3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz."



Yüklə 0,74 Mb.
səhifə9/14
tarix01.08.2018
ölçüsü0,74 Mb.
#60464
1   ...   6   7   8   9   10   11   12   13   14

2-Ruzi halal yoldan kəsb olunmalıdır. Müsəlman şəxs malını halal yoldan kəsb etdiyi halda, onun xums və zəkatını da verməlidir. Şəriətə uyğun olmayan yoldan qazanc əldə edən şəxslərin yeməyindən qorunmaq lazımdır. İmam Əli (ə) Osman ibn Hüneyfə yazdığı məktubda belə buyurur: “Yeməyinin halallığında şübhə etsən, onu yemə.”

3-İmam Baqir (ə) buyurmuşdur: “Allah dərgahında yemək-içməkdə və cinsi məsələlərdə haramdan qorunmaqdan yaxşı ibadət yoxdur.”

4-Süfrə başında əyləşməzdən öncə, əllərinizi yuyun. Peyğəmbər (s) buyurmuşdur: “Yeməkdən qabaq dəstəmaz almaq yoxsulluğu, yeməkdən sonra isə dəliliyi aradan aparır və gözün nurunu artırır.”

5-Yeməkdən sonra da əllərinizi yuyun. İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs yeməkdən əvvəl və sonra əllərini yusa, əvvəldən axıra qədər yemək ona mübarək (bərəkətli) olar.”

6-Süfrə başında diz üstə əyləşin və heç bir şeyə söykənməyin. İmam Əli (ə) buyurmuşdur: “Süfrə başında qullar kimi, ayaqlarınızı bir-birinin üstünə qoyub dizlərinizin üstə əyləşin və yerdə yemək yeyin.”

7-Yeməyi Allahın adı ilə başlayın. İmam Əli (ə) bu barədə buyurmuşdur: “Hər kəs yeməyi Allahın adı ilə başlasa, zəmanət verirəm ki, ona həmin yeməkdən əzab-əziyyət yetişməz.”

8-Yeməyi azacıq duz ilə başlayın. Belə ki, imam Əli (ə) buyurmuşdur: “Yeməyi duz ilə başlayın. Əgər insanlar duzun nə qədər faydalı olduğunu bilsəydilər, onu sınaqdan çıxarılmış zəhərə qarşı işlədilən dərmana üstünlük verərdilər.”.

9-Yeməyi sağ əllə yemək müstəhəbdir. İmam Sadiq (ə) buyurmuşdur: “Sol əlinizlə yeyib-içməyin, hətta bir şey belə almayın.”

10-Yeməyi Allaha həmd-səna etməklə qurtarın və yeməyin sonunda azacıq duz yeyin.

11-Tikələri yaxşı çeynəyin, əvvəlki tikəni yeyib qurtarmayınca, başqa tikə götürməyin.

12-Yemək vaxtı imkan daxilində başqasının üzünə baxmayın.

13-Təlskən halda yemək yeməyin və süfrə başında çox oturun.

14-Sol ayağınız üstə oturun və üç barmaqla yeyin.

15-Yeməyi isti-isti yemək məkruhdur. İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql etmişdir: “Xörəyi isti-isti yeməyin və onun soyumasını gözləyin; çünki Allah-taala bizim isti yemək yeməyimizi istəmir. Bərəkət soyuq yeməkdədir.”

16-Yeməyi üfürmək məkruhdur. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: “Peyğəmbər (s) yeməyə, yaxud içməyə üfürməyi qadağan etmişdir.”

17-Yeməkdə orta həddi gözləyin, həddən artıq yeməyin və doymamışdan qabaq yeməkdən əl çəkin.

18-İmam Rza (ə) buyurmuşdur: “Yeməyə meylin olan halda (doymamışdan qabaq) ondan əlini çək; çünki doymamışdan qabaq yeməkdən əl çəkmək mədəyə, bədənə, bədənin yüngülləşməsinə və əqlin inkişafına faydalıdır.”

19-İmam Əli (ə) buyurmuşdur: “Qarnı (normadan artıq) dolu olan şəxs yerin və göyün mələkutuna daxil olmaz.”

20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Boğaza qədər yeməkdən pərhiz edin, çox yeməyin bədən üçün zərəri var və çox yemək xəstəliyə səbəb olar.”

21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Çox yemək insanı ibadətə qarşı süst edər.”

22-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Az yeyən şəxsin bədəni sağlam, qəlbi saf olar, çox yeyən şəxsin isə bədəni xəstə və qəlbi bərk olar.”

23-İmam Sadiq (ə) buyurmuşdur: “Az yemək hər bir halda və hər bir tayfanın yanında bəyənilmiş bir sifətdir.”

24-İmam Sadiq (ə) buyurmuşdur: “Möminin qəlbinə çox yeməkdən zərərli bir şey yoxdur. Çox yemək insanın qəlbini bərkidir və ehtirası cuşa gətirir, aclıq isə möminin munisi, ruhun qidası, qəlbin təamı və bədəninin sağlamlığıdır.”

25-İmam Əli (ə) buyurmuşdur: “Çox yeməkdən pəhriz et, çox yeyən şəxsin xəstəliyi çoxalar və yuxusu pozular.”

26-İmam Sadiq (ə) buyurmuşdur: “Əgər sizdən biri yeməyə məşğul olarsa, gərək qarnının üçdən bir hissəsini təam üçün, ikinci üçdən bir hissəsini su üçün və digər üçdən bir hissəsini isə nəfəs üçün ayırsın.”

27-Gecə vaxtı az yeyin, yeməyi heç olmazsa yatmamışdan iki saat öncə yeyin.

28-Cəm halında yemək müstəhəbdir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yemək yeyəndə bir yerə toplaşın; çünki Allah sizin üçün onda xeyir-bərəkət qərar vermişdir.”

29-Yemək vaxtı, xüsusilə tikəni ağıza qoyan zaman danışmaq məkruhdur.

30-Süfrə başında oturduğunuz zaman başqalarını gözləməyib, yeməyə başlayın. Ev sahibi gərək qonağa müxtəlif təkliflər verməklə onu utandırmasın.

31-Süfrə başına möminləri dəvət edin və fasiqləri (günah əhlini) dəvət etməkdən çəkinin. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Təqvasız şəxslərin yeməyindən istifadə etməyin və onları öz süfrənizə dəvət etməyin.”

32-Çörəyi bıçaqla kəsmək və yeməyin ortasında, xüsusilə yemək yağlı olduğu halda, su içmək məkruhdur.

33-Qızıl və gümüş qabda yemək və içmək caiz deyildir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs dünyada qızıl və gümüş qabda su içsə, axirətdə qızıl və gümüş qabda su içməkdən məhrum olar.”

34-Cənabətli halda yemək və içmək məkruhdur.

35-Şam vaxtı az yeyin. Həzrət Peyğəmbəri-Əkrəm (s) şam yeməyi haqda buyurmuşdur: “Şam yeməyini tərk etmək bədən sisteminin pozulmasına səbəb olur.”

36-Səhər yeməyini istədiyiniz qədər yeyin. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: “Səhər yeməyi insanın izzət və şərəfini artırır.”

37-İmam Rza (ə) buyurmuşdur: “Yeməyi qurtardığınız zaman arxası üstə uzanıb, sağ ayağınızı sol ayağınızın üstünə qoyun.”

38-Süfrədəki yemək qalıqlarını yemək müstəhəbdir; çünki bu iş fəqirliyi aradan aparır, bədəndəki ağrıları kəsir və yetmiş savabı vardır.

39-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs su içib imam Hüseyn (ə)-ı yad etsə və o həzrətin düşmənlərinə lənət göndərsə, onun üçün yüz min savab yazılar və yüz min günahı məhv olunar.”

40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər bir kəs suyu üç dəfəyə içsə və hər dəfə içəndə əvvəldə “Bismillah”, axırda isə “Əl-həmdu lillah” desə, həmin su onun qarnında olduğu vaxta qədər Allaha təsbih deyər və savabı ona verilər.”

1-Nar:

İmam Əli (ə) buyurmuşdur: “Uşaqlarınızın tez dil açması üçün onlara nar yedizdirin.” Nar insanı arıqladır, təzyiqi aşağı salır, əsəb sisteminin normal olması üçün məsləhət görülür, qara ciyərə və sarılıq xəstəliyinə faydalıdır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər bir narın içində bir behişt dənəsi vardır və mən onun bir dənəsini belə tərk etməyə (yeməməyə) razı deyiləm.”



2-Əncir:

Qurani-kərimdə bəzi meyvələrin adı çəkilmişdir, əncir də onlardan biridir. Belə ki, buyurulur: “Vəttini vəz-zəytun.” “An olsun əncirə və zeytuna.”

Əncirin çoxlu faydası vardır. Onun tərkibində şəkər, yağ, mineral maddələr, su və nişasta vardır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əncir behişt meyvələrindəndir və (insanı) incəqəlbli və rəhmli edir.”

3-Üzüm:


Kamil bir yemək olub mikrobları aradan aparır, qanı az olan uşaqlara xeyirlidir. Bədəndə olan zəhərləri dəf edir, iştahanın artmasına səbəb olur. Onun tərkibində A, V və S vitaminləri vardır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizin ən yaxşı meyvəniz üzümdür və onun heç bir zərəri yoxdur.”

4-Günəbaxan:

Onun tərkibində A və V vitaminləri vardır, burunu açır, qara ciyərə faydalıdır, üzərinə milçək və ağcaqanad qonmur, tüstüsü həşəratları, sicanı və qurbağanı qovur.

5-Albalı:

Onun tərkibində A, V, S və D vitaminləri vardır, qanın turşuluğunu aşağı salır, revmatizm və oynaq ağrılarına faydalıdır.

6-Gavalı:

Onun tərkibində çoxlu vitamin vardır. İmam Sadiq (ə) buyurmuşdur: “Acqarına gavalı yemək başgicəllənməyə, ürəkbulanmaya və öd kisəsinə xeyirlidir, lakin bədəndəki şişləri oyadır.”

7-Üzərlik:

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, üzərliyi yalnız mələklər əkir və məmur olduqları yerə çatdırırlar. Onun dənəsində şəfa vardır və yetmiş növ xəstəliyə dərmandır.”

8-İsfinac:

Onun tərkibində dəmir vardır, qanda olan turşuluğu və ağızın pis qoxusunu aradan aparır, sümükləri və əzələləri bərkidir. O, bağırsaqlara xeyirlidir və mədə toxumalarını yumşaldır və qan azlığına faydalıdır.

9-Badımcan:

Su ilə bişirildikdə, insanın arıqlamasına səbəb olur. Böyrəkdəki şişin və oynaq ağrılarının sağalması üçün faydalıdır. Mədə-bağırsaq xəstəliyinə tutulanlara zərərli və dəri xəstəliyinə düçar olanlara qadağandır. Həddən artıq yemək yeyənlərə və təzyiqi olanlara xeyirlidir.

10-Düyü:


Bəzi xəstəliklərə tutulanlar üçün münasib bir yeməkdir, arıq şəxslərə, səs tellərinə, ishal və vərəm xəstəliklərinə düçar olanlara xeyirlidir. Onun tərkibində A vitamini və nişasta vardır.

11-Heyva:

İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs açqarına heyva yesə, nütfəsi pak və övladı göyçək olar.” Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Heyva üzün rəngini ağ və övladı göyçəkləşdirir. Mədə divarının aşılanmasına və ürəyin möhkəmlənməsinə səbəb olur.” Həmçinin buyurmuşdur: “Heyvanın üç xasiyyəti vardır: 1-Ürəyə aramlıq və şadlıq verir. 2-Paxılın əliaçıq olmasına səbəb olur. 3-Qorxağı şücaətli edir.”

12-Portağal:

Bir az su və bal ilə qarışdırıb içəndə bədənin kalsiumunu daha da artırır. Əgər odda bişirmək istəsəniz, qabın ağzını açıq qoyun. Onun tərkibində S vitamini vardır.

13-Yarpız:

Həzmedici və qüvvətlidir, bəlğəmi və köpü aparır, əsəb sistemini sakitləşdirir.

14-Soğan:

Şəkər, vərəm, revmatizm xəstəliyinin dərmanıdır, böyrəklərdə yaranan daşları əridir, böyrək, mədə və bağırsaqların sağalması üçün onu bişmiş halda yeyin. Dəridəki ləkələri aparmaq üçün soğanı doğrayıb, sirkəyə qoyun, sonra dəriyə çəkin. Soğan tənəffüs yollarını açır, ishalı, yorğunluğu aparır, iştaha gətirir və zehnə xeyri vardır.

15-Turp:


İmam Əli (ə) bu barədə buyurmuşdur: “Turp bəlğəmi aparır, yeməyi dadlı edir.” Həzrət Peyğəmbəri-Əkrəm (s) də buyurmuşdur: “Turpu yedikdən sonra, ağzınızdan onun qoxusunun gəlməməsini istəyirsinizsə, onu yemək istədiyiniz zaman məni yad edin.”

16-Cəfəri:

Cəfərinin yarpağında cinsi hormonlar mövcuddur, onun tərkibində xlorofil olduğu üçün qanı az olan şəxslərdə qan yaradır, oksigenin cəzb olunmasına və qanın təmizlənməsinə səbəb olur.

17-Çay:


Çay içmək ürək döyüntüsünə və digər arizələrin yaranmasına, əsəb sisteminin həddən artıq fəallaşmasına səbəb olur. Yorğunluğu aradan aparır, zehni işləri asanlaşdırır və böyrəklərə xeyri vardır.

18-Halva:

Həzrət Peyğəmbəri-Əkrəm (s)-dən “sizin sevdiyiniz ən yaxşı yemək hansıdır?” – deyə soruşduqda, o həzrət buyurdu: “Soyuq halva.” Həmçinin buyurmuşdur: “Mömin şirindir, şirin şeyləri də çox sevir. Halva da yaxşı yeməklərdən biridir.”

19-Yemiş:

Tez həzm olunur, insanda enerji yaradır, bədəndəki zəhərləri təmizləyir, böyrəyin yaxşı işləməsinə səbəb olur və yorğunluğu aparır. Revmatizm və böyrək xəstəliklərinə faydalıdır, amma şəkər xəstəliyinə zərərdir. Yemişi acqarına yeməyin, çünki qulunca və iflicə səbəb ola bilər. İmam Əli (ə) buyurmuşdur: “Yemişin şərbəti behişt şərbətlərindəndir.” Həzrət Peyğəmbəri-Əkrəm (s) də buyurmuşdur: “Yemişi doğrayıb yeməyin, onu dişinizlə yeyin; çünki o, mübarək və pak tərəvəzlərdəndir, dişləri təmizləyib ağardır, qəlbi pak edir və onu yemək ibadət sayılır.”

20-Xurma:

Yorğunluğu və aclığı aradan aparır, qarın qurultusunu kəsir və yetmiş növ xəstəliyə şəfadır. İmam Sadiq (ə) buyurmuşdur: “Övladınızın göyçək olması üçün qadınlarınıza nifas vaxtı xurma yedizdirin.” Yenə də buyurmuşdur: “Hər kəs gündə acqarına yeddi ədəd xurma yesə, Şeytan ona zərər yetirə bilməz. Yatan vaxtı yeddi ədəd xurma yemək qarındakı qurdları aradan aparır.” İmam Əli (ə) da buyurmuşdur: “Xurma yeyin, çünki o, hər bir dərdin dərmanıdır.”

21-Xiyar:

Mizacı soyuq olan şəxslərin xiyar yeməsi məsləhət deyildir və onlara zərərlidir. Əlbəttə, onu xurma ilə yesələr, heç bir zərəri olmaz. Həzrət Peyğəmbər (s) onu duz və xurma ilə birlikdə yeyərdi. Xiyar sarılıq xəstəliyinə xeyirdir, qabığı qanı artırır, lakin çətin həzm olunur, insanın ağırlaşmasına və köpməsinə səbəb olur. Qəlbin güclənməsinə faydası vardır, ona görə də xırda xiyarı qabığı ilə birlikdə yemək onun asanlıqla həzm edilməsinə və həyati xüsusiyyətlərin artmasına səbəb olur.

22-Darçın:

Onu yeməklərdə istifadə etmək faydalıdır. Şirin və ətirlidir, insanın qüvvətli olmasına səbəb olur, tez həzm olunur, bədəndəki mikrobları və qarında olan qurdları öldürür, mədə ağrısını kəsir, qəlbin və tənəffüsün hərəkətini çoxaldır, ürəyi qüvvətləndirir və ishalı aradan aparır.

23-Reyhan:

Onun qoxusu milçək və ağcaqanadları qovur, dənəsini yemək zəhərlənmənin qarşısını alır. Baş ağrısına və gicəllənməyə xeyri vardır. İshal və vəbanın mikroblarını öldürür.

24-Ərik:


İnsanın qüvvətli olmasına səbəb olur, onun tərkibində A və V vitaminləri vardır. Uşaqların yaxşı inkişaf etməsi üçün faydalıdır. Qan azlığının, zəifliyin, ishalın və dərinin dərmanıdır. Onun dənəsini yemək köpü aradan aparır. Kalı və yetişməmişi mədəyə zərərlidir, mədəsində yara olan şəxslər gərək onu yeməkdən çəkinsinlər.

25-Zəfəran:

İmam Baqir (ə) buyurmuşdur: “Zəfəran bədən əzələlərin güclənməsinə faydalıdır və əsəb sisteminə xeyri vardır, bel ağrısını kəsir, qəm-qüssəni dəf edir, yuxusuzluğu aradan aparır, tənəffüs yollarını açır və mikrobları öldürür.”

26-Zeytun:

Qurani-kərimdə zeytun əncirlə birgə qeyd olunmuşdur. İmam Rza (ə) buyurmuşdur: “Zeytun bəlğəmi və qəm-qüssəni aradan aparıb insanın əxlaqını düzəldir.” İmam Sadiq (ə) da buyurmuşdur: “Zeytun peyğəmbərlərin yeməyidir və kişinin nütfəsini çoxaldır.”

27-Göyərti:

İmam Sadiq (ə) buyurmuşdur: “Süfrələrin zinəti göyərtidir. Öz süfrələrinizə göyərti qoymaqla və yeməklərinizi Allahın adını çəkməklə bəzəyin, çünki bu iş Şeytanın uzaq olmasına səbəb olur.”

28-Alma:


İmam Əli (ə) buyurmuşdur: “Alma mədəni təmizləyir və onun heç bir zərəri yoxdur. Qızdırmanı və vəba xəstəliyini aradan qaldırır, burundan qan axmasının qarşısını alır, üzü gözəlləşdirir, saçın şəffaf olmasına səbəb olur; o, əsəbin, köklüyün və yuxusuzluğun dərmanıdır, revmatizm xəstəliyinə, oynaq ağrılarına və digər xəstəliklərə xeyri vardır.”

29-Sarımsaq:

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sarımsaq yeyin, lakin həmin halda məscidə getməyin.” Həmçinin buyurmuşdur: “Sarımsaq yeyin, əgər mələklə danışmasaydım, mən də sarımsaq yeyərdim.” İmam Baqir (ə) buyurmuşdur: “Biz sarımsaq yeyirik.” Sarımsağın bəzi zərərləri də vardır, o cümlədən: Görmə qabiliyyətinin azalmasına, sarılığın güclənməsinə və kişilərin sonsuz olmasına səbəb olur, uşaqlara və dəriyə zərəri vardır. Lakin bədəndəki mikrobları öldürür, bəlğəmi azaldır, astma, vərəm və anfulanza xəstəliyinə, eləcə də göy öskürəyə çox faydalıdır.

30-Şəlğəm:

Arıqlamaq üçün xeyirlidir, sinənin, zökamın və qara ciyərin dərmanıdır. Şəlğəmin suyu böyrəkdə yaranan daşların əriməsi üçün faydalıdır.

31-Süd:


Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Heç bir yeməli və içməli şey südün yerini verə bilməz.” Onun tərkibində A, V, S, D, E və s. vitaminləri vardır. İnək südünün sinəyə və soyuq mizaclı insalara xeyri vardır, qanın artmasına səbəb olur. O, təklikdə kamil bir yeməkdir. Zəhərlənmənin qarşısını alır və əzələləri qüvvətləndirir.

32-Bal:


Bal orqanizmin bütün ehtiyaclarını ödəyən bir yeməkdir, onun tərkibində V1, V2, E və S vitaminləri vardır, ishalın kəsilməsi üçün faydalıdır və onda şəfa vardır. Həzrət Peyğəmbər (s)-in baldan xoşu gəlir və ondan istifadə edirdi.

33-Mərci:

Mərci bərəkətlidir, qəlbi rəhmli edir və gözün yaşını çoxaldır. O, qəlbin qəsavətini aradan aparır, ürək döyüntüsünü kəsir və təzyiqi aşağı salır. Onun tərkibində dəmir, mineral maddələr, V1 və V2 vitaminləri vardır.

34-Kahı:


İnsanın yuxulamasına, susuzluğunun və huşsuzluğunun aradan getməsinə səbəb olur, tez həzm olur, sarılıq və cüzam xəstəliklərinə, qanın saflaşmasına, baş və döş ağrılarına faydalıdır.

35-Balqabaq:

Öskürəyə, sinə və boğaz ağrılarına faydalıdır, ağlı artırır, üzü nurani və gözəl edir. Həzrət Peyğəmbər (s) kədu yeməyi sevirdi.

36-Qoz:


Uşaqların orqanizmi üçün ehtiyac duyulan şeylər qozun tərkibində mövcuddur, əgər pendirlə birgə yeyilsə, faydası daha çox olar. Şəkər xəstəliyinə tutulanlar və əqli fəaliyyətlərlə məşğul olanlara xeyirlidir. Onun tərkibində A, V1, V2, V6 vitaminləri mövcuddur. Yeməyi yaxşı həzm edə bilməyənlərə və bağırsaq xəstəliyinə tutulanlara zərəri vardır. İmam Sadiq (ə) buyurmuşdur: “Qoz və pendirin hər ikisi birlikdə dərmandır, əgər bir-birindən ayrılsalar (ayrı-ayrılıqda yeyildikdə), hər biri xəstəliyə səbəb olar.”

37-Armud:

Revmatizm xəstəliklərinə, oynaq ağrılarına və bağırsaqlara faydalıdır. Onun tərkibində A, V, S, R vitaminləri, kalsium və mineral maddələr vardır. Əsəbləri sakitləşdirir, təzyiqin qarşısını alır, qanı təmizləyir, böyrəklərin yaxşı işləməsinə səbəb olur.

38-Banan:

İnsanın qüvvətli və yeməyin yaxşı həzm olmasına səbəb olur. Bir ədəd banan bir dana ciyərinə bərabərdir. Ürək və böyrək xəstəliklərinə xeyri vardır, insanı qan azlığından xilas edir. Əlbəttə, qaralmış bananı yemək olmaz.

39-Şaftalı:

Onun tərkibində A, V1, V2, R, S vitaminləri və kalsium kimi maddələr vardır. Bədənə tez yayılır, təzə dərilmişini gözəlliyi qoruyub saxlamaq üçün üzə sürtmək faydalıdır, ağızın qoxusunu, susuzluğu aradan aparır və sarılıq xəstəliyinə xeyirlidir.

40-Qarpız:

Yorğunluğu aradan aparır, qanı duruldur. Onun yeməklə birgə yeyilməsi məsləhət görülür, əks təqdirdə həzm prosesinə çətinlik yarada bilər. Dənəsi qarında qurdun əmələ gəlməsinin qarşısını alır.

1-Peyğəmbərlərin bəyənilən sifətlərindən biri qonaqpərvərlik idi.

2-Bəzi peyğəmbərlər gecə vaxtı evində qonağı olmasaydı, yemək yeməzdi. Buna həzrət İbrahim (ə)-ı misal göstərmək olar.

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Müsəlman qardaşınızın (yeməyə) dəvətini qəbul edin; çünki bu, imanın bir hissəsidir.”

4-İmam Sadiq (ə) buyurmuşdur: “Möminin mömin qardaşının üzərindəki hüquqlarından biri də onun dəvətini qəbul etməkdir.”

5-İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Peyğəmbər (s)-in xanım Zəhra (ə)-a öyrətdiyi şeylərdən biri də qiyamət gününə imanı olan şəxsin dəvətini əziz tutması idi.”

6-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bir müsəlmanı doyuzdursa, qiyamət günündə onun savabının nə qədər olacağını Allah-taaladan başqa heç kəs bilməz.”

7-İmam Sadiq (ə) buyurmuşdur: “Qonağa doyunca təam vermək günahların bağışlanmasına səbəb olur.”

8-Həzrət Peyğəmbər (s)-in imam Əli (ə)-a vəsiyyətlərindən biri də bu idi: “Sənə qonşularınla yaxşı rəftar etməyi, qonaqları əzizləməyi və onlara təam verməyi vəsiyyət edirəm.”

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qonaq getməyən evə mələk də getməz.”

10-İmam Əli (ə) buyurmuşdur: “Qonağı sevən hər bir şəxsin çöhrəsi qiyamət günündə on dörd gecəlik ay kimi parlayar.”

11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-taala bəndəsinin xeyrini istədikdə, ona bir hədiyyə göndərər.” Səhabələr: “o hədiyyə nədir?” – deyə soruşduqda, Həzrət buyurdu: “Özü ilə yeməyini gətirən və ev sahibinin günahlarını özü ilə aparan (bağışlanmasına səbəb olan) qonaq!”

12-İmam Əli (ə) buyurmuşdur: “Qonağın ayaq səsini eşidib, gəlişinə görə xoşhal olan elə bir mömin yoxdur ki, günahları bağışlanmasın.”

13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs yeməyini qonaqla birgə yesə, Allah ilə onun arasında olan bütün zülmət pərdələri aradan qalxar.”

14-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qonaq behiştə yol göstərəndir.”

15-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs Allahı tanıyan üç şəxsə yemək versə, Allah-taala ona üç behiştdən – Firdovsi-əla, Ədn və Tuba cənnətlərindən – yemək verər.”

16-İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs dörd müsəlmana yemək versə, sanki İsmail (ə)-ın dörd övladını əsirlikdən azad etmişdir.”

17-İmam Sadiq (ə) buyurmuşdur: “İmanın əlamətlərindən biri də qonaqlıq vermək və yaxşı əxlaqa malik olmaqdır.”

18-Bir şəxs imam Baqir (ə)-ın hüzuruna gəlib soruşdu: “Hansı əməlin savabı bir qulu azad etməklə bərabərdir?!” O həzrət buyurdu: “Mömin şəxsə yemək vermək.”

19-İmam Sadiq (ə) buyurmuşdur: “Mənim yanımda möminə yemək verməyim, onun görüşünə getməyimdən yaxşıdır; və onun görüşünə getməyim də, on qulu azad etməyimdən yaxşıdır.”

20-İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala Onun (razılığı) yolunda yemək verilməsini, eləcə də yemək verən şəxsi çox sevir, xeyir-bərəkəti onun evinə öz yuvasına ucan quşdan da tez göndərir.”

21-Ev sahibinin əxlaqi vəzifələrindən biri qonaqdan qabaq yeməyə başlayıb, ondan sonra yeməyi qurtarmasıdır.

22-İmam Sadiq (ə) buyurmuşdur: “Mömin qardaşın qonaq gəldikdə, evində olan yeməkdən gətir (yesin), lakin onu qonaq çağırmısansa, gücün çatan qədər onun qulluğunda durmalısan.”

23-İmam Sadiq (ə) buyurmuşdur: “Əgər bir kəs pulunun yüz dirhəmini möminə təam vermək üçün sərf etsə, israf etməmişdir.”

24-İmam Sadiq (ə) buyurmuşdur: “Evinə bir qonaq gəldikdə, onun yemək yeyib-yeməməsini soruşma, hər nəyin varsa, gətir (yesin). Çünki olanını (qonağın yanına) gətirən şəxs comərd və gözəl xasiyyətlidir.”

25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qonağın ev sahibi üzərində olan haqqı (qonaq) evdən çıxana qədər onunla birlikdə getməsidir (yəni qonağı yola salmasıdır).”

26-Ailə-uşaqlarının yeməyini tədarük görə bilməyən şəxs gərək bir kəsi qonaq dəvət etməsin. Çünki qonaqlıq vermək müstəhəb, ailə-uşaqları dolandırmaq isə vacibdir. Heç bir müsəlman müstəhəb əmələ görə vacib əməli tərk etməməlidir.

27-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-taala, öz dini qardaşının sevdiyi yeməyi hazırlayan şəxsin günahlarını bağışlayıb, onu sevindirər.”

28-Qonaqdan qabaq yatmayın.

29-Onun qarşısında öz çətinliklərinizdən və problemlərinizdən danışmayın.

30-Onun söhbətlərinin arasında (sözünü kəsib) danışmayın.

31-Onun qarşısında ailənizə qəzəblənməyin.

32-Özünüzün şad və sevinc içində olduğunuzu göstərin.

33-O gedəndə özünüzün qəmgin və narahat olduğunuzu bildirin.

34-Bir kişi imam Əli (ə)-ı qonaq dəvət etdikdə, o həzrət buyurdu: “Üç şərtlə sizə qonaq gələrəm: Bazardan bir şey almayasan, evdə olan yeməklərdən gətirəsən və öz ailənə çətinlik yaratmayasan.”

35-Bir möminin evinə daxil olduqda, ev sahibinin təklif etdiyi yerdə əyləşin.

36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər sizi bir qonaqlığa dəvət ediblərsə, övladlarınızı özünüzlə ora aparmayın. Əgər kimsə belə bir iş tutarsa, haram yemiş və o məclisə günahkar daxil olmuş olar.”

37-İmam Sadiq (ə) buyurmuşdur: “Qonaqlığa (təkcə) dəvət olunsanız, övladınızı özünüzlə ora aparmayın; çünki bu, günahdır və övladınızın da (o qonaqlıqda) yemək yeməsi haram sayılır.”

38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allaha xatir sevdiyin şəxsi qonaqlığa dəvət et.”

39-İmam Sadiq (ə) buyurmuşdur: “Möminin günahın qarşısını ala bilmədiyi halda günah Məclisində iştirak etməsi layiq deyildir.”

40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Möminlərə ehsan və qonaqlıq vermək beş yerdə sünnədir: 1-Toy Məclisində. 2-Həcdən qayıdanda. 3-Övlad dünyaya gələndə. 4-Sünnət toyunda. 5-Ev alanda.”

İmam Sadiq (ə) sükut haqqında belə buyurmuşdur:

“1-Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır.

2-Sükut hər növ rahatlığın açarı, dünya və axirətin asayişidir.

3-Sükut Allahın razılığına səbəb olur.

4-Sükut qiyamət günü haqq-hesabın yüngül olmasına səbəb olur.

5-Sükut xatalardan və uçurumlardan qorunmaq vasitəsidir.

6-Sükut nəfsani qüvvələri boğmaq üçün vasitədir.

7-Sükut nəfsin rahatlığı üçün vasitədir.

8-Sükut Allaha edilən ibadət və münacatların ləzzətini dərk etmək üçün vasitədir.

9-Sükut qəlbi sərtlikdən təmizləyir.

10-Sükut həya və təqva qazanmaq üçün vasitədir.

11-Sükut təfəkkürün, ağlın və mürüvvətin artmasına səbəbdir.

12-Sükut vasitəsilə insan düşüncəli və gözüaçıq olur.”

13-İmam Əli (ə) buyurmuşdur: “İnsanın yerinə yetirdiyi ibadət və itaətlərin arasında ən asanı, eyni zamanda Allah dərgahında ən qiymətlisi söz (dil) ilə yerinə yetirilən ibadətdir.”

14-İmam Əli (ə) buyurmuşdur: “Tanınmaq istəyirsinizsə, danışın; çünki insan öz dili altında gizlənmişdir.”


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə