5. analaoq rrx-nın radioveriCİ qurğulari


Tezlik modulyatorunun sxemi



Yüklə 1,12 Mb.
səhifə4/11
tarix25.09.2023
ölçüsü1,12 Mb.
#123861
1   2   3   4   5   6   7   8   9   10   11
Analaoq RRX-nın radioverici qurğuları

Tezlik modulyatorunun sxemi. Tezlik modulyatorunun sxeminə (şək. 5.2) modulyasiyaedici siqnal budaqlandırıcısı А, iki, varikapa malik TMG UB1 və UB2, xəttiləşdirici yüklər , qarışdırıcı və onun yükü kimi qoşulan zolaq süzgəci Z daxildir. Zolaq süzgəci aralıq tezliyə köklənir.


5.4. Radioverici qurğuların tezlik çeviriciləri
İş prinsipi. Əsas texniki parametrləri. Radiovericinin tezlik çeviricisi aralıq tezlikli siqnalın İYT siqnala çevrilməsini təmin edir. Tezlik çevricisinin sxemində (şək. 5.3) qarışdırıcıya UZ verilir: 1 girişinə - aralıq tezlikli TM rəqs, yəni olan siqnal gərginliyi ; 2 girişinə - heterodindən gərginliyi və gücü olan modulyasiyasız İYT rəqs. Bu rəqslər eyni zamanda qarışdırıcının qeyri-xətti elementinə, məsələn yarımkeçirici dioda verilir. Bu qeyri-xətti elementin giriş gərginliyi ilə çıxış cərəyanı arasındakı əlaqəni aşağıdakı kimi yazmaq olar:
, (5.4)
; (5.5)
burada – diodun volt-amper xarakteristikası üzrə təyin olunan əmsallardır.

Qarışdırıcının çıxış cərəyanının tərkibində siqnal və heterodinin harmonikalarının tezliklərində və onların mümkün olan kombinasiyalarında rəqslər rəqslər olur. Qarışdırıcının çıxışında rəqsin tezliyi və gücü kimi göstərilmişdir. tezliklərinin qiymətləri aralıq tezlikli siqnalın spektrinin eninin olduğunu və qarışdırıcının çıxış siqnalının səviyyəsinin və artdıqca (şək. 5.4) azaldığını təyin edir. Yan zolaq süzgəci Z yan zolaqlardan birini (RRS - də tezliyin qoyuluşundan asılı olaraq yuxarı və ya aşağı) ayırır. Ayrılan zolaq işçi zolaq, istifadə olunmayan zolaq isə ikinci yan zolaq adlandırılır.
Qarışdırıcılarda qeyri-xətti element kimi iki növ yarımkeçirici diod tətbiq olunur: dəyişən müqavimətli diodlar (güclü qarışdırıcı diodlar) və, qeyri-xətti tutum rejimində işləyən varikaplar. Belə varikapları varaktorlar adlandırırlar. Vericinin tezlik çevricisi üçün aşağıdakı parametrlər göstərilir: çevirmə əmsalı və ya çevirmə itkiləri , heterodin gücündən istifadə əmsalı (və ya heterodin dövrəsinin FİƏ) və çevirmənin ümumi FİƏ . Onlar aşağıdakı kimi təyin olunur:
, , , , (5.6)
burada – tezlik çevricisinin çıxışında siqnalın gücüdür.
Əgər tezlik çevricilərində aralıq tezlikli siqnalın gücü heterodin traktının rəqslərinin gücündən çox-çox kiçik olarsa onlar üçün və parametrlərinin qiymətləri eyni olur. Lakin güclü tezlik çevri­ci­lərinin iş rejimlərinin hesabatında onları fərqləndirmək zəruridir.
Çevirmə itkilərinin azalması və FİƏ - nin artması ilə çevricinin işinin effektivliyi yüksəlir. Bundan əlavə, tezlik çevricisi işçi tezlik zolağı daxilində, YT traktın digər qurğuları kimi bərabərölçülü çevirmə əmsalına və bərabərölçülü ГВЗ xarakteristikasına malik olmalıdır. Adətən, vericinin tezlik çevricisindən kifayət qədər yüksək çıxış gücü tələb olunur: onlarla millivatdan vata qədər və daha çox. Tranzistor üzərində yığılmış və güc gücləndiricisi olmayan vericilərdə çıxış gücünün böyük qiymətləri lazım olur. Onlarda heterodin dövrəsinin böyük FİƏ - si təmin olunur. Bunun üçün, verilən böyük güclərə tab gətirən kiçik çevirmə itkilərinə malik güclü qarışdırıcı diodlardan və varaktorlardan istifadə olunur. Adətən güclü tezlik çevriciləri üçün gətirilən aralıq tezlikli və İYT rəqslərin buraxıla bilən gücləri, çıxış gücü və çevirmə itkiləri göstərilir.
Vericinin qarışdırıcıları birtaktlı və ikitaktlı sxemlər üzrə yığılır. İkitaktlı sxemdə qarışdırıcıya, birtaktlıya nəzərən iki dəfə çox güc vermək olar, beləki birincidə iki diodda səpələnən güc cəmlənir.
Tezlik çevricilərinin sxemlərinin öyrənilməsinə keçməzdən əvvəl onların bir sıra xüsusiyyyətlərini qeyd edək. Tezlik çevricisində dioda heterodin traktından İYT rəqs verilir və elə həmin dioddan İYT çıxış siqnalı götürülür. Bu İYT rəqslərin ayrılması üçün xüsusi İYT qurğulardan: istiqamətlənmiş budaqlandırıcılardan, körpü qurğularından, ferrit sirkulyatorlarından və s. istifadə olunur. Bundan əlavə dioda eyni zamanda dalğaötürən vasitəsi ilə İYT rəqs və koaksial kabel vasitəsi ilə aralıq tezlikli rəqs verilir. Bunun üçün əsasən, içərisində qarışdırıcı başlıq quraşdırılmış dalğaötürən-koaksial keçiddən istifadə olunur. Nəhayət, yan zolaq süzgəci yalnız işçi tezlik zolağı daxilindəki siqnalı buraxır, qalan çevirmə məhsulları ondam əks olunur. Onların zəiflədilməsi üçün süzgəclərdən və ferrit ventillərindən istifadə olunur. Əks təqdirdə həmin çevirmə məhsulları qarışdırıcıya və ya heterodin traktına düşərək onların işini poza, məsələn, ГВЗ xarakteristikasını pisləşdirə bilər. Bir sıra, varaktor üzərində yığılmış güclü qarışdırıcı sxemlərində belə çevirmə məhsulları çıxış siqnalının alınması üçün istifadə olunur. Bu tezlik çevricisinin FİƏ - ni yüksəltməyə və çıxış gücünü artırmağa imkan verir.
Adları çəkilən İYT qurğular: istiqamətlənmiş budaqlandırıcılar, körpü qurğuları, ferrit ventilləri və sirkulyatorları, süzgəclər və başqaları ikinci nəsl ARRS - lərdə boş dalğaötürən6 kəsiklərindən hazırlanırlar. Bu sistemlər hazırda istifadə olunurlar. RRRS və üçüncü nəsl ARRS - lərdə, peyk rabitə aparaturasında bu qurğular, adətən, zolaq və mikrozolaq xətlərindən7 və ya dielektrik doldurulmuş dalğaötürənlərdən hazırlanır. İstiqamətlənmə xassələri boş dalğaötürənlərdən hazırlanmış qurğularla eyni olan bu qurğuların ölçüləri əhəmiyyətli dərəcədə kiçik olur və onları, mikrosxem, hibrid inteqral sxem üzərində yığılmış aparaturada quraşdırmaq olur.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə