5. analaoq rrx-nın radioveriCİ qurğulari


Tezliyin nisbi qeyri-stabilliyi



Yüklə 1,12 Mb.
səhifə2/11
tarix25.09.2023
ölçüsü1,12 Mb.
#123861
1   2   3   4   5   6   7   8   9   10   11
Analaoq RRX-nın radioverici qurğuları

Tezliyin nisbi qeyri-stabilliyi – bu radiovericinin çıxışında tezliyin mütləq qeyri-satabilliyinin qərarlaşdırılmış nominal tezliyə nisbətidir. Şək. 5.1 - də verilən radiovericinin nisbi qeyri-stabilliyi tezlik modulyatorundakı generator və heterodin traktındakı dayaq generatoru ilə müəyyən olunur. Tezliyin qeyri-stabilliyi səbəbindən ötürülən siqnalın orta tezliyi qəbuledicinin kökləndiyi tezlikdən fərqlənir və siqnalın spektri qəbuledicinin buraxma zolağına tam düşmür. Nəticədə qəbul olunan siqnal təhrif olunur. Bundan əlavə, tezliyin böyük qeyri-stabilliyində arzuolunmaz şüalanmalar yarana bilər ki, buda ARRS və ya RRRS - in digər lülələri üçün maneə siqnalı olur.
Arzuolunmaz radioşüalanmaların zəiflədilməsi. Radioverici qurğuda, modulyasiya prosesindən əlavə istənilən qeyri-xətti proses nəticəsində yaranan arzuolunmaz radioşüalanma yan radioşüalanma adlandırılır. Məsələn, orta tezliyi olan TM siqnal yan zolaq süzgəci vasitəsi ilə ayrılan zaman sonuncu ikinci yan zolağı və heterodin rəqslərini tam zəiflətmir və onlar antenaya düşür. Ona görə də, verici üçün ikinci yan zolaq rəqslərinin və heterodin rəqslərinin, siqnalın səviyyəsinə nəzərən zəifləməsi göstərilir. Bu zəifləmələr, adətən, 100 dB - dən çox olur.
TRX radiovericilərində böyük çıxış gücü almaq üçün güc gücləndiricisi üçün qeyri-xətti iş rejimi seçilir. Belə güc gücləndiricisinin çıxışında, siqnal tezliyinin harmonikalarında yan radioşüalanmalar ya­ranır. Belə şüalanmanın zəiflədilməsi üçün güc gücləndiricisinin çıxışında harmonika süzgəci quraşdırılır. Radiovericinin texniki pasportunda ikinci harmonika rəqslərinin siqnala nəzərən zəiflədilməsi göstərilir.
Modulyasiyanın keyfiyyətini və ötürülən siqnalların təhriflərini xarakterizə edən parametrlər. ARRX - da təhriflər kanallarda küylər kimi özünü biruzə verir. Radiovericinin tərkibində həm qrup traktı­na (tezlik modulyatoru), həm də yüksək tezlikli trakta (aralıq tezlikli güc gücləndiricisi, güc gücləndiricisi və s.) aid olan qurğular var. Bu qurğular kanallarda keçid küyləri yaradırlar. Bundan əlavə, qrup traktı və tezlik modulyatoru kanallara istilik küyləri daxil edirlər. Qurğuların küyləri təyin edən parametrləri aşağıda baxılacaq.



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə