3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz."



Yüklə 0,74 Mb.
səhifə13/14
tarix01.08.2018
ölçüsü0,74 Mb.
#60464
1   ...   6   7   8   9   10   11   12   13   14

37-İmam Rza (ə) buyurmuşdur: “(Günahlardan) tövbə edib bağışlanmaq diləmək ağacın titrədikcə ardıcıl yerə tökülən yarpağına bənzəyir. Günahdan tövbə edib ondan əl çəkməyən və günaha batan şəxs öz Allahını məsxərə etmiş kimidir.”

38-Allah-taala bir hədisi-qüdsidə buyurur: “Mənim üçün tövbə edənlərin naləsi təsbih edənlərin təsbihindən əzizdir.”

39-Allah-taala buyurur: “Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” – deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq.”

40-Qurani-kərimdən aydın olduğu kimi, tövbə iki şərtlə qəbul olunur: İnsan günaha küfr üzündən deyil, özünün cəhalət və nadanlığı səbəbindən batmış olarsa və günaha batandan sonra dərhal peşman olub tövbə edərsə. Belə ki, Allah-taala buyurur: “Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucbatından pis bir iş görər və dərhal tövbə edərlər. Allah belə şəxslərin tövbəsini qəbul edər! Həqiqətən Allah hər bir şeyi bilən və hikmət sahibidir.”

1-Təqvalı olmaq və günahlardan çəkinmək:

Allah-taala buyurmuşdur: “Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən bərəkət yağdırardıq. Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər. Biz də onların qazandıqlarına görə məhv etdik.”

2-Tövbə etmək və Allahdan bağışlanmaq diləmək:

İmam Əli (ə) buyurmuşdur: “Allah-taala bir vasitə kimi ruzinin və mərhəmətin artmasında tövbə və Allahdan bağışlanmaq diləməyi insanlar üçün təyin etmişdir.”

3-Gündə yetmiş dəfə “Ya ğəniyyu, ya kafi, ya fəttahu, ya raziq” demək.

4-Hər gün yüz dəfə “Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd və əccil fərəcəhum vəhşurna məəhum vələn ədaəhum” demək.

5-Gündə otuz dəfə “Subhanəllahu və bihəmdihi, subhanəllahul-əzimu və bihəmdih” demək.

6-Hər gün sədəqə vermək. Əlbəttə, sübh və işa namazından sonra sədəqə vermək daha yaxşıdır.

7-Sübh namazından sonra “Yasin”, “Taha” və “Mülk” surələrini oxumaq.

8-Gündə qırx dəfə “Əl-əziz” demək.

9-Oruc tutmaq (xüsusilə “Şəban” ayında).

10-“Ma şaəllahu la hovlə və la quvvətə illa billah” zikrini çoxlu demək.

11-Hər gecə işa namazından sonra “Vaqiə” surəsini oxumaq.

12-Süfrədəki yemək qalıqlarını yemək.

13-Hər gün yüz otuz dörd dəfə “Əs-səməd” demək.

14-Namazların (xüsusilə sübh və əsr namazlarının) təqibatını (namazdan sonrakı duaları) oxumaq.

15-Allaha təvəkkül edib, Onun lütf və mərhəmətinə and vermək.

16-Müstəhəbbi namazlar (xüsusilə sübh namazının nafilələrini və gecə namazını) qılmaq.

17-Ata-ana və başqaları üçün dua etmək (xüsusilə süfrə başında əyləşəndə).

18-Dəstəmaz alıb üzü qibləyə oturan halda, (arada fasilə vermədən) üç dəfə “Təlaq” surəsini oxumaq.

19-Dünya malına həris olmamaq, xums və zəkat vermək. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allahın sənin mal-dövlətini artırmasını istəyirsənsə, malının zəkatını ver.”

20-Mömin qardaşının istəyini yerinə yetirmək.

21-Gündə on dörd, yaxud yüz dəfə “Əl-vəhhab” demək.

22-Azan verən şəxs azan verəndə, onu zümzümə etmək (astadan təkrarlamaq).

23-Hər gün “Qədr” surəsini oxumaq.

24-Gecə namazı qılmaq.

25-Həmişə dəstəmazlı olmaq.

26-Gündə otuz dəfə “Subhanəllah” demək.

27-Qonaqlıq vermək.

28-Gündə yüz dəfə “La ilahə illəllahul-məlikul-həqqul-mubin” demək.

29-Az danışmaq və yalanı tərk etmək.

30-Qohumluq əlaqələrini kəsməmək.

31-Əmanətə vəfalı olmaq.

32-Bığı və dırnaqları qısaltmaq.

33-“Hər gün yüz yetmiş üç dəfə “Əl-lətif” demək.

34-Ayaq yolunda danışmamaq.

35-Yeməkdən qabaq dəstəmaz almaq.

36-Namazı xüzu halında qılmaq.

37-Camaat namazında iştirak etmək.

38-Azandan qabaq məscidə getmək.

39-Yersiz və boş sözlər danışmamaq.

40-Allahın verdiyi nemətlərə şükr etmək.

1-Bu, təkidli müstəhəbbi əməllərdən biridir.

2-Şiə imamlarının və din alimlərinin nəzərində xüsusi əhəmiyyətə malikdir.

3-Onun qısa və sadə olmasına baxmayaraq, çoxlu savabı və xeyir-bərəkəti vardır. Belə ki, Həzrət Peyğəmbəri-Əkrəm (s) onu qızı xanım Zəhra (ə)-a öyrədib buyurdu: “Sənə dünya və onun içindəkilərdən yaxşı olan bir şey əta edəcəyəm.” (Sonra bu zikri ona əta etdi.)

4-İmam Baqir (ə) buyurmuşdur: “Allaha həmd-səna etmək baxımından, həzrət Zəhra (ə)-ın təsbihindən üstün və fəzilətli bir ibadət yoxdur. Əgər ondan fəzilətli bir əməl olsaydı, həzrət Mühəmməd (s) onu Fatimeyi-Zəhra (ə)-a öyrədərdi.”

5-Namazdan sonra ən fəzilətli əməl həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihidir.

6-Yaxşı olar ki, vacibi namazlardan sonra, yatanda və Allah yanında yüksək məqama malik olan şəxslərin qəbrini ziyarət edəndə onun zikrinə müdavimət edilsin.

7-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs vacibi namazdan sonra Fatimə (ə)-ın təsbihatını desə, sağ ayağını sol ayağının üstündən götürməzdən öncə, onun bütün günahları bağışlanar. Bu təsbih “Əllahu-əkbər”lə başlanır.”

8-İmam Sadiq (ə) buyurmuşdur: “Mənim üçün hər gün vacibi namazlardan sonra həzrət Zəhra (ə)-ın təsbihatını demək, gündə qılınan min rükət (müstəhəbbi) namazdan sevimlidir.”

9-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs gecəni Fatimə (ə)-ın təsbihini deməklə başa vursa (yəni yatanda onu desə), Allahı çox yad edən qadın və kişilər sırasındadır (və “Allahı çox yad edin!” – ayəsinə əməl edənlərdəndir).”

10-Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihini demək Allahın razılığına səbəb olur.

11-Əməl tərəzisində insanın yaxşı əməllərinin ağır gəlməsinə sbəbəb olur. Bu barədə imam Sadiq (ə) Əmirəl-möminin Əli (ə)-ın belə buyurduğunu nəql etmişdir: “Sübhanəllah” demək əməl tərəzisinin yarısını, “Əl-həmdu lillah” demək tərəzinin hamısını, “Əllahu-əkbər” demək isə yerlə göyün arasını doldurur.”

12-Allahın razılığına səbəb olur. Belə ki, imam Baqir (ə) buyurmuşdur: “Hər kəs həzrət Zəhra (ə)-ın təsbihatını dedikdən sonra tövbə etsə, Allahın məğfirətinə şamil olar.”

13-İnsanı behiştə aparar. İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs həzrət Fatimə (ə)-ın təsbihatını vacibi namazda (salamı dedikdən sonra) ayaqlarını bir-birinin üstündən götürməmişdən öncə desə, Allah-taala behişti ona vacib edər.”

14-Xanım Zəhra (ə) onu həmişə oxuduğuna görə o həzrətin təsbihi adı ilə məşhurlaşdı. O, məsum imamların yanında yüksək əhəmiyyətə malik idi.

15-İmam Sadiq (ə) buyurmuşdur: “Namazdan sonra Fatimə (ə)-ın təsbihini “Əllahu-əkbər” deməklə başlayıb, onu otuz dörd dəfə deyin. Sonra otuz üç dəfə “Əl-həmdu lillah” və otuz üç dəfə də “Sübhanəllah” deyin. Lakin yatanda və (möminlərin qəbrini) ziyarət edəndə əvvəlcə “Əllahu-əkbər”, sonra “Sübhanəllah” və daha sonra isə “Əl-həmdu lillah” deyin.”

16-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs vacibi namazdan sonra Allahı yad etməyi həzrət Fatimə (ə)-ın təsbihini deməklə başlayıb, “La ilahə illəllah” desə, Allah-taalanın məğfirətinə şamil olar.”

17-Onu yaddan çıxarmayın və göstəriş verildiyi şəkildə icra edin.

18-İbadətin, xüsusilə həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını ən yaxşı şərti diqqətli olmaqdır.

19-Onun digər şərtlərindən biri də, onu namazdan dərhal sonra yerinə yetirməkdir.

20-Həmçinin onun başqa bir şərti də ardıcıllıqla, sözlərin arasında heç bir fasilə vermədən və (Mühəmməd və Ali-Mühəmmədə salavat göndərmək müstəsna olmaqla) başqa bir söz danışmadan yerinə yetirməkdir.

21-Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatının çoxlu faydaları vardır, o cümlədən: İnsanı bədbəxtlikdən xilas edir.

22-İmam Sadiq (ə) buyurmuşdur: “Ey Əba Harun! Biz öz övladlarımıza namaz qılmağı əmr etdiyimiz kimi, həzrət Fatimə (ə)-ın təsbihatını deməyi də əmr edirik. Sən də onu heç vaxt yaddan çıxarma; çünki bu zikri həmişə deyən şəxs heç vaxt bədbəxtliyə düşməz.”

23-Şeytanın insandan uzaqlaşmasına səbəb olan əməllərdən biri də həmişə həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını deməkdir.

24-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs öz yatağında uzandığı halda həzrət Fatimə (ə)-ın təsbihatını desə, Allah-taala onun əməl dəftərində həmin gecəni ibadətlə başa vurma savabını yazar.”

25-Rəvayətlərə və tarixi şahidlərə əsasən, həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatı bəzi xəstəliklərə, o cümlədən qulaq ağrısına dərmandır.

26-İmam Sadiq (ə)-dan nəql olunan rəvayətə əsasən, həzrət Zəhra (ə)-ın təsbihatı “Allahı çox yad edin!” – ayəsinin xarici nümunələrindən biridir.

27-Hər kəs Allahı çox yad etsə, Allah-taala onu iki şeydən uzaq edər: 1-Cəhənnəm odundan. 2-Nifaq (münafiqlik) sifətindən.

28-Bu təsbihi zikr etməyin üç məxsus vaxtı vardır: 1-Hər bir namazdan sonra. 2-Yatan vaxtı. 3-Allah yanında yüksək məqama malik olan şəxslərin qəbrini ziyarət edən zaman.

29-İmam Baqir (ə) buyurmuşdur: “Yatmazdan öncə həzrət Zəhra (ə)-ın təsbihatını deyin, ondan sonra “Fələq” və “Nas” surələrini, eləcə də “Ayətəl-kürsü”nü oxuyun.”

30-Əgər bir kəs təsbih edərkən sayında şəkk etsə, məhəllindən keçməyibsə, niyyətini aza qoymalıdır. Əgər səhv edərək təkbirlərin və sairənin sayını artırsa, artıq deməməli və niyyətini otuz dörd, yaxud otuz üçə qoymalıdır. Bu kimi hallarda yaxşı olar ki, təsbihdə (Sübhanəllah) yox, təkbir (Allahu-əkbər) və təmhiddə (Əl-həmdu lillah) niyyəti buna qoysun ki, bir dənə az demişdir. Sonra birini əlavə etməklə sayı təkmil etsin.

31-Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını hər bir namazdan sonra, o cümlədən həzrət Peyğəmbər (s)-ə qılınan ziyarət namazından, “istiğasə” namazından, “Cəmkəran” məscidində imam Zaman (ə)-a qılınan namazdan və Əmirəl-möminin Əli (ə)-a qılınan ziyarət namazından sonra da deyilir.

32-Adətən zikrlər, xüsusilə həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatı təsbehlə deyildiyinə görə, yaxşı olar ki, zikr imam Hüseyn (ə)-ın türbətindən düzəlmiş təsbehlə deyilsin.

33-İmam Sadiq (ə) buyurmuşdur: “İmam Hüseyn (ə)-ın türbətindən düzəlmiş təsbehlə zikr etmək, yaxud tövbə etmək (və onu təsbihlə saymaq) digər torpaqdan, yaxud daşdan düzəlmiş təsbehlə deyilən yetmiş zikrə, yaxud tövbəyə bərabərdir.”

34-İmam Kazim (ə) buyurmuşdur: “Möminin beş şeyi olmalıdır: Misvakı, darağı, (üzərində namaz qılınan) Səccadəsi, otuz dörd dənəli təsbehi və əqiq üzüyü.”

35-Bu təsbihi demək zahirdə asandır, lakin onu diqqətlə dedikdə, çoxlu çətinliklər aradan qaldırılar.

36-Bu zikr sünnülərin “Səhihi Müslüm”, “Səhihi Buxari”, “Sünəni ibn Macə” və “Ehyau ülumid-din” kimi kitablarında qeyd olunmuşdur, lakin onun həzrət Fatimeyi-Zəhra (ə)-a məxsus olmasına işarə edilməmişdir.

37-Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını xüsusiyyətlərindən biri də onun çoxlu savaba malik olmasıdır.

38-İmam Baqir (ə) buyurmuşdur: “Bu təsbih yüz zikrdən ibarətdir, lakin (qiyamət günündə) əməllər ölçüləndə ona min savab verilər, Şeytanı insandan uzaq edər və Allahın razılığına səbəb olar.”

39-İmam Sadiq (ə) həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını deyəndə, həmişə öz mübarək barmaqları ilə yavaş-yavaş sayırdı.

40-İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatının neçə dəfə dediyini şəkk etsən, yenidən de.”

1-İnsanın çətinliklərinin həll olunması üçün öz Rəbbini çağırıb Ondan kömək diləməsinə “dua” deyilir. Dua həm Allah-taalanın Qurani-kərimdə, həm də on dörd məsumun çoxlu tövsiyə etdikləri ən gözəl əməllərdən biridir.

2-Allah-taala Qurani-kərimdə buyurmuşdur: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dua möminin silahı, dinin sütunu, yer və göylərin nurudur.”

4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ən fəzilətli ibadət duadır.”

5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yer üzündə Allah üçün təqdim olunan ən sevimli əməl – duadır.”

6-İmam Əli (ə) buyurmuşdur: “Allah-taala yanında, yer üzündə əməllərin ən sevimlisi dua, ibadətlərin ən yaxşısı isə iffətdir.”

7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dua xoşagəlməz hadisələri və bəlanı dəf edir.”

8-İmam Sadiq (ə) buyurmuşdur: “Öz xəstələrinizi sədəqə verməklə müalicə edin, bəlaları dua ilə dəf edin.”

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dua hər bir dərdin dərmanıdır.”

10-İmam Əli (ə) buyurmuşdur: “Beş yerdə dua etməyi qənimət sayın: 1-Quran oxunanda. 2-Azan vaxtı. 3-Yağış yağan vaxt. 4-Cihad cərgələrində şəhadətə hazırlaşan vaxt. 5-Məzlumun dua etdiyi vaxt; çünki onun duasının tez qəbul olması üçün ərşin altında heç bir pərdə (maneə) yoxdur.”

11-İmam Əli (ə) buyurmuşdur: “Hər kəsə dörd şey əta olunsa, dörd şeydən məhrum olmaz: 1-Hər kəsə dua etmək (qüdrəti) əta olunsa, onun qəbul olunmasından məhrum olmaz; 2-Hər kəsə tövbə etmək əta olunsa, (tövbənin) qəbul olunmasından məhrum edilməz; 3-Hər kəsə istiğfar etmək əta olunsa, məğfirətdən məhrum olmaz; 4-Hər kəsə şükür etmək nəsib olarsa, nemət bolluğundan məhrum edilməz.”

12-İmam Sadiq (ə) uzun bir məktubda öz şiələrinə buyurur: “Allah-taala möminlərin (bu dünyada) etdikləri duaları qiyamətdə onların yaxşı əməllərinə çevirər və bununla da behiştdə onlara daha yaxşı yerlər verər.”

13-İmam Sadiq (ə) buyurmuşdur: “Əsla duadan qafil olmayın (amandır, duanı unutmayın); çünki heç bir şey sizi Allah dərgahına dua kimi yaxınlaşdıra bilməz.”

14-İmam Əli (ə) buyurmuşdur: “Çox hallarda ola bilsin ki, sən (Allahdan) bir şey istəyəsən, Allah da onu sənə verməsin, amma əvəzində ondan yaxşı bir şey nəsib etsin.”

Hədislərə əsasən, duanın şərtləri və qaydaları:

15-Təharətli olmaq və ətir iyləmək.

16-Səmimi qəlbdən istəmək və Allah-taala barəsində hüsnü-zənn etmək.

17-Duadan qabaq sədəqə vermək.

18-Allahdan haram bir şey istəməmək (o cümlədən, Allahdan qohumluq əlaqəsini kəsməməsini istəməmək) və öz istəyini Allahdan israrla tələb etmək.

19-Dua zamanı hacətləri dilə gətirmək və Allahla məxfi şəkildə raz-niyaz etmək.

20-Başqaları üçün dua etmək.

21-Hamının istəyi olan bir hacəti Allahdan hamılıqla istəmək.

22-Allahın müqabilində xüşu və zəlillik göstərmək, duanın əvvəlində və axırında Allaha həmd-səna etmək.

23-Duanı Peyğəmbər (s) və onun Əhli-beytinə salavatla başlayıb, salavatla qurtarmaq.

24-Allahı Peyğəmbər və Ali-Peyğəmbərə and vermək.

25-Duanı həzin səslə oxumaq və dua vaxtı ahu-fəğan etmək.

26-Duadan əvvəl özü ilə Allah arasında olan günahları iqrar və çirkin əməllərinə nifrət etmək.

27-Bütün vücudu ilə Allaha diqqət yetirmək, həmişə naz-nemət içində olan vaxt, bəlalara düçar olmamışdan əvvəl (“Təvəssül” duası vasitəsilə) Allahla əlaqə yaratmaq.

28-Əvvəlcə özü üçün deyil, başqalarını dua etmək və başqalarından onun dua etmələrini yalvarmaq.

29-Dua vaxtı əlləri göyə qaldırmaq.

30-Duanı müntəzəm şəkildə təkrarlamaq və duanı qurtardıqdan sonra “Maşaəllahu la quvvətə illa billah” – deyib, əlləri üzə və sinəyə çəkmək.

31-Allahın haram etdiklərini tərk etmək, günahlardan uzaq olmaq və camaatdan halallıq almaq.

32-Dua vaxtı əqiq, yaxud firuzə üzük taxmaq.

Hədislərə əsasən, duaları qəbul olunmayan şəxslər:

33-Evlərində oturub Allahdan ruzi tələb edən; çünki Allah-taala buyurmuşdur ki, güzəranı keçirmək üçün çalışın.

34-Həyat yoldaşına qarşı qarğış edən.

35-Haqqını inkar edən bir şəxs barəsində dua edən.

36-Allahın verdiyi çoxlu nemətləri zay edib, yenidən Ondan əta etməsini istəyən şəxs.

37-Öz qonşusunun əleyhinə qarğış edən.

38-Allah bəndələrinə zülm edən və günahı davam etdirməkdə israr edən.

39-Haram yeyən (həmçinin, zülmkarlar, hətta bir yerdə, hamılıqla dua etsələr də, onlara lənət olunar).

40-İmam Sadiq (ə) buyurmuşdur: “Böyük Allah qafil qəlbdən gələn duanı qəbul etməz. Hər vaxt dua etmək istəsən, əvvəlcə qəlbən Allaha diqqət yetir, sonra bil ki, Allah sənin duanı qəbul edəcək.”

Ramazan ayının günlərinin duaları:

1-ci günün duası:

1-“Əllahumməcəl siyami fihi siyaməs-saimin və qiyami fihi qiyaməl-qaimin və nəbbihni fihi ən novmətil-ğafilin və həb li curmi fih, ya ilahəl-aləmin, vəfu ənni ya afiyən ənil-mucrimin.”

2-ci günün duası:

2-“Əllahummə qərribn fihi ila mərzatik və cənnibn fihi min səxətikə və nəqimatik və vəffiqni fihi liqiraəti ayatik, birəhmətikə ya ərhəmər-rahimin.”

3-cü günün duası:

3-“Əllahummərzuqni fihiz-zihnə vət-tənbih və baidni fihi minəs-səfahəti vət-təmvih, vəcəl li nəsibən min kulli xəyrin tunzilu fihi bicudik, ya əcvədəl-əcvədin.”

4-cü günün duası:

4-“Əllahummə qəvvini fihi əla iqaməti əmrik və əziqni fihi həlavətə zikrik və əvzini fihi liədai şukrikə bikərəmik, vəhfəzni fihi bihifzikə və sitrik, ya əbsərən-nazirin.”

5-ci günün duası:

5-“Əllahumməcəlni fihi minəl-mustəğfirin, vəcəlni fihi min ibadikəs-salihinəl-qanitin, vəcəlni fihi min ovliyaikəl-muqərrəbin, birəfətikə ya ərhəmər-rahimin.”

6-cı günün duası:

6-“Əllahummə la təxzulni fihi litəərruzi məsiyətik və la təzribn bisiyati nəqimətik və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin.”

7-ci günün duası:

7-“Əllahummə əinni fihi əla siyamihi və qiyamih və cənnibn fihi min həfəvatihi və asamih, vərzuqni fihi zikrəkə bidəvamih, bitovfiqikə ya hadiyəl-muzillin.”

8-ci günün duası:

8-“Əllahummərzuqni fihi rəhmətəl-əytam və itamət-təam və ifşaəs-səlam və suhbətəl-kiram, bitovlikə ya məlcəəl-amilin.”

9-cu günün duası:

9-“Əllahumməcəl li fihi nəsibən min rəhmətikəl-vasiəh, vəhdini fihi libərahinikəs-satiəh və xuz binasiyəti ila mərzatikəl-camiəh, biməhəbbətikə ya əmələl-muştaqin.”

10-cu günün duası:

10-“Əllahumməcəlni fihi minəl-mutəvəkkilinə ələyk, vəcəlni fihi minəl-faizinə lədəyk, vəcəlni fihi minəl-muqərrəbinə iləyk, bi-ihsanikə ya ğayətət-talibin.”

11-ci günün duası:

11-“Əllahummə həbbib iləyyə fihil-ihsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səxətə vən-niyran, biovnikə ya ğiyasəl-mustəğisin.”

12-ci günün duası:

12-“Əllahummə zəyyinni fihi bis-sətri vəl-əfaf, vəsturni fihi bilibasil-qunui vəl-kəfaf, vəhmilni fihi ələl-ədli vəl-insaf və aminni fihi min kulli ma əxaf, bi-ismətikə ya ismətəl-xaifin.”

13-cü günün duası:

13-“Əllahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar və səbbirni fihi əla kainatil-əqdar və vəffiqni fihi littuqa və suhbətil-əbrar, bi-ovnikə ya qurrətə əynil-məsakin.”

14-cü günün duası:

14-“Əllahummə la tuaxizni fihi bil-əsərat və əqilni fihi minəl-xətaya vəl-həfəvat və la təcəlni fihi ərəzən lil-bəlaya vəl-afat, bi-izzətikə ya izzəl-muslimin.”

15-ci günün duası:

15-“Əllahummərzuqni fihi taətəl-xaşiin, vəşrəh fihi sədri bi-inabətil-muxbitin, bi-əmanikə ya əmanəl-xaifin.”

16-ci günün duası:

16-“Əllahummə vəffiqni fihi limuvafəqətil-əbrar və cənnibn fihi murafəqətil-əşrar və avini fihi birəhmətikə ila daril-qərar, bi-ilahiyyətikə ya ilahəl-aləmin.”

17-ci günün duası:

17-“Əllahumməhdini fihi lisalihil-əmal, vəqzi li fihil-həvaicə vəl-amal, ya mən la yəhtacu ilət-təfsiri vəs-sual, ya alimən bima fi suduril-aləmin, səlli əla Muhəmmədin və alihit-tahirin.”

18-ci günün duası:

18-“Əllahummə nəbbihni fihi libərəkati əsharih və nəvvir fihi qəlbi biziyai ənvarih və xuz bikulli əzai iləttibai asarih, binurikə ya munəvvirə qulubil-arifin.”

19-ci günün duası:

19-“Əllahummə vəffir fihi həzzi min bərəkatih və səhhil səbili ila xəyratih və la təhrimni qəbulə həsənatih, ya hadiyən iləl-həqqil-mubin.”

20-ci günün duası:

20-“Əllahumməftəh li fihi əbvabəl-cinan və əğliq ənni fihi əbvabən-niyran, və vəffiqni fihi litilavətil-Quran, ya munziləs-səkinəti fi qulubil-muminin.”

21-ci günün duası:

21-“Əllahumməcəl li fihi ila mərzatikə dəlila və la təcəl lişşəytani fihi ələyyə səbila, vəcəlil-cənnətə li mənzilən və məqila, ya qaziyə həvaicit-talibin.”

22-ci günün duası:

22-“Əllahumməftəh li fihi əbvabə fəzlik və ənzil ələyyə fihi bərəkatik və vəffiqni fihi limucibati mərzatik və əskinni fihi buhbuhati cənnatik, ya mucibə dəvətil-muztərrin.”

23-ci günün duası:

23-“Əllahumməğsilni fihi minəz-zunub, və təhhirni fihi minəl-uyub, vəmtəhin qəlbi fihi bitəqvəl-qulub, ya muqilə əsəratil-muznibin.”

24-ci günün duası:

24-“Əllahummə inni əsəlukə fihi ma yurzik və əuzu bikə mimma yuzik və əsəlukət-tovfiqə fihi liən utiəkə və la əsiyək, ya cəvadəs-sailin.”

25-ci günün duası:

25-“Əllahumməcəlni fihi muhibbən liovliyaik və muadiyən liədaik, mustənnən bisunnəti xatimi ənbiyaik, ya asimə qulubin-nəbiyyin.”

26-ci günün duası:

26-“Əllahumməcəl səyi fihi məşkura və zənbi fihi məğfura və əməli fihi məqbula və əybi fihi məstura, ya əsməəs-samiin.”

27-ci günün duası:

27-“Əllahummərzuqni fihi fəzlə ləylətil-Qədr və səyyir umuri fihi minəl-usri iləl-yusr, vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr, ya rəufən bi-ibadihis-salihin.”

28-ci günün duası:

28-“Əllahummə vəffir həzzi fihi minən-nəvafil və əkrimni fihi bi-ihzaril-məsail və qərrib fihi vəsiləti iləykə min bəynil-vəsail, ya mən la yəşğəluhu ilhahul-mulihhin.”

29-ci günün duası:

29-“Əllahummə ğəşşini fihi birrəhməh, vərzuqni fihit-tovfiqə vəl-isməh və təhhir qəlbi min ğəyahibit-tuhəməh, ya rəhimən bi-ibadihil-muminin.”

30-ci günün duası:

30-“Əllahumməcəl siyami fihi biş-şukri vəl-qəbuli əla ma tərzahu və yərzahur-Rəsul, muhkəmətən furuuhu bil-usul, bihəqqi səyyidina Muhəmmədin və alihit-tahirin, vəl-həmdu lillahi Rəbbil-aləmin.”

Ramazan ayında hər vacibi namazdan sonra oxunan dualar:

31-“Ya əliyyu ya əzim, ya ğəfuru ya rəhim, əntər-Rəbbul-əzim, əlləzi ləysə kəmislihi şəy və huvəs-səmiul-bəsir və haza şəhrun əzzəmtəhu və kərrəmtəh və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur və huvəş-şəhrul-ləzi fərəztə siyaməhu ələyy və huvə şəhru Rəməzan, əlləzi ənzəltə fihil-Quran, hudən lin-nasi və bəyyinatin minəl-huda vəl-furqan və cəəltə fihi ləylətəl-Qədr, və cəəltəha xəyrən min əlfi şəhr, fəya zəl-mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar, fimən təmunnu ələyh və ədxilnil-cənnəh, birəhmətikə ya ərhəmər-rahimin.”

32-“Əllahummə ədxil əla əhlil-quburis-surur. Əllahummə əğni kullə fəqir. Əllahummə əşbi kullə cai. Əllahumməksu kullə uryan. Əllahumməqzi dəynə kulli mədin. Əllahummə fərric ən kulli məkrub. Əllahummə ruddə kullə ğərib. Əllahummə fukkə kullə əsir. Əllahummə əslih kullə fasidin min umuril-muslimin. Əllahumməşfi kullə məriz. Əllahummə suddə fəqrəna biğinak. Əllahummə ğəyyir suə halina bihusni halik. Əllahumməqzi ənnəd-dəyn və əğnina minəl-fəqr, innəkə əla kulli şəyin qədir.”

33-“Əllahummə Rəbbə şəhri Rəməzan, əlləzi ənzəltə fihil- Quran, vəftərəztə əla ibadikə fihis- siyam, səlli əla Muhəmmədin və Ali- Muhəmməd, vərzuqni həccə bəytikəl- həram, fi ami haza və fi kulli am, vəğfir li tilkəz- zunubəl- izam, fəinnəhu la yəğfiruha ğəyruk, ya rəhmanu ya əllam.”

İftar vaxtında oxunan dua:

34-“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl- məğfirəti iğfir li.”

Qədr gecələrinin müştərək əməlləri:

35-Qusl vermək: Yaxşı olar ki, gün batan zamana yaxın bir vaxtda qusl verib, axşam namazını qusl ilə qılasan.

36-İki rükət namaz qılmaq: Hər rükətdə “Həmd” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunmalı, namaz qurtardıqdan sonra yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyilməlidir.

37-Qurani-kərimi açıq halda üzün müqabilində tutub demək lazımdır: “Əllahummə inni əsəlukə bi-kitabikəl-munzəl və ma fihi və fihis-mukəl-əkbər və əsmaukəl-husna və ma yuxafu və yurca, ən təcələni min utəqaikə minən-nar. Əllahummə bi-həqqi hazəl-Quran və bi-həqqi mən ərsəltəhu bih və bi-həqqi kulli muminin mədəhtəhu fih və bi-həqqikə ələyhim. Fəla əhədə ərəfu bi-həqqikə mink.”

Sonra Quranı başın üzərinə qoyub, Allahın və on dörd məsum (ə)-ın hər birinin haqqına on dəfə and verirsən. Sonra öz istək və hacətlərini Allahdan istə ki, Allah dərgahında qəbul olunar. İnşaalla!

38-İmam Hüseyn (ə)-ı ziyarət etmək.

39-Bu gecələri ehya keçirmək və çoxlu dua etmək: Nəql olunmuşdur ki, Qədr gecəsini ehya keçirən şəxsin bütün günahları bağışlanar, əgər göyün ulduzlarının sayı, dağların ağırlığı, dənizlərin suyu qədər günahı olsa da belə.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə