2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix19.11.2017
ölçüsü0,82 Mb.
#11146
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

 

20 


lənət  etsin»

81

.  Dahhaq  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  «Musiqi  qəlbləri 



pozar  və  Rəbbi  qəzəbləndirər»

82

.  Əbu  Qasım  Diməşqi  deyir  ki,  Əbu  Ali 



Ruzebariyə: «Əyləncə və  musiqini dinləyən  mənə halaldır, çünki  mən elə 

bir dərəcəyə çatdım ki, artıq mənə təsir etmir» deyən kimsədən soruşuldu. 

Əbu  Ali:  «Bəli,  o  dərəcələrə  çatdı,  lakin  Cəhənnəm  dərəcələrindən 

Sakara»  dedi.  Əbul  Həsən  deyir  ki,  bir  nəfər  başqa  birisinin  gitarasını 

qırdı. Gitarası qırılan Qazı Şureyhin yanına gələrək şikayət etdi. Şureyh də 

gitaranı qırana hər hansı bir təzminat ödətmədi»

83

.  


Qəsidələr  dinləmək  bəzi  kimsələrin  qəlblərində  Quranı  dinləməkdən 

daha  üstün  tutuldu.  Qəsidə  dinləyən  zaman  incələnən  qəlb  Quranı 

dinləməklə əsla yumşalmadı. Bu da onu göstərir ki, gizli bir hava onların 

qəlblərinə  yerləşmiş  və  onları  məğlub  etmişdir.  Onlar  isə  tam  başqa  şey 

zənn  edirlər.  Əbu  Hüseyn  Dərrac  deyir  ki:  Bağdatda  Yusuf  b.  Hüseyn 

Razini ziyarət etmək  istədim. Şəhərə daxil olduqda onun  evini soruşdum. 

Soruşduğum  hər kəs: O, zındığı sən neynirsən? Deyə soruşdular. Onların 

bu  sözlərindən  köksüm  daraldı.  O,  kecə  məsciddə  gecələdim.  Sonra  öz-

özümə bu şəhərə onu ziyarət etmək üçün gəldim. Onu ziyarət etmədən də 

dönməyəcəyəm  dedim.  Təkrar  onu  soruşmağa  başladım.  Ta  ki,  məscidə 

çatdım.  Əlində  Quran  oxuyan  birinin  onun  qarşısında  mihrabda 

oturduğunu gördüm. Ona yaxınlaşdım və salam verdim. Salamımı aldı və: 

Haradan  gəlirsən?  Deyə  soruşdu.  Mən:  «Filan  yerdən»  dedim.  Şeyxi 

ziyarət etmək üçün  gəldim. O: «Gözəl bir şer oxumağı bilirsənmi?»  dedi. 

Mən:  «Bəli»  dedim  və bir şer söylədim. O,  mushafı bağladı  və ağlamağa 

başladı. Çox ağlamaqdan saqqalı və əbası islandı. Mənə: «Ey oğul! Şəhər 

əhlinin  Yusuf  b.  Hüseynə  zındığ  demələrini  pis  qarşıladın.  Lakin  namaz 

vaxtından  bəri  Quran  oxuyuram,  gözümdən  bir  damla  yaş  da  gəlmədi. 

Lakin bu beytlə Qiyamətim az qala qopdu». İbn Teymiyyə 



 rahmətullahi 



aleyhi -

 

deyir ki: «Musiqi və çalğı alətlərini dinləmək şeytanın vəsvəsəsini 

gücləndirən  şeylərin  ən  böyüküdür.  Bu  müşriklərin  dinləyişidir»

84



Möminlərin əmiri Yəzid b. əl-Vəlid b. Abdul Məlik deyir ki: «Ey Umeyyə 

oğulları!  Musiqidən  çəkinin.  Çünki  o,  həyanı  azaldır,  şəhvəti  artırır, 

kişiliyi  yox  edir.  O,  içkinin  yerinə  keçir  və  sərxoşluğun  etdiyini  edir. 

Çünki  musiqi  zinanın  dəhlizidir»

85

.  İbnul  Cövzi 





  rahmətullahi  aleyhi  -

 

deyir  ki:  «Bilinməlidir  ki,  musiqi  dinləmək  iki  şeyi  bir  yerə  cəm  edir. 

                                                        

81

 İbn Əbi Dunyə «Zəmmul Məlahi», İbn Hibban.  



82

 İbnul Cövzi «Təlbisu İblis» s. 235. 

83

 İbn Əbu Şeybə «Musənnəf» 7/312,3275, Beyhəqi 6/101.  



84

 «Məcmuul Fətava» 11/295.  

85

 İbn Əbi Dunyə «Zəmmul Məlahi». 




 

21 


Qəlbi  Allahın  əzəmətini  düşünməkdən  və  ona  xidmətdən  uzaqlaşdırması 

və  qəlbi  ən  çox  hissi  şəhvətləri  yerinə  yetirməyə,  ani  ləzzətlərə  meyl 

etdirməsidir…  Zina  ilə  musiqi  arasında  bir  münasibət  vardır.  Çünki 

musiqi  ruhun  zövqü,  zina  isə  nəfsin  ən  böyük  zövqüdür.  Buna  görə  də 

musiqi zinanın dəvətçisidir… Şeytan abidlərdən haram səsləri eşitməkdən 

ümüdünü  kəsincə  ud  və  bənzəri  alətlərə  yönəltdi.  Onlara  bunu  xoş 

göstərdi.  Məqsədi  isə  bir  şeydən  digər  bir  şeyə  doğru  yavaş-yavaş 

yönəltməkdir»

86

.  


Zahid tabiin Muhəmməd b. əl-Munkər 



 rahmətullahi aleyhi - deyir ki: 

«Qiyamət  günü  gəldikdə  biri  səsləyərək:  Özlərini  və  qulaqlarını  Ləhvəl 

(əyləncə,  oyun,  boş  şey)  uzaq  olanlar  haradadırlar?  Onları  misk 

baxçalarına  yerləşdirin.  Sonra  mələklərə  deyilir:  Onlara  mənim 

mərhəmətimi  duyurun.  Orada  qorxu  olmadığını  və  üzülməyəcəklərini 

bildirin»

87

. Əbu Tayyib ət-Təbəri 





 rahmətullahi aleyhi -

 

deyir ki: «Musiqi 

dinləyənin  ağlı  və  həyası  əskilər.  Müsiqi  dinləmədən  əvvəl  nifrət  etdiyi 

çox  danışmaq,  yalan,  qəh-qəhə  ilə  gülmək,  çırtma  çalmaq,  ayağı  yerə 

vurmaq  kimi  əməlləri  bəyənməyə  başlayar»

88

.  İbn  Teymiyyə 





 

rahmətullahi aleyhi -

 

deyir ki: «Çalğılar, nəfslərin içkisidir. Onlar nəfslərə 

içkidən  daha  pis  təsir  edirlər  (Başqa  rəvayətdə:  Musiqi  zinanın 

yolçusudur. O, zinanın meydana gəlməsində ən böyük səbəblərdəndir)»

89



İbn  Teymiyyə 





  rahmətullahi  aleyhi  -

 

deyir  ki:  «Dinin  həqiqətindən, 

qəlblərin  hallarından,  zövqlərindən  və  həyacanlarından  xəbərdar  olan 

kimsə  fit  verib,  əl  çalmaq  (musiqi  dinləməyin)  zərəri  və  fəsadı  xaric, 

qəlblərə hər hansı bir fayda və xeyiri olmadığını bilir. İçki bədən üçün nə 

isə  musiqi  dinləmək  də  ruh  üçün  odur.  Buna  görə  də  mahnı  oxumağa 

düşkün olanlar şərabın sərxoşluğundan daha çox sərxoş olurlar. Onlar eyni 

ilə  içki  içənin  duyduğu  ləzzəti  duyurlar.  Hətta  içki  içənin  duyduğundan 

daha  çox  və  böyük  bir  zövq  alırlar.  Bu  onları  Allahı  anmaqdan  və 

namazdan, içkinin uzaqlaşdırdığından daha çox uzaqlaşdırar. İçkidən daha 

çox  aralarında  kin  və  düşmənçilik  salır»

90

.  İmam  Tartuşi 





  rahmətullahi 

aleyhi  -

 

dən:  «Bir  yerdə  bir  qrup  yığışaraq  Quran  oxuduqdan  sonra  bir 

kimsənin qalxıb onlara şer oxuyub rəks etməsi, cuşa gəlməsi, dəf və qaval 

çalan  kimsələrin  durumu  və  bunlarla  birlikdə  oturmağın  halal  olması  və 

olmaması  deyə  soruşulduqda  o:  «Sufilərin  getdikləri  bu  yol  sapıqlıqdır. 

                                                        

86

 İbnul Cövzi «Təlbisu İblis» s. 222.  



87

 İbn Əbi Dunyə «Zəmmul Melahi», Suyuti «Durrul Mənsur» 5/153.  

88

 İbnul Cövzi «Təlbisu İblis» s. 222. 



89

 «Məcmuul Fətava» 10/417.  

90

 «Məcmuul Fətava» 573-576.  




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə