2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix19.11.2017
ölçüsü0,82 Mb.
#11146
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
    Bu səhifədəki naviqasiya:
  • Birinci

 

48 


Allah  yolunda  cihad  etməyə  həvəsləndirən,  ixlaslı  olmağa,  valideyinlərə 

və  qonşuya  qarşı  gözəl  münasibətdə  olmağa  və  s.  şəriətə  zidd  olmayan 

(sözlər)  olarsa  bunda  heç  bir  problem  yoxdur.  Bu  da  İmam  Şafii  – 

rahmətullahi  aleyhi  –  şerlər  barəsində  olan  sözləri  kimidir:  “Gözəl  olanı 

gözəl, çirkin olanı da çirkindir”. Peyğəmbər – sallallahu aleyhi və səlləm 



– buyurdu: «Şübhəsiz ki, şerin bir qismi hikmətdir»

184


. Həmçinin İbn Bazz 

– rahmətullahi aleyhi – deyir ki: “Mühümdür ki, hər bir Nəşid elm əhlinə 

və  ya  bir  qrup  elm  əhlinə  həvalə  edilsin.  Onlar  da  onun  icazəli  olub-

olmadığını  yoxlasınlar.  Bu  Nəşidləri  bir  başa  hamıdan  götürmək  də 

olmaz. Vacibdir ki, onlara alimlər nəzər salsınlar”

185

.  


Şeyx  Useymin  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Nəşidlər  barəsində 

çox danışılıb. Lakin mən uzun vaxtdır ki, onları eşitmirəm. (Nəşidlər) ilk 

çıxdığı  vaxt  onlarda  şərr  olan  bir  şey  yox  idi.  Nə  dəf  (qaval),  nə  də 

qaranlıq (qarmaqarşıqlıq) bir şey, nə də onlar qadağan olunmuş musiqiyə 

bənzəyirdi.  Lakin  vaxt  keçdikcə  (Nəşidlər)  inkişaf  edərək  müsirləşdilər. 

İndi biz  onlarda təbil (baraban) səsinə bənzər səslər eşidirik, bəlkə  də bu 

təbil  deyil  (başqa  bir  musiqi  alətinin)  səsidir.  Həmçinin  onlarda  gözəl, 

yoldan  çıxardan  səslərdən  də  istifadə  edilməyə  başlamışlar.  Sonra  onlar 

bir az da müsirləşərək  qadağan  olunmuş  musiqiyə bənzədilər. Buna görə 

də  Nəşidlərlə  bağlı  mənim  qəlbimdə  həyacan  baş  qaldırdı.  İnsanlar 

içərisində  heç  kəs  bütün  Nəşidlərin  halal  olmasına  fətva  verə  bilməz, 

həmçinin heç kəs də onların hamısının haram olmasına fətva verə bilməz. 

Yuxarıda  xatırladıqlarımın  heç  biri  (nəşidlərdə)  olmazsa  bu  zaman  onlar 

icazəlidir.  Əgər  (Nəşidlərdə)  dəfdən  (qaval),  gözəl,  cəlb  edici  səslərdən 

istifadə  olunarsa  və  həmçinin  də  onlar  musiqi  kimi  oxunarsa  bu  zaman 

onlara qulaq asmaq  olmaz”

186

.  Cəlb  edici  gözəl  səsin  təsiri  barəsində  İbn 



Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Həqiqətən  səsin  insanın 

qəlbinə çox böyük təsiri vardır. İnsanı sevincə, kədərə, qəzəbə və qorxuya 

və s. sala bilər. Bura həmçinin daxildir səs ilə uşaqlara və heyvanlara təsir 

etmək.  Məxluq  nə  qədər  zəif  olarsa  səs  ona  bir  o,  qədər  də  çox  təsir 

göstərər. Məs: Səs qadına daha çox təsir edir nəinki kişiyə, uşaqlara təsiri 

daha  çoxdur  nəinki  böyüklərə,  heyvanlara  daha  çox  təsir  edir  nəinki 

insanlara.  Bütün  bunlar  ona  dəlalət  edir  ki,  səsin  gücü  dərrakənin  (ağıl, 

idrak) zəif olmasından aslı olaraq daha çox təsir edir. Bu təsirdə nə qədər 

xeyir olsa da, zərərləri daha çoxdur”

187


.  

                                                        

184

 Buxari 2/426, Silsilatul Ahadisi Sahiha 2851, 2057.  



185

 “Ədilə Adciba əl-Cami əl-Kabir” № 90, A üzü.  

186

 “əs-Sahvatul İslamiyyə” 185.  



187

 “İstiqamə” 1/373.  




 

49 


Şeyx  Useymin  –  rahmətullahi  aleyhi  –  dan  Nəşidləri  dinləmək 

barəsində  şəriətin  hökmünü  soruşurlar  o,  deyir  ki:  “Bir  çox  illər  bundan 

öncə Nəşidləri dinlədiyim zaman onlarda qadağan olunası bir şey yox idi. 

Lakin sonuncu dəfə onları eşitdikdə Nəşidləri  melodik – musiqiyə bənzər 

(müsiqi alətləri) ilə müşayət olunduğunu gördüm və mən hesab edirəm ki, 

insanlar  bu  Nəşidlərə  qulaq  asmamalıdırlar”

188

.  Şeyx  Useymin  – 



rahmətullahi  aleyhi  –  deyir  ki:  “İslam  Nəşidlərinə”  gəldikdə  isə  mən 

hesab  etmirəm  ki,  kimsə  onları  ibrət  (fayda)  kimi  istifadə  edə  bilər. 



Birinci  -  Nəşidlər  əsil  olaraq  Sufilərdən  gəlmədir. Çünki  ilk  olaraq  onlar 

Allahı  zikr  etmək  üçün  Nəşidlərdən  istifadə  ediblər.  İkinci  –  Həqiqətən 

Nəşidlər  insanın  qəlbini  ibrət  alınası  iki  şeydən  Quran  və  Sünnədən 

uzaqlaşdırır.  Ona  görə  də  bir  kimsə  bu  Nəşidləri  ibrət  (fayda)  mənbəyi 

seçməməlidir.  Lakin  bir  kimsə  şəriətə  zidd  olan  melodik  oxuma  (sözləri 

uzadaraq,  başı  əsdirərək),  musiqi  alətləri  olmadan  Nəşidləri  dinləyərsə 

bunda heç bir problem yoxdur. Əksi təqdirdə bu şərtlərə riayət edilməzsə 

Nəşidləri  dinləmək  haramdır”

189

.  Şeyx  Useymin  –  rahmətullahi  aleyhi  – 



deyir  ki:  “Artıq  mən  görürəm  ki,  “İslam  Nəşidləri”  əvvəlki  Nəşidlərdən 

çox fərqlənirlər. Əvvəllər onlarda gözəl, cəlb edici səslər yox idi, lakin idi 

Nəşidlərdə  bu  kimi  səslərdən  istifadə  edilməyə  başlanılmışdır.  Həmçinin 

deyirlər  ki,  onlarda  dəf  (qaval)  səsləri  də  müşayət  olunur.  Bütün  bunlar 

bizə  onu  deməyə  əsas  verir  ki,  insan  bu  kimi  şeylərdən  çəkinməlidir. 

Lakin  bizim  yanımıza  biri  gəlib  gözəl  niyyət  ilə,  tək,  öz  səsi  ilə,  heç  bir 

musiqi  aləti  olmadan,  mənasız  olan  (sözlərdən)  uzaq  olaraq  Nəşid  (şer) 

söyləyərsə  bunda  heç  bir  problem  yoxdur,  çünki  Həsən  b.  Sabit  



radıyallahu  anhu  –  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in 

məscidində  şer  söyləmişdir”

190

.  Şeyx  Useymin  –  rahmətullahi  aleyhi  – 



deyir ki: “İslam Nəşidləri” bidətdir və onlar Sufilərin dinə daxil  etdikləri 

Nəşidlərin  mislindədir  (oxşarıdır)”

191

.  Şeyx  Useymin  –  rahmətullahi 



aleyhi  –  deyir  ki:  “(Ey  Nəşidlərə  qulaq  asan  kimsə!)  Mən  sənə  nəsihət 

edirəm ki, Allahın Kitabına, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in 

Sünnəsinə və Onun həyatına (Sıra) qayıdasan. Vallahi, bunlar sənin üçün 

Nəşidlərə  qulaq  asmaqdan  daha  xeyirlidir.  Eşitmişik  ki,  bu  Nəşidlər 

dəyişilərək  musiqi  formasında  oxunmağa  başlanmış  və  onlarda  ehtiras 

                                                        

188

 “əs-Sahvatul İsləmiyyə” 123.  



189

 “Bəyan əl-Mufid” 12.  

190

 “Fətava” sual № 18.  



191

 “Fətava əl-Aqidə” 651.  




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə