2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix19.11.2017
ölçüsü0,82 Mb.
#11146
1   ...   23   24   25   26   27   28   29   30   31

 

54 


onlar  bu  ölkəyə  (Səudiyyə  Ərəbitanına)  daxil  olaraq  Nəşidləri  kasset 

formasında  buraxmağa  başladılar.  Onlar  yayıldıqları  zaman  alimlər 

Nəşidləri qadağan olunması barədə fətvalar verdilər”

204


.  

Kim  istəsə  yazılı  və  ya  səsli  formada  bu  kitab  və  kassetlərə  qayıda 

bilər:  İbrahim  b.  Abdullah  əl-Mutlaq  “Əqvalul  Uləma  Fil  Anaşid  Vət 

Təmsil”,  “əl-Anaşid  əl-İsləmiyyə  Bəynə  əl-İbəhə  Vət  Təhrim”,  Usamə 

AbdulMunim “əl-Qovlu Mufid Fi hukmu Anaşid”, AbdulAziz ər-Reys b. 

Reys  “Hukmu  Mə  Yusəmmə  Bil  Anaşid  əl-İsləmiyyə”,  “əl-Ədillə  əş-

Şəriyyə Fi Hukmu Anaşid əl-İsləmiyyə”.  

Musiqi  Aləti  Olmadan  Şer  Söyləmək 



  Artıq  biz  çalğı  alətlərilə 

birlikdə 

mahnı  söyləməyin  haram  olduğunu,  bayram  və  toy 

mərasimlərində  çalınan  dəfdən  (yalnız  qadınlara  icazəlidir)  başqa  bütün 

çalğı  alətlərinin  haram  olduğunu,  günümüzdə  olan  “İslam  Nəşidlərinin” 

səsi  incələdərək,  melodik  şəkildə,  başı  əsdirərək,  qrup  və  xor  şəkilində 

söylənilməsinin  qadağan  olunduğunu  öyrəndik.  Bəs,  çalğı  aləti  olmadan 

şer söyləməyin hökmü nədir?  

əl-Albani 



  rahmətullahi  aleyhi  -

 

deyir  ki:  «Bunun  haram  olduğunu 

kəsin  olaraq  söyləmək  doğru  deyildir.  Çünkü  belə  bir  qəti  ifadənin 

söylənilməsinə dəlil yoxdur. Keçmişdə  və indiki zamanda bəzi sufilər və 

bir  qrup  hava  (bidət)  əhlinin  etdiyi  kimi  kəsin  olaraq  mubah  olduğunu 

söyləmək də doğru deyildir. Çünki mahnı şer ilə olur. Şer də kəsin olaraq 

haram edilməmişdir”. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 buyurdu: 

«Şübhəsiz ki, şerin bir qismi hikmətdir»

205

. Peyğəmbər 





 sallallahu aleyhi 

və  səlləm 



  dən  şer  haqqında  soruşduqda  o,  buyurdu:  «Şer  bir  sözdür. 

Gözəl  olanı  gözəl,  çirkin  olanı  da  çirkindir»

206


.  Peyğəmbər 



  sallallahu 



aleyhi və səlləm 



 şer dinlədiyinə  dair hədislər çoxdur. Sələmə b. Əkva 



radıyallahu  anhu 



  rəvayət  edir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və 

səlləm 

  ilə  birlikdə  Hudeybiyyəyə  gəldik…  Allaha  and  olsun  ki,  biz  bu 



zu-Qarad  səfərindən  qayıtdıqdan  sonra  Mədinədə  üç  gün  dincəldikdən 

sonra  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  ilə  birlikdə  Xeybər 



istiqamətində  yola  çıxdıq.  Əmim  Amir  -  radıyallahu  anhu 

  qısa  vəznlə 



şerlər deyirdi:  

TƏLLAHİ! LƏVLALLAHU MƏHTƏDƏYNƏ 

VƏ LƏ TƏSADDƏQNƏ VƏ LƏ SALLƏYNƏ 

VƏNƏHNU AN FƏDLİKƏ MƏSTƏĞNƏYNƏ 

FƏSƏBBİTİL ƏQDƏMƏ İN LƏQƏYNƏ 

                                                        

204

 “Fətava Uləma Fi Mə Ysammə Bil Anaşid əl-İsləmiyyə”.  



205

 Silsilatul Ahadisi Sahiha 2851, 2057.  

206

 Silsilatul Ahadisi Sahiha 447.  




 

55 


VƏ ƏNZİLƏN SƏKİNƏTƏN ALEYNƏ 

Allaha and olsun ki, Allah istəməsəydi hidayətə yönəlməzdik biz, 

Nə sədəqə verərdik, nə də namaz qılardıq biz, 

Olmasaydı lütfün sənin, keçinə bilməzdik biz, 

Sabit et qədəhlərmizi, düşmənlə qarşılaşdıqda biz, 

Sakitlik (mənəvi bir qüvvət) nazil et Sən bizə! 

Peyğəmbər: «Bu kimdir?» deyə buyurdu. Amir: «Mənəm Amir!» dedi. 

Peyğəmbər: «Allah sənə məğfirət etsin!» deyə dua etdi. Belə bir şey vardı 

ki, Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 kimin üçün Allahdan xüsu-



sən məğfirət diləyirdisə o, şəxs mütləq şəhid olurdu. Bu vaxt dəvə üstündə 

əyləşmiş  Ömər  b.  əl-Xəttab  -  radıyallahu  anhu 

  dedi:  «Ey  Allahın 



Rəsulu!  İzn  ver  Amir  oxusun  və  bizi  feyziyab  etsin!».  Biz  Xeybərə 

çatdıqda düşmənlərin başçısı Mərhəb qılınc oynadaraq irəli çıxdı və:  



QAD ALİMƏT XEYBƏRU ƏNNİ MƏRHƏB 

ŞƏKİSSİLƏHİ BƏTALUN MUCƏRRABU 

İZƏL HURUBU ƏQBƏLƏT TƏLƏHHƏBU 

Artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən! 

Müharibə başlayıb, döyüş alovlanarkən, 

Mahir silah ustası, təcrübəli ərəm mən! 

Əmim Amir - radıyallahu anhu 

 onunla təkbətək döyüşmək üçün irəli 



çıxdı və:  

QAD ALİMƏT XEYBƏRU ƏNNİ AMİRU 

ŞƏKİSSİLƏHİ BƏTALUN MUĞAMİRU 

Artıq Xeybər tanıdı, bildi ki, Amirəm mən, 

Mahir silah ustası, çevik qəhrəmanam mən! 

Təkbətək  döyüş  başladı  və  hər  ikisi  bir-birinə  qılınc  ilə  zərbələr 

endirməyə  başladılar.  Mərhəbin  qılıncı  Amirin  qalxanına  dəydi.  Amir  də 

onu  alt  nahiyədən  vurduqda  qılıncı  özünə  qayıdaraq  qolunun  damarını 

kəsdi. Amirin ölümü də bu yaradan oldu… Sonra Peyğəmbər 



 sallallahu 



aleyhi və səlləm 

 məni Əli - radıyallahu anhu 



 nu çağırmağa göndərdi. 

Əli  -  radıyallahu  anhu 

  gözlərinin  ağrısından  əziyyət  çəkirdi. 



Peyğəmbər:  «Bu  bayrağı  (sabah)  elə  bir  kimsəyə  verəcəyəm  ki,  o  Allahı 

və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir!» deyə buyurdu. Mən Əli 



-  radıyallahu  anhu 

  nun  yanına  gəldim.  Gözləri  ağrıdığı  üçün  onun 



əlindən  tutub  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  in  yanına 



gətirdim.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  Əli  -  radıyallahu 



anhu 

  nun  gözlərinə  tüpürərək  dua  etdi  və  onun  gözləri  dərhal  sağaldı. 



Bayrağı ona verdi. Yəhudi Mərhəb irəli çıxaraq: 

QAD ALİMƏT XEYBƏRU ƏNNİ MƏRHƏB 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə