5. analaoq rrx-nın radioveriCİ qurğulari


Güclü qarışdırıcı diodlar üzərində ikitaktlı çevrici



Yüklə 1,12 Mb.
səhifə5/11
tarix25.09.2023
ölçüsü1,12 Mb.
#123861
1   2   3   4   5   6   7   8   9   10   11
Analaoq RRX-nın radioverici qurğuları

Güclü qarışdırıcı diodlar üzərində ikitaktlı çevrici. Вu sxemdə İYT siqnal ilə heterodin rəqsinin ayrılması üçün körpü qurğusu istifadə olunur.
Körpü qurğusu (şək. 5.5) dörd çiyinə malik olur və bu çiyinlər sxemin diğər qurğularına qoşulur. Çiyinlərdən I-IV hər biri digər ikisi ilə əlaqələnir və üçüncüdən ayrılır, belə ki I və II çiyinləri, həmçinin III və IV çiyinləri öz aralarında ayrılmışlar. Əgər siqnal I çiyinə verilirsə o III və IV çiyinlərə daxil olur və II çiyinə keçə bilmir. Şək. 5.5a -da siqnallar и kimi, onların III və IV çiyinlərindəki fazaları və kimi göstərilmişdir. Müxtəlif çiyinlərə düşən siqnalların fazaları qədər fərqlənsədə gücləri eyni olur. Fazalar fərqinin qiymətindən asılı olaraq körpü qurğularını kvadratur ( ), əksfazalı ( ) və sinfaz ( ) adlandırırlar.
Kvadratur körpü qurğusunun istənilən çiyninə fazalı siqnal verildikdə, digər iki çiyində fazalar, şərti saxlanmaqla şək.5.5, а-г - də olduğu kimi təyin olunur.
Əgər III və IV çiyinlərindən siqnalın tam əks olunması baş verirsə, əks olunmuş siqnallar və (şək. 5.5д) II çiyinə və fazaları ilə çatırlar. İndi dalğası gecikir, beləki, əgər olduğunu qəbul etsək, onda , . Eyni zamanda III və IV çiyinlərində əks olunmuş dalğaların fazaları eyni olur.
Boş dalğaötürən üzərində reallaşdırılan kvadratur körpü qurğusunu yarıq körpü8 adlandırırlar. Bu qurğu ümumi divara malik iki düzbucaqlı kimi hazırlanır. Ümumi divarda rabitə üçün deşik olur.

Tezlik çevricisinin (şək. 5.6) tərkibində, güclü VD1 və VD2 diodları üzərində ikiləşdirilmiş qarışdırıcı başlıq UZ, harmonika süzgəcləri Z1 və Z2, yarıqlı körpü WE, ferrit ventilləri WS1 və WS2, yan zolaq süzgəci Z3 var. Heterodin rəqsi darzolaqlı süzgəc Z4 və WS2 vasitəsi ilə yarıqlı körpünün I çiyninə, oradanda III və IV çiyinlərə daxil olaraq VD1 və VD2 diodlarına ötürülür. Diodlara, həmçinin aralıq tezlikli siqnal gərginliyi verilir. Siqnal gərginliyinin müsbət yarımdalğasının təsiri zamanı diodlar açılır və heterodinin enerjisini söndürür. Siqnal gərginliyinin mənfi yarımdalğasının təsiri zamanı diodlar bağlanır, İYT rəqs qarışdırıcı başlıqdan əks olunaraq yarıqlı körpüyə qayıdır və II çiyinə daxil olur. Aralıq tezlikli siqnal gərginliyi o qədər böyük seçilir ki, diodlardan əks olunma əmsalının dəyişməsi şək. 5.7 - də verilən qanuna uyğun olur. VD1 və VD2 diodları identik volt-amper xarakteristikalarına malik olurlar. II çiyindəki siqnal heterodin tezlikli AM rəqs olur. Yan zolaq süzgəci vericinin tezliyinə, məsələn bərabər tezliyə malik rəqsi ayırır. Yan zolaq süzgəcindən əks olunan ikinci yan zolaq tezlikli rəqslərin enerjisi WS1 - də udulur.

Ferrit ventili düzünə dalğanı (0,1 - 0,3 dB zəifləmə ilə) buraxır, əks istiqamətdə yayılan dalğanı isə zəiflədir (20 dB və daha çox). Şək. 5.6 - da WS1 ikinci yan zolaq tezliklərində əks olunan dalğa üçün maksimal sönmə daxil etməlidir. VD1 və VD2 diodlarının volt-amper xarakteristikaları identik olmadıqda aralıq tezlikli siqnalın gücünün bir hissəsi I çiyinə istiqamətlənir. Onu WS2 söndürür. Heterodin tezliyinin harmonikalarında yaranan rəqsləri zəiflətmək üçün harmonika süzgəcindən istifadə olunur.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə