5. analaoq rrx-nın radioveriCİ qurğulari


Varaktorlar üzərində tezlik çevriciləri



Yüklə 1,12 Mb.
səhifə6/11
tarix25.09.2023
ölçüsü1,12 Mb.
#123861
1   2   3   4   5   6   7   8   9   10   11
Analaoq RRX-nın radioverici qurğuları

Varaktorlar üzərində tezlik çevriciləri. Вu qurğularda İYT siqnalları ayırmaq üçün ferrit Y - sirkulyatorlardan istifadə olunur. Belə sirkulyatorlarda (dalğaötürən ya mikrozolaq, ya da başqaları) üç xətt 120° bucaq altında birləşir. Budaqlanma yerində ferrit elementi qoyulur. Sirkuyatorda enerji yalnız bir istiqamətdə - şəkildə oxla göstərilən istiqamətdə yayılır (şək. 5.8).
Sirkulyator istənilən çiyinə verilən dalğa yalnız qonşu çiyinə daxil olur və üçüncü çiyinə keçmir. Dalğaların mümkün olan yolları şək. 5.8б - də nazik xətlərlə göstərilmişdir. Sirkulyatordan ventil kimidə istfadə olunur. Bu halda çiyinlərdən birinə ballast yükü qoşulur (şək. 5.8в). Burada 2 çiyninə verilən dalğa 3 çiyninə düşür. Bu dalğanın əks olunan hissəsi (qırıq xətlələ göstərilmişdir) 1 çiyninə qayıdır və udulur.


Varaktor üzərində birtaktlı çevricinin struktur sxemi şək. 5.9 - da verilir. Burada varaktora VD1, darzolaqlı süzgəc Z4, WS, WE və harmonika süzgəci Z2 vasitəsi ilə heterodin gərginliyi, güclü aralıq tezlikli gücləndiricidən A1 sürüşmə gərginliyi və aralıq tezlikli TM siqnal qoşulur. Onların təsirindən varaktorun tutumu qeyri-xətti dəyişir. Ona görədə qarışdırıcı başlığın yükündə cərəyan qeyri-xətti olur. İşçi tezlik zolağındakı siqnal yan zolaq süzgəci Z3 ilə ayrılır. İYT heterodin rəqsini və çıxış siqnalını ayırmaq üçün ferrit sirkulyatorundan WE istifadə olunur. Digər ferrit sirkulyatoru WS ventil kimi istifadə olunur.

İkinci yan zolaq rəqsləri Z3 - dən əks olunaraq WE - nin 2 çiyninə, sonra WS - ə və uducu yükə qayıdır. Heterodinin harmonikalarında rəqsləri harmonika süzgəci Z2 udur. Qarışdırıcı başlıqda varaktordan əlavə aşağı tezlikli süzgəc də Z1 var. Bu süzgəc İYT rəqslərin aralıq tezlikli trakta keçməsinin qarşısını olur. Bu sxemdə səpələnmə gücü 1 Vt ətrafında olan orta güclü varaktrolardan istifadə olunur.

İkitaktlı sirkulyator sxemində (şək. 5.10) qarışdırıcı başlıq UZ iki varaktora VD1 və VD2 malikdir. Onlara güclü aralıq tezlikli gücləndiricidən A1 sürüşmə gərginliyi və aralıq tezlikli TM siqnal verilir. Qarışdırıcı başlığın konstruksiyası elə seçilmişdir ki, heterodin rəqsləri VD1 və VD2 diodlarına əks fazada verilir. Bu rəqslər darzolaqlı süzgəc Z2 və WE vasitəsi ilə daxil olur. Diodlar identik olduqda qarışdırıcı başlığın UZ çıxışında heterodin tezliyinin cüt harmonikalarında rəqslər yaranmır. Yan zolaq süzgəci Z1 ikinci yan zolaq rəqslərini WS - ə tərəf əks etdirir və onlar sonuncunun yükündə udulurlar. Varaktorların səpələdiyi güc, şək. 5.9 ilə müqayisədə iki dəfə artır. Bu, heterodinin və aralıq tezlikli siqnalın gücünü artırmaqla daha böyük güc almağa imkan verir. Şəkildə , və parametrlərinin qiymətləri güc gücləndiricisi olmayan КУРС-4 vericisinin tezlik çevricisinə aiddir. İYT heterodin rəqsi ilə İYT çıxış siqnalının ayrılması WE və WS vasitəsi ilə təmin olunur.



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə