3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz."



Yüklə 0,74 Mb.
səhifə10/14
tarix01.08.2018
ölçüsü0,74 Mb.
#60464
1   ...   6   7   8   9   10   11   12   13   14

15-İmam Əli (ə) buyurmuşdur: “İnsanın batini dili altında gizlənmişdir.”

16-İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql etmişdir: “Allah-taala bədən üzvlərindən ən çox dilə əzab verər. Dil deyər ki, İlahi, nə üçün hər bir şeydən çox mənə əzab verdin. Ona deyilər ki, sənin dediyin bir söz yerin şərqini və qərbini bürüdü, onunla nahaq qanlar töküldü, məzlumların malı qəsb olundu və camaatın namusuna ləkə yaxıldı. And olsun izzət və cəlalıma, bədən üzvlərindən heç birinə layiq görmədiyim əzabla səni cəzalandıracağam.”

17-İmam Sadiq (ə) buyurmuşdur: “Mömin şəxsə sakit olduğu vaxta qədər savab yazılar. Danışmağa gəldikdə isə, ya savab, ya da günah yazılar.”

18-Həzrət Əli (ə) oğlu imam Həsən (ə)-a belə vəsiyyət etmişdir: “Susmaq peşmançılıqdan amanda qalmaqdır, susmaqla itirdiyin mənfəəti ələ gətirmək, danışmaqla itirdiyin faydalırı ələ gətirməkdən asandır.”

19-Osman ibn İsa deyir ki, imam Rza (ə)-ın hüzurunda idim, gördüm ki, bir kişi Həzrətdən ona tövsiyə etməsini istədi. Həzrət buyurdu: “Dilini qorusan izzətli olarsan, öz ixtiyarını insanlara vermə, yoxsa özünü zillətə salarsan.”

20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dilin fitnə-fəsadı qılınc zərbəsinin yaratdığı fəsaddan daha kəskindir.”

21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “İnsanın qəlbi düzəlməsə, imanı düzəlməz və dili düzəlməsə, qəlbi düzəlməz.”

22-İmam Sadiq (ə) buyurmuşdur: “Susmaq dünya və axirətdəki rahatlığın açarıdır.”

23-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Möminin nicatı dilini qorumaqdadır.”

24-Loğman öz övladına buyurdu: “Ey övladım! Çox vaxt mən danışdığıma görə peşman olmuşam, lakin sükut etdiyim üçün təəssüflənməmişəm.”

25-İmam Əli (ə) buyurmuşdur: “Möminin dili qəlbinin arxasında, münafiqin qəlbi isə dilinin arxasında olar. Mömin danışmazdan əvvəl fikirləşər, əgər xeyir olsa, dilinə gətirər, əgər şər olsa, onu aşkar etməz. Münafiq isə dilinə gələni deyər, xeyir-şərini fikirləşməz.”

26-İmam Rza (ə) buyurmuşdur: “Helm və susmaq düşüncənin əlamətlərindəndir. Həqiqətən, susmaq hikmətin qapılarındandır, məhəbbəti cəzb edir və xeyir işlərin köküdür.”

27-İmam Əli (ə) buyurmuşdur: “Sözü nə qədər ki, deməmisən, o sənin ixtiyarındadır, elə ki, danışdın, sən onun ixtiyarında olursan. Buna görə də dilini qızıl-gümüşün kimi qoruyub saxla. Çünki çoxlarının bir kəlmə yersiz danışması böyük bir neməti əlindən alıb, onun başına dərd-bəla gətirmişdir.”

28-İmam Sadiq (ə) buyurmuşdur: “Elə bir gün yoxdur ki, bədən üzvləri dilə şikayət edib deməsinlər: Səni Allaha and veririk, sənə görə əzab çəkməyək.”

29-İmam Sadiq (ə) buyurur: Loğman öz övladına buyurdu: “Əziz oğlum! Danışmaq gümüşdürsə, danışmamaq qızıldır.”

30-İmam Baqir (ə) buyurmuşdur: “İnsan dilini nəzarət altında saxlamasa, günahdan amanda qala bilməz.”

31-Bir kişi həzrət Peyğəmbəri-Əkrəm (s)-in yanına gəlib, o həzrətdən tövsiyə etməyi xahiş etdi. Həzrət buyurdu: “Dilini saxla, vay olsun sənə, insanların cəhənnəmi qazanmaqda dillərindən başqa bir şey varmı?!”

32-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Möminin nicatı dilini qorumasındadır.”

33-İmam Sadiq (ə) buyurmuşdur: “Ey şiələr, bizim üçün zinət olun, rüsvayçılıq səbəbi olmayın Camaatla yaxşı davranın, onu yersiz danışmaqdan və nalayiq sözlərdən qoruyun.”

34-İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala söyüş verən şəxslə düşməndir.”

35-İmam Sadiq (ə) buyurmuşdur: “Pis danışmaq sərtlikdəndir və sərt adamın yeri cəhənnəmdir.”

36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Söyüş verən və boş-boş danışan adamı özünə yoldaş seçən şəxs Allahın ən pis bəndələri zümrəsindən sayılır.”

37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Söyüş vermək, nalayiq sözlər demək və boş-boş danışmaq münafiqlik sifətlərindəndir.”

38-İmam Sadiq (ə) buyurmuşdur: “Dili düz olan şəxsin əxlaqı da pak olar.”

39-İmam Sadiq (ə) buyurmuşdur: “Düz danışan adamı təsdiq edən ilk şəxs Allahdır.”

40-İmam Səccad (ə)-dan danışmaq və susmağın hansı birinin ən fəzilətli olduğu barəsində soruşduqda, o həzrət buyurdu: “Onların hər ikisinin özünəməxsus bəlası var. Əgər hər ikisinin eyblərini götürsək, danışmaq susmaqdan fəzilətlidir.” Soruşdular ki, bu necə ola bilər? Həzrət cavab verib buyurdu: “Çünki Allah-taala peyğəmbərləri susmaq üçün deyil, danışmaq üçün göndərmişdir. Susmaqla cənnəti və Allahın vilayətini almaq olmaz. İnsanları sükutla cəhənnəmdən qorxuza bilməzsən. Allahın qəzəbindən sükutla (duaya işarə edir) qurtarmaq olmaz.”

1-Zikr etmək peyğəmbərlərin sifətlərindən idi.

2-İmam Sadiq (ə) buyurmuşdur: “Subhanəllah demək insanın əməl tərəzisinin yarısını, “Əlhəmdu lillah” onu bütünlüklə, “Allahu-əkbər” isə yerlə göyun arasını doldurar.”

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ölüm mələyi (Əzrail) hər gecə nida edib deyir: “Ey qəbir əhli, bu gün kimə və nə üçün qibtə edirsiniz? Artıq axirət işini aşkar şəkildə gördünüz?!” Ölülər cavabında deyərlər: “Biz möminlərə qibtə edirik. Onlar Ramazan ayında oruc tuturlar, biz tutmuruq, onlar sədəqə verir, biz vermirik. Onlar Allahı çox yad edir, biz isə yad etmirik. əfsuslar olsun dünya evində bizim əldən verdiklərimizə!”

4-Zikr etmək Allah-taalanı yad edib, Onun sifətləri haqqında fikirləşməkdir.

5-İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən Allaha zikr edən şəxs mütidir.”

6-İmam Baqir (ə) buyurmuşdur: “Allaha zikr etməklə məşğul olan mömin şəxs durduğu, oturduğu və uzandığı halda olsa da belə, daim namaz halındadır.”

7-İmam Baqir (ə) buyurmuşdur: “Kəlmeyi-şəhadətdən sonra “La ilahə illəllah” zikrini deməkdən üstün bir savab yoxdur.”

8-Allahdan uzaq düşməkdən qəmli bir ayrılıq yoxdur, belə isə həmişə qəlbinizi Allahı yad etməklə məşğul edin.

9-Allah-taala həmişə zikr halında olan şəxsə hikmət vermişdir. Çünki hikmət kökü qəlbdə, meyvəsi isə dildə olan bir ağaca bənzəyir.

10-Allahı yad etmək insan ruhunu təmizləyir.

11-Zikr etmək Allahla ünsiyyətdə olmağın rəmzi və açarıdır.

12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ən yaxşı ibadət “La ilahə illəllah” deməkdir.”

13-İmam Sadiq (ə) buyurur: Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs Allahı çox yad etsə Allah onu sevər və onun üçün iki qurtuluş yazılar; biri atəşdən, digəri də nifaqdan (münafiq olmaqdan) qurtuluş.”

14-Rəvayətə əsasən, hər bir şeyin dərmanı vardır, günahların da dərmanı tövbə və istiğfar edib Allahdan bağışlanmaq diləməkdir.

15-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ən yaxşı tövbə zikr etməkdir.”

16-Allah-taala Musa (ə)-a buyurdu: “Hər halda Məni yad etmək yaxşı əməllərdəndir.”

17-İmam Sadiq (ə) buyurur: “Allah-taala buyurmuşdur: “Hər kəs bir dəstə adam arasında Məni yad etsə, Mən də onu bir dəstə mələklər arasında yad edərəm.”

18-İmam Sadiq (ə) buyurmuşdur: “Bizim şiələrimiz tək-tənha olduqları zaman Allahı çox yad edənlərdir.”

19-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs Allahı çox yad etsə, Allah-taala Öz rəhmətini ona şamil edər.”

20-İmam Sadiq (ə) buyurur: “Allah-taala buyurmuşdur: “Hər kəs Məni yad etmək məqsədilə Məndən bir şey istəməyi yaddan çıxarsa, ona istədiyindən yaxşısını əta edərəm.”

21-İmam Sadiq (ə) buyurur: “Allah-taala buyurmuşdur: “Hər kəs Məni xəlvətdə yad etsə, Mən onu aşkarda yad edərəm.”

22-Ən yaxşı zikrlərdən biri də namazdır.

23-İmam Sadiq (ə) buyurmuşdur: “Nemətə şükür etmək haramlardan çəkinməkdir və bütün şükürlər “Əl-həmdu lillahi Rəbbil-aləmin” deməkdədir.”

24-İmam Sadiq (ə) buyurmuşdur: “Hər bir məclisdə əyləşənlər Allahı yad etməyib, Peyğəmbərə salavat göndərməsələr, qiyamət günündə həmin məclis onlar üçün həsrət və qəm-qüssəyə çevriləcək.”

25-İmam Baqir (ə) buyurmuşdur: “Bizi yad etmək Allahı yad etmək və düşmənlərimizi yad etmək Şeytanı yad etməkdir.”

26-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Məclislərinizi Əhli-beyti yad edib onların fəzilətlərini danışmaqla zinətləndirin; çünki bu işdə Peyğəmbərin qırx xisləti vardır.”

27-İmam Sadiq (ə) buyurmuşdur: “Qəlb Allahın hərəmidir, Allahın hərəminə Allahdan qeyrisinə yol verməyin.”

28-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “La hovlə və la quvvətə illa billah” deyərsə, Allah-taala mələklərə buyurar: “Bəndəm mənə təslim olmuşdur, onun hacətini rəva edin.”

29-Hədislərdə buyurulur ki: “Bizim şiələrimiz xəlvətdə olarkən Allahı çox zikr edərlər.”

30-İmam Əli (ə)-ın imam Hüseyn (ə)-a etdiyi vəsiyyətdə buyurulur: “Hər bir halda Allahı yad et.”

31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allaha itaət edən şəxs Allahı yad etmişdir.”

32-Rəbbinin adını həmişə yad et, üzünü yalnız Ona tərəf tut!

33-Agah olun, qəlblər yalnız Allahı yad etməklə aramlaşar.

34-Allahdan üz çevirən şəxsin dünyada yaşayışı sıxıntılı olar.

35-Allahı həmişə yad etmək ruhun qüvvətlənməsinə səbəb olar.

36-Şeytan pərhizkarları vəsvəsə etmək istədikdə, onlar dərhal Allahı yad edir və bununla da nicat tapırlar.

37-İmam Səccad (ə) dua edərək demişdir: “İlahi! Səni yad etmək ləzzətindən başqa hər bir ləzzətdən tövbə edirəm!”

38-Allah-taala buyurur: “Məni yad edin, Mən də sizi yad edim.”

39-Hər kəs Allahı çox yad etsə, Allaha qarşı məhəbbəti artar.

40-Zikr etməyin ən yüksək mərhələsi günahlardan çəkinməkdir və onun təsiri də günahları tərk etməyə bağlıdır.

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən Allah pakdır və pak olanları da sevir.”

2-İmam Rza (ə) buyurmuşdur: “Peyğəmbərlərin əxlaqından biri də paklıqdır.”

3-İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) saçını darayır, çox vaxtlar onu su ilə düzəldir və buyururdu: Su mömini ətirli etmək üçün kifayətdir.”

4-İmam Sadiq (ə) buyurmuşdur: “Saçı daramaq ruzini artırır, hacətin qəbul olunmasına səbəb olur və bəlğəmi aradan aparır.”

5-İmam Sadiq (ə) buyurmuşdur: “Peyğəmbər (s) saqqalını aşağıdan yuxarı qırx dəfə, yuxarıdan aşağı isə yeddi dəfə darayır və buyururdu: Saçı daramaq insanın ağlını artırır.”

6-İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) buyurmuşdur: Dodaqlar aşkar olunana qədər bığın artıqlarını qırxmaq sünnədir.”

7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Atəşpərəstlər və zərdüştilər saqqalını qırxır, bığını uzadırlar, biz isə bığımızı qırxıb, saqqalımızı saxlayırıq.”

8-İmam Sadiq (ə) buyurmuşdur: “Dırnaqları tutmaq mənim sünnəmdir.”

Dırnaqları cümə axşamı, yaxud cümə günü tutmaq, eləcə də onları tutanda sol əlin kiçik barmağından başlayıb, sağ əlin kiçik barmağında qurtarmaq müsətəhəbdir.

9-İmam Sadiq (ə) buyurmuşdur: “Hər on beş gündən bir bədəndəkin artıq tükləri qırxmaq sünnədir.”

10-İmam Sadiq (ə) buyurmuşdur: “Üç əməl peyğəmbərlərin əxlaqından sayılır: Ətir vurmaq, başın tükünü ülgüclə qırxmaq, bədənin tüklərini nurə ilə təmizləmək.”

11-İmam Sadiq (ə) buyurmuşdur: “Peyğəmbər (s)-in ətirə verdiyi pul yeməyə (meyvəyə) xərclədiyi puldan çox idi.” (O həzrətin istifadə etdiyi ətir müşk idi.)

12-İmam Əli (ə) buyurmuşdur: “Peyğəmbər (s) (hədiyyə olunan) ətir və halvanı geri qaytarmırdı.”

13-Peyğəmbər (s) saçlarına yağ sürtməyi sevir və buyururdu: “Saça yağ sürtmək qəm-qüssəni aradan aparır.”

14-Peyğəmbər (s)-in başı ağrıyanda qaşlarına və bığına yağ sürtərdi.

15-Peyğəmbər (s) yeddi şeyi torpağa basdırmağı göstəriş vermişdir: “1-Tükü. 2-Dırnağı. 3-Heyz qanına bulaşmış parcanı. 4-cifti. 5-Dişi. 6-Qanı. 7-Ələqəni (rüşeymin siqt olduğu zaman qadından gələn qanı).”

16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: Cəbrail mənə dedi: “Bir gündən bir özünə ətir vur, cümə günü isə ətir vurmağı tərk etmə.”

17-İmam Kazım (ə) buyurmuşdur: “Bədənin on yerində təmizlik etmək lazımdır: Onun beşi başa, beşi də bədənə aiddir:

a) Baş hissəyə aid olan təmizlik: 1-Dişləri fırça ilə yumaq. 2-Bığın uclarını qısaltmaq. 3-Saçı yumaq. 4-Məzməzə (ağıza su alıb qar-qara) etmək. 5-İstinşaq etmək (buruna su alıb silmək).

b) Bədənə aid olan təmizlik: 1-Sünnət etmək. 2-Qarının aşağıdakı tükləri qırxmaq. 3-Qolutuqda bitən tükləri qırxmaq. 4-Dırnaqları tutmaq. 5-İstibra etmək.”

18-İmam Sadiq (ə) buyurmuşdur: “Dişləri fırça ilə yumaq sünnədir və onun on bir xüsusiyyəti vardır:

a) Ağzı təmizləyir.

b) Gözü işıqlandırır və ona nur verir.

v) Allahın razılığına səbəb olur.

q) Dişləri ağardır.

d) Ağızın pis qoxusunu aparır.

s) Dişlərin ətini möhkəmlədir.

h) İştahanı artırır.

x) Bəlğəmi aradan aparır.

ç) Zehni gücləndirir.

p) Savabları ikiqat artırır.

r) Mələklərin xoşhal olmasına səbəb olur.”

19-Peyğəmbər (s) səfərə gedəndə, həmişə beş şeyi özü ilə aparardı: 1-Güzgü. 2-Sürmə. 3-Misvak. 4-Daraq. 5-(Namaz qılmaq üçün) Səccadə.

20-Peyğəmbər (s)-in paltarlarının çoxu ağrəngli idi. O həzrət belə buyururdu: “Ağ paltar geyinin, ölən şəxslərə də ağ kəfən geyindirin.”

21-Ayaq yoluna gedəndə başı örtmək və istibra etmək müstəhəbdir.

22-İmam Kazim (ə) buyurmuşdur: “Cümə günündə başı sidrlə qarışmış su ilə yumaq sünnədir; bu, ruzini artırır, bədənin tükünü və dərisini gözəlləşdirir və baş ağrısının qarşısını alır.”

23-İmam Sadiq (ə) buyurmuşdur: “Həcamət etmək (bədəndən qan almaq), bədənin tüklərini nurə ilə təmizləmək, (asqırmaq məqsədilə) burunotu iyləmək peyğəmbərlərin dərmanı idi.”

24-İmam Əli (ə) buyurmuşdur: “Dişləri fırça ilə yumaq sünnədir, bu, Allahın razılığına səbəb olur və ağzı xoş iyli edir.”

25-Həzrət Peyğəmbər (s) hər namaz üçün dəstəmaz alıb buyururdu: “Dəstəmaz nurdur, dəstəmazın üstündən dəstəmaz almaq nur üstündən əlavə nurdur.”

26-İmam Əli (ə) bayramlarda qusl etməyi Peyğəmbər (s)-in sünnəsinə əməl etmək və hacətlərin qəbul olunması üçün paklıq vəsiləsi hesab edirdi.

27-Həzrət Peyğəmbər (s) mübarək Ramazan ayının axırlarında etikaf saxladığı günlərdə hər gecə şam və işa namazları arasında qusl verirdi.

28-İmam Əli (ə) həzrət Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişdir: “Qusl verəndə Cəbrail mənə barmağımda olan üzüyü hərəkət etdirməyi və göbəyimin içini yumağı göstəriş verdi.”

29-İmam Əli (ə) buyurmuşdur: “Evlərin ən yaxşısı hamamdır; çünki orada cəhənnəm odu insanın yadına düşür və bədəni pak-pakizə olur.”

30-Hər kəs bədəni örtülü halda hamama daxil olsa, Allah-taala onu öz örtüyü ilə örtər.

31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ey Aişə! Paltarları yu; çünki paltar Allaha zikr deyir və çirkli olduqda, artıq zikr demir.”

32-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Paltarlarınızı yuyun, bədənizdəki artıq tükləri təmizləyin, dişlərinizi fırça ilə yuyun, paklıq və nəzafətə riayət edin. Çünki Bəni İsrail qövmünün kişiləri çirkli qiyafədə yaşayırdılar. Bu səbəbdən də onların arvadları ismət paltarlarını yırtıb zina edirdilər.”

33-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dişləri fırça ilə yumaq dəstəmazın bir hissəsi, dəstəmaz da imanın bir hissəsidir.”

34-İmam Sadiq (ə) buyurmuşdur: “Ətirə nə qədər pul xərcləsəniz də, israf sayılmır.”

35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, Allah-taala ibadət edən pak insanı çox sevir.”

36-İmam Əli (ə) buyurmuşdur: “Başqalarının əziyyətə düşməsinə səbəb olan bədən qoxusunu su ilə yuyub pak edin.”

37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allahın ən pis bəndəsi çirkli şəxsdir.”

38-İmam Əli (ə) buyurmuşdur: “Təmiz paltar qəm-qüssəni aradan aparır və namazın pak halda qılınmasına səbəb olur.”

39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Cəbrail mənə misvak vurmaq haqqında o qədər tövsiyə etdi ki, onun vacib olmasını güman etdim.”

40-İmam Sadiq (ə) dua edərək demişdir: “İlahi! Çirkinlikləri və aludəlikləri məndən uzaq et, bədənimi və qəlbimi pak-pakizə qərar ver.”

1-İmam Əli (ə) buyurmuşdur: “Ən pis günah onu kiçik saymaqdır.”

2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Xata və günahın kiçikliyinə deyil, kimin qarşısında etdiyinə bax!”

3-İmam Əli (ə) buyurmuşdur: “Əgər günahını böyük sayırsansa, demək Allahı əzəmətli tanıyırsan; günahını kiçik və əhəmiyyətsiz saydığın zaman, Allahı da kiçik bilmiş olursan.”

4-İmam Sadiq (ə) Müfəzzəl ibn Ömərə buyurdu: “Həqiqətən, təqva ilə olan az əməl, təqvasız olan çox əməldən daha yaxşıdır.”

5-İmam Əli (ə) Osman ibn Hənifə yazıb bildirdi: “...Sənə halal olması məlum olmayanları dilinə vurma!...”

6-İmam Baqir (ə) Əbu Bəsirə buyurdu: “Qarnı və daməni (cinsiyyət üzvünü) haramlardan qoruyub saxlamaqdan da üstün bir əməl varmı?!” Başqa bir hədisdə isə belə buyurmuşdur: “Allah-taalanın yanında qarnı və daməni (cinsiyyət üzvünü) haramlardan qoruyub saxlamaqdan da fəzilətli bir ibadət yoxdur.”

7-İmam Sadiq (ə) buyurmuşdur: “Təqva ilə birgə olmayan heç bir çalışmanın faydası yoxdur.”

8-İmam Baqir (ə) buyurmuşdur: “İbadətlərin ən çətini pərhizkarlıqdır.”

9-İmam Sadiq (ə) şiələrinin birinə belə məktub yazdı: “Əgər aqibətinin yaxşılıqla sona yetməsini istəyirsənsə, ən yaxşı əmələ məşğul olduğun halda, bu dünyadan üz döndər və böyük Allahın haqqını əda et! Məbada, Allahın nemətlərinə qarşı tüğyançılıq və əmri ilə müxalifət edəsən, Onun helm və səbrinə qürurlanasan!”

10-İmam Baqir (ə) buyurur: Əli (ə)-ın kitabında yazılmışdır ki, Peyğəmbəri-Əkrəm (s) buyurur: “Zina əməli çoxalan zaman qəfil ölümlər artar, tərəzidə əskik çəkilərsə, Allah onları qəhətlik və bahaçılığa düçar edər. Əgər zəkat verməkdən imtina etsələr yer öz bərəkitini, əkin, meyvə və mədənlərini çəkər. İlahi hökmlərdə ədalətsizlik etsələr zülmə və düşmənçiliyə kömək etmiş olarlar. Əgər əhd-peymanlarını pozsalar, Allah onlara öz düşmənlərini hakim edər. Qohumluq əlaqələrini kəssələr, mal-dövlətləri şər adamlara qismət olar. Yaxşılığa əmr edib pisliklərdən çəkindirməsələr və mənim Əhli-beytimdən olan şərəfli insanlara (imamlara) tabe olmasalar, Allah onlara ən pis adamı hakim edər. Belə bir zamanda o ümmətin yaxşı insanlarının duası da qəbul olunmaz.”

11-İmam Əli (ə) buyurmuşdur: “Bədgüman (sui-zənn) etməkdən uzaq olun; çünki (başqaları barəsində) bədgüman etmək ibadətin (müsbət) təsirini aradan aparır.”

12-İmam Sadiq (ə) buyurmuşdur: “Günah insanı Allahla ibadətdən, Onunla raz-niyaz və münacat etmək ləzzətindən saxlayır. İnsanda günahın təsiri iti bıçaqdan da sürətlidir.”

13-İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs Allaha itaət etsə (müti olsa), bizim dostumuzdur. Hər kəs Allaha asi (üsyankar) olsa, bizim düşmənimizdir.”

14-İmam Sadiq (ə) buyurmuşdur: “ Günahkar şəxs öz günahına izhar etsə, ona ehtiram etmək vacib deyil və qeybəti caizdir.”

15-İmam Əli (ə) buyurmuşdur: “ Göz yaşının quruması yalnız qəlbin qəsavət bağlaması səbəbi ilədir. Qəlblər də yalnız günahın çoxluğu ilə bərkiyib, qəsavət bağlayar.”

16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Öz günahından tövbə edən şəxs, (ümumiyyətlə) günah etməyənlər kimidir.”

17-İmam Əli (ə) buyurmuşdur: “Sizlərdən hər kəs Allah yanında hansı məqamda olduğunu bilmək istəsə, baxıb görsün: günah edərkən Allahın məqamı onun nəzərində neçədirsə, onun da məqamı Allah yanında elədir.”

18-İmam Baqir (ə) buyurmuşdur: “Behişt camaat arasında fəsad törətmək üçün çalışan şəxsə haramdır.”

19-İmam Sadiq (ə) buyurur: “Atam dəfələrlə buyurardı: “Qəlb üçün günahdan da zərərli bir şey yoxdur; çünki qəlb günaha batıb, ona israr edir, bu da günahın qəlbə hakim olması və onu (əksinə) dəyişdirməsi ilə nəticələnir.”

20-İmam Əli (ə) buyurmuşdur: “Əfv edib bağışlamağın az olması ən qəbahətli eyb, intiqam almağa tələsmək isə günahların ən böyüyüdür.”

21-İmam Sadiq (ə) buyurmuşdur: “...Allah çoxlu günah edən bəndələrinin çoxlu tövbə etməsini sevir.”

22-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Asimana çatana qədər günah edib, sonra tövbə etsəniz də, Allah sizin tövbənizi qəbul edər.”

23-İmam Sadiq (ə) buyurmuşdur: “Bəzən insan bir günah edir, lakin Allah-taala həmin günaha görə onu behiştə aparır.” Ərz etdilər: Allah insanı günah etməsinə görə behiştə apararmı? Buyurdu: “Bəli, o, bir günah etdiyinə görə, həmişə o günahdan peşman olub özünü danlayır, Allah da onu bağışlayıb behiştə aparır.”

24-Allah-taala Davud (ə)-a buyurdu: “Ey Davud, günahkarlara sonsuz rəhmətimin hər şeyi əhatə etdiyini müjdə ver ki, Mənim rəhmətimdən məyus olmasınlar. Yaxşı əməl sahiblərini də qəzəbimlə qorxut ki, öz itaətlərilə qürur hissi keçirməsinlər. Çünki qürur, özündən razı olmağa səbəb olur ki, o da ən ağır günahdır.”

25-İmam Sadiq (ə) buyurmuşdur: “Günaha israr etmək heç vaxt kiçik (günah) və günahdan tövbə etmək heç vaxt böyük (günah) sayılmır.”

26-İmam Kazim (ə) buyurmuşdur: “Heç vaxt xeyir əməli çox, günahı isə az saymayın!”

27-İmam Baqir (ə) buyurmuşdur: “Səbir iki qismə bölünür: Bəla və müsibət müqabilində səbir etmək. Bu, yaxşı və üstün əməl sayılır. Bundan da üstünü haramlardan qorunmaqda səbir etməkdir.”

28-İmam Əli (ə) buyurmuşdur: “Pis rəftar ən pis yoldaş, həyatın acılığı və canın əzabıdır.”

29-İmam Əli (ə) buyurmuşdur: “Ən pis adam səhvi bağışlamayan və çirkinlikləri gizlətməyəndir.”

30-İmam Əli (ə) buyurmuşdur: “Yaxşı güman (hüsnü-zənn) nigarançılıqları azaldır və insanı günaha batmaqdan uzaq edir.”

31-İmam Əli (ə) buyurmuşdur: “Qəzəb səni günaha batırmasın; çünki axırda qəzəbin sönəcək, lakin dinin əlindən çıxacaqdır.”

32-İmam Baqir (ə) buyurmuşdur: “Qəzəbdən böyük bir şey (günah) yoxdur, çünki insan qəzəblənməklə Allah taalanın haram etdiyi qətlə mürtəkib olar və yaxud iffətli bir qadını ittiham edər.”

33-İmam Sadiq (ə) buyurmuşdur: “Küfrün səbəbi üç şeydir: Tamah, qürur və həsəd.”

34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mömini xar və zəlil edən şəxsi, Allah xar və zəlil edər.”

35-İmam Sadiq (ə) buyurmuşdur: “Dörd tayfa behiştdən məhrum olar: 1-Kahin. 2-Münafiq. 3-Həmişə şərab içən şəxs. 4-Söz gəzdirən.”

36-İmam Əli (ə) buyurmuşdur: “İnsanların ən pisi söz gəzdirən, dostların arasını vuranlar və iffətli şəxslərin eyblərini axtaranlardır.”

37-İmam Sadiq (ə) buyurmuşdur: “Bir şəxsin xatalarını yadda saxlayıb, nə vaxtsa onu rüsvay etmək məqsədilə onunla dostluq edən şəxs Allahdan uzaq düşmüşdür.”

38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah mömin kişi və qadına böhtan atan, onlarda olmayan (pis) xüsusiyyəti onlara nisbət verən şəxsi qiyamət günündə dediyi sözün məsuliyyətindən çıxana qədər oddan olan bir təpənin üstündə qərar verər”

39-İmam Baqir (ə) buyurmuşdur: “Tövbə etdikdən sonra günahı yenə davam etdirən şəxs (Allaha) istehza edən şəxs kimidir.”

40-İmam Sadiq (ə) buyurmuşdur: “Məgər bilmirsiniz ki, əməl dəftərləriniz ona (Rəsuli-Əkrəmə) göstərilir?! Həzrət onda günah əməl görərsə, narahat olur. Belə isə, Rsuli-Əkrəmi narahat etməyin və onu (gözəl əməllərlə) sevindirib şad edin.”

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs (qadın və ya kişi) evlənsə, öz dininin yarısını qorumuşdur. Qalan yarısında da gərək təqvalı olsun.”

2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah yanında yatmış evli şəxs, gündüzləri oruc tutub gecələri oyaq qalan subay adamdan üstündür.”

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs dünyadan pak-pakizə getmək istəsə, gərək ailə qursun və subay halda ölməsin.”

4-İmam Sadiq (ə) buyurmuşdur: Bir kişi atamın hüzuruna gəldi. Həzrət ondan soruşdu: “Evlisənmi?” Cavab verdi: “Xeyr!” Buyurdu: “Bütün dünya və onda olanları, tək halda gecələyim (subay qalım) deyə, mənə versələr, qəbul etmərəm.” (Sonra buyurdu:) “Evli adamın qıldığı iki rükət namaz, subay adamın gecələr oyaq qalıb gündüzlər oruc tutmasından fəzilətlidir.” Sonra atam on yeddi dinar pul verib buyurdu: “Bu pul ilə evlən.”

5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Evli şəxsin qıldığı iki rükət namaz, gecələri oyaq qalıb ibadət edən, gündüzləri isə oruc tutmaqla keçirən subay adamın əməlindən fəzilətlidir.”

6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs maddi məsələlərdən və həyat xərclərindən qorxub evlənməsə, deməli, Allah və Onun vədəsi barədə sui-zənn (pis güman) etmişdir.”

7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ən pis ölülər o kəslərdir ki, ailə qurmaqdan boyun qaçırmışlar.”

8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ümmətimin yaxşıları evlilər, pisləri isə subaylardır.”

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ailə qur, yoxsa məsihi rahiblərindən, yaxud Şeytanın qardaşlarından olarsan.”

10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Asimanın rəhmət qapıları dörd yerdə açılır: Yağış yağdıqda, övlad ata-ananın üzünə (məhəbbətlə) baxdıqda, Kəbənin qapısı açıldıqda və nikah baş verdikdə.”


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə