5. analaoq rrx-nın radioveriCİ qurğulari



Yüklə 1,12 Mb.
səhifə7/11
tarix25.09.2023
ölçüsü1,12 Mb.
#123861
1   2   3   4   5   6   7   8   9   10   11
Analaoq RRX-nın radioverici qurğuları

5.5. Heterodin traktları


5.5.1. Texniki parametrləri
Həm verici, həmdə qəbuledici qurğuların heterodin traktlarını nəzərdən keçirək. Heterodin traktı verilmiş işçi tezlik diapazonunda tələb olunan gücə malik İYT rəqs verməlidir. O radiovericinin işçi tezliyini, tezliyinin nisbi qeyri-stabilliyini və çıxış gücünü (güc gücləndiricisi olmadıqda) müəyyən edir. Heterodin traktından qarışdırıcıya verilən güc: güc gücləndiricisi olmayan radiovericilərdə bir neçə vatt, güc gücləndiricisi olan radiovericilərdə bir neçə yüz millivatt və qəbuledicilərdə birneçə millivat olur. Heterodin traktının tezliyinin stabilliyinə sərt tələblər qoyulur. Vericinin tezliyinin buraxıla bilən nisbi qeyri-stabilliyi məhdud və tezlik modulyatorunun bu qeyri-stabillikdə payı kifayət qədər böyük olduğu üçün heterodin traktının payı tezlik modulyatoruna nəzərən ən azı bir tərtib kiçik olmalıdır.
Heterodin traktının işçi tezliyini formalaşdırmaq üçün istifadə olunan və onun çıxış siqnalının stabilliyini müəyyən edən avtogenerator dayaq avtogeneratoru9 adlandırılır.
Heterodin traktının istilik küyləri RRX - nın TF kanallarındakı istilik küyü mənbəələrindən biridir.


5.2.2. Dayaq avtogeneratorların tezliyinin stabilizasiyası üsulları
Avtogeneratorların tezliyinin stabilizasiyasının üç üsulu məlumdur: parametrik stabilizasiya, kvars stabilizasiyası və tezliyin avtomatik tənzimlənməsi10 (АПЧ). Parametrik stabilizasiyanın mahiyyəti ondan ibarətdir ki, avtogeneratorun tezliyinin meylinə səbəb olan parametrlər (temperatura, qidalandırıcı gərgin­lik­lər və s.) sabit saxlanılır. Avtogeneratorun tezliyinin nisbi qeyri-stabilliyini həddində saxla­ma­ğa imkan verən bu üsül sərbəst üsul kimi RRRS - lərdə Hann11 və selvari uçuş12 diodları üzərində yı­ğılmış avtogeneratorların stabilləşdirilməsi üçün istifadə olunur. ARRS - lərdə bu üsuldan tezlik modulya­to­runun mərkəzi tezliyinin stabilləşdirilməsi üçün istifadə olunur. Məsələn, tezlik modulyasiyalı generator termostatda yerləşdirilir, onlar üçün stabilləşdirilmiş qida mənbəələrindən istifadə olunur. ARRS - lərin heterodin traktlarında parametrik stabilizasiya kvars və АПЧ ilə birgə əlavə üsul kimi istifadə olunur.
Kvars stabilizasiyası ARRS - in heterodin traktlarında geniş istifadə olunur. Bu halda kvars rezonatorlu (lövhəli) avtogeneratordan istifadə olunur. Kvars lövhəsi pyezoelektrik effektə malikdir, yəni dəyişən elektrik gərginliyinin təsiri altında mexaniki rəqslər həyata keçirir (əks pyezoeffekt) və eyni zamanda dəyişən elektrik gərginliyi yaradır (düz pyezoeffekt). Kvars rezonatoru, bir-birinə çox yaxın olan iki rezonans tezliyinə malik olur: ardıcıl rezonans və paralel rezonans . Tezlik diapazonu tərtibdə olur. Kvars rezonatoru yüksək keyfiyyətə və rezonans tezliyinin yüksək stabilliyinə malik olur. Rezonans tezliyi xarici təsirlərdən çox zəif asılı olur. Rezonans tezliyinin qiyməti (və ya ona uyğun dalğa uzunluğu ) lövhənin ölçülərindən və onun qoşulma üsulundan asılı olur. Qalınlıq üzrə qoşulduqda rezonans dalğa uzunluğu, metrlərlə , burada – lövhənin qalınlığı millimetrlərlə. Çox nazik lövhələrin hazırlanmasının çətinli səbəbindən, kvars rezonatorunun rəqslərinin xüsusi tezliyi onlarla MHs - dən çox olmur. Kvars rezonatoru ilə stabilizasiya olunan avtogenerator, adətən lövhənin mexaniki rəqsinin harmonikalarında (üçüncü, beşinci) işləyir və onun tezliyi 100…150МHs həddində olur. Daha yüksək mexaniki harmonikalardan istifadə olunmur, beləki harmonikaların sayının artması ilə tezliyin stabilliyi azalır. Kvars stabilizasiyalı avtogeneratorun tezliyinin nisbi qeyri-stabilliyi – , parametrik stabilizasiya ilə birgə isə – həddində olur.
Tezliyin avtomatik tənzimlənməsi heterodin traktında tətbiq olunur. Bu zaman tezliyi fazaya qədər dəqiqliklə avtomatik tənzimlənən (FAT13) avtogeneratordan istifadə olunur. Burada etalon siqnal kvars stabilizasiyalı avtogeneratordan alınır. Tezliyin nisbi qeyri-stabilliyi kvars avtogeneratorunda olduğu kimi qalır.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə