5. analaoq rrx-nın radioveriCİ qurğulari


Heterodin traktlarının struktur sxemləri



Yüklə 1,12 Mb.
səhifə10/11
tarix25.09.2023
ölçüsü1,12 Mb.
#123861
1   2   3   4   5   6   7   8   9   10   11
Analaoq RRX-nın radioverici qurğuları

5.5.4. Heterodin traktlarının struktur sxemləri
Verici qurğuların heterodin traktlarında (şək. 5.13) rəqsləri, kvars rezonatoru ilə stabilləşdirilən avtogenerator G yaradır. O faza modulyatoru UB vasitəsi ilə, tərkibində bufer gücləndiricili tranzistor vurucuları U1, güc gücləndiricisinin darzolaqlı süzgəci18 Z1, güc gücləndiricisi A1, varaktor üzərində tezlik vurucuları U2 və darzolaqlı süzgəc Z2 olan vurucu-gücləndirici sistemə qoşulur. Şək. 5.13 - də sxemin bir sıra pillələri üçün itkilərin qiymətləri, həmçinin pillələrin çıxışında tezliklər və güclər göstərilmişdir. Faza modulyatoru xidməti rabitə siqnallarının ötürülməsini təmin edir.
Tranzistorlu vericilərdə heterodin traktının (şək. 5.13,а) yüksək çıxış gücü 250 MHs tezlikdə işləyən və çıxış gücü 25 Vt olan gücləndiricinin A1 və ikiyə vurucuların U2 tətbiqi hesabına alınır. Heterodin traktının TF kanallarına daxil etdiyi istilik küylərinin azaldılması üçün ФУМ istifadə olunur. Heterodin traktı zolağının azaldılması onun daxil etdiyi küyləri zəiflədir. Küylərin effektiv zəiflədilməsi üçün heterodin traktının çıxışında qoyulması zəruri olan süzgəcin reallaşdırılması praktiki olaraq mümkün olmur, beləki bunun üçün dar zolağa və kiçik itkilərə malik İYT süzgəc tələb olunur. Ona görədə 200-700 MHs diapazonda buraxma zolağı 0,5 MHs olan darzolaqlı ФУМ istifadə olunur. Bu süzgəclər termostabil materiallar tətbiq olunmaqla dalğaötürən rezonatorlar üzərində hazırlanırlar. Belə süzgəcin daxil etdiyi iykilər traktın sonrakı gücləndirici pillələri ilə kompensasiya olunur. Buraxma zolağı 8-10 MHs olan çıxışdakı darzolaqlı süzgəc Z2, tezliyin vurulması zamanı spektrdə yaranan arzuolunmaz təşkiledicilərin zəiflədilməsi üçündür.

Güc gücləndiricisi olan vericilərdə heterodin traktının çıxış gücü əhəmiyyətli dərəcədə kiçik olur. Ona görədə güc gücləndiricisinə və pillələrin faydalı iş əmsalına tələblər yüngülləşir. Həmin səbəbdən varaktor tezliyi üçə vurucularından U2 istifadə etmək mümkün olur (şək. 5.13,б). Pillələri bir birindən ayırmaq üçün ferrit sirkulyatorlarından istifadə olunur.
Vericidən fərqli olaraq,qəbuledicinin heterodin traktında (şək. 5.14,а) faza modulyatoru yoxdur, lakin çıxış gücünü tənzimləmək üçün dəyişən dalğaötürən attenyuator WU nəzərdə tutulmuşdur. Heterodin traktından rəqslər qəbuledicinin, siqnalların kiçik səviyyəsində işləyən qarışdırıcısına daxil olur. Uyğun olaraq qəbuledicinin heterodin traktının çıxış gücü, güc gücləndiricisinə malik vericinin heterodin traktına nəzərən daha da kiçikdir, və pillələrin faydalı iş əmsalı kiçik ola bilər. Ona görədə U2 tezliyi dördə vuran pillələrdən ibarət olur, gücləndirici A1 isə azgüclü seçilir.




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə