2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix19.11.2017
ölçüsü0,82 Mb.
#11146
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

 

22 


İslam sadəcə Allahın Kitabı və Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 

in Sünnəsidir. Rəks və cuşa gəlməyə gəlincə isə onu ilk edənlər Samirinin 



yoldaşlarıdır.  Samiri  onlara  cansız  bir  cəsəd  olaraq  bir  buzov  heykəli 

etdikdə, onlarda onun ətrafında rəks edib cuşa gəldilər. Rəks isə kafirlərin 

və  buzova  tapınanların  dinidir…  Allaha  və  Axirət  gününə  iman  edən  bir 

kimsənin  onlarla  birlikdə  olması  və  onlara  kömək  etməsi  halal  olmaz. 

İmam  Məlik,  Şəfii,  Əbu  Hənifə,  İmam  Əhməd  və  başqa  müsəlmanların 

imamlarının  məzhəbi budur»

91

. İbn Bazz 





  rahmətullahi  aleyhi  -

 

deyir  ki: 

«Əylənmək üçün (musiqi alətləri ilə edilən) bir şeyi əhatə edən musiqiləri 

dinləmək  evdə  və  ya  minikdə,  toplantıda,  məclislərdə,  istər  kişi  olsun, 

istər  qadın  dinləyən  hər  kəsə  haramdır.  «İnsanlar  içərisində  eləsi  də 

vardır  ki,  nadanlığı  üzündən  xalqı  Allah  yolundan  döndərmək 

(sapdırmaq)  və  bu  minvalla  onu  məsxərəyə  qoymaq  üçün  mənasız, 

oyun-oyuncaq  sözləri  satın  alar.  Məhz  belələrini  rüsvayedici  bir  əzab 

gözləyir».  (Loğman  6).  Çünki  o,  qəlb  üçün  bir  fitnədir,  onu  pisliyə 

həvəsləndirər,  yaxşılıqdan  çevirər,  insanın  vaxtını  zay  edər».  Əbu 

Abdullah b. Batta əl-Ukberi belə deyir: «Bir nəfər mənim yanıma gələrək 

musiqi dinləməyin  hökmünü soruşdu. Mən də onu bundan nəhy etdim  və 

alimlərin bu işi pis gördüklərini, səfehlərin isə xoş gördüklərini söylədim. 

Bunu  ancaq  sufilərdən  bir  qrup  edər.  Zahid  olduqlarını  izhar  edərlər. 

Sevgi və məhəbbəti iddia edərlər, qorxu və ümüdü itirərlər. Gənclərdən və 

qadınlardan dinləyirlər. Coşurlar, bağırırlar və bayılıb özlərindən gedirlər. 

Zənn  edirlər  ki,  bütün  bunlar  Rəblərinə  olan  sevginin  şiddətindəndir. 

Allah onların söylədiklərindən münəzzəhdir». Şeyx Usymin, Şeyx Albani 



  rahmətullahi  aleyhi  -

 

deyirlər  ki:  «Musiqi  dinləmək  haramdır»

92

 

                                                        



91

 Qurtubi  11/237,  Heysəmi  «Kəffir  Rua  An  İstima  Alatis  Səma»  (Zəvacirin 

dipnotu səh 50).  

92

 «Fətva  İslamiyyə»  Muhəmməd  əl-Musnid  4/388,390,395,  397,  Darul  Vətən, 



Həmçinin  Şeyx  əl-Albani –  rahmətullahi  aleyhi  - nin  bu  mövzu  ilə  bağlı ayrıca 

bir  kitabı  da  vardır.  «Təhrimu  Alatil  Tarab».  Sual:  Bildiyiniz  kimi  radio  və 

televizorlarda  davamlı  çalğı  alətləri  ilə  söylənən  dini,  milli  mahnılarla  uşaq  və 

doğum  günü  mahnılarının  hökmü  nədir?  Cavab:  Şeyx  Useymin  –  rahmətullahi 



aleyhi  -  deyir  ki:  «Çalğı  qəti  olaraq  haramdır.  Dini  və  milli  nəşidlər,  uşaq 

mahnıları  musiqi  alətləri  ilə  olduqda  haramdır.  Doğum  günləri  isə  batildir.  Bu 

məclislərə  qatılmaq  və  orada  iştirak  etmək  isə  haramdır.  «Fətva  İslamiyyə» 

Muhəmməd  əl-Musnid  4/390.  Sual:  Çalğı  alətlərinin  satışı,  musiqi  kassetlərinin 

satılması və dinlənməsi, bu kassetlərin satılması və ticarəti ilə əldə edilən pulun 

hökmü, bu cür kasset satanların dükanlarını kirayə vermələrinin hökmü. Dükanı 

kirayə verənlə orada satış edən, bu kassetləri satın alanların günahını yüklənirmi, 

yoxsa yox? Bizə bunun fətvasını verin. Allah sizə əcr versin və sizdən razı olsun. 




 

23 


demişlər.  Şeyx  əl-Albani 



  rahmətullahi  aleyhi  -



 

öz  başına  gələn  bir 

hadisəni belə anladır:  «Mən Dəməşqdə  öz dükanımda  saat təmir  edirdim. 

Tələbə  olan bir  müştəri  mənə  yaxınlaşdı. Başında Suriyada tanınan abani 

(ipək  parça  sarı  cizgilərlə)  kimi  bir  sarğı  vardı.  Qoltuğunun  altında  olan 

cihaz  diqqətimi  çəkdi.  (Musiqi)  dinləmək  üçün  cihaz  olduğunu  zənn 

etdim.  Nə  olduğunu  soruşduqda  təmin  etdiyim  kimi  mənə  cavab  verdi. 

Mən  də  heyrətlə:  Sən  müğənnisən?  deyə  soruşdum.  O:  Xeyr,  lakin, 

dinləyirəm  dedi.  Mən:  Məgər  sən  dörd  imamın  haram  olduğunu  görüş 

birliyi ilə ifadə etdiklərini bilmirsən? dedim. O: Mən yaxşı bir niyyətlə bu 

işi  edirəm,  dedi.  Mən:  Bu  necə  olur?  Deyə  soruşdum.  O:  Mən  əlimdə 

təsbeh olduğu halda oturur Allahı təsbih və zikr edirəm. Bu arada Ummu 

Gülsümün  mahnılarını  da  dinləyirəm.  Onun  şirin  səsi  ilə  Cənnətdə  olan 

Cənnət  qadınlarının  səslərini  xatırladıram.  Bu  sözlərinə  lazımı  cavabı 

verdim.  Lakin  indi  ona  nə  dediklərimi  tam  xatırlamıram.  Bir  həftədən 

sonra təmir edilmiş saatını almaq üçün  gəldi. Yanında da daha güclü  elm 

tələbəsini  gətirmişdir.  Bu  kişi  Rabidatul  Uləma  cəmiyyətinə  mənsub 

tanınmış  birisi  idi.  Yoldaşını  dəstəkliyərək  mövzu  ilə  bağlı  açıqlamalar 

etdi.  Gözəl  niyyətinə  görə  məzurdur  dedi.  Mən:  İnsanı  Allaha 

yaxınlaşdırması bir qırağa dursun, yaxşı niyyətin haramı halal edə bilməz, 

dedim.  Bir  müsəlman  Cənnət  şərabını  xatırlamaq  idiasıyla  şərab  içməyi 

halal  qəbul  edərsə bu haqda nə  deyirsən? Eyni şeyi zina üçün  də söyləyə 

bilərəm. Allahdan qorx, Allahın haram etdiyini halal  etmə! Hətta ən bəsit 

bir  hiylə  ilə  Allaha  yaxınlaşma  və  Allahın  haramlarını  halal  edən  qapını 

insanlara  açma,  dedim.  Bundan  sonra  o,  kimsə  söyləyəcək  bir  söz 

tapmadı»


93

.  


                                                                                                                              

Cavab:  Şeyx  Useymin  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  «Zikr  etdiyiniz  bu  çalğı 

alətlərinin dinlənməsi və satışı haramdır. Belə bir kassetləri olan kimsənin tövbə 

etməsi,  faydalı  bir  şey  yazmaq  üçün  onların  içindəkiləri  silməlidir.  Onların 

satılmasından və ticarətinin edilməsindən əldə edilən pul isə haramdır. Sahibinə 

halal deyildir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah bir şeyi 

haram edincə onun satışını (gəlirini) də haram edər». Bu cür kasset satanların öz 

dükanlarını kirayə vermələri də haramdır. Bundan alınan pul da haramdır. Çünki 

bu  Allahın:  «Günah  və  düşmənlik  üzərində  bir-birinizlə  yardımlaşmayın» 

buyurduğu  ilə  qadağan  etdiyi  günah  və  düşmənlik  üzərə  yardımlaşmağa  daxil 

olar. Satın alanların günahları öz üzərlərinə olduğu kimi satıcıya və dükanı kirayə 

verənə,  müştərilərin  günahından  heç  əskiltmədən  yüklənər.  Allah  ən  yaxşı 

biləndir. «Fətva İslamiyyə» Muhəmməd əl-Musnid 4/397.  

93

 İslam Fiqhində Çalğı Alətləri.  




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə