50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə20/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   16   17   18   19   20   21   22   23   ...   85

səmtə əsənləri, marığa yatanları çox yaxşı görürdük. O dövr
AzTV öz mövqeyini ortaya qoymaq istəyənlər üçün meydan
açmışdı. Deyəcəksiniz ki, ona mövqe yox, iqtidarı təriflətmək,
dəstəkləmək  üçün məkan deyərlər. Mən razı. Bəs orda öz düz‑
gün mövqeyini ortaya qoyanlar yadınızdadırmı? Yəqin ki, hə.
Bəs AzTV‑nin qapısına gəlib, ordan aradan çıxan, “qurban
olum, məni zibilə salmayın, filankəsin adını çəkərəm... dünya‑
nın işini bilmək olmaz, birdən yenə də qayıdarlar hakimiyyətə,
dərimə saman təpərlər” deyənlər necə, o da yadınızdadırmı?
Yox. Onları biz görürdük, onları biz eşidirdik.
Amma 20‑25 yaşlı Əkbər kimi gənclərimiz televiziyaya öz‑
ləri gəlirdilər. “Biz Heydər Əliyev deyirik, onun əsgərləriyik,
onun arxasındayıq!” deyirdilər. Çoxmu keçib o illərdən? 20‑
22 il az müddət deyil. Mən ilk dəfə Əkbər Qoşalını belə tanı‑
mışam, indi də belə tanıyıram: BİR SİFƏTLİ!
İllər keçdi. Onun səsini daha yüksəklərdən eşitməyə baş‑
ladım. İlk olaraq gənclər hərəkatının önündə gördüm onu.
TÜRKSOY Plaketinə, Qırğız Respublikasının Toktokul Satıl‑
ganov medalına layiq görülüb. 2008‑2009‑cu illərdə Azərbay‑
can Prezidenti Təqaüd Fondunun təqüdçüsü olan Əkbər
Qoşalı, bu il, Prezidentimiz İlham Əliyev tərəfindən “Tə ‑
rəqqi” medalıyla təltif edilib.
...Elə bilirəm, ustadların yolunu davam etdirmək lazımdır
və bu missiyanı layiq olanlar, bacaranlar daşıya bilər... Mis‑
siya böyükdür..! O, missiyanın gərəkdirdiklərini yerinə gətir‑
məli, sonra isə arxadan gələnlərə əl tutmalıdır... ki, nə vaxtsa
onu da ustad deyə çağır sınlar, mənəvi zəncirin halqaları qı‑
rılmasın..! Əkbər əfəndi həm ədəbiyyatımıza öz töhfəsini ver‑
məli, həm də görkəmli ictimai‑siyasi xadim kimi etimadı
doğrultmalıdır...
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
77


O ki, qaldı bizim indiki “ustadoğlu‑qağa” münasibətlə‑
rinə. 20 il öncə necəydisə elə də qalır. Yox, lap yadımdan çıxdı.
Əkbər Qoşalının yeni bir özəlliyini də kəşf etmişəm. Demə,
Əkbər incə ruhlu redaktor imiş. Bunu mən Leyla xanım Əli‑
yevanın şeirlərini ruscadan tərcümə etməyə başlayanda bil‑
dim. Azərbaycanca varianta elə incə qələm gəzdirir ki, sanki
zərgərdir, qarşı sındakı da  almaz, cilalayır...
Bu gün Əkbər Qoşalı haqqında yazdım. Bu yazının bu ilin
deputat seçkiləri ili olmasına dəxli yoxdur. Mən onun haq‑
qında ötən il yazmışdım – səhv etdim, özünə göndərdim, o
da yayınlanmamasını uyğun gördü. O üzdən bu dəfə, dostum
və qardaşıma yazını deyil, yazının (yayınlandıqdan sonra)
“bağlantı”sını (“link”ini) göndərəcəm. Deyirəm, bəlkə də,
sabah‑birisigün millət vəkili seçkilərinə qatılsa və qazansa,
onun haqqında yazanlar çoxalacaq. Ancaq bizim münasibət‑
lər öz səmimi liyini bugünkü kimi saxlayacaq, buna əminəm.
İstərəm ki, Əkbər Qoşalı namizədliyini versin və seçilsin. Əl‑
bəttə, namizədliyini versə də sağ olsun, verməsə də. Ancaq
könül istər, irəli dursun, seçilsin ki, təkcə öz seçki dairəsinin
yox, istedadlı gənc yazıçıların da vəkili olsun. Mən Mirzə İb‑
rahimovu, Süleyman Rüstəmi, Rəsul Rzanı, Bəxtiyar Vahab‑
zadəni və digər deputat‑yazıçı larımızı belə eşitmişəm, belə
görmüşəm. Mənim tanıdığım Əkbər də yəqin ona bəslənən
ümidləri doğruldar. O buna qabildir və deyərdim ki, neçə il‑
lərdir gücü çatan qədər “ictimai əsaslarla vəkillik” edir.
Görəlim, mövlam neylər,
Neylərsə, gözəl eylər...
2015
M A H İ R   Q A B İ L O Ğ L U
78


HÜSEYNBALA MİRƏLƏMOV 
KİMDİR?
Nəsə yerlibazlıq eləməyim gəlir. Deyirlər ki, bakılılar, şir‑
vanlılar yerlibaz olmur. Bunu lap çoxdan, uşaq vaxtı atam Qa‑
bildən eşitmişəm. Az‑çox, 49 yaşım var, görürəm ki,
doğrudan da elədir. KVN‑də bir epizod var e... 
– Haralısan?
– Bakılı.
– Onda Allah köməyin olsun.
Düzdür bu bir yumor, bir zarafatdır. Amma bu ifadədə bir
həqiqət yükü var. Subyektiv fikrim kimi qəbul edin bunu,
mümkünsə.
İndi deyəcəksiniz ki, bəs sən şirvanlısan, Hüseynbala Mi‑
rələmov isə Talış zonasından ‑ Lerikdən. Düz deyirsiniz.
Amma burda el kəlamına müraciət etməli olacağam. Bir gənc‑
dən soruşurlar:
– Haralısan?
Hələ evlənməmişəm, – deyə cavab verir.
Mən isə artıq 27 ildir ki, evliyəm. Özü də Yardımlı yeznə‑
siyəm. (Talış zonasında kürəkənə “yeznə”  deyirlər) Atam da
ordan evlənmişdi.
Qeyri‑adi giriş verdim yazıma. Bəlkə də bir az yüngül
qəbul elədiniz. Yox. Sadəcə bir az sevincək, bir az da kədərli‑
yəm. Sevincəyəm ona görə ki, dördüncü nəvəm dünyaya
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
79


gəlib. Kədərli olmağımın səbəbi isə qocalmağıma sübutların
artmasıdır. Ürəyimdə də söz o qədərdir ki... Hamısını yaz‑
mağa vaxtım olacaq, ya yox? Bilmirəm.
Sualı qoydum: “Hüseynbala Mirələmov kimdir”.  İndi də
cavab verim. Ardıcıllıqla.
Əslində bu yazını yazmağıma əsas səbəb yuxarıda qeyd et‑
diyim kimi, yerlibazlıq deyil. Bu bir yumor idi. Kaş atam sağ
olaydı. Bir fikrinin yanlışlığını ona əyani sübut edərdim. Hü‑
seynbala Mirələmovla özüm arasında paralellər apara‑apara.
“AzTV‑nin Qaradağ müxbiri”
Əslində belə bir post yox idi. AzTV‑də işləyəndə qeyri‑
rəsmi olaraq Bakının rayonlarını öz aramızda bölmüşdük.
Mənim bəxtimə Qaradağ rayonu düşmüşdü. Rayonda nə təd‑
bir olurdusa, icra başçısı Yaqub Əliyev məni dəvət edirdi.
1998‑ci ildə belə tədbirlərdən birinə dəvət aldım – Azərbaycan
Qaz Emalı Zavoduna. Ora yeni direktor təyin olunurdu. Onu
da qeyd edim ki, o dövrlərdə Qaradağ Bakının əsas diqqət ye‑
tirilən rayonlarından sayılırdı. Beynəlxalq neft layihələrinin
böyük payının bu rayonda yerləşməsi öz yerində. Gələcək
Prezidentimiz olacaq İlham Əliyevin bu rayondan deputat se‑
çilməsi Qaradağın inkişafına təkan vermişdi.
Qaz Emalı Zavodunun zalında iclas başladı. Direktor təq‑
dim olundu. Bəstəboy, nurani bir kişiydi. Adı da Hüseynbala
Mirələmov. 53 yaşlı Hüseynbala müəllimlə ilk tanışlığımız
ordan başladı.
M A H İ R   Q A B İ L O Ğ L U
80


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə