2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


ŞƏKİSSİLƏHİ BƏTALUN MUCƏRRABU



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix19.11.2017
ölçüsü0,82 Mb.
#11146
1   ...   23   24   25   26   27   28   29   30   31

 

56 


ŞƏKİSSİLƏHİ BƏTALUN MUCƏRRABU 

İZƏL HURUBU ƏQBƏLƏT TƏLƏHHƏBU 

Artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən! 

Müharibə başlayıb döyüş alovlanarkən, 

Mahir silah ustası, təcrübəli ərəm mən. 

Onun sözlərinə cavab olaraq Əli:  

ƏNNƏLLƏZİ SƏMMƏTNİ UMMİ HƏYDƏRAH 

KƏLƏYSİ ĞABƏTİN KƏRİHİL MƏNZARAH 

UFHİMU BİSSAİ KƏYLƏSSƏNDƏRAH 

Anamın Heydər (aslan) adlandırdığı mənəm, 

Meşələr aslanı tək zəhimli görkəmliyəm, 

Düşmənləri pərən-pərən edib tez öldürərəm! 

Şeri  oxuyaraq  döyüşə  atıldı  və  Mərhəbin  başından  qılınc  ilə  vuraraq 

onu öldürdü. Bundan sonra Xeybər məhz Əli - radıyallahu anhu 

 nun iki 



əli  ilə  alındı

207


.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  Mədinəyə 

gəldikdə Əbu Bəkr ilə Bilal - radıyallahu anhum 



 xəstə idilər. Əbu Bəkr 

-  radıyallahu  anhu 

  nun  qızdırması  yüksəldikdə  deyərdi:  Hər  kişi  öz 



ailəsi  arasında  səhəri  açmaqdadır,  Ölüm  isə  hər  kəsə  ayaqqabı  bağından 

daha  yaxındır…»

208

.  «Şairlərə  gəlincə  onlara  ancaq  azğınlar  uyar. 



Məgər  görmürsənmi  ki,  onlar  hər  bir  vadidə  sərgərdan  gəzirlər.  Və 

onlar  etmədikləri  şeyləri  deyirlər».  (əş-Şuəra  224-226)  ayəsi  nazil 

olduqda İslam şairləri Abdullah b. Rəvaha, Kəb. b. Məlik, Həsən b. Sabit 



radıyallahu anhum 

 Peyğəmbər 





 sallallahu aleyhi və səlləm 



 in yanına 

gələrək: «Ya Rəsulullah! Uca Allah bu ayəni nazil edib. Allah bilir ki, biz 

şairik?»  dedilər.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  son  ayəni 

oxuyaraq: «Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və 

zülmə  uğradıqdan  sonra  intiqamını  alanlardan  başqa!  Zülm  edənlər 

hara düşəcəklərini mütləq biləcəklər». (əş-Şuəra 227)

209


.  

Əbu  Hureyrə  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





 

sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Sizdən  birinizin  içi  irin  ilə  dolub 

xarab olması, onun üçün şer ilə dolmasından daha xeyirlidir»

210


. Əbu Səid 

əl-Xudri - radıyallahu anhu 

 rəvayət edir ki, biz Peyğəmbər 





 sallallahu 

aleyhi  və  səlləm 



  ilə  birlikdə  Arc  deyilən  sahədə  yeridiyimiz  zaman  şer 

yazan  bir  şairlə  rastlaşdıq.  Peyğəmbər:  «Şeytanı  tutun.  Bir  kimsənin  içi 

irin ilə dolub xarab olması, onun üçün şer ilə dolmasından daha xeyirlidir» 

                                                        

207


 Müslim 1807, Buxari «Xeybər Döyüşü Babı», Müslim 2406. 

208


 «Silsilatul Ahadisi Sahiha» 2584.  

209


 Buxari «Ədəbul Mufrad» 870.  

210


 Müslim 2257. 


 

57 


deyə  buyurdu

211


.  Əbu  Hureyrə  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki, 



Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Şairlərin  söylədik-

ləri  ən  doğru  beyt  Ləbidin:  «Ələ  Kullu  Şeyin  Mə  Xaləllahə  Batilu 



 

Xəbəriniz olsun  ki, Allahdan başqa hər şey batildir» sözüdür

212

. Əsvəd b. 



Səri deyir ki, mən şair idim. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 in 

yanına  gəlib  dedim:  «Rəbbimə  təriflər  dediyim  mədhiyələri  sənə 

oxuyummu?». Peyğəmbər: «Rəbbim həmd olunmağı sevir» deyə buyurdu 

və buna heç nə əlavə etmədi

213

. Aişə - radıyallahu anhə 



 rəvayət edir ki, 

şerdən bir qismi yaxşı olur, bir qismi isə pis. Sən yaxşısını götür, pisini isə 

tərk  et.  Mən  Kəb  b.  Məlik  -  radıyallahu  anhu 

  nun  şerlərindən  bəzisini 



rəvayət  etdim.  O,  şerlərdən  bir  qəsidəsində  40  və  bundan  daha  az  beyt 

vardır»


214

.  Miqdam  b.  Şureyh  atasından  rəvayət  edir  ki,  mən  Aişə  



radıyallahu anhə 

 yə dedim: «Peyğəmbər 





 sallallahu aleyhi və səlləm 



 

şer  deyərdimi?».  Aişə:  «Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



 

Abdullah b. Rəvaha - radıyallahu anhu 

 nun şerlərindən oxuyub deyərdi: 



Sənə  xəbər  gətirər,  təmin  etmədiyin  kəs»

215


.  Şərid  rəvayət  edir  ki, 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  məndən  Umeyyə  b.  Səltin 

şerindən  oxumağımı  istədi.  Mən  də  oxudum.  Peyğəmbər:  «Davam  et, 

davam  et»  deyə  buyurdu.  Mən  yüz  beyt  oxudum.  Peyğəmbər:  «Umeyyə 

az  qala  müsəlman  olacaqdı»  deyə  buyurdu

216


.  Aişə  -  radıyallahu  anhə 

 



rəvayət  edir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu: 

«İnsanların ən böyük günah qazananı o, şairdir ki, bir qəbiləni (öz şerilə) 

pisləyir…»

217


.  

Həmçinin  Qəlbləri  axirəti  xatırlatmağa  yönəldən  «Zuhdiyyət»  adını 

verdikləri şerlər də bu qəbildəndir. Məs:  

Ey qəflət içində batan, 

Nə vaxta qədər gözəl görəcəksən çirkinliləri, 

Nə vaxta qədər, nə vaxta qədər qorxmayacaqsan, 

                                                        

211


 Müslim 2259.  

212


 Müslim  2256.  Ləbid  b.  Rabia  olub  cahiliyyə  dövrünün  şairlərindəndir.  İslamı 

qəbul  etmiş  və  uzun  ömür  sürmüşdür.  Ənəs  b.  Məlik  -  radıyallahu  anhu  –  nun 

rəvayət  etdiyinə  görə  140  il  yaşamışdır.  Osman  -  radıyallahu  anhu  –  nun 

xəlifəliyi  dövründə  Kufədə  ölmüşdür.  Quranı  dinləyib  öyrəndikdən  sonra  İslami 

həyatında heç şer söyləməmişdir.  

213


 Buxari «Ədəbul Mufrad» 861.  

214


 Buxari «Ədəbul Mufrad» 866.  

215


 Buxari «Ədəbul Mufrad» 867.  

216


 Buxari «Ədəbul Mufrad» 869.  

217


 Buxari «Ədəbul Mufrad» 874.  


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə