5. analaoq rrx-nın radioveriCİ qurğulari



Yüklə 1,12 Mb.
səhifə3/11
tarix25.09.2023
ölçüsü1,12 Mb.
#123861
1   2   3   4   5   6   7   8   9   10   11
Analaoq RRX-nın radioverici qurğuları

5.3. Tezlik modulyatorları
Əsas texniki tələblər. Siqnalın, modulyasiya prosesində daxil edilən qeyri-xətti təhriflərinin kiçik olması üçün tezlik modulyatorunun modulyasiya (ötürmə) xarakteristikası yüksək xəttiliyə malik olmalı­dır. Xətti hissənin sərhədləri tezlik modulyatorunun çıxışında tələb olunan tezlik meyli ilə müəyyən olu­nur. МСЭ - nin tövsiyyələrinə əsasən ARRX - da tam TV siqnalı ötürülən zaman ən böyük tezlik devias­iyası seçilir. ÇTS ötürülən zaman modulyator pik səviyyələrin ötürülməsinə hesablanır ki, onlarada tezlik deviasiyası uyğun gəlir.
Modulyasiya xarakteristikasının xəttiliyini ikinci və üçüncü harmonikalar üzrə qeyri-xətti təhrif əmsalının köməyi ilə qiymətləndirmək qəbul edilmişdir. Qeyri-xətti təhrif əmsalı radiorele sahəsinin bü­tün qrup traktı üçün ölçülür. Bu zaman modulyatorun girişinə verilən yoxlama siqnalı4 elə seçilir ki, onun tezliyi və onun üçüncü harmonikası tezlik zolağının daxilinə düşür. Növbə ilə demodulyatorun çıxışında birinci , ikinci və üçüncü harmonikaların gərginlikləri ölçülür. İkinci və üçüncü har­monikalar üzrə, ölçü səviyyəsinə uyğun gələn qeyri-xətti təhrif əmsalları:
(5.1)

. (5.2)
Ölçmə səviyyəsinin artması ilə modulyasiya (və demodulyasiya) xarakteristikasının işçi hissəsi bö­yüyür. Bu zaman xarakteristikanın artan qeyri-xəttiliyə malik oblastından istifadə olunduğu üçün qeyri-xətti təhrif əmsallarının qiymətidə artır.
Nisbi sıfır səviyyəsində ki nöqtədə ikinci və üçüncü harmonika üzrə qeyri-xətti təhrif əmsalları
и , (5.3)
burada – yoxlayıcı siqnalların millivatlarla gücüdür.
Tezlik modulyatoru modulyasiya xarakteristikasının mümkün qədər böyük dikliyinə və dikliyin sta­billiyinə malik olmalı, həmçinin aralıq tezliyin mərkəzi qiymətinin nisbi qeyri-stabilliyi kiçik olmalıdır.
Modulyasiya xarakteristikasının dikliyi modemdən daxil olan istilik küylərinin qiymətinə təsir edir. Qəbul edək ki, məsələn, TV lülənin tezlik modulyatorunun çıxışında tezlik deviasiyasının maksimal qiyməti təmin olunmalıdır. Bunun üçün tezlik modulyatoruna ən böyük qiyməti olan modulyasiyaedici siqnal (tam TV siqnalı) verilməlidir. Son TV vericinin girişinə, ən böyük gərginliyi olan müəyyən nominal səviyyəli tam TV siqnalı daxil olur. Son qurğudan tələb olunan güclənmə əmsalı . Göründüyü kimi artdıqca azalır və ona görədə gücləndiricilərin xüsusi küyləri daha az güclənir. Uyğun olaraq, böyük dikliyə malik modulyasiya xarakteristikası modemin kanala daxil etdiyi istilik küylərini azaltmağa imkan verir.
Modulyasiya xarakteristikasının dikliyinin qeyri-stabilliyi nəticəsində müxtəlif zaman anlarında girişdəki siqnal gərginliyinin eyni qiymətinə tezlik modulyatorunun çıxışında tezlik meylinin, uyğun olaraq, tezlik detektorunun çıxışındakı gərginliyin müxtəlif qiymətləri uyğun gəlir. Nəticədə kanalda siqnalın səviyyəsi rəqs edir (qalıq sönmə5). Bu sönmə çox az intervalda buraxılır.
Tezlik modulyatorunun çıxışında aralıq tezliyin mərkəzi qiymətinin qeyri-stabilliyi vericinin tezliyinin qeyri-stabilliyinə səbəb olur. Modulyator böyük tezlik deviasiyasına malik TM generator olduğuna görə kvars stabilizasiyasından istifadə oluna bilməz. Adətən, tezliyin mütləq qeyri-stabilliyinin qiymətini təmin edən parametrik stabilizasiya tətbiq olunur.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə