətullahi aleyhi rəvayət edir ki: «Hikmətli Allah buyurdu: «Mən hökmdarlar hökmdarı olan Allaham. Hökmdarların qəlbləri mənim əlimdədir. Elə isə kim mənə itaət edərsə hökmdarları onlara qarşı mərhəmətli edərəm. Kim də mənə üsyan edərsə hökmdarları onların başına bəla açarlar. Buna görə də hökmdarlara küfr etməyin. Lakin mənə tövbə edin ki, onları sizə qarşı şəfqətli edim». İmam Əhməd və digərləri Qatadə rahmətullahi aleyhi dən rəvayət edirlər ki, Yunus əleyhissəlam buyurdu: «Ya Rəbbim! Sən göydəsən, bizlər isə yerdə. Sənin qəzəbinin və rizanın əlaməti nədir?». Allah: «Sizə ən xeyirli idarəçiləri başçı təyin etmişəmsə bu sizdən razı olduğumun əlamətidir. Əgər ən şərli idarəçini sizə başçı təyin etmişəmsə bu da sizə olan qəzəbimdir». İbn Əbi Dunya, İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Nəfsim əlində olana and olsun ki, Allah yalançı idarəçilər, günahkar vəzirlər, xain məmurlar, qəlbləri leşdən daha iyrənc, fasiq din adamlarını göndər-mədikcə Qiyamət qopmaz. Allah bu din adamlarına bulanlıq bir fitnə göndərir ona da uyarlar. Muhəmmədin nəfsi əlində olana and olsun ki, İslamın dayaqları silinəcək sonda isə Allah, Allah deyən qalmayacaqdır. Ya yaxşılığı əmr edib pislikdən çəkindirəcəksiniz, ya da Allah sizə ən şərlilərini göndərər və onlar da sizə əzabın ən şiddətlisini daddırarlar. Sonra xeyirliləriniz dua etsə də belə qəbul olunmaz. Ya yaxşılığı əmr edib pislikdən çəkindirəcəksiniz, ya da Allah sizə kiçiklərinizə rəhm etməyən və böyüklərinizə də hörmət göstərməyən kimsələri göndərər». Sələflər deyirlər ki: «Allah bir millətə xeyir diləyərsə idarəçiliyi həlim olanlara, xəzinələrini də comərd olanlara verər. Bir millət pislik edərsə idarəçilərini ağılsız səfehlərə, xəzinələrini də simiclərə verər». Fudeyl b. İyad rahmətullahi aleyhi deyir ki: «Allah bir Peyğəmbərinə belə vəhy etmişdir: Məni tanıyan birisi mənə üsyan etdikdə ona Məni tanımayan birisi ilə imtahan edərəm». Yer yalnız onun üzərində günahların olmasına görə titrəyir, həlak edici külək, suya qərq olmaq, qasırğalar, yerin altının üstünə çevrilməsi halları yalnız günahların nəticəsinə görə baş verir. O, Allahdan qorxaraq titrəyir. Ömər b. AbdulAziz rahmətullahi aleyhi öz vəlilərinə məktub yazaraq deyir ki: «Bu titrəyiş elə bir şeydir ki, Allah bununla bəndələrini danlayır, onlara xitab edir…». İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bir qövm tərəzidə aldadarsa Allah onlara yağışın yağmasını kəsər. Bir qövmdə zina zühur edərsə onların içərisində ölüm zühur edər. Bir qövmdə riba ortaya çıxarsa Allah onların üzərinə dəlilik salar. Bir qövmdə bir-birini öldürmək ortaya çıxarsa Allah onların üzərinə düşmənlərini salar. Bir qövümdə Lut qövmünün əməli ortaya çıxarsa Allah onları yerə keçirər. Bir qövm yaxşılığı əmr edib, pislikdən çəkindirməyi tərk edərlərsə onların əməlləri qaldırılmaz, duaları da eşidilməz»120. Aişə - radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ey insanlar! Allah sizə buyurur: «Sizlər yaxşılığı əmr edib pislikdən çəkindirin. Yoxsa siz dua edərsiniz Mən də sizin dualarınıza cavab vermərəm, Məndən kömək istəsəniz sizə kömək etmərəm, Məndən istəsəniz sizə vermərəm»121. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlar zalımı görüb onun əllərini zülmdən çəkməzlərsə (Başqa rəvayətdə: Yaxşılığı əmr edib pislikdən çəkindirməzlərsə) aradan çox vaxt keçməz ki, Allah onları bir cəza ilə hamısını məhv edər (Başqa rəvayətdə: Sonra Ona dua etsəniz də O, sizin duanızı qəbul etməz)»122. Zahid Ömər deyir ki: «Öz nəfsindən qafil olub Allahdan üz çevirənin əlaməti: Allahın qəzəb etdiyi bir şeyi görüb lakin ona heç bir zərər və fayda verə bilməyən birisindən qorxduğu üçün yaxşılığı əmr etmədən və pislikdən də çəkindirmədən çıxıb getmək». Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Günah gizli olarsa yalnız sahibinə ziyan verər. Əgər günah açığa çıxarsa və (insanlar onu dəyişdirməzlərsə) bu zərər (müsibət) hamını bürüyər»123. İbn Əbi Dunya, İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Elə bir zaman gələcək ki, möminin qəlbi duzun suda əridiyi kimi əriyəcəkdir». «Nə üçün belə olacaq Ey Allahın Rəsulu?» deyə soruşdular. Peyğəmbər: «Pisliyi görüb və onu dəyişdirmədiyinə görə (Başqa rəvayətdə: Qüvvətli və çox olduqları halda124)». Sələflər deyirlər ki: «Günahlar küfrün dəhlizi, öpmə yaxınlığın, musiqi zinanın, baxma sevginin, xəstəlik də ölümün dəhlizidir». İmam Əhməd rahmətullahi aleyhi deyir ki, bizə Vəlid Əvzainin, Hilal b. Sadın belə dediyini eşitdim: «Günahın kiçikliyinə baxma. Lakin kimə üsyan etdiyinə bax». Fudeyl b. İyad rahmətullahi aleyhi deyir ki: «Günah nə qədər sənin gözündə kiçilərsə Allahın dərgahında bir o qədər böyüyər və nə qədər sənin gözündə böyüyərsə bir o qədər də Allah qatında günah kiçilər. Rəvayətlərdə gəlir ki, Allah, Musa əleyhissəlam a vəhy edir: «Yaratdıqlarım içərisində ilk ölən İblisdir». Musa: «Nəyə görə?» deyə buyurdu. Allah: «O, Mənə asi olduğuna görə. Mənə asi olanı mən ölülərdən sayıram». İbn Abbas - radıyallahu anhu rəvayət edir ki: «Ey günahkar! Günahın fitnəsindən və onun pis aqibətindən əmin olma. And olsun ki, günahdan sonra günah etmək etdiyin günahdan daha böyükdür. Günah edərkən sağında və solunda olan mələklərdən utanmamağın etdiyin günahdan daha böyükdür. Allahın sənə nə edəcəyini bilmədiyin halda gülməyin etdiyin günahdan daha böyükdür. Günahı etdikdə günahınla sevinmək daha böyük günahdır. Edə bilmədiyin günahdan ötrü üzülməyin daha böyük günahdır. Günah etdiyin zaman küləyin qapının pərdəsini əsdirdiyi zaman qorxmağın Allahın səni daima görüb və qəlbinin bundan qorxmamasından daha böyükdür. Vay olsun sənə! Əyyubun günahı nə idi ki, Allah bədəninə xəstəlik və malına isə yoxluq göndərdi? Bir kimsə zalıma qarşı ondan kömək istəmiş o da zalımı zülmündən çəkindir-məmişdi. Bu üzdən də Allah onu müsibətə qərq etdi». Vəhb rəvayət edir ki: «Allah Bəni İsrail Peyğəmbərlərinə buyurmuşdu: «Mənə itaət edildikdə razı qalıram. Razı qaldıqda bərəkət verirəm. Bərəkətimin də sonu yoxdur. Mənə asilik ediləndə isə qəzəblənirəm. Qəzəbləndikdə isə lənət edirəm. Lənətim də yeddi (nəsilə) uşağa da çatır». Aişə - radıyallahu anhə Muaviyə - radıyallahu anhu ya məktub yazaraq deyir ki: «Əgər bəndə günah edərsə insanların ona olan tərifi məzəmmətə çevrilər». Əbu Darda - radıyallahu anhu deyir ki: «Hər bir insan özü də hiss etmədən möminlərin qəlblərinin onu lənətləməsindən çəkinməlidir. Bu nədən baş verir bilirsinizmi? Bəndə heç kimsənin görmədiyi bir yerdə Allaha qarşı üsyanlar edir və heç fərqinə də varmadan Allah möminlərin qəlblərinə ona qarşı nifrət hisslərini qoyur». Abdullah b. Əhməd atasının Zuhd kitabında Muhəmməd b. Sirin rahmətullahi aleyhi dən bunu zikr etmişdi: Muhəmməd b. Sirin rahmətullahi aleyhi götürdüyü borca görə üzüldü və dedi: «Mən bu qədərin 40 il əvvəl etdiyim bir günah üzündən olduğunu bilirəm». Sələflər deyirlər ki: «Hər kim Allahdan qorxarsa Allah onu hər şeydən qoruyar, Kim də Allahdan qorxmazsa O da onu hər şeydən qorxudar. Allah məxluqatı yaratdıqda belə təqdir etmişdi: Qorxu və günah bir-birinə bağlıdır». Həmid Muhəmməd əl-Muslih deyir ki: «Bu günlərdə meydana gələn və əmin-amanlığın qalxması, insanların qorxu və fəsad içərisində yaşamalarına səbəb olan müharibələrin səbəbi dünyanı dolduran bir çox günah və üsyanlardır. «Allah bir şəhəri misal gətirir. O, şəhər əmin-amanlıq və arxayınçılıq içində idi. Ruzisi də hər yerdən bol-bol gəlirdi. Lakin əhalisi Allahın nemətini inkar etdi, Allah da həmin şəhərin sakinlərinə etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı». (ən-Nəhl 112).

İnsanlar etdikləri günahın təsirini həmən o anda görməzlər. Bəzən də günahın təsiri, zərəri sonra ortaya çıxır. Lakin onlar etdikləri günahı unutmuş və zənn edirlər ki, Allah onların etdiklərindən ötrü qəzəblən-məmişdir. Şair deyir ki: «Divar yıxıldıqda toz qalxmırsa, yıxıldıqdan sonra artıq onun tozu olmaz». Subhənəllah! Bu qara nöqtə neçələrini həlak etdi, neçə nemətləri yox etdi, neçə əzabları gətirdi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qul bir günah etdiyi zaman qəlbinə qara bir nöqtə düşər. O, günahdan çəkinib tövbə edər və istiğfar diləyərsə o nöqtə silinər və qəlbi yenə də parlayar. Lakin günahını təkrar etdiyi zaman o, qara nöqtə artar. Nəhayət bütün qəlbini tutar. Allahın ayəsində olan: «Xeyr, əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır». (əl-Mutaffifin 14) budur»125. Əbu Darda - radıyallahu anhu deyir ki: «Sizlər Allaha Onu görür kimi ibadət edin və özünüzü ölülərdən sayın. Bilin ki, sizə bəs edən az mal, sizi azdıran çox maldan daha xeyirlidir. Bilin ki, yaxşılıq əskilməz, günah da unudulmaz». Süleyman ət-Teymi rahmətullahi aleyhi deyir ki: «Bir kimsə gizlində günah edərsə sabahladıqda o (günahın) zəliliyi onun üzünə çökər». Zinnun rahmətullahi aleyhi deyir ki: «Bir kimsə gizlində Allaha xəyanət edərsə, Allah da onun örtüyünü aşkarda açar». Bütün bəlalar insanlara öz günahlarına görə baş verir. İbrət alan isə yalnız mömindir.



İbn Qeyyim rahmətullahi aleyhi öz dəyərli kitabı olan «əl-Cəvabul Kəfi» adlı kitabında bu günahların zərərlərini qeyd edir.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə