2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix19.11.2017
ölçüsü0,82 Mb.
#11146
1   ...   23   24   25   26   27   28   29   30   31

 

58 


Allahın əzaları danışdırdığı vaxt… 

İmam  Əhməd 



  rahmətullahi  aleyhi  -

 

dən  soruşdular:  Ey  Abdullahın 

atası!  Cənnət  və  Cəhənnəmi  xatırladan,  qəlbləri  yumşaldan  qəsidələr 

barədə nə deyirsən? O: Nə kimi? dedi. Məs:  

Rəbbim mənə dediyi zaman, 

Mənə üsyan etməkdən utanmadınmı? 

Günahı insanlardan gizlədirsən, 

Mənə üsyan etməkdən isə heç sıxılmadın. 

Sonra: Mənə bir daha təkrar et! dedi. Mən də ona bir daha təkrar etdim. 

Qalxdı,  evinə  girdi,  qapını  bağladı.  Evin  içində  bu  iki  beyti  oxuyaraq 

ağladığını hiss etdim».  

Alimlərin Sözlərinə Əsaslanaraq Nəşidlərə Qulaq Asmaq Üçün İcazə 

Verilən Zəruri Şərtlər:  

1. Nəşidləri dəvət və ibadət məqsədilə istifadə etməmək.  

2.  Nəşidləri  “İslami  Nəşidləri”  adlandırmamaq.  Bunun  qadağan 

olunması barədə alimlərin sözləri zikr edildi.  

3.  Vacibdir  ki,  Nəşidlərin  sözləri  özündə  xeyirdən  başqa  bir  şey  əhatə 

etməsin və şəriət çərçivəsindən kənara çıxmasın.  

4.  Nəşidləri  onlarda  olan  mənalara  görə  qulaq  asmaq  lazımdır,  səsin 

gözəlliyinə görə deyil.  

5. Nəşidlər musiqi alətləri ilə müşayət olunmamalıdır.  

6. Nəşidlər Xor şəkilində oxunmamalıdır.  

7. Nəşidlər şer formasında oxunsun, melodik şəkildə deyil.  

8. Nəşidlərdə gözəl, cəlb edici (kişi və qadın) səsləri olmasın.  

9. Nəşidlər qrup halında oxunmasın.  

10.  Bütün  bu  şərtlərə  əməl  edilsə  də  belə  Nəşidlərlə  çox  vaxt 

keçirməmək.  Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən birinizin içi 

irin  ilə  dolub  xarab  olması,  onun  üçün  şer  ilə  dolmasından  daha 

xeyirlidir»

218

.  


Peyğəmbər 



  Sallallahu  Aleyhi  Və  Səlləm 



  Nəyi  Dinləyərdi? 



  Bu 

ümmətin  nümunəsi  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 



  Allahın 

kəlamı olan Qurani Kərimi dinləyərdi. Qəlbi onunla rahatlanar, hüzn tapar 

və  gözləri  onunla  yaşarardı.  «Bilin  ki,  qəlblər  (möminlərin  ürəkləri) 



yalnız  Allahı  zikr  etməklə  aram  tapar!  (rahat  olar)».  (ər-Rəd  28).  «Biz 

Quranda  möminlər  üçün  şəfa  və  mərhəmət  olan  ayələr  nazil  etdik



». 



(əl-İsra 82). İbn Məsud - radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər 



                                                        

218


 Müslim 2257. 


 

59 


sallallahu aleyhi və səlləm 



 mənə buyurdu: «Ey İbn Məsud! Mənə Quran 

oxu» dedi. Mən: «Ya Rəsulullah! Quran sizə nazil olduğu zaman mən sizə 

Quran oxuyacağam?» dedi. Peyğəmbər: «Mən onu başqasından dinləməyi 

daha  çox  sevirəm»  deyə  buyurdu.  Mən  də  ən-Nisa  surəsini  oxumağa 

başladım. Nəhayət: Hər ümmətdən şahid gətirəcəyimiz və səni də onlara 



şahid təyin edəcəyimiz zaman (kafirlərin) halları nə cür olacaqdır». (ən-

Nisa  41).  Ayəsinə  çatmışdım  ki,  Peyğəmbər:  «Bu  qədər  kifayətdi»  deyə 

buyurdu.  Mən  ona  tərəf  çöndükdə  gördüm  ki,  gözləri  yaşla  dolub

219

.  Bir 


gün Rəslullah - sallallahu aleyhi və səlləm 



 məscidin yanından keçərkən 

Əbu  Musa  əl-Əşari  -  radıyallahu  anhu 

  nun  Quran  oxuduğunu  eşidir, 



dayanıb  ona  qulaq  asmağa  başlayır.  Səhəri  Rəsulullah  -  sallallahu  aleyhi 

və səlləm 

 Ona: «Dünən görsəydin, mən sənin qiraətinə qulaq asırdım...» 



deyə  buyurdu.  Əbu  Musa:  «Ya  Rəsulallah,  bilsəydim  ki,  mənə  qulaq 

asırdın,  (qiraətimi)  Sənin  üçün  daha  gözəl  edərdim».  «Əgər  Biz  bu 



Quranı  bir  dağa  nazil  etsəydik,  sən  onun  Allahın  qorxusundan 

(kiçildiyini)  parça-parça  olduğunu  görərdin  (halbuki  ağıl  və  ruh  sahibi 

olan  insan  onun  öyüd-nəsihətlərindən  ibrət  almır)».  (əl-Həşr  59).  «Əgər 

Quranla  dağlar  hərəkətə  gətirilsə,  yaxud  yer  parçalansa  və  ya  ölülər 

danışsaydılar  (onlar  yenə  də  iman  gətirməzdilər)».  (ər-Rəd  31).  «(Bu 

kafirlər)  ona  da  (Qurana  da)  inanmayandan  sonra  daha  hansı  kəlama 

inanacaqlar?!».  (əl-Mursələt  50).  Həsin  b.  AbdurRahman  deyir  ki,  Əbu 

Bəkr  -  radıyallahu  anhu 

  nun  qızı  Əsmə  -  radıyallahu  anhə 



  dən 


soruşdum: «Quran oxuyarkən Rəsulullah - sallallahu aleyhi və səlləm 

 in 



səhabələri  və  Əhli  Beyti  nə  edərdi?».  O:  «Allahın  Quranda  buyurduğu 

kimi  idilər.  Gözlərindən  yaş  axar  və  vücudları  titrəyərdi»  deyə  cavab 

verdi. Ona: «Bizdə Quran oxuyan zaman özlərindən gedən kimsələr var» 

dedim.  Əsmə:  «Şeytandan  Allaha  sığınıram»  dedi.  Sad  bə  Əbu  Vaqqas  



radıyallahu  anhu 

  deyir  ki,  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 



 

Quran vəhy olunduğu zaman O, Quranı insanlara oxuyardı.  İnsanlar: “Ya 



Rəsulullah!  Sən  bizə  (maraqlı)  hadisələri  danış”  dedilər.  Allah  bu  ayəni 

nazil  etdi:  “Əlif,  Lam,  Ra!  Bunlar  açıq-aydın  Kitabın  (Quranın) 



ayələridir! (Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Quran olaraq nazil etdik 

ki,  (mənasını  )  anlayasınız.  (Ya  Rəsulum!)  Biz  bu  Quranı  sənə  vəhy 

etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən 

əvəlcə  (ondan)  əsla  xəbərdar  deyildin”.  (Yusuf  1-3).

 

Peyğəmbər  



sallallahu  aleyhi  və  səlləm 

  bundan  sonra  yenə  də  uzun  müddət  Quranı 



insanlara  oxumağa  başladı.  İnsanlar:  “Ya  Rəsulullah!  Sən  bizə  hər  hansı 

                                                        

219

 Buxari 5050, Müslim 800.  




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə