676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə47/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   43   44   45   46   47   48   49   50   51

“Dan Tanrı gəldi,Dan Tanrı özü gəldi!
Dan Tanrı gəldi, Dan Tanrı özü gəldi!
Şəhərlər,bütün bəylər,qardaşlar,
Dan Tanrını öyəlim!
Parlaq Gün Tanrı, siz bizə nəzər salın!
Parlaq Ay Tanrı,siz bizi qurtarın!…”(70.55;73.89;118.122-123).
“Bu şerin dili Alpınçur Təkinin şerlərinin və Bötürmüş Tərxanın “Xuastu - anift”inin dilindən
daha sadə və daha anlaşıqlıdır və şübhəsiz ki, lll -V əsrlərdə Azərbaycanda qələmə alınmışdır.
Fəqət onun Maninin qələminə mənsub olub-olmadığını tam qətiyyətlə söyləmək mümkün
deyildir.Lakin əldə olan və dili bu şerin dilindən fərqlənməyən daha bir şer var ki, onun
Maninin qələminə məxsusluğu heç bir şübhə oyatmır:
“Tüzün bilgə kişilər, üriləlim,
Tenqrinin bitiqin biz işidəlim.
Törən iliq tenqrilərkə tapınalım,
Tört uluq emgəkdə kurtulalım.
Tört iliq tenqrilərdə tanıqmalar,
Tenqri nomun todaqmalar.
Tünerliq yeklərkə tapunuqmalar,
Tümənliq irincü kılıqmalar
Tüpüntə olunma ölməki bar,
Tünərliq tamuğa tüşməki bar.
Tümərlq yeklər gəlir tiyür,


Tumanlıq yeklər ayar tiyür.”
Tərcüməsi:
” Düzülun bilikli kişilər,nəfəs dərəlim,
Tanrının kitabını biz eşidəlim.
Təntənə ilə tanrılara tapınalım,
Dörd ulu əzabdan qurtulalım.
Dörd …tanrını tanımayanlar,
Tanrı qaydasına uymazlar.
Dörd zülm iblisinə tapınanlar,
On min günaha baş vurarlar.
Dibində olumun ölməyi də var,
Qaranlıq cəhənnəmə düşməyi də var.
Zülmət iblisləri gəlir deyir,
Duman iblisləri iş görür deyir.” (118.125-127).
Bu şerdə “Tenqri bitiyini”, yəni Tanrı kitabını eşitməyə dəvət olduğu üçün onun maniçiliyin
müqəddəs kitabından, yəni Maninin öz qələminə məxsus kitabdan bir parça olduğuna heç bir
şübhə yoxdur.Şerin leksik bazası da Şərqdə yaranan və içi soğd və soğd dili vasitəsi ilə alınan
arami sösləri ilə dolu olan maniçi ədəbiyyatın dilindən fərqli olaraq, bütünlüklə türk
kəlmələrindən ibarətdir. Yalnız qayda mənasını verən və maniçiliyin əsas dini kitabı nın adı
olan “Nom” kəlməsi istisnalıq təşkil edir ki, bu söz də fars -Pəhləvi dilindən götürülmüşdür
(20.424). Bu dil Sasanilər dövlətinin rəsmi dili idi və mətndə bu dildən alınan bir kəlmənin
olması təbiidir. Nəzərə alsaq ki, buddizmin də əsas sutraları “Nom Bitik” (14.360) adlanırdı,
Maninin bu kəlməni buddizmdən əxz etdiyini də düşünmək olar. Mətndə “Tenqri nomu” və


“Tenqri bitiyi” terminlərinin işlənməsi bir daha sübut edir ki, təqdim edilən şer parçası
manixeylərin dini kitabı “Nom”dan bir parçadır və Maninin öz qələminə məxsusdur.
Mətnin dilinin saflığı onun məhz Mani tərəfindən yaradıldığını təsdiq edir.Çünki uyğurlar
müəyyən qədər soğd mədəniyyətinin təsiri altında idilər, əlifbalarını soğdlardan əxz etdikləri
kimi, dillərinə də bu dildən çox sayda söz keçmişdi. Əlbəttə, uyğurlar yalnız şərqdə
yaşamırdılar, Avropa və Qafqazda da çox sayda uyğur yaşamaqda idi.Məsələn, Prisk və
Menandr onlardan “oqur” adı altında bəhs etmişlər. Bu müəlliflərin əsərlərində hazırda Şərqi
Türküstanda yaşamaqda olan sarı uyğurların adına da “saroqur” formasında rast gəlinir
(119.30). Manixeizmi şərqə aparanlar da məhz onlar olmuşlar. Hərçəndki, Albaniya və
Sasanilər imperiyasındakı təqib və təzyiqlər dövründə Arsakların da bir qismi Şərqi
Türküstana köç etmiş, uyğurların içində, özlərinin adı ilə adlanan Arsaq vilayətində
yaşamışlar. Mahmud İsmayıl bu barədə yazır:
“Bu yaxınlarda professor T.Hacıyevin respublika mətbuatında (“Ədəbiyyat və incəsənət”
qəzeti) Arsaq barəsində X əsrdə qələmə alınmış “Uyğur səyahətnaməsi”nə əsasla naraq
verdiyi məlumat maraq doğurmaya bilməz. Bu məlumatdan aydın olur ki, Arsaq əyaləti və
onun baş şəhəri Arsaq indiki Turfanın (Tulu-fan) qərbindədir. Bu Çindəki Tyan-Şan
dağlarının qərbində yerləşir. Burada türkdilli arsaqlar və uyğurlar yaşayırlar.” (137.18).
Ola bilsin ki, Maninin dinini Şərqi Tüküstana məhz həmin bu arsaqlar aparmışlar. Arsaqların
qonşu və qohum xalqlar, başqa sözlə Parfiya əhalisi arasında çox böyük nüfuz sahibi olduqları
məlumdur. Strabonun yazdığına görə, parfiyalılar Arsaklara ç ox sədaqətli idilər (60.35).
Maninin dili özündən 1000 il öncə ərsəyə gəlmiş “Alp Ər Tonqaya ağı”nın dili ilə az
da olsa, fərqlənir. Alp Ər Tonqa böyük türk-oğuz xaqanı idi və ona həsr edilən ağı da oğuz
elitasının dilində yaranmalı idi. Mani i sə 500 ildən artıq Ön və Mərkəzi Asiyada qüdrətli bir
dövlət quran, dünyanı Roma imperiyası ilə öz arasında bölən sak mənşəli xaqanlar sülaləsinə
mənsub idi və təbii ki, sak elitasının dilində yazmışdır.Məhz bu dil sonrakı əsrlərdə “uyğur
dili”, “xaqaniyyə türkcəsi” kimi adlarla tanınmış, ümumtürk ədəbi dili rolunu oynamış, türk
xaqanları bu dildə fərmanlar vermiş və Kaşğarlı Mahmud da onu “Xaqaniyyə türkcəsi”
adlandırmışdır.Həmin dil Göytürklərin və Qaraxanlıların rəsmi dili kimi də çıxış etmişdir.
Fəqət sak dilində Azərbaycanda yaranan və Maninin qələmindən çıxan ədəbi nümunə
Türküstan və Hindistanda eyni dildə yaranmış əsərlərin dilindən önəmli dərəcədə fərqlənir.


Bu isə o deməkdir ki, biz bu gün uyğur dili adlandırılan qədim sak (şakı) dilinin iki fərqli
şivəsi ilə-Qərb və Şərq şivələri ilə üz -üzəyik.
Parfiyanın dövlət dili olması səbəbindən “Parfiya dili” də adlandıra biləcəyimiz qərb şivəsi
Alp Ər Tonqanın ölümünə ağının dili ilə, yəni Midiyanı 28 il öz hakimiyyətləri altında
saxlamış işquzların (iç oğuzların, oğuzların) dili ilə Şərq saklarının şivəsi arasında, sanki, orta
vəziyyətdədir. Burada istər-istəməz, Pompey Troqun aşağıdakı sözləri yada düşür:
“Parfiyalıların dili iskit və Midiya dillərinin ortasında olan bir dildir və onların ikisinin
qarışığından yaranmışdır.” (60.84).
Elə həmin Pompey Troq parfiyalıların mənşəyi barədə yazmışdır:
“Belə ki, bütün dünyanı romalılarla öz aralarında ikiyə bölmüş və indi Doğu üzərində
hökmranlıq edən parfiyalılar iskit qaçqınlarının törəmələridir.” (60.83)
Gördüyümüz kimi, əksər antik müəlliflər kimi sakları iskit adlandıran bu müəllif parfiyalıların
sakların bir qolu olduğunu bilirmiş. Üstəlik də ona bu xalqın öz ata -baba yurdlarından zorla
qovularaq qaçqın və köçkün həyatı yaşamağa sürüklənmiş saklar, yəni əsrlə r öncə işquzlar (iç
oğuzlar) tərəfindən Azərbaycandan qovulan saklar olduğu məlum imiş. Parfiyalılar
ölkəmizdən qovulan sakların o hissəsi idi ki, bugünki Türkmənistan ərazisinə köç etmiş və ilk
fürsətdəcə babalarının vətənlərinə qayıtmış və qədim Azərbayc an şəhəri Həmədanı
(Ekbatananı) özlərinə paytaxt etmişdilər.
Yeri gəlmişkən qeyd edək ki, lll -Vll əsrlər arasında Azərbaycanda yarandığı heç bir şübhə
oyatmayan daha bir şer parçası var ki, onun da dili Maninin şerlərinin dili ilə eynilik təşkil
edir. Söhbət “Türk və tatın türküsü” adı altında tanınan 8 misralıq bir şerdən gedir:
“Türk
——–
Kaçan körsə anı -Türk,
Budun anqa aydası:
Munqar təgir ululuq


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə