3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz."



Yüklə 0,74 Mb.
səhifə8/14
tarix01.08.2018
ölçüsü0,74 Mb.
#60464
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

2-“Bəqərə” və “Ali-İmran” surələri: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Bəqərə” və “Ali-İmran” surələrini oxusa, qiyamət günündə bu iki surə iki bulud parçası kimi ona kölgə salar.”

“Bəqərə” surəsində yerləşən ən fəzilətli ayə – “Ayətəl-kürsü” haqqında göstəriş verilmişdir ki, hər gün onu yetmiş dəfə oxuyun. Əgər səhralıqda olsanız, bir dairə xətt çəkdikdən sonra dəstəmazlı halda, dairənin içində üzü qibləyə oturub onu oxusanız, hacətlərinizin qəbul olunması üçün çox faydalıdır.

3-“Nisa” surəsi: Əmirəl-möminin Əli (ə) buyurmuşdur: “Hər kəs “Nisa” surəsini hər cümə günü oxusa, qəbir əzabından amanda qalar.”

4-“Maidə” surəsi: İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs “Maidə” surəsini hər cümə axşamı oxuyarsa, zülm imanına qalib gəlməz və heç vaxt Allaha şərik qoşanlardan olmaz.”

5-“Ənam” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Ənam” surəsi birdəfəyə nazil olmuşdur. Yetmiş min mələk onu Allahın yetmiş böyük adı olduğu halda, Peyğəmbərə gətirmişlər. Əgər camaat onun oxunuşunun nə qədər fəzilət və savaba malik olduğunu bilsəydilər, onu oxumağı heç vaxt tərk etməzdilər.”

İmam Rza (ə) buyurmuşdur: “Hər kəs bu surəni oxusa, yetmiş min mələk onun üçün qiyamət gününədək təsbih deyərlər.”

İmam Baqir (ə) buyurmuşdur: “Əgər bir şəxsin vasitəsilə həlak olacağından qorxsan, “Ənam” surəsini oxu ki, sənə heç bir zərər yetirə bilməz.”

6-“Əraf” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Əraf” surəsini hər ayda bir dəfə oxusa, qiyamət günü Allah-taalanın buyurduğu qorxu və qüssəsi olmayan, hər cümə günü oxusa isə, qiyamət hesabı asan tutulan şəxslərdən olacaqdır.”

7-“Ənfal” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Ənfal” və “Tövbə” surələrini hər ay oxusa, Şeytan ona yaxınlaşa bilməz və Əmirəl-möminin Əli (ə)-ın şiələrindən olar.”

8-“Hud” surəsi: İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs hər cümə günü “Hud” surəsini oxusa, Allah-taala qiyamət günü onu peyğəmbərlər cərgəsində gətirəcək və günahlarını bağışlayacaq.”

9-“Yusif” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Yusif” surəsini hər gün və ya hər gecə bir dəfə oxusa, Allah-taala qiyamət günü onu Yusif (ə)-ın gözəlliyində gətirəcək, camaat üçün olan çətinlik onun üçün olmayacaq və onun (behiştdəki) qonşuları Allahın saleh bəndələrindən olacaqdır.”

10-“İbrahim” və “Hicr” surələri: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “İbrahim” və “Hicr” surələrini cümə gününün namazının iki rükətində oxusa, heç vaxt fəqirliyə və dəliliyə tutulmaz.”

11-“Taha” surəsi: Onu ruzinin artması və işlərin sahmana düşməsi üçün sübh azanından sonra gün çıxana qədər oxumaq faydalıdır. İmam Sadiq (ə) buyurmuşdur: “Taha surəsini oxumağı tərk etməyin, çünki Allah-taala onu və onu oxuyanı sevir. Hər kəs onu oxumağa müdavimət etsə, Allah-taala qiyamət günü əməl dəftərini onun sağ əlinə verər və onun İslamda olan əməllərindən ağır hesab çəkməz, həmçinin o, razı olanadək ona (Öz nemətlərini) əta edər.”

12-“Həcc” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Həcc” surəsini hər üç gündən bir oxusa, həmin ildə ona həcc qismət olar və əgər həcc səfərində ölsə, behiştə daxil olar.”

13-“Yasin” surəsi: Hər gün üzü qibləyə oturub, onu oxuduqdan sonra yüz dəfə salavat deməyin savabı çoxdur.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qabiristanlığa daxil olarkən “Yasin” surəsini oxusa, o gün qəbiristan əhlindən (əzab) azalar və oxuyan şəxs üçün qəbiristanda olan hər bir qəbrin müqabilində çoxlu savab verilər.”

14-“Zümər” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Zümər” surəsini oxusa, Allah-taala ona dünya və axirət şərəfini verər və onu mal-dövlətsiz və qohum-əqrəbasız halda, başıuca edər.”

15-“Fussilət” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Fussilət” surəsini oxusa, qiyamət günü göz işlədikcə nur və sevinc görəcək, dünyada isə başqalarının tərif və qibtəsi ilə yaşayacaqdır.”

16-“Duxan” surəsi: İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs vacib və müstəhəb namazlarda “Duxan” surəsini oxusa, Allah-taala qiyamət günü onu amanda olanlardan qərar və ona Öz ərşinin kölgəsində yer verəcək, ondan asan hesab çəkərək əməl dəftərini sağ əlinə verəcəkdir.”

17-“Zariyat”, “Şərh” və “Təlaq” surələri: Bu surələri hər gün bir dəfə ruzinin artması, gündəlik xərcin əldə edilməsi və güman etmədiyi yerdən ruzinin yetişməsi üçün oxumaq faydalıdır.

18-“Ər-rəhman” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Ər-rəhman” surəsini oxumağı tərk etməyin, həqiqətən bu surə münafiqlərin qəlbində yer tutmaz. Hər kəs bu surəni həmişə namazda oxusa, qiyamət günündə şəfaət edər.”

19-“Vaqiə” surəsi: Hər gecə işa namazından sonra və ya yatmazdan qabaq bir dəfə oxumaq faydalıdır.

İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs işa namazından sonra “Vaqiə” surəsini oxusa, heç vaxt fəqir və camaata möhtac olmaz.”

20-“Təlaq” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Təlaq” surəsini oxusa, Allahın Rəsulunun davranışı əsasında vəfat edər.”

21-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.

22-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub, Allahdan bir hacət diləsə, Allah-taala o hacətin yerinə yetirməsini asanlaşdırar.”

23-“Cin” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni çox oxusa, dünyada cinlərin gözündən, sehrindən və şərrindən amanda qalar və behiştdə həzrət Peyğəmbəri-Əkrəm (s)-in dostlarından olar.”

24-“Müzzəmmil” surəsi: Ruzinin artması üçün qırx bir gün müddətində hər gün bir dəfə oxumaq faydalıdır.

25-“Nəbə” surəsi: Hər kəs hər gün sübh namazından sonra – bir ildən üç il müddətində – oxusa, Allah-taala ona həcc ziyarətini qismət edər. Həmçinin, hər gün əsr namazından sonra onu xəstənin şəfa tapması üçün oxumaq çox faydalıdır.

26-“Fəcr” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Bu surə imam Hüseyn (ə)-ın surəsidir. Hər kəs onu vacib və müstəhəb namazlarda oxusa, behiştdə imam Hüseyn (ə)-la birgə olar.”

27-“Bələd” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni oxuyub, ona əməl etsə, Allah-taala onu Peyğəmbər (s)-lə məhşur edər.”

28-“Şəms” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Şəms” surəsini oxusa, sanki üzərinə günəş və ay sacan hər bir şeyin sayı qədər sədəqə vermişşdir.”

29-“Ləyl” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Ləyl” surəsini oxusa, Allah-taala ona razı olanadək ruzi verər, onu çətinlikdən qurtarar və ona asanlıq əta edər.”

30-“Zuha” surəsi: Hər gün, yaxud hər cümə gecəsi arada fasilə vermədən oxumağın çoxlu savabı vardır.

31-“Qədr” surəsi: Hər bir hacətin yerinə yetirilməsi üçün bir məclisdə (bir oturumda) üç yüz altmış dəfə, həccə getmək və ruzinin artması üçün iyirmi dörd saat ərzində min dəfə oxumaq faydalıdır.

İmam Baqir (ə) “Qədr” surəsinin oxunuşunun savabı haqqında buyurmuşdur: “Hər kəs “Qədr” surəsini uca səslə oxusa, Allah yolunda qılınc çəkən; hər kəs onu yavaş oxuyarsa, Allah yolunda öz qanına boyanmış kimi olar. Həmçinin, hər kəs onu on dəfə oxusa, onun min günahı bağışlanar.”

32-“Zəlzələ” surəsi: İmam Rza (ə) buyurmuşdur: “Bu surəni dörd dəfə oxuyan şəxsə Quranın hamısını oxuyub qurtaran şəxsin savabı verilər.”

İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni oxusa, dünyada zəlzələ və ildırım kimi böyük bəlalara düçar olmaz.”

33-“Qariə” surəsi: İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs “Qariə” surəsini oxusa, Allah-taala bu dünyada onu Dəccalın fitnəsindən, qiyamətdə isə cəhənnəmin hərarətindən qoruyub saxlayar.”

34-“Təkasur” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Təkasur” surəsini yatanda oxusa, qəbir fitnəsindən amanda qalar.”

35-“Əsr” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Əsr” surəsini ardıcıl oxusa, Allah-taala onun axır-aqibətini yaxşılıqla sona bitirər və haqq səhabələrindən olar. Əgər həmin surə xəzinəyə oxunsa, sahibi o xəzinəni acanadək, Allah-taala onu qoruyub saxlayar.”

36-“Huməzə” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs vacib namazların birində “Huməzə” surəsini oxusa, Allah-taala yoxsulluğu ondan uzaqlaşdırar, ruzisini artırar və pis (faciəli) ölümü ondan uzaq edər.”

37-“Kövsər” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni vacib və müstəhəb namazlarda oxusa, Allah-taala onu “Kövsər” bulağından sirab edər. Belə şəxs “Tuba” ağacının altında Peyğəmbəri-Əkrəm (s)-lə birgə olar.”

38-“Kafirun” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni vacibi namazda oxusa, Allah-taala onu, atasını və anasını bağışlayar, dünyada başıuca edər.”

39-“İxlas” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “İxlas” surəsini bir dəfə oxusa, sanki Quranın üçdə birini, onu iki dəfə oxusa, sanki Quranın üçdə ikisini və onu üç dəfə oxusa, sanki bütün Quranı oxumuşdur.”

40-“Fələq” və “Nas” surələri: İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs vətr namazında “Fələq”, “Nas” və “İxlas” surələrini oxusa, ona belə deyilər: “Ey Allahın bəndəsi! Müjdə olsun sənə, həqiqətən Allah-taala (sənin) vətr namazını qəbul etmişdir.”

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.”

2-İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həddi-büluğa çatmamışdan qabaq Quran oxuyanlara, şübhəsiz ki, hikmət verilmişdir.”

4-İmam Əli (ə) buyurmuşdur: “Yeddi yerdən başqa vaxtlarda həmişə Quran oxuyun: 1-Rükuda. 2-Səcdədə. 3-Hacətləri istəyəndə. 4-Hamamda. 5-Cünub halında. 6-Heyz halında. 7-Nifas halında.”

5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs Allahın və Onun peyğəmbərlərinin dostu olmaq istəyirsə, Quranı üzündən oxusun.”

6-İmam Sadiq (ə) buyurmuşdur: “Quranı üzündən oxumaq valideynin əzabını kafir olsa da belə yüngülləşdirir.”

7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quranın mətninə və yazısına baxmaq ibadətdir.”

8-İmam Sadiq (ə) buyurmuşdur: “Sənin yanında Quran oxunulanda, sakit qalıb qulaq asmaq sənə vacibdir.”

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər gecə (Qurandan) on ayə oxuyan şəxs qafillərdən sayılmaz və əgər əlli ayə oxusa, zikr edənlərdən hesab olunar.”

10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quranı uca səslə oxuyan şəxs sədəqəni aşkar şəkildə verən, yavaş səslə oxuyan şəxs isə sədəqəni gizli şəkildə verən şəxsə bənzəyir.”

11-İmam Sadiq (ə) buyurmuşdur: “Mömin bir gənc Quran oxusa, (Quran) onun əti və qanı ilə qaynayıb-qarışar və qiyamət günündə onun üçün (əzab qarşısında) bir maneə qərar verilər.”

12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Məscidlər Qurana görə bərpa edilmişdir.”

13-İmam Əli (ə) buyurmuşdur: “Quran haqqında düşünün və onu yaxşı başa düşün; çünki Quran qəlblərin baharıdır.”

14-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quran oxuyanların ən yaxşısı, şübhəsiz ki, Quran oxuyanda qəmgin olanlardır.”

15-İmam Sadiq (ə) Allaha dua edərək demişdir: “İlahi! Məni Quranın halalına əməl edənlərdən, haramından çəkinənlərdən, vaciblərini yerinə yetirənlərdən, hüdud və qanunlarını icra edənlərdən qərar ver!”

16-İmam Sadiq (ə) Allaha dua edərək demişdir: “(İlahi!) Quran oxumağı mənim üçün elə qərar ver ki, onu oxuyanda Sən məndən razı qalasan.”

17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla.”

18-İmam Əli (ə) buyurmuşdur: “Quran gündüzdə yol göstərən, qaranlıq gecədə isə işıq sacandır.”

19-İmam Sadiq (ə) buyurmuşdur: “Quran (insanı) behiştə göndərib, cəhənnəmdən saxlayır.”

20-İmam Səccad (ə) buyurmuşdur: “Quran mənimlə olduğu halda, şərqlə qərb arasında yaşayanların hamısı ölsə də, mən təklikdən qorxmaram.”

21-İmam Sadiq (ə) buyurmuşdur: “Quranı əzbərdən bilən şəxs ona əməl etsə, axirətdə Allahın xəbər gətirən və yaxşı rəftar edən mələkləri ilə dost olar.”

22-İmam Sadiq (ə) buyurmuşdur: “Quran oxuyan şəxs ehtiyacsız olar, əks təqdirdə (Quan oxumasa) heç bir şey onu qane etməz.”

23-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quran hamilləri (hafizləri) behişt əhlinin nümayəndələri və başçılarıdır.”

24-İmam Sadiq (ə) buyurmuşdur: “Zehnin və bədəninin zəif olmasına baxmayaraq zəhmət çəkib Quranı əzbərləyən şəxsin savabı çoxdur.”

25-İmam Səccad (ə) buyurmuşdur: “Quran ayələri xəzinədir, hər vaxt o xəzinənin ağzını acdınsa, bil ki, ona nəzər etməyin savabı vardır.”

26-İmam Sadiq (ə) buyurmuşdur: “Dünya əhli səmadakı ulduzlara baxdıqları kimi, səma əhli də müsəlman bir şəxsin Quran oxuduğu evə baxarlar.”

27-İmam Sadiq (ə) buyurmuşdur: “Mən evdə Quranın olmasını sevirəm, çünki Allah onun vasitəsilə şeytanları (evdən) uzaq edir.”

28-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mələklər mənim ümmətimdən olan qeyri-ərəb bir şəxsin düzgün oxumadığı Quranı səhih ərəblə (oxunmuş kimi) yuxarı apararlar.”

29-İmam Sadiq (ə) buyurmuşdur: “Möminə layiqdir ki, ya Quranı öyrənsin, ya da onu öyrənmək üçün zəhmət çəksin.”

30-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Evlərinizi Quran oxumaqla işıqlandırın, yəhudilər və məsihilər kimi qəbiristana çevirməyin (onlar yalnız kilsələrdə Tövrat və İncili oxuyub, ibadət edirlər); çünki Quran oxumaq xeyir-bərəkət gətirir və ev əhalisinin çoxlu ruzi əldə etməsinə səbəb olur.”

31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quranın digər sözlərə olan fəzilət və üstünlüyü Allahın sair varlıqlara olan fəzilət və üstünlüyü kimidir. Quran hər bir şeydən – Allahdan başqa – üstündür. Buna əsasən, hər kəs Qurana ehtiram göstərsə, sanki Allaha ehtiram göstərmişdir; hər kəs də Qurana ehtiram göstərməsə, sanki Allaha ehtiramsızlıq etmişdir.”

32-İmam Sadiq (ə) buyurmuşdur: “Quranı əzbərləyib, ona əməl edənlərin məqamları asimanın ən böyük mələklərinə bərabərdir.”

33-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənim ümmətimin yüksək məqama nail olan şəxsləri Quranı həml (hifz) edənlər və gecə (ibadət üçün) oyaq qalanlardır.”

34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, Allahın kitabından bir ayə oxumaq ərşin altından tutmuş, yerin altına qədər olanlardan yaxşıdır.”

35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “...Axirətin bəlası Quran oxuyan şəxsdən götürülər.”

36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-taala üç səsi çox sevir: 1-Quran tilavət edən şəxsin səsini. 2-Xoruzun səsini. 3-Sübh vaxtı günahlarının bağışlanmasını diləyən şəxsin səsini.”

37-Həzrət Peyğəmbəri-Əkrəm (s) Salman Farsiyə buyurmuşdur: “Ey Salman! Sənə Quran oxumağı tövsiyə edirəm, çünki Quran oxumaq cəhənnəm odunun qalxanıdır, insanı əzabdan saxlayır və günahların kəffarəsi sayılır... Mömin şəxs Quran oxuyanda Allah-taala ona rəhmət nəzərilə baxır.”

38-İmam Əli (ə) buyurmuşdur: “Qurandan bir ayə eşidən şəxs üçün (bunu eşitmək Yəməndə yerləşən) “Şir” dağının ağırlığı qədər qızılı olmasından yaxşıdır.”

39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizin ən yaxşılarınız Quranı öyrənib, başqalarına öyrədənlərdir.”

40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Üç şeyə baxmaq ibadətdir: 1-Ata-ananın üzünə. 2-Dənizə. 3-Qurani-kərimə.”

1-“Vətturi”: “And olsun Tur dağına.”

2-“Və kitabin məstur”: “And olsun yazılmış kitaba (Qurana).”

3-“Vəssəmai vət-tariq”: “And olsun göyə və gecə gələnə.”

4-“Vəssəmai zatil-büruc”: “And olsun bürclər sahibi olan göyə.”

5-Vəl-yovmil-məvud”: “And olsun vəd olunmuş günə.”

6-Vəlləyli və ma vəsəq”: “And olsun gecəyə və gecənin qoynuna aldıqlarına.”

7-Vəl-qəməri izət-təsəq”: “And olsun bədirlənməkdə olan aya.”

8-Fəla uqsimu bil-xunnəs”: “And içirəm gecə yanıb, gündüz sönən ulduzlara.”

9-“Vəlləyli iza əsəs”: “And olsun qaralmaqda olan gecəyə.”

10-“Vəvs-subhi iza tənəffəs”: “And olsun sökülməkdə olan dan yerinə.”

11-“Vən-naziati ğərqa”: “And olsun (kafirlərin canını) çətinliklə alanlara (əzab mələklərinə).”

12-“Vən-naşitati nəşta”: “And olsun (möminlərin canını) rahatlıqla alanlara.”

13-“Vəs-sabihati səbha”: “And olsun (Allahın əmrlərini) sürətlə yerinə yetirənlərə.”

14-“Fəs-sabiqati səbqa”: “And olsun (bir-birini) ötən mələklərə.”

15-“Fəl-muddəbirati əmra”: “And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə).”

16-Vəl-mursəlati urfa”: “And olsun bir-birinin ardınca göndərilən elçilərə.”

17-“La uqsimu biyovmil-qiyaməh”: “And içirəm qiyamət gününə.”

18-“Və la uqsimu bin-nəfsil-ləvvaməh”: “And içirəm özünü qınayan nəfsə.”

19-“Nun vəl-qələmi və ma yəsturun”: “Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına.”

20-“Vən-nəcmi iza həva”: “Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun.”

21-“Vəl-bəytil-məmur”: “And olsun (mələklərin ibadət etdiyi) Beytül-məmura.”

22-“Vəz-zariyati zərva”: “And olsun (toz-torpağı) sovurub dağıdan küləklərə.”

23-“Fəl-hamilati viqra”: “And olsun yağış yüklü buludlara.”

24-“Vəl-adiyati zəbha”: “And olsun (cihad zamanı) tövşüyə-tövşüyə) qacan atlara.”

25-“Vəttini vəz-zəytun”: “And olsun əncirə və zeytuna.”

26-“Və turi sinin”: “And olsun Tur dağına.”

27-“Və hazəl-bələdil-əmin”: “And olsun bu təhlükəsiz, əmin-amanlıq şəhərə (Məkkəyə).”

28-“Vəzzuha”: “And olsun günorta vaxtı aydınlıq günə.”

29-“Vəlləyli iza səca”: “And olsun sakitləşməkdə olan gecəyə.”

30-“Vəlləyli iza yəğşa”: “And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə.”

31-“Vəşşəmsi və zuhaha”: “And olsun günəşə və onun işığına.”

32-“Vəl-qəməri iza təlaha”: “And olsun günəşin ardınca çıxan aya.”

33-“Vəssəmai və ma bənaha”: “And olsun göyə və onu yaradana.”

34-“Vəl-ərzi və ma təhaha”: “And olsun yerə və onu döşəyənə.”

35-“Və nəfsin və ma səvvaha”: “And olsun nəfsə və onu yaradana.”

36-“La uqsimu bihazəl-bələd”: “And içirəm bu şəhərə (Məkkəyə).”

37-“Və validin və ma vələd”: “And içirəm ataya və onun övladına.”

38-“Vəl-fəcr”: “And olsun dan yerinə.”

39-“Və ləyalin əşr”: “And olsun on gecəyə (Zil-həccə ayının birinci on gecəsinə).”

40-“Vəlləyli iza yəsr”: “And olsun keçib getməkdə olan gecəyə.”

1-Allahın sənin üzərində ən böyük haqqı: Ona ixlasla ibadət etməkdir.

2-Nəfəs çəkməyin haqqı: Allaha itaət etməkdir.

3-Qulağın haqqı: Onun insanın boynunda olan haqqı haram sözlər (qeybət) eşitməkdən qoruyub saxlamaq, qəlbdə xoş düşüncə, ideya və gözəl xasiyyət yaradan hikmətli sözləri eşidib qəlbə ötürməkdən əlavə, xariclə qəlb arasında əlaqə vasitəsinə çevirməməkdən ibarətdir. Çünki qulaq həm pis, həm də yaxşı şeyləri ürəyə yetirən bir qapıdır.

4-Dilin haqqı: Haram sözlər deməkdən (söyüş söymək, qeybət etməkdən) çəkinmək, boş-boş danışmamaq və gözəl sözlər deməyə adət etməkdir.

5-Gözün haqqı: Onu haramlardan saxlamaqdır.

6-Əlin haqqı: Haram mala (və haram şeyə) əl uzatmamaqdır.

7-Ayağın haqqı: Haram üçün arddım atmamaqdır; çünki insan bir neçə müddətdən sonra həmin ayaqla Sirat körpüsünü keçməlidir.

8-Qarının haqqı: Həddən artıq yeməmək və onu haram malla doldurmamaqdır.

9-cinsiyyət üzvünün haqqı: Onu örtmək və zinadan qoruyub saxlamaqdır.

10-Namazın haqqı: Onu hüzuri-qəlblə, diqqətlə qılmaq və bütün şərtlərinə əməl etməkdir.

11-Həccin haqqı: Onun vacib bir vəzifə olduğunu bilmək və günahdan çəkinib Allaha pənah aparmaqdır.

12-Orucun haqqı: Onun Allah tərəfindən dilin, qulağın, gözün, qarının və sair bədən üzvlərinin üzərinə çəkilən bir pərdə olduğunu və cəhənnəm odundan qoruduğunu bilməkdir.

13-Sədəqənin haqqı: Allaha tapşırılan bir zəxirə və əmanət olduğuna inanmaqdır.

14-Qurbanlığın haqqı: Onu yalnız Allaha xatir yerinə yetirməkdir.

15-Müəllimin haqqı: Onun sözlərinə qulaq asmaq, ona ehtiram bəsləmək və onunla ucadan danışmamaqdır.

16-Nəzarət altında yaşayanların haqqı: Onlarla ədalətlə davranmaq, mehriban bir ata kimi onların qayğısını çəkmək, cəzalandırmaqda tələsməmək və səhvlərinə göz yummaqdır.

17-Şagirdin haqqı: Onlarla yaxşı və mülayim rəftar etmək, elm öyrətməkdə paxıllıq etməməkdir.

18-Arvadın haqqı: Onun Allah tərəfindən bir nemət olduğunu bilmək və onunla yaxşı davranıb, ehtiramını saxlamaqdır.

19-Ananın haqqı: Səni doqquz ay özü ilə gəzdirdiyini, gecələri yatmayıb sənə süd verdiyini, əzab-əziyyətlərə sinə gərib səni boya-başa çatdırdığını, özü ac-susuz qaldığı halda, sənə yemək və su verdiyini başa düşüb, ehtiramını saxlamaqdır. İmam Səccad (ə) bu barədə buyurmuşdur: “Ananın sənin boynundakı haqqı budur ki, biləsən ki, o, səni elə bir müddətdə və elə bir yerdə – öz bətnində saxlamışdır ki, heç kəs sənə qarşı bu işi görməzdi. Anan səni öz qəlbinin meyvəsi ilə qidalandırmışdır, halbuki başqaları bu işi görməzdi. O, səni bütün var-qüvvəsi və bütün vücudu - qulağı, gözü, əli, ayağı və s. - ilə qoruyub saxlamışdır.”

20-Atanın haqqı: Sənin dünyaya gəlməyində əsas rol oynadığını başa düşməkdir; çünki əgər o olmasaydı, sən də dünyaya gəlməzdin, deməli, bu nemətə görə Allaha şükür et və onun ehtiramını saxla. İmam Səccad (ə) bu barədə buyurmuşdur: “Atan barəsində bilməlisən ki, o, sənin vücudunun başlanğıcı və əslidir, sən isə onun budaqlarısan. Əgər o olmasaydı, sən də olmazdın. Sənin vücuda gəlməyin ona bağlıdır.”

21-Övladın haqqı: Sənin vücudunun bir hissəsi olduğunu, dünyada həm yaxşı, həm də pis bir iş gördüyü halda, sənə mənsub edildiyini bilmək və Allaha itaət etməkdə ona kömək etməkdir.

22-Qardaşın haqqı: Sənin izzət, qüdrət, dayaq nöqtən və arxalanacağın şəxs olduğunu başa düşüb, çətinliklərdə ona kömək etməyindir. Əgər o, Allaha itaət edənlərdən olsa, ona arxa ol; əks təqdirdə, Allahı ondan üstün tutmalısan.

23-Sənə yaxşılıq edən şəxsin haqqı: Ona təşəkkür edib minnətdar olmaq, onu dua etmək, yaxşılığı barəsində danışmaq, mal-dövlət və qüdrət sahibi olduğun zaman əvəzini ödəməkdir.

24-Azan verən şəxsin haqqı: Səni ibadətə dəvət etdiyi üçün ona öz minnətdarlığını bildir.

25-Camaat namazında imamın haqqı: O, Allah ilə sənin aranda səfir hökmündə olub, sənin tərəfindən danışdığı, haqqında dua etdiyi, qorxu hissi ilə Allah dərgahında durmağı öhdəsinə aldığı, özünü sənin, namazını da namazının qalxanı qərar verdiyi üçün ona öz təşəkkürünü bildir.

26-Məclisdəki həmsöhbətlərin haqqı: Onunla mülayim danışmaq, məclisdən çıxmaq istədikdə, ondan icazə almaq və ona elm öyrətmək üçün paxıllıq etməməkdir.

27-Qonşunun haqqı: Birlikdə olanda ona ehtiram göstərmək, yanında olmadıqda onun abır-heysiyyətini qoruyub saxlamaq, eyblərini axtarmamaq və səhvini bağışlamaqdan ibarətdir.

28-Dostun haqqı: Onunla insafla rəftar et, ehtiramını saxla. Əgər sənə yaxşılıq etmişdirsə, əvəzini ödə, günah etmək fikrində olsa, onu bu işdən çəkindir.

29-Malın haqqı: Onu yalnız halal yolla kəsb et və onu xeyirxah işlərə sərf etmək üçün paxıllıq etmə.

30-Borc aldığın şəxsin haqqı: Əgər gücün çatırsa, borcunu qaytar, əks halda xoş dillə razılığını cəlb et.

31-Al-ver etdiyin şəxsin haqqı: Onu aldatmayasan və kələk vurmayasan.

32-Dava edən şəxsin haqqı: Əgər onun iddiası haqdırsa, özün ona şahid ol, ona zülm etmə, haqqını ver; yox əgər nahaq yerə iddia edirsə, onunla mülayim rəftar et.

33-Məsləhətçinin haqqı: Əgər məsləhət edənin məsələsi barəsində xüsusi nəzərin vardırsa, bəyan et, əks təqdirdə, nəzər sahiblərinin yanına göndər.

34-Nəsihətə qulaq asanın haqqı: Ona mülayimliklə, mehr-məhəbbət göstərməklə nəsihət etməkdir.

35-Özündən böyük olan şəxslərin haqqı: Onun yaşını nəzərə alıb, ehtiramını saxlamaq, ondan qabağa keçməmək və onu nadanlıqla ittiham etməməkdir.

36-Özündən kiçik yaşlı şəxslərin haqqı: Ona məhəbbət göstərməklə təlim vermək və səhvini bağışlamaqdır.

37-Xahiş edən şəxsin haqqı: Onun xahişinə və hacətinə müsbət cavab verməkdir.

38-Xahiş etdiyin şəxsin haqqı: Əgər sənin xahişini qəbul etsə, ona minnətdarlığını bildir, əks təqdirdə, üzrxahlıq et.

39-Allaha xatir səni sevindirən şəxsin haqqı: Əvvəlcə Allaha, sonra da ona təşəkkür et.

40-Sənə pislik edən şəxsin haqqı: Onu bağışla, əgər bağışlamağının ona zərəri vardırsa, qisasını al.

1-Yemək pak olmalıdır, nəcis yeməyi yemək haramdır.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə