2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix19.11.2017
ölçüsü0,82 Mb.
#11146
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

 

40 


(üzərinə  simlər  çəkilmiş  üçkünc  qutuşəkilli  musiqi  aləti)  və  s.  kəmağıl  və 

fasiq  musiqiçilərdə  olan  bu  alətlər  ixtilafsız  haramdır.  Lakin  kim  bu 

məsələdə  ixtilaf  olduğunu  söyləyərsə  atrıq  xəta  etmiş  və  nəfsi-istəyi  onu 

kar,  kor  və  doğru  yolla  getməyə  mane  olmuşdur”

153

.  İbn  Rəcəb  – 



rahmətullahi aleyhi - deyir ki: “Musiqi alətlərinin icazəli olması barəsində 

Saleh  Sələflərdən  heç  bir  fikir  (söz)  yoxdur.  Bu  kimi  əməli  yalnız  daha 

sonrakı  nəsillər  Zahirilər  və  Sufi  əqidəsində  olanlar  icazə  vermişlər. 

Onların  bu  rəyləri  isə  qəbul  edilmir.  Kim  ki,  bu  əməlin  icazə  verilməsi 

barəsində  nə  isə  deyərsə  artıq  azmışdır”

154


.  İbn  Kəsir  –  rahmətullahi 

aleyhi -  deyir ki:  “İmamlar musiqi  alətlərinin qadağan  olunması  barəsində 

İcma olduğunu söyləyiblər.”

155

. İmam Şatibi – rahmətullahi aleyhi -  deyir 



ki:  “Ərəblərdə  musiqi  alətləri  ilə  şer  söyləmək  onların  adətlərindən 

deyildir”

156

.  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Üç  xeyirli 



əsirdən  heç  kimsə  Saleh  Sələflərdən  Hicazda,  Şamda,  Yəməndə,  Misirdə, 

İraq  və  Xorasanda  bu  cür  fıştırıq,  əl  çalmaq  və  baraban  səslərinə  qulaq 

asmazdılar.  Həqiqətən  bu  onlardan  sonra  ikinci  yüzillikdə  (dinə) 

salınmışdır.  İmamlar  bunları  gördükləri  zaman  qadağan  etməyə 

başladılar”

157


.  

İslam Nəşidləri (Şerlər) 

 Nəşid – şer və ya yüksək səslə şer söyləmək 



deməkdir

158


.  Günümüzdə  melodik  şəkildə  Nəşid  oxumaq  şer  söyləmək 

kimidirmi?  

“İslam Nəşidlərinin” qadağan  olunması barədə Sələf alimləri arasında 

heç bir ixtilaf yoxdur. Sələflərdən heç kəs Nəşidləri Allaha dəvət, Allaha 

yaxınlaşmaq üçün bir vasitə (üsul) etməyi, həmçinin Nəşidlərdə cəlb edici 

gözəl  (kişi  və  qadın)  səslərində  istifadə  etməyi,  başı  əsdirərək,  səsi 

incələdərək,  qrup  halında,  xor  şəkilində  onları  oxumağı,  arxa  plandan 

(fondan)  sintezator,  təbil  (baraban)  və  s.  alətlərdən  istifadə  edərək  Nəşid 

(şer) söyləməyi qadağan ediblər.  

Şer formasında olan  mahılara gəldikdə isə: “Tələffüzü şer formasında 

olub, dəvət və ibadət vasitəsi kimi istifadə edilmirsə, xor və melodik (səsi 

incələdəcək,  başı  əsdirəcək)  şəkildə  oxunmursa  bunda  heç  bir  qadağa 

yoxdur”. İnsanların bu gün adlandırdığı “İslam Nəşidləri” çox  yüzilliklər 

bundan qabaq da var idi. Lakin illər keçdikcə bu adlar dəyişməyə başladı. 

                                                        

153


 “Kaffu ar-Rua” 124.  

154


 “Nuzhətu Əsmə” 69.  

155


 “Məsələtus Səma” 472.  

156


 “əl-İtisam” 1/368.  

157


 “Məcmuul Fətava” 11/569.  

158


 “Lisanul Arab” 13/256, “Qamus əl-Muhit” 411.  


 

41 


Əvvəllər  bu  Nəşidlər  “Təqbir”  “Qəsidə”  adlanırdı.  Onlar  ortaya  çıxdığı 

zaman  ümmətin  alimləri  bu  kimi  əməlləri  bidət  və  zəlalət  adlandırdılar. 

İmam Əhməd – rahmətullahi aleyhi – dən soruşurlar ki: «Qəsidə oxuyan 

kimsələr barəsində sözün nədir?”. Şeyx: “Bu bir bidətdir və bu işlə məşğul 

olan  kimsələrlə  eyni  məclisdə  oturmayın”  dedi

159


.  İslam  dinində  “İslam 

Nəşidləri”  deyilən  bir  anlayış  yoxdur.  Bu  ifadənin  özünü  İslama  nisbət 

etmək  belə  qadağandır.  Lakin  günümüzdə  bir  çox  qadağan  olunmuş 

şeyləri  İslama  nisbət  edilər:  İslam  Fəlsəfəsi,  İslam  Musiqisi,  İslam 

filimləri,  İslam  Teatırı  və  s.  halbuki  İslamın  bunlarla  heç  bir  əlaqəsi 

yoxdur.  



“İslam  Nəşidlərinin”  Qadağan  Olunmasına  Birinci  Səbəb  –  “İslam 

Nəşidlərini”  Dəvət  Məqsədilə  İstifadə  Etmək  Olarmı?:  “İslam 

Nəşidlərinin” qadağan olunmasına başlıca dəlil günümüzdə onların Allaha 

və  Onun  dininə  dəvət  metodu  (vasitəsi)  kimi  istifadə  olunmasıdır.  Onun 

vasitəsilə  insanlar  Allaha  yaxınlaşmağı  axtarırlar.  Bir  qrup  oxuyur,  digər 

qrup  isə  qulaq  asır.  Nə  Quranda,  nə  də  Sünnədə  əsası  olamyan  istənilən 

bir  şey  (söz,  əməl)  Allahın  dininə  nisbət  edilərsə  Bidətdir  və  rədd 

olunandır.  

Bidət  –  Bəd  –  sözündən  götrülmüşdür.  Uydurma,  yeni  bir  şey  irəli 

sürmək deməkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vəfatından 

sonra  ibadət  və  Allaha  yaxınlıq  niyyətilə  qondarılmış,  lakin  nə  Quranda, 

nə  də Sünnədə  dəlili  olmayan hər hansı bir etiqadi sözə və  əmələ deyilir. 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, sözlərin 

ən  doğrusu  Allahın  kəlamı,  yolların  ən  xeyirlisi  Muhəmməd  -  səllallahu 



aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. 

Sonradan  uydurulub  dinə  salınan  hər  bir  əməl  (iş)  bir  bidətdir,  hər  bir 

bidət isə bir zəlalətdir (sapmaqdır), hər bir zəlalət isə oddadır

160


. İbn Ömər 

-  radıyallahu  anhu  –  deyir  ki:  «İnsanlar  gözəl  görsələrdə  hər  bir  bidət 

zəlalətdir»

161

.  Aişə  –  radıyallahu  anhə  –  rəvayət  edir  ki,  Peyğəmbər  



səllallahu aleyhi və səlləm – buyurdu: «Hər kim bizim bu işimizlə əlaqəli 

ondan  olmayan  bir  şeyi  sonradan  ortaya  çıxararsa  o,  rədd  olunacaqdır 

(Başqa  rəvayətdə:  Hər  kim  bizim  işimizə  uyğun  olmayan  bir  əməl  etmiş 

olarsa  o  (əməl)  rədd  olunacaqdır)»

162

.  Əli  -  radıyallahu anhu  –  deyir  ki: 



«Əgər din ağıla görə olsaydı (xufun) alt tərəfinin məst edilməsi, üst tərəfin 

                                                        

159

 Məsələtus Səma 124.  



160

 Müslim  «Şərhu  Nəvəvi»  6/153-156,  Əhməd  3/319,371,  Nəsəi  3/188-189, 

Beyhəqi «Sünnənul Kubra» 3/214.  

161


 Darimi.  

162


 Buxari 2697, Müslim 1718.  


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə