5. analaoq rrx-nın radioveriCİ qurğulari



Yüklə 1,12 Mb.
səhifə9/11
tarix25.09.2023
ölçüsü1,12 Mb.
#123861
1   2   3   4   5   6   7   8   9   10   11
Analaoq RRX-nın radioverici qurğuları

5.5.3 Tezlik vurucuları
Bu qurğular rəqslərin tezliyini, vurma əmsalı adlanan tam ədəd dəfə artırırlar. Kvars avtogeneratorunun tezliyini heterodin traktının tezliyinə qədər artırmaq üçün böyük vurma əmsalına malik tezlik vurucusu tələb olunur. Məsəslən, və olarsa tələb olunur. Belə vurucu bir pillədənyox, bir neçə pillədən ibarət olur.
Tezlik vurucularını tranzistorlar və qeyri-xətti passiv elementlər (yarımkeçirici diodlar, varaktorlar və s.) üzərində yığmaq mümkündür. Tranzistor tezlik vurucularında siqnal həm də gücləndirilir, bu da onların əsas müsbət cəhətidir. Lakin tranzistorların tezlik xassələri 1QHs tezlikdən yuxarı çıxış rəqsi almağa imkan vermir. Ona görədə heterodin traktlarının tezlik vurucularının yalnız ilk pillələrinə tranzistor tezlik vurucularından istifadə olunur. Rusiya ARRS - lərində əsasən olan tranzistor tezlik vurucularından istifadə olunur.
Qeyri-xətti elementlər üzərində tezlik vurucuları itkilər daxil edir. Belə vurucuların əsas parametrlərindən biri onun faydalı iş əmsalıdır. Bu parametr tezlikli çıxış rəqsinin gücünün tezlikli giriş siqnalının gücünə nisbəti kimi təyin olunur. Qeyri-xətti passiv element kimi varaktordan istifadə etməklə yüksək faydalı iş əmsalına malik tezlik vurucu pillə reallaşdırmaq mümkündür.
Varaktor üzərində vurucuların sxemləri. Varaktor VD (şək. 5.12) giriş siqnalının tezliyinə köklənmiş giriş konturu ilə giriş siqnalı tezliyinin harmonikasına köklənmiş konturu arasında əlaqə elementidir. Varaktora sürüşmə gərginliyi müqavimətindən verilir. Harmonik giriş gərginliyinin təsiri altında varaktorun tutumu qeyri-xətti dəyişir. Uyğun olaraq varaktordan qeyri-xətti cərəyan axır. Bu cərəyan hər iki konturdan axır və çıxış konturu üzərində tezlikli harmonik rəqs gərginliyi yaradır.

Yüksək keyfiyyətli konturlardan istifadə olunduğu üçün varaktor vurucusunun buraxma zolağı işçi zolağın bir-neçə faizini təşkil edir. Ona görədə vurucu köklənməyə və temperatur rejiminə çox həssasdır, yəni işə dayanıqsızdır. Buraxma zolağını bir qədər genişləndirmək məqsədi ilə real sxemlərdə tək konturların və əvəzinə zolaq süzgəcləri quraşdırılır. Süzgəclərin konstruksiyası onların işçi tezliklərindən asılı olur. Əgər rezonans tezlik 1 QHs - dən böyük olmursa süzgəc toplu parametrlərə malik elementlər üzərində reallaşdırılır. 1-3 QHs diapazonda koaksial xətt, daha yüksək tezliklərdə isə həcmi rezonatorlar istifadə olunur.
Tezlik vurucularının sxemlərində parametrləri qarışdırıcıların sxemlərində istifadə olunan varak­tor­larla eyni olan varaktorlardan istifadə olunur.
Varaktor vurucusunun faydalı iş əmsalı çıxış tezliyi harmonikasının sayının artması ilə kəskin azalır. Bundan əlavə, FİƏ varaktorun keyfiyyətindən və giriş siqnalının amplitudasından asılı olur. Bu kəmiyyətlər nə qədər böyük olursa FİƏ bir o qədər böyük olur. Yüksək keyfiyyətlərdə diodda giriş siqnalının maksimal amplitudası səpələnmə gücü ilə deyil, deşilmə gərginliyi ilə müəyyən olunur:
.
Yüksək FİƏ almaq üçün varaktorun yüksək keyfiyyəti təmin olunmalıdır. Giriş siqnalının tezliyi varaktorun hədd tezliyindən on dəfələrlə az olmalıdır. Giriş siqnalının maksimal amplitudasında və ( tezliyə uyğun gəlir) olduqda orta güclü varaktor halında FİƏ = 85…90 % və halında FİƏ= 50 % təmin edir.
Tezlik vurucusunun çıxış gücü çox əhəmiyyətli parametrdir, beləki o heterodin traktının çıxış gücünü müəyyən edir. Tezlik vurucusunun çoxpilləli və pillənin faydalı iş əmsalının vahiddən kiçik olduğunu nəzərə alaraq qeyd edək ki, vericinin tezlik vurucu pillələri kifayət qədər yüksək giriş güclərində işləməli, varaktorlar isə bu güclərə tab gətirməlidir.



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə