2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


Musiqinin Haram Olması Barədə İcma



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix19.11.2017
ölçüsü0,82 Mb.
#11146
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

 

24 


Musiqinin Haram Olması Barədə İcma

94

 Vardır - Bilinməlidir ki, hər 

zamanda  və  hər  yerdə  din  imamları,  musiqi,  çalğı  və  musiqi  alətlərinin 

haram  edildiyi  barəsində  icma  etmişlər.  Allamə  Qurtubi 



  rahmətullahi 

aleyhi  -  deyir  ki:  «Onun  haram  edildiyində  ixtilaf  yoxdur»

95

.  İbn 



Teymiyyə 



 rahmətullahi aleyhi -



 

deyir ki: «Ud və bənzəri musiqi alətləri 

və çalğıların  haram olunduğunda onlar müttəfiqdirlər»

96

. İbn Teymiyyə 





 

rahmətullahi aleyhi -

 

deyir ki: «Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 



ümmətinin salehlərinə, abidlərinə və zahidlərinə əl çalmaq, dəf çalmaq ilə 

bərabər  beytləri  dinləmək  üçün  bir  yerə  yığışıb  toplanmalarını  din 

etməmişdir»

97

.  İbnus  Salahda,  dəf  və  qaval  ilə  birlikdə  mahnı  oxumağı, 



bununla bərabər rəks edib, fit çalmağı halal qəbul edən, belə bir işin halal 

və  Allaha  yaxınlaşdıran  bir  əməl  və  ibadətlərin  ən  fəzilətlilərindən 

olduğuna  inananların  hökmü  haqqında  verilən  bir  suala  bu  fətvanı 

vermişdir:  Bu  kimsələr  Uca  Allaha  iftira  etmişlər.  Onlar  bu  sözləriylə 

inkarçı,  batinilərin  yolu  ilə  getmiş,  müsəlmanların  icmasına  müxalif 

olmuşlar.  Müsəlmanların  icmasına  müxalif  olan  bir  kimsə  haqqında  isə 

Uca  Allah:  «Hər  kəs  özünə  doğru  yol  aşkar  olduqdan  sonra 

Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu 

istədiyi  yola  yönəldər  və  cəhənnəmə  varid  edərik.  Ora  necə  də  pis 

yerdir».  (ən-Nisa  115)

98

.  İmam  Şatibi,  bir  yerə  toplanaraq  cəmaat 

şəkilində yüksək səslə Allahı zikr edən, sonra da mahnı oxuyub, rəks edən 

bir  topluluğa  dair  verilən  suala  belə  cavab  vermişdir:  «Bütün  bunlar 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

 

in  yoluna,  səhabələrini  və 



onlara  gözəl  bir  şəkildə  tabe  olanların  getdikləri  yola  müxalif  olmaq, 

sonradan  uydurulmuş  bidətlərdir».  İmam  Şafii 



  rahmətullahi  aleyhi  -

 

deyir ki: «Musiqi məkruh olan bir əyləncədir. Kim onu çox dinləyərsə o, 

səfehlərdən  sayılar  və  şəhadəti  qəbul  edilməz».  İbn  Qeyyim 



 



rahmətullahi  aleyhi  -

 

deyir  ki:  «Bu  musiqi  haramdır  və  çirkindir. 

Müsəlmanlardan  heç  kimsə  onu  mübah  görməz.  Üzündən  həya pərdəsini 

                                                        

94

 İcma  –  Toplanmaq,  dağılmış  şeyləri  toplamaq,  hazırlamaq  və  s.  mənadadır. 



Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  ümmətindən  olan  Müctəhidlərin 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  vəfatından  sonrakı  hər  hansı  bir 

dövürdə  bir  məsələnin  hökmündə  fikir  birliyi  etmələridir.  İcma  İslam  fiqhinin 

qaynaqlarından  üçüncüsüdür.  Qəti  şəri  bir  dəlildir.  Ona  qarşı  gəlmək  əsla  caiz 

deyildir. Şovkani «İrşadul Fuhul» s.71, «Məcmuul Fətava» 1/341.  

95

 «Əhkəmul Quran» Loğman 6.  



96

 «Minhəcus Sunnə» 3/439, «Məcmuul Fətava» 11/576.  

97

 «Məcmuul Fətava» 565.  



98

 Fətva İbnus Salah 300-301, İbn Qeyyim «İğasətul Lehfan» 1/228.  




 

25 


və  din  örtüyünü sıyırıb atmış, Allaha, Rəsuluna, dininə və qullarına qarşı 

açıqca  çirkinlikləri  söyləyənlərdən  başqası  onu  gözəl  görməz.  Bu  kimi 

pisliklərə  sahib  olan  musiqinin  çirkinliyi  insanların  fitrətində  də  yer 

tutmuşdur.  Belə  ki,  kafirlər  də  bundan  ötrü  müsəlmanları  və  dinlərini 

ayıblayırlar.  Bəli,  müsəlman  alimləri,  İslam  dini  ağıl  və  din  xüsusunda, 

məhrəm  qadınlar  və  uşaqlar  haqqında  bir  çox  pisliklərə  səbəb  olan  bu 

musiqi  dinləməkdən  uzaqdırlar.  Belə  bir  musiqi  dinləmək  dini  nə  qədər 

ifsad  etmiş,  neçə  sünnətin  ölməsinə  səbəb  olmuş,  nə  qədər  həyasızlıq  və 

bidətin canlanmasına səbəb olmuşdur?

99

  



Kitab (Quran) oxunur, başlarını əydilər, xuşudan deyil! 

Bu bir şəkildir, səmimiyyət yoxdur bunda yaxşı bil! 

Bax, musiqi və çalğıda necə coşdurur! 

Bil ki, buna Allah üçün deyil şeytan üçün coşdular! 

Musiqinin  qəlblərdə,  ruhlarda  və  dinlərdə  səbəb  olduğu  pisliklər 

sayılmayacaq  qədər  çoxdur.  Mahmud  əl-Alusi 



  rahmətullahi  aleyhi  -

 

deyir  ki:  «Digər  İslam  ölkələrində  və  bəzi  bölgələrdə  musiqi  bəlası  hər 

tərəfi  bürümüşdür.  Məscidlər  və  başqa  yerlər  də  bu  şeydən  qorunmamış-

dır.  Hətta  bəzi  vaxtlarda  minarələrdə  mahnı  oxuyan  müğənnilər  təyin 

edilmişdir.  Bunlar  da  içkini,  meyxanaları  və  haram  sayılan  daha  bir  çox 

şerləri  oxuyurlar.  Bununla  bərabər  belələrinə  vəkfdən  bəlli  bir  pay  da 

ayrılmışdır…  Bundan  daha  çirkin  sufilərin  iblislərinin  və  azğınlarının 

etdikləridir.  Digər  tərəfdən  onlar  söylədikləri  mahnıların  və  oxuduqları 

şerlərin ihtiva etdiyi batil dolayısıyla onlara etiraz edildikdə belə deyərlər: 

Bizlər  (şərab)  ilə  İlahi  sevgini,  ən  böyük  sevgili  olan  Allahı  qəsd  edirik. 

Lakin  belə  bir  fəhm  hörmətsizlikdir.  Çünki  Allah:  «Ən  gözəl  adlar 

Allahındır.  Onu  bu  adlarla  çağırıb  dua  edin.  Onun  adları  barəsində 

küfr  edənləri  tərk  edin.  Onlar  etdikləri  əməllərin  cəzasını  alacaqlar». 

(əl-Əraf  180).  Onların  oxuduqları  şerlərin  çoxu  oxuna  biləcək  şerlərin  ən 

pisidir.  Buna  baxmayaraq  onlar  bu  işin  Allaha  yaxınlaşdıran  bir  əməl 

olduğuna  inanır  və  bu  işi  ən  çox  istəyən  və  arzu  edənlərin  Allahın 

nemətini  ən  çox  istəyən,  əzabından  ən  çox  qorxan  kimsələr  olduğunu 

iddia edirlər. Allah onları öldürsün! Necə də iftira atırlar?»

100


.  

«Bu  gün  sizin  dininizi  tamamladım»  (əl-Maidə  3)  deyə 

buyurmaqdadır.  Əgər  əyləndirici  musiqi  alətlərini  çalmaq  yaxud  da 

dinləmək  dinin  bir  parçasını  təşkil  etsə  və  aləmlərin  Rəbbinə 

yaxınlaşdırıcı olsaydı, əlbəttə ki, Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

                                                        

99

 Məsalətul Səma 106-108.  



100

 (Loğman 6) təfsir edərkən bu sözləri söyləmişdir 11/72-75.  




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə